Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-687/2023 16.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh2 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququna kompensasiya verməklə xitam verilməsi, özbaşına tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 və digər Cavabdeh1 iştirakları ilə, İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)- 40/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Zaqatala rayonu Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına əsasən X4, X16, X12 və X5 ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları 19 may 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində 2007-ci ilə qədər Cavabdeh1 tərəfindən özbaşına tikili inşa olunmuş, daha sonra – 2015-ci ilədək digər Cavabdeh2 da daxil olmaqla, hər iki cavabdeh tərəfindən tikinti başa çatdırılmışdır. 4 oktyabr 2017-ci il tarixli 4Ə-647 nömrəli alqı-satqı müqaviləsi ilə mübahisəli torpaq sahəsi iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğluna satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hüquqları 07 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Cavabdeh2 və X3 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsindən və üzərindəki mövcud tikilidən kompensasiya verilmədən çıxarılmalarına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən- tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-4520/2020 saylı qərarı ilə qüvvədə saxlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh2 və X6 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X3 azyaşlı uşaqlar X13 və X14 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, xüsusi mülkiyyətimdə olan, 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay x 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2(033)-1120/2022 sayla qeydiyyata alınmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və X3 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsindən və üzərindəki mövcud tikilidən kompensasiya verilmədən çıxarılmalarına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən- tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-4520/2020 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Beləlikə, məhkəmə cavabdehlərə xüsusi mülkiyyətində olan torpaq sahəsində mövcud tikilidə dolayısı ilə yaşamaq hüququ vermişdir. Məhkəmənin qətnaməsi ilə tərəflərin arasındakı müdahisə həll edilməmiş, əksinə daha da mürəkkəb vəziyyət yaranmışdır. Tikili yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Tikiliyə isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da buna “gözlənti” hüququ ona məxsusdur. Məhkəmə qətnaməsinə görə cavabdehlər xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılsa da üzərindəki tikiliən çıxarılmamalıdırlar. Başqa sözlə cavabdehlər onun mülkiyyətindəki torpaqdan keçməklə üzərindəki, onun sahibliyində və qanuni istifadəsində olan tikilidə onunla bərabər yaşamalıdırlar. Həmçinin tərəfin torpaq sahəsindən keçməsinə etiraz etdikdə, bu servitut verilməsi ilə bağlı daha bir yeni məhkəmə mübahisəsinin başlanması üçün əsas yaratmış olacaqdır. Mövcud məhkəmə qətnaməsi ilə tərəflərin arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı mübahisə həll edilməmiş, qeyd etdiyi kimi daha mürəkkəb vəziyyətə gətirilmişdir. Hesab edir ki, hazırkı mübahisə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi, tərəflərin qanuni mənafeləri nəzərə alınmaqla, ədalətlə həll edilməlidir. Cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən və onun istifadəsində və sahibliyində olan tikilidən çıxarılmalarını (kompensasiya verilmədən) məhkəmə qismən-tikili ilə bağlı qəbul etməmişdir. Cavabdehlərin tikilidə yaşamaq imkanı onun mülkiyyət hüququ ilə eyniləşdirilməməlidir. Hazırda aralarındakı mübahisəni nəhayət və birdəfəlik həll etmək üçün, mülkiyyətçi hüququndan istifadə edərək, cavabdehlərin yaşayış sahəsinə ehtiyacları olmasa da kompensasiya verməklə məhkəmə tərəfindən tanınmış hüquqlarına xitam verilməsi qərarına gəlmişdir. Kompensasiya ifadəsinin hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur. Kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir; mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Tərəfindən mütəxəssisə müraciət edilmiş və müvafiq rəy alınmışdır. Rəyə görə mübahisəli tikilinin bazar dəyəri 32.800 manat (torpaq sahəsi ilə birlikdə), oxşar yaşayış sahəsinin həmin ərazidə kirayə haqqı isə 100,0 manat təşkil edir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, yaşayış sahəsindən başqa şəxsin istifadə hüququnun olması əmlakın yüklülüyü deməkdir, əmlakını yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. O, mülkiyyətçi olaraq “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək, üçüncü şəxslərin hüquqlarından azad etmək istəyir. AR MM-nin 228.2 maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. AR Konstitusiyasının 29.3 və MM-nin 152.1 maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda o, mülkiyyət hüququnu həyata keçirə bilmir. Məqsədi xüsusi mülkiyyətdə olan əmlakını kənar müdaxilədən müdafiə etməkdir. Buna onun hüquqi ixtiyarı vardır. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. AİHM-nin Broniovski Polşaya qarşı (xx.xx.2004-cü il tarixli), Skordinio İtaliyaya qarşı (xx.xx.2006-cı il tarixli) Qərarlarında göstərmişdir ki, Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vəsatətlərlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
5. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2(033)-681/2022 nömrəsi ilə qeydiyyata alınmışdır.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4, X16, X12 və X5 ümumi birgə mülkiyyətində Zaqatala rayonu Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına əsasən yuxarıda adları çəkilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları 19 may 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində 2001-ci ildə özbaşına tikili inşa olunmuşdur. İddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlu qeyd olunan torpaq sahəsini və üzərində yerləşən özbaşına tikilini (inşaat materialı kimi qiymətləndirərək) 2003-cü ildən yuxarıda adı çəkilən şəxslərdən almışdır. Lakin, qeyd olunan vaxt torpağın sənədi olmadığı üçün həmin şəxslərlə aralarında rəsmi notarial müqavilə 04 oktyabr 2017-ci il tarixdə bağlanmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hüquqları 07 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X4, X16, X12, X15, o cümlədən, Cavabdeh2 04 oktyabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış, lakin, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi ilə iddia əsassız olduğu üçün təmin olunmamış və iş üzrə iddiaçılar X4, X16, X12, X15 bununla razılaşmışlar. Bununla belə Cavabdeh2, torpaq sahəsinin mülkiyyətçiləri olan X4, X16, X12, X5 razılığı və xəbəri olmadan onların imzalarını saxtalaşdırmaqla apellyasiya şikayəti tərtib etmiş və həmin şikayəti Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsində işin baxılması mərhələsində, torpaq sahəsinin mülkiyyətçiləri olan X4, X16, X12, X15 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək imzalarının saxtalaşdırıldığını, həmin imzaların onlara məxsus olmadığını bildirmişdirlər. Bundan sonra Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2018-ci il tarixli, 2(107)1345/2018 saylı qərardadı ilə X4, X16, X12 və X9 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Hazırki iş üzrə iddiaçı Cavabdeh2 münasibətdə isə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsindən hazırki iş üzrə Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)-8583/2018 iş nömrəli qərarı ilə torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə keçdiyini nəzərə alaraq kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)- 1345/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətində (səh.-2, abz.-6), Cavabdeh2 qeyd edir ki, onda olan məlumata görə onun keçmiş əri Cavabdeh1 adlı şəxs həmin torpaq sahəsini onlar evlənməmişdən 2 il əvvəl almış və orada fərdi yaşayış evi inşa etmişdir. Evin divarları və damı hazır olsa da, içinin təmir işləri Cavabdeh1 birgə nikahda olduqları dövürdə həyata keçirilmişdir. İddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hazırki iddiayla məhkəməyə müraciət etməsinin səbəbi, mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi ilə bağlıdır. Belə ki, həmin tikili iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik törədir. Həmçinin qeyd olunan tikili inşaat norma və qaydalarına uyğun olmamaqla yanaşı, ətrafdakılar üçün təhlükəlidir. Belə ki, həmin tikili istənilən vaxt orada olan şəxslərin üzərinə aşa bilər. İddia ərizəsinə əlavə edilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsinin təyinatı – kənd təsərrüfatı, məqsədli istifadə növü isə - çoxillik əkmələrdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10.1-ci madddəsinə əsasəb, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Həmin Məcəllənin 12.1ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənini 12.3-cü maddəsinə əsasən, kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənini 12.4-cü maddəsinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənini 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənini 13.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənini 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya ücüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüuquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində gostərilir ki, mülkiyyətci hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Repsublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Repsublikasının Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında götərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakcısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş huquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya muddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrubəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marks Belcikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir» Məhkəmə «Sporronq və Lonnpot İsvecə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata kecirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı iş uzrə» 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəcinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması ucun kifayət qədər əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli raşdırılması hüququna malikdir». “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunun (Protokol (qeyri-rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
8. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-163/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.
9. İş məhkəmədə baxıldığı vaxt iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh2 azyaşlı uşaqları: X13 və X14 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam edilməsinə, Zaqatala rayonu Göyəm kəndində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmişdir ki, Cavabdeh2 və qeyrilərinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair” iddia ərizəsi icraatdadır. Həmçinin buna qədər onun Cavabdeh2 və Cavabdeh1 qarşı verdiyi “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi də bir icraatda birləşdirilmişdir. Hazırda hər iki iddia ərizəsi üzrə vahid ərizə ilə tələblərində dəqiqləşdirmə etmək zərürəti yaranmışdır. Əvvəlcə bir icraatda birləşdirilmiş sonrakı iddia ərizəsində tələbi üzrə cavabdeh olmayan şəxs Gülarə Zamanova da cavabdeh kimi göstərilmişdir, işin faktiki halından və Aşağl Tala kənd icra nümayəndəsinin arayışından da görünür ki, cavabdeh Gülarə Zamanova yaşayış yeri üzrə həmin kənddə qeydiyyata alınmışdır. Bundan başqa cavabdeh Gülarə Zamanovanın onun torpaq sahəsindəki tikiliyə hər hansı bir hüququ məhkəmə tərəfindən tanınmamış, yaxud həmin tikiliyə köçürülməsinə dair məhkəmə sənədi mövcud deyil. Hesab edir ki, onun tələbi üzrə Gülarə Zamanova cavabdeh deyil və cavabdehlər siyahısından çıxarılmalıdır. Odur ki, “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair” tələbi üzrə Cavabdeh2 (azyaşlı uşaqları ilə birlikdə) cavabdeh olması nəzərə alınmalıdır. Bundan başqa, xüsusi mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək istəyir. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinin məsulyyəti ona izah edilmişdir. AR İXM-nin 247.2 maddəsinə görə Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Ona görə də Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə həmin özbaşına tikilidə yaşamasının əvəzi kimi kompensasiya verir ki, onların həmin tikilidəki şəraitə uyğun başqa yerdə müəyyən müddət, davamlı yaşamaları təmin edilsin və o, da mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki tikilini söküb torpağı təyinatı üzrə istifadə edə bilsin. Hesab edir ki, AR Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnun həyata küçirilməsindəki maneələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Həmçinin Cavabdeh2 adına Zaqatala rayonu ərazisində xüsusi mülkiyyət hüququ üzrə 0,26 ha və 0,04 ha torpaq sahələri olmasını məhkəmənin nəzərinə çatdırır. Bundan başqa, Cavabdeh2 sürdüyü həyat tərzi səbəbindən onunla birgə yaşayışın mümkünsiz olması da nəzərə alınmalıdır. Bundan başqa iddia ərizəsində cavabdeh Gülarə Zamanovanın çıxarılmasını qeyd etmiş, lakin təklif etdiyi kompensasiyanın məbləğini azaltmır. Təklif etdiyi məbləğin bazar qiymətinə uyğunluğu ekspert rəyi ilə təsdiq edilsə də, Cavabdeh2 ilə aralarındakı mübahisənin həll edilməsi naminə, onunla birgə yaşayışın mümkünsüzlüyünü nəzərə alıb kompensasiyanın məbləğini qismən artırıb 3 illik müddət üçün hər aya təklif etdiyi 100 manat məbləğini 125 manata artırır və beləliklə kompensasiyanın məbləğini 4.500 manat təklif edir.
11. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh yüngül həyat tərzi keçirir. Bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilsə də öz hərəkətlərindən əl çəkmir. Doğma övladlarını başlı-başına buraxıb gedir. Kənd sakinləri buna görə ondan cavabdehi oradan çıxarmasını tələb etmişlər, əks halda əxlaqsız yuvası saxlaması ilə bağlı onun özündən şikayət edəcəklərini bildirmişlər. And aman edib, kənd sakinlərini cavabdehin orada onun iradəsinin ziddinə yaşadığına inandırmış və sakinlər cavabdehin hərəktərindən müxtəlif orqanlara şikayətlər etmişlər. Lakin həmin orqanlar da, cavabdehin islah olunmasına nail olmadıqlarından, kənd sakinləri şikayətlərinin onun cavabdehə himayədarlığı səbəbindən həll edilmədiyini düşünüb, onunla doğru dürüst münasibət belə saxlamaq istəmirlər. Cavabdehin həyat tərzinə bələd olan şəxslər, öz aralarında cavabdehin ünvanını onun sahəsi olaraq tanıdırlar. Cavabdehi harda axtarsalar da, onun topağında tapa biləcəklərini söyləyirlər. Cavabdehi üzdən tanımayanlar isə torpağında gördükləri şəxsləri cavabdeh və ya onun yanına gələn şəxslər saydığından qohum qardaş, ailə üzvləri mülkiyyətində olan torpaq sahəsində nəinki işləyə bilmir, heç ora gedib gələ bilmirlər. Mülkiyyətindən faktiki məhrum olmuş vəziyyətdədir və nəqər ki, cavabdeh onun torpaq sahəsindəki tikilidə yaşayır, torpaq sahəsindən təyinatı üzrə istifadəsi imkansızdır. Hətta fəhlə kimi işə cəlb etmək istədiyi kişilər belə ailələrində sözsöhbət yaranacağı qorxusundan onun torpaq sahəsinə ayaq basmaq istəmirlər. Özbaşına tikinti torpaq sahəsinin bir hissəsini tutur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsində yerləşən tikiliyə görə mülkiyyətini təsdiq edən sənədi yoxdur. Cavabdeh2 uşaqları ilə birlikdə iddiaçının mübahisələndirdiyi torpaq sahəsində yerləşən tikiliyə məhkəmə qərarı əsasında köçürülmüşdür. İddiaçının iddianı vermək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək üzürlü səbəblərə görə növbəti məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir.
14. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunmuş izahatından görünür ki, həmin iclasda iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək göstərmişdir ki, Cavabdeh2 onun keçmiş arvadı olmuşdur və onunla birgə nikahdan doğulmuş uşaqları X13 və X14 məhkəmə qərarına əsasən Cavabdeh2 himayəsinə verilmişdir. Mübahisələndirilən tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsi atası tərəfindən İddiaçı 2006-cı ildə satılmışdır. Atası 2010-cu ildə İddiaçı xahiş etmişdir ki, o və Cavabdeh2 həmin tikilidə hər ay 100 manat verməklə kirayədə qalsınlar. İddiaçı buna razılaşmış və onlar həmin tikiliyə köçüb yaşamağa başlamışlar. İddiaçı onların ödəyə bilmədikləri kirayə haqqını da onlara bağışlamışdır. O, iddiaçıya məxsus tikilinin sökülməsinə etiraz etmir. Göztərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
15. Məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi üzərində özbaşına tikili inşa edilmiş və Cavabdeh2 orada yaşayır. Tikilinin mövcudluğu və cavabdehin orada yaşaması səbəbindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi mümkün deyil.
17. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 özünün mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Eləcə də Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi hər birinə 6/30 hissə olmaqla digər mülkiyyətçilərlə birgə onun paylı mülkiyyətindədir. Cavabdeh2 həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməklə mənzil hüququnu təmin etmək imkanı mövcuddur. Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış sahələrinin kirayə dəyəri isə aylıq 100 manat təşkil edir. İddiaçı, Cavabdeh2 iki azyaşlı uşağı ilə birlikdə xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən özbaşına tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam verilməsini və həmin tikilinin sökülməsini tələb edir.
18. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, kompensasiya, torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi məqsədi ilə tikintinin sökülməsi üçün təklif edildiyindən mübahisə həll edilərkən ilk öncə tikintinin sökülməli olub-olmaması və iddiaçının tikintini sökmək səlahiyyətinin olub-olmaması məsələsi həll edilməlidir.
19. Məhkəmə tikintinin mövcudluğunun müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyri-kənd təsərrüfatı məqsədili kateqoriyaya çevirdiyini, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olduğunu, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaratdığını, Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törətdiyini, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsinin mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas olduğunu, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırıla biləcəyini, mülkiyyətçisinin torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahədəsindəki binaları və qurğuları uçurmaq səlahiyyətinin olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, özbaşına tikinti hər bir halda sökülməlidir və iddiaçının qeyd edilən özbaşına tikintinin sökülməsini tələb etmək səlahiyyəti var. Lakin cavabdehin və onun uşaqlarının yaşayış yeri sayılan bu tikintinin söküntüsü elə aparılmalıdır ki, onların söküntünü aparan şəxsin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanları olsun.
20. Belə ki, məhkəmə tələbin özbaşına tikintidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair hissəsi üzrə onu qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçı Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki tikili orada daimi yaşamış iddiaçının, onun uşaqlarının yaşayış yeridir, eləcə də iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir.
21. Cavabdeh2 da təklif olunan kompensasiyanın miqdarını mübahisələndirməmiş, iddiaya etirazını iddiaçının hazırkı tələblərlə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə əsaslandırmış və işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə, qanunvericiliyin kompensasiya ödəmək öhdəliyini mülkiyyətçi olmayan şəxslərə də aid etdiyini nəzərə alaraq, məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqlarının əmələ gəlmədiyinə dair müəyyən edilənləri hazırkı tələbin rədd edilməsinə əsas saymır.
23. İlk öncə, yerləşdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olduğu üçün özbaşına tikintiyə hər hansı şəxsin o cümlədən iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsi gözlənilən deyil. Belə olan halda iddiaçının tikintiyə mülkiyyətçi hüququnun olmaması əsası ilə iddianın həmin hissədə rədd edilməsi, cavabdehi yaşayış yerindən əvəzləşdirilmədən məhrum edir. İddianın bütövlükdə rədd edilməsi isə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daimi olaraq məqsədli təyinatına uyğun deyil başqa məqsədlər üçün istifadə edilməsinə və müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kateqoriyasının dəyişdirilməsinə səbəb olmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir.
24. Bundan başqa, torpaqları dövlət ehtiyacları üçün alan orqan da mülkiyyətçi olmadığı halda, qanun alınmanın təsirinə məruz qalan şəxslərə, torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini onun üzərinə qoymuşdur. İndiki halda da iddiaçı, mülkiyyətində olan torpaqdan təyinatı üzrə istifadə edə bilməsi üçün məhkəmələrin özbaşına tikintini yaşayış yeri saydığı cavabdehə kompensasiya təklif edir. Eyni zamanda, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının mülkiyyətindəki təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olan torpaq sahəsindəki heç vaxt mülkiyyətçi hüququ əldə etməyəcəyi özbaşına tikinti cavabdehin yaşayış yeri sayılırsa, iddiaçının eyni şərtlər daxilində kompensasiya təklif etmək hüququ vardır. Bu yanaşmanın əksi, yəni tikintinin özbaşına olmasına əsaslanmaqla iddianın cavabdehin istifadə hüququ üçün iddiaçının kompensasiya təklif etmək səlahiyyətinin yaranmaması əsası ilə rədd edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
25. İş üzrə sübutlarla Cavabdeh1 Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsindəki özbaşına tikilinin sökülməsində iddiaçıya hər hansı maneə törətməsi təsdiq edilməmişdir.
26. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, təklif olunan kompensasiya cavabdehin azyaşlı uşaqları ilə birgə davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, eləcə də onun özünün mülkiyyətində mənzil hüququnu təmin edəcək həyətyanı sahə olduğundan, ona 4500 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna xitam verilməlidir.
27. Məhkəmə eyni zamanda hesab edir ki, tikintinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyrikənd təsərrüfatı məqsədili kateqoriyaya çevirdiyindən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olduğundan, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaratdığından, Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törətdiyindən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsinin mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas olduğundan, iddiaçının torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahədəsindəki binaları və qurğuları uçurmaq səlahiyyəti olduğundan, Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşməklə onun maraqlarına toxunan özbaşına tikili sökülməlidir.
28. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla Cavabdeh1 Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsindəki özbaşına tikilinin sökülməsində iddiaçıya hər hansı maneə törətməsi təsdiq edilmədiyindən iddia tələbi ona münasibətdə rədd edilməlidir.
29. Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh2 azyaşlı uşaqları X13 və X14 ilə birlikdə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Zaqatala rayonu Göyəm kəndində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya ödənilməklə xitam verilməsi, Zaqatala rayonu Göyəm kəndində iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi, iddia Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 180 və 240-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12, 13, 34, 73 və 80-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
31. İş materiallarına əlavə edilmiş seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Yüzbaşıyev Arif Soltanmacid oğluna məxsusdur.
32. İş materiallarına surəti əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və X1 RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir.
33. İş materiallarına surəti əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-291/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və X3 Göyəm kəndində yerləşən torpaq sahəsinin üzərində olan tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir.
34. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-4520/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş həmin qərarında şərh edilən mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. iddiaçı Arif Yüzbaşıyevin cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququnu əldə etməsini sübuta yetirə bilməmişdir.
36. Məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçı Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki tikili orada daimi yaşamış, cavabdehin, onun uşaqlarının yaşayış yeridir, eləcə də iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir.
37. İş materiallarına surəti əlavə edilmiş "xxxx" MMC-nin FY 12-015/22 saylı xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış sahələrinin kirayə dəyəri aylıq 100 manat təşkil edir.
38. İş materiallarına surəti əlavə edilmiş Zaqatala Ravonu İcra Hakimiyyətinin Başçısına ünvanladıqları birgə ərizələrində Zaqatala rayonu Göyəm kənd sakinləri, Cavabdeh2 yüngül həyat tərzi keçirdiyini, gecə gec saatlarda uşaqlarını evdə tək qoyduğunu, kənd camaatı olaraq çox narahat olduqlarını qeyd edərək Cavabdeh2yla bağlı qanuni tədbir görülməsini və uşaqların taleyi barədə məşğul olması üçün Qəyyumluq və Himayəçilik komissiyasına tapşırıq verilməsini xahiş etmişlər.
39. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində (fahişəliklə məşqul olma) nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.
40. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.
41. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi 6/30 hissə X17, 6/30 hissə X10, 6/30 hissə X20, 6/30 hissə Cavabdeh2, 6/30 hissə X6 məxsus olmaqla paylı mülkiyyətdədir.
42. İş materiallarına surəti əlavə edilmiş Cavabdeh1 tərəfindən 09 mart 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, 2006-cı ildə mərhum atası torpaq sahəsini və evi İddiaçı satarkən Cavabdeh2 nə onu nə də İddiaçı tanımışdır. 2010-cu ildə atasının xahişi ilə aldığı evə kirayəçi kimi (ayı 100 manat) köçmüşlər və sonra ödənilməmiş kirayə haqqını İddiaçı onlara bağışlamışdır.
43. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
44. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə toplanmış materiallardan, tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisələrinə dair məhkəmə qərarlarından müəyyən edilir ki, sökülməsinə qərar verilmiş yaşayış evi cavabdehə məxsusdur, torpaq sahəsi isə iddiaçıya məxsusdur. İddiaçı torpaq sahəsini əldə edən zaman orada həmin yaşayış evinin olduğunu və yaşayış evində cavabdehin uşaqları ilə birlikdə yaşadığını bilmiş, torpaq sahəsinin bu qaydada yüklü olduğundan xəbəri olmuş və bu vəziyyətlə razılaşaraq torpaq sahəsini almışdır.
45. Məhkəmə iddianı təmin edərkən kompensasiya məbləğinin cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli olduğunu bildirmiş, digər tərəfdən isə kompensasiyanın fərdi yaşayış evini sökmək və torpaq sahəsində təyinatı üzrə xiyar, pomidor əkmək üçün və məhsuldarlığı artırmaq üçün kompensasiya verilməsi qərarına gəlmişdir. Göstərilən ikili mövqe mübahisənin həlli baxımından bir-biri ilə uzlaşmır. Belə ki, məhkəmə ilk növbədə müəyyən etməlidir ki, sökülməsi tələb olunan ev üzərində hansı tərəfin hansı hüququ vardır. İddiaçının yaşayış hüququna xitam verilməsi üçün verdiyi kompensasiya ilə əlaqədar evin sökülməsi tələbində nə dərəcədə haqlıdır.
46. Daha sonra məhkəmə qeyd olunan mübahisəni qiymətləndirərkən işin faktiki hallarına düzgün qiymət verməmişdir. Sökülməsi tələb olunan ev üzərində cavabdehin sahiblik və əşya hüququ olmasına baxmayaraq cavabdehlərin həmin evdə istifadə hüququnun olması qənaətinə gələrək ona xitam verilməsinə kompensasiya ödəməklə mümkün olması qənaətinə gəlmişdir. İstifadə hüququna xitam verilməsinə dair iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur.
47. Hazırki vəziyyətdə cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış evi üzərində sahiblik və əşya hüququ əldə etmişdir. Əgər cavabdehin həmin yaşayış evində yalnız istifadə hüququ olmuş olsaydı və iddiaçı hazırki iddia ilə müraciət etmiş olsaydı o zaman cavabdehin istifadə hüququnun kompensasiya məbləği müzakirə oluna bilərdi.
48. Kompensasiya məbləğinə gəldikdə isə, iddiaçı tərəfindən hazırki tələb olmasaydı cavabdehin və uşaqlarının həmin yaşayış evi üzərində sahiblik və əşya hüququ daimi xarakterli olmaqla onların yaşayış evi üzərində olan hüquqları müvəqqəti deyil, daimi xarakter daşıyır. Məhkəmənin təklif etdiyi 4500 manat ilə belə bir mənzilin, yaşayış evinin, tikili inşa edilməsinin mümkün olmaması hamıya bəlli olan bir haldır. Odur ki, işə baxan məhkəmə öz mövqeyini dəqiqləşdirməli və qətnaməsini buna uyğun əsaslandırmalı idi.
49. Məhkəmə burada yaşayış evinin sökülməsi ilə istifadə hüququna xitam verilməsi məsələsini qarışdıraraq qarışıq bir vəziyyət yaratmışdır. Məhkəmə cavabdehlərə məxsus tikilinin sökülməsi və onların evdə yaşamaq hüququna xitam verilməsini qət edərkən qarışıq bir situasiya yaratmışdır. Tikili ifadəsi dedikdə birinci instansiya məhkəməsi konkret nəyi, hansı tikilini nəzərdə tutduğuna aydınlıq gətirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mübahisəli torpaq sahəsində olan tikililərin kim tərəfindən inşa edilməsini, tikili üzərində iddiaçının hər hansı hüququnun mövcud olmadığını, onun bu tikili ilə bağlı sərəncam hüququnun olmamasını nəzərə almamışdır.
50. Mülkiyyətdə olan digər torpaq sahəsi vardır və həmin torpaq sahəsində mənzil hüququnu təmin etmək imkanı vardır. Yəni məhkəmə onu demək istəyir ki, təqdim olunmuş 4500 manata cavabdeh özünə başqa bir yerdə ev tikməlidir. Məhkəmənin bu nəticəsi isə Konstitusiyanın 43-cü maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçının təklif etdiyi 4500 maant kompensasiya hesabına yaşayış evinə malik olan cavabdeh həmin yaşayış evi əvəzinə başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməli, bu məbləğ qutardıqdan sonra isə evsiz qalmalıdır. Bu hərəkət isə faktiki olaraq yaşayış sahəsinə malik olan vətəndaşların mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir.
51. Bundan başqa məhkəmə öz mövqeyini yazarkən istinad etmişdir ki, guya kənd camaatı Zaqatala rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər, cavabdehin yüngül həyat tərzi keçirdiyini bildirərək çox narahat olduqlarını, qanuni tədbir görülməsini, uşaqların taleyi barədə məşğul olmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, kənd camaatı adlandırdıqları şəxslər iddiaçının və cavabdehin keçmiş ərinin yaxın qohumlarıdır. Nəticə etibari ilə qəbul olunmuş qətnamə mülkiyyətçi olmayan şəxs tərəfindən yaşayış evinin sökülməsi, həmin evin yerləşdiyi yerdə isə kənd təsərrüfatı təyinatlı ərzaq məhsullarının becərilməsi məqsədi güdür. Qeyd olunanları nəzərdən keçirib hesab edir ki, iddiaçı özünəməxsus torpaq sahəsində torpaq sahəsini əldə etməmişdən əvvəl həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin olduğunu bilərək və həmin evdə cavabdehlərin yaşadıqlarını bilərək torpaq sahəsini aldığına görə üzərində yerləşən yaşayış evini sökmək üçün sərəncam vermək hüququna malik deyildir.
52. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)- 40/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
53. iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
54. Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Nümayəndə və vəkil Nümayəndə2 əlavə olaraq bildirdi ki, onlar kompensasiyanın məbləğini artırmağa və özbaşına tikintinin iddiaçının hesabına sökülməsinə razıdırlar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun tələbi ilə razı olduğunu bildirmiş və Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsinmülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
56. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarı
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
58. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
59. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)- 40/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin birinci iddianı təmin, ikinci iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
61. Bu qətnamənin 1-ci bəndinin 1-ci abzasında göstərilənlər işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin aşağıdakılar müəyyən edilmişdir. X4, X16, X12, X15, o cümlədən, Cavabdeh2 04 oktyabr 2017-ci il tarixdə Yüzbaşıyev Arif Soltanmacid oğlu ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış, lakin, Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi ilə iddia əsassız olduğu üçün təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2018-ci il tarixli, 2(107)1345/2018 saylı qərardadı ilə X4, X16, X12 və X9 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Cavabdeh2 münasibətdə isə Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)-8583/2018 iş nömrəli qərarı ilə torpaq sahəsinin qanuni əsaslarla hazırki iş üzrə iddiaçının mülkiyyətinə keçdiyini nəzərə alaraq kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh2 və X3 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsindən və üzərindəki mövcud tikilidən kompensasiya verilmədən çıxarılmalarına dair hazırki iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlu tərəfindən iddia ərizəsi verilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən- tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4520/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə Zamanova X11 rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsinin üzərindəki mövcud tikilidən çıxarılmışdır. İddiaçılar Cavabdeh2, X7 və X8 qanuni nümayəndəsi Cavabdeh2 cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi X21, X22 və İddiaçı Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 22 aprel 2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov və polis mayoru İlqar Xəlilov tərəfindən qanunsuz olaraq evdən çıxarılmış ev əşyalarının evə yerləşdirilməsi və onu 2 azyaşlı uşağı ilə Zaqatala rayonu Göyəm kəndində yerləşən İddiaçı Soltanməcid oğlunun mülkiyyətində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən onlara məxsus bir mərtəbəli kürsülü, 4 otaq, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, iddiaçı Cavabdeh2 azyaşlı uşaqları – X13 və X14 ilə birlikdə Zaqatala rayonunun Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən bir mərtəbəli kürsülü, 4 otaqlı, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi və ona məxsus ev əşyalarının həmin evə yerləşdirilməsi, iddia tələbinin cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi X21, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru X18 münasibətdə rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(107)- 526/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4236/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(107)-526/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-4520/2020 saylı qərarında müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikililələrin mübahisəli torpaq sahəsində qeyd edilən alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl mövcudluğu, mübahisəli tikili olan evdə cavabdehlərin 2007-ci il tarixdən yaşaması, Cavabdeh2 keçmiş əri Cavabdeh1la münasibətləri pisləşdikdən sonra da həmin tikilidə yaşaması iş materialları ilə təsdiq edilmişdir. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsində yaşamasına etiraz məhz cavabdehin onun keçmiş ərindən boşanmasından sonra baş vermişdir. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdehin keçmiş ərinin hazırkı işlə bağlı mənafelərinin birbirinə uyğunluğu təsdiq edilmişdir. Bu baxımdan cavabdehlərin iddiaçının qeyd etdiyi kimi tikililərdən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikililər üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. Belə ki, Cavabdeh2 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququ əldə etməsini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, cavabdehin mübahisəli tikilidən çıxarılması barədə iddia məhkəmə araşdırmasının predmeti olmuş və həmin məhkəmə araşdırmasında iddiaçının hazırda sökülməsini və digər bir iddia üzrə kompensasiya ödənilməklə çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququ əldə etmədiyi təsdiq edilmişdir və bununla bağlı qüvvədə olan məhkəmə qərarı olduğundan həmin qərar hazırkı iş üzrə tərəflər üçün preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4236/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdeh kassasiya şikayətində onun mülkiyyət hüququnun pozulmasını iddia etsə də, mübahisələndirilən tikiliyə onun hər hansı hüququnun olmaması, iddiaçının isə azyaşlı övladları ilə həmin evə əmlak və əşya hüquqlarının olması preyudisial əhəmiyyətə malik qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Həmin qətnamə ilə Cavabdeh2 mübahisəli tikilidən çıxarılmasına dair İddiaçı Soltanməcid oğlunun iddiası təmin olunmamışdır. Odur ki, sonuncunun hazırki işdə iddiaçının həmin evə köçməsinə mane olması qanunsuzdur və onun bununla bağlı hər hansı dəlili əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
63. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir. Hazırki halda iddiaçı mübahisəli tikiliyə heç bir əşya hüququna malik deyildir. Belə olan halda, onun cavabdehə kompensasiya ödəməklə onun evdən çıxarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi həmin məsələyə qiymət verərkən dövlət mənafeyi üçün alınan tikililər üçün vətəndaşlara kompensasiya verilməsinə istinad etmişdir ki, həmin hal hazırki işə tətbiq edilə bilməz. Belə ki, qanunvericilik qanunla müəyyən edilən hallarda tikililərin və torpaq sahələrinin dövlət mənafeyinə alınmasına hüquq verir və həmin hüquqa malik olan şəxs qismində dövlət tərəfindən vətəndaşa kompensasiya ödənilir. Hazırki halda isə, iddiaçının mübahisəli tikiliyə heç bir hüququnun olmadığı preyudusial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı)
64. Eyni zamanda, birinci instansiya məhkəməsi tikilinin sökülməsi ilə bağlı hissədə iddianı qismən də olsa təmin edərkən, tikiliyə olmasa da, torpaq sahəsinə iddiaçının hüququ olduğuna və tikilinin mövcudluğunun iddiaçının mülkiyyət hüquqlarını pozduğuna istinad etmişdir. Halbuki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu əldə edrəkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək qəbul etmiş, ötən illər ərzində də bu barədə heç bir hərəkət etməmiş, cavabdehin keçmiş ərindən boşanmasından sonra onun evdən çıxarılmasını tələb etmişdir. Bu hal Cavabdeh2 qarşı irəli sürülmüş tikilinin sökülməsi tələbinin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
65. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayan hissədə iddianın rədd olunması əsasları bu qətnamənin 28-ci bəndlərində göstərilənlərlə əlaqəli olmuşdur. Kollegiya qeyd edir ki, əgər həmin əsas, yəni Cavabdeh1 tikilinin sökülməsinə etiraz etməməsi qəbul edilərsə, həmin hissədə mübahisə olmadığından məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməli idi. Halbuki, bu qətnamənin 61-64-cü bəndlərində aparılmış qiymətləndirmələr və əsaslandırmalarla tikilinin sökülməsi barədə iddia tələbinin hüquqdan sui-istifadə edilməsi əsası ilə rədd olunmalı olduğu aşkar edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı həmin əsasla rədd etməsi ilə razılaşmır. Hazırki qətnamənin 61-64-cü bəndlərində göstərilmiş əsaslarla qətnamə həmin – iddianın rədd olunmuş hissəsində də ləğv edilməli, iddia tələbi həmin hissədə də hüquqdan sui-istifadə edilməsi əsası ilə rədd edilməlidir.
66. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizələri rədd edilməli, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizələri rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev