Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-689/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 və Cavabdeh2 QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nə qarşı Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı evin qiymətləndirilməsi haqqında hesabatın və satılması barədə hərracın yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 324/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Haqverduyev küçəsi 82 saylı evin qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli, 11007 saylı hesabatın və evin satılması ilə əlaqədar hərracın yekunları barədə tərtib edilmiş müqavilə qüvvəsinə malik xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-324/2020 nömrəli (hakim E.Mehdiyev) qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nə qarşı Şəki şəhəri, Ə.Haqverduyev küçəsi 82 saylı evin qiymətləndirilməsi haqqında hesabatın və satılması barədə hərracın yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-324/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 şikayəti müdafiə edərək bildirmişdir ki, onun Bakı şəhərinə getməyə maddi imkanı yoxdur. Ona görə də istəyir ki, işə Şəki rayon Məhkəməsində baxılsın. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X3 şikayətə etiraz edərək, sonda şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nin hər ikisi Bakı şəhərində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələbləri ilə bağlı iddialarını cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSCnin hər hansı birinin qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhərinin müvafiq rayon məhkəməsinə təqdim etməli olduğu halda, Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bu isə aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin nMəcəllənin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3. maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iclasında müəyyən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətlərində məhkəmə hazırlıq iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin də iş üzrə cavabdeh qismində cəlb edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edəcəklərini göstərsələr də, Azərbaycan Respublikası MPM-nin 53.1-ci maddəsində başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmənin qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilməsi göstərilmişdir. Məhkəmə iddiaçıların iddia ərizələrinin geri qaytarılması barədə qərardad qəbul edərkən onların gələcəkdə hansı prosedur hərəkətləri həyata keçirəcəklərini deyil, yalnız iddia ərizəsini və işdə olan sənədləri diqqətə almış və göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-324/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-324/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-689/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-689/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver