Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-7/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X7 və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Şəki rayon Orta Zəyzid bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə aid torpaq sahəsindən payın yeni açılmış hallar üzrə müəyyənləşdirilərək naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(075)- 38/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə onun ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 16 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada, yəni evə aid-sənəd üzrə 0,0595 hektar (faktiki 0,0885 hektar) torpaq sahəsinin, ona düşən-sənəd üzrə 0,03981 hektar (faktiki 0,05381 hektar) torpaq sahəsi hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 16 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı 30 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kvadrat metr olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 30 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kvadrat metr olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri tələbinə dair iddiası təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi, ekspertiza tədqiqatanın dəyəri olan 300 manatın İddiaçı alınıb Müstəqil Məhkəmə Ekspertizası Mərkəzi” MMC-nin Kapital Bank ASC-nin Gənclik Mall filialındakı KOD 201025 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h: AZ37NABZ********************, VÖEN **********,hesab AZ53AİİB******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)- 586/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evin torpaq sahəsi ekspert rəyinə uyğun qaydada, -yəni evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evi İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağın və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə;texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılması, bölgü zamanı "A” liteli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməsi, sərhəd xəttinin (hasarının) çəkilməsi iddiaçının hesabına həyata keçirilməsi qət etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2021 -ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)586/2021 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(107)-104/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evin torpaq sahəsi ekspert rəyinə uyğun qaydada, -yəni evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evi İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağın və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə;- texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılması, bölgü zamanı "A” liteli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməsi, sərhəd xəttinin (hasarının) çəkilməsi iddiaçının hesabına həyata keçirilməsi qət etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2022- ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(107)-104/2022 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019cu il tarixli, 2 (075)-65/2019 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa və 22 yanvar 2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən ünvan 1ində yerləşən 56.3 kv/m fərdi yaşayış evinin "A” literli yaşayış evinin sahəsi 10,4 kv/m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv/m olan 2 saylı yaşayış otağı naturada ayrılaraq onun mülkiyyətinə verilmişdir. Bundan başqa qeyd edilən fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilmiş və həmin pasportda sənəd üzrə torpaq sahəsi 0,0595 hektar, faktiki torpaq sahəsi isə 0,0885 hektar olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş texniki pasporta əsasən evə aid torpaq sahəsinin 0,029 hektar hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda İ-hasar, İİİ-darvaza, İV-darvaza, Btalvar, C-tövlə və F-talvar literləri ilə işarələnmiş hissələr zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, qətnamənin onun məhkəməyə verdiyi şifahi izahat üzrə hissəsində qeyd edilir ki, cavabdehlər onu öz paylı mülkiyyətində olan evində rahat yaşamasına imkan vermirlər. Hazırda paylı mülkiyyətçilər kimi o və cavabdehlər öz paylarında yaşayırlar”. Tam məsuliyyət ilə bildirir ki, o məhkəməyə belə bir izahat verməmiş, əksinə bildirmişdir ki; -"cavabdehlər, haqq-halal ona məxsus mülkiyyətində nəinki yaşamağa ümumiyyətlə imkan vermirlər, hətta onu həmin evin həyət darvazasından belə içəri buraxmırlar və buna görə də o artıq 17 ildən də çox olan bir müddətdir ki, özgənin evində kirayədə yaşayır və 17 ildir öz mülkiyyətinə girməyə həsrətdir”. Qətnamənin cavabdehlərin məhkəməyə verdikləri şifahi izahat üzrə hissəsində qeyd edilmişdir ki;-"Həmçinin, iddiaçının sökülərək yerində darvaza quraşdırılmasını tələb etdiyi daş divarı o özü 2002-ci ildə inşa etmişdir. Həmin vaxta kimi orada dəmir tor hasar olmuşdur”. Yenə də tam məsuliyyətilə, İ instansiya məhkəməsində də olduğu kimi bildirir ki; - "darvaza quraşdırılmasını tələb etdiyim yerdə, tor hasar deyil, dədə-baba gediş-gəliş qapıları olmuşdur. Cavabdeh 2002-ci ildə özbaşına, həmin qapını sökərək yerində divar inşa etmiş, darvazanı hazırkı yerinə qoymuşdur. Bu həmin vaxtlar idi ki, mübahisəli evin onun adına heç mülkiyyət sənədi yox idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Bundan əlavə ekspertizanın nəticəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hazırda həyətyanı torpaq sahəsindən əlavə qapının açılmasının çox çətin olduğunu, ekspert rəyi ilə olmadığını bildirdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəki rayon Orta Zəyzid bələdiyyəsinin nümayəndəsi X8 həyətyanı sahədə olan bələdiyyə torpağı həyətin giriş hissəsində yerləşdiyinə görə həm iddiaçı, həm də cavabdehlərin həmin ərazidən gedişgəliş üçün yol kimi istifadə etmələrinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ləv edilərək, yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2 (075)-65/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa və 22 yanvar 2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportda əsasən ünvan 1ində yerləşən 56.3 kv/m fərdi yaşayış evinin "A” literli yaşayış evinin sahəsi 10,4 kv/m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv/m olan 2 saylı yaşayış otağının naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa əsasən, ünvan 1ində yerləşən, İddiaçı, Cavabdeh2, X4 və Cavabdeh1nin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı 1,45 ha torpaq sahəsinin % hissəsinə uyğun 0,3625 ha torpaq sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa əsasən, ünvan 1i ərazisində yerləşən, İddiaçı, Cavabdeh2, X4 və Cavabdeh1nin ümumi birgə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,160 ha torpaq sahəsinin 1/4 hissəsinə uyğun 0,04 ha torpaq sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 may 2019-cu il tarixdə İddiaçı adına verilmiş **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kvadrat metr fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi Cavabdeh1, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi Cavabdeh2 və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, tərəflərə məxsus, İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kvadrat metr torpaq sahəsi olduğu halda faktiki istifadələrində 890 kvadrat metr torpaq sahəsi vardır. Tərəflərə məxsus olan sənəd üzrə 595 kvadrat metr torpaq sahəsi tərtib olunmuş sxemdə faktiki istifadələrində olan 890 kvadrat metr torpaq sahəsi isə qırmızı rəngdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 23417 saylı rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Kadastrı və Ünvan Resytri Xidmətinin Şəki LTİ-nin rəisi İlkin Süleymanovun tərtib etdiyi mütəxəssis rəyində tərəflərə məxsus İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla biləcəyi göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 407 saylı rəyində göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2 (075)-65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətlərində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı "A” liteli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr olmalıdır. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənilib hazırlanmış plansxemində ətraflı göstərilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, yerli baxış aktını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1 -ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə kollegiyası nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, maneənin aradan qaldırılması tələb edilən əmlak iddiaçı tərəfin mülkiyyətindədir. Mülki Məcəllənin 213.1 -ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 -ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 may 2017-ci il tarixdə İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kvadrat metr fərdi yaşayış evindən ibarət əmlakın torpaqda ümumi birgə X4, fərdi yaşayış evi 3/5 hissə X1, torpaqda ümumi birgə Cavabdeh2, torpaqda ümumi birgə Cavabdeh1 və fərdi yaşayış evi 2/5 hissə və torpaq sahəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəfindən Şəki rayonu Orta Zəyzid bələdiyyəsinə verilmiş şifahi sorğuya cavab olaraq bildirilmişdir ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin ərazisində yerləşən 0.0595 ha həyətyanı torpaq sahəli xx.xx.2017-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında X4, Cavabdeh2, Cavabdeh1, İddiaçı adına DƏDRX-də qeydiyyatdan keçmişdir. Lakin onların istifadəsində 0.0890 ha torpaq sahəsi vardır ki, bunun da 0.0295 ha-sı Orta Zəyzid bələdiyyəsinə məxsus torpaq sahəsidir. İddiaçı ərizəsinə əsasən ata mülkündəki həyətyanı torpaq sahəsinin (0.0595 ha) bölünərək ona məxsus olan hissəsinin ona tanıdılmasını iddia edir. Həyətyanı sahədə olan bələdiyyə torpağı isə həyətin giriş hissəsində yerləşdiyinə görə həm İddiaçı, həm də Cavabdeh2 oğıu həmin ərazidən gedişgəliş üçün istifadə edirlər. Həyətyanı torpaq sahəsi bacı-qardaş arasında bölündükdən sonra bələdiyyəyə aid torpaq sahəsi isə bələdiyyə tərəfindən hər iki ailənin istifadə etməsi üçün məcburi yol kimi saxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, iddia tələbinin və etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ekspert tərəfindən verilmiş rəyə də münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Düzdür, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi ünvan 1i ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus olan 290 kv.m torpaq sahəsi nəzərə alınmadan həmçinin ekspert rəyini əsas sübut kimi qəbul etməməklə, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəylə razılaşmamasının əsl səbəbini qətnaməsində əsaslandırmamış, eyni zamanda keçirdiyi yerli baxışla ekspert rəyini müqayisəli şəkildə təhlil etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0595 ha, faktiki torpaq sahəsinin 0,0885 ha olması və 290 kvadrat metr zəbt edilmiş torpaq sahəsinin olması göstərilmişdir. İddia tələbini təmin edərək mübahisəli ünvanda yerləşən torpaq sahəsindən yol açılmasını və iddiaçının hesabına hasarın çəkilməsini qət edən apellyasiya instansiyası məhkəməsi texniki pasportda göstərilmiş 290 kvadrat metr zəbt edilmiş torpaq sahəsinin tərəflərin mülkiyyətində olmadığını nəzərə almamışdır. Ona görə də zəbt edilmiş torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etməsi, bundan sonra həmin şəxsin işə cəlb edilməsi və mübahisəyə torpaq sahəsinin mülkiyyətçisinin iştirakı ilə baxıb iddia tələbinə hüquqi qiymət verilməsi barədə göstərişlər verilmişdir. Qeyd olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyasının 28 avqust 2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının 21 aprel 2025-ci il tarixli 10/7484 nömrəli rəyində göstərilmişdir ki, ünvan 1i ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus olan 290 kv.m torpaq sahəsi nəzərə alınmadan evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin İddiaçı məxsus 1 saylı, sahəsi 10.4 kv.m olan köməkçi otağı və 2 saylı, sahəsi 16.6 kv.m olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlarda ayıran divarın davamı olaraq düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışıüçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılmasının texniki cəhətdən mümükün olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi mülkiyyətçilər tərəfindən qanunsuz istifadə olunan 290 kv metr ölçüdə torpaq sahəsinin mülkiyyətçisi kimi bələdiyyəni işə cəlb etməmiş, onun nümayəndəsinin işdə iştirakını təmin etməmiş və belə vəziyyətdə həmin torpaq sahəsini də tərəflər arasında bölmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Şəki rayon Orta Zəyzid bələdiyyəsini 3-cü şəxs qismində cəlb olunmuşdur. Şəki rayon Orta Zəyzid bələdiyyəsinin 04 fevral 2022-ci il tarixli 838 saylı arayışı ilə müəyyən edilmişdir ki, texniki pasportda zəbt kimi göstərildiyi 290 kvadrat metr torpaq sahəsi Şəki rayon Orta Zəyzid bələdiyyəsinin mülkiyyətindədir. Məhəkəm kollegiyasının iclasında iştirak edən Şəki rayon Orta Zəyzid bələdiyyəsinin nümayəndəsi X8 ifadəsində və Şəki rayon Orta Zəyzid bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, bələdiyyənin ərazisində yerləşən 0.0595 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında X4, Cavabdeh2, Cavabdeh1, İddiaçı adına DƏDR-də qeydiyyatdan keçmişdir. Lakin onların istifadəsində 0.0890 ha torpaq sahəsi vardır ki, bunun da 0.0295 ha-sı Orta Zəyzid bələdiyyəsinə məxsus torpaq sahəsidir. Həyətyanı sahədə olan bələdiyyə torpağı həyətin giriş hissəsində yerləşdiyinə görə həm İddiaçı, Cavabdeh2 həmin ərazidən gediş-gəliş üçün istifadə edirlər. Qeyd edilənlərə əsasən Şəki rayon Orta Zəyzid bələdiyyəsi hər iki ailənin ondan yol kimi istifadəsinə etiraaz etmir. Belə olan halda,məhkəmə kollegiyası qənaətə gəlir ki, mübahisəli ev və torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin evdən və torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılanması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi, tələbinin qismən təmin olunmasını iddia etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən də sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən də göründüyü kimi iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmalakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evə aid paylı mülkiyyətdə olan torpaq sahəsi evə dair tərtib olunmuş texniki pasportda A literindəki İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına doğru, lakin bələdiyyəyə məxsus olan 290 kv/m torpaq sahəsinə qədər olan hissədə naturada ayrılaraq İddiaçı istifadəsinə verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılmalı, bölgü zamanı "A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Sərhəd xəttinin (hasarının) çəkilməsi iddiaçının hesabına həyata keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının ümumi dəyəri olan 400 manat məbləğin 200 manatı İddiaçı, qalan 200 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X2, KOD 201218 VÖEN **********, müxbir hesab AZ 37, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evə aid paylı mülkiyyətdə olan torpaq sahəsi evə dair tərtib olunmuş texniki pasportda A literindəki İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına doğru, lakin bələdiyyəyə məxsus olan 290 kv/m torpaq sahəsinə qədər olan hissədə naturada ayrılaraq İddiaçı istifadəsinə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılsın. Bölgü zamanı "A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Sərhəd xəttinin (hasarının) çəkilməsi iddiaçının hesabına həyata keçirilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 400 manat məbləğin 200 manatı İddiaçı, qalan 200 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, X2, KOD 201218 VÖEN **********, müxbir hesab AZ 37, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-7/2025
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-7/2025
15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver