Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-70/2025 10.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X8 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərcin alınıb verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaxşılaşdırmalar, pul tələbi, MM 157.6, 157.7, 1091.1, 1091.2, 1094) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X9 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X8 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərcin alınıb verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnаməsindən İddiaçı1 və cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh X1 rayonu, Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsini 2011ci il tarixdə X11 alğı-satqı yolu ilə almışdır, hazırda mülkiyyətindədir. İddiaçılar İddiaçı2 və İddiaçı1 isə eyni kənddə yerləşən 1 ha torpaq sahəsini X12 almışlar. İddiaçılar onlara təqdim edilən torpaq sahəsindən 20 il ərzində istifadə etmişlər. Sonradan məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsinin 0,77 hissəsinə cavabdeh X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar həmin torpaq sahəsinin 0,77 ha hissəsindən çıxarılmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək torpaq sahəsi alınarkən X6na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh X3 alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X6na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərinin alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh X3 alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavadehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçılar İddiaçı2 və X19 iddia tələbinin həcminin azaldılmasına dair elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun və iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 alınıb iddiaçı X15 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 02 avqust 2004-cü ildə Göyçay rayonunun Qızılağac kənd bələdiyyəsi ərazisində yerləşən Mollahacılı kəndinin “qarajın qabağı” adlanan ərazidə 1,00 hektar torpaq sahəsini X6na 2000 ABŞ dolları ödəməklə almışdır. Mərhum X4 Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə ərizə ilə müraciət edərək ona 10 iyun 2000-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndi keçmiş Qafur Qasımov adına kolxozun X31 Komissiyasının aktı ilə verilmiş 1998-cı ildən faktiki istifadəsində olan 1,00 hektar torpaq sahəsini satmaq istədiyini bildirmiş və həmin illərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alğı-satqı mexanizmi olmadığı üçün mərhum Eldar Qasımov torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və sxematik plana əsasən İddiaçı1 satmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsini təmizlətmiş, gübrə vermiş, aqrotexniki qulluq etmiş və 300 ədəd xurma, alça, nar ağacları əkmişdir. Məhkəməyə təqdim etdiyi Göyçay rayonu Qızılağac kənd bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixli, 189 saylı arayışında göstərilən aqrar islahatı zamanı nöqsan və çatışmazlıqlar və yerdəyişmələrdən sui-istifadə edərək sahibliyində olan torpaq sahəsinə 2018-ci ildə mülkiyyət hüququnu qeydə aldıran cavabdeh X10 15 ildən sonra, yəni 22 aprel 2019-cu ıl tarixdə iddiaçıya və digər şəxslərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 oktyabr 2020-ci il tarixli 2(046)- 90/2020 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 1,34 ha torpaq sahəsinin 0,77 ha hissəsindən iddiaçının çıxarılması qət edilmişdir. Bu illər ərzində iddiaçı torpaq sahəsinə aqrotexniki qulluğa, torpaq vergisinə, sudan istifadə haqqına və digər işlərə aşağıda göstərdiyi məbləğdə pul xərcləmişdir: Calaq meyvə ağaclarının alınmasına 220 X 5.5 manat - 1210 manat; Torpağa üzvi gübrə verilməsinə (nəqliyyat və fəhlə pulu daxil olmaqla) - 14 il ərzində cəmi 2770 manat; Torpağa mineral gübrə verilməsinə - 14 il ərzində cəmi 1,74 manat; Texnika vasitəsi ilə aqrotexniki işlərin görülməsinə - 14 il ərzində cəmi 1,29 manat; Torpaq vergisi və torpağın suvarılmasına gorə - 14 il ərzində cəmi 1,74 manat; Digər xərclərə görə (sahənin hasarlanmasına dəmir materiaalar alınması, qaynaq edilməsi, sahənin hər il təmizlənməsi, budama işləri və sair) – 3,01 manat; Nəzarətçiyə görə (bir ildə 720 manat olmaqla 14 il ərzində) – 10080 manat. İddiaçının 2004-2005-ci illər ərzində torpaq sahəsinə çəkdiyi xərcləri yeni Azərbaycan manatı ilə dəyərləndirə bilmədiyi üçün iddia tələbində həmin xərcləri göstərməmişdir. Həmçinin cavabdeh X10 22 aprel 2019-cu il tarixdə torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdikdən sonra mübahisə məhkəmə tərəfindən araşdırıldığı üçün 2020-ci ildə torpaq sahəsinə xərc çəkməmiş və bağa nəzarətçi qoymamışdır. 16 il ərzində iddiaçının istifadəsində olan torpaq sahəsinə aqrotexniki qulluq etməklə torpaq sahəsini lazımi keyfiyyətdə saxlamış və buna görə 21840 manat pul xərcləmişdir.
6. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Mollahacılı kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsində aparılmış hesablamaların nəticələrinə əsasən 0,77 ha torpaq sahəsində qarışıq meyvə bağının salınmasına 824,0 manat, cavan və məhsuldar xurma, alça və nar bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 7693 manat cəmi 8228,5 manat xərc çəkilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı iddiaçı X13 nümayəndəsi (vəkili) Nümayəndə mübahisəli torpaq sahəsinə 21.840 manat xərc çəkdiyinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
7. Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, cavabdeh X3 8228.5 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X15 verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri, a.e.ü.f.d., X18 işçisi Vahid Əliyev tərəfindən verilmiş mütəxəssis rəyi Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 32411 saylı rəyi
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 və cavabdeh X10 аpellyаsiyа şikаyəti vermişlər.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1122/2023 nömrəli iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 1374/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1122/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən o, 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. İddia tələbi 14 il ərzində torpaq sahəsinə aqrotexniki qulluğa, mineral və üzvi gübrə verilməsinə, meyvə ağaclarının əkilməsinə çəkilmiş xərcə görə 21840 manat məbləğindən ibarətdir. Lakin məhkəmə zərəri 14 il üçün deyil, 13 il üçün hesablamışdır. Bununla da maddi normanın tələbi pozulmuşdur. Məhkəmə hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçının 20 il ərzində istifadə etməyini, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkməyi qənaətinə gəlsə də, iş üzrə verilmiş mütəxəssis rəyinə sübut kimi istinad edərək 13 il müddət üçün torpaq sahəsinə və oradakı meyvə bağına çəkilmiş xərcin tutulmasını qət etmişdir. Həmçinin 14 il ərzində meyvə bağına nəzarət edən gözətçi Şahid ifadəsi qətnamədə elan edilsə də, məhkəmə gözətçiyə aylıq pul ödəməyi halına qiymət verməmiş, iddianı həmin hissədə təmin etməmişdir. Göründüyü kimi, məhkəmə qeyd edilən sübutları tədqiq etməmiş və obyektiv qiymət verməmişdir.
15. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh X10 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. Qeyd edir ki, 1.34 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə notarial qaydada X2 alınmışdır. Torpaq sahəsini o, (cavabdeh) satın alarkən bağ mövcud idi, torpaq sahəsini ağaclarla birlikdə almışdır. Buna görə satıcıya pul ödəmişdir. Həmin ağacları X21 əkmişdir. Onun aldığı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 ağac əkməmişdir. Torpaq sahəsi onun mülkiyyətinə keçdikdən 10 il sonra ona qarşı pul tələbinə dair iddia qaldırılması anlaşılan deyil. Onun aldığı torpaq sahəsində iddiaçılar tərəfindən ağac əkilməsi və bağ salınması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddia ərizəsində İddiaçı1 mübahisəli 1.0 ha torpaq sahəsini 2000 ABŞ dolları ödəməklə X6ndan aldığı göstərilmişdir. Lakin X6 cavabdeh X8 məxsus torpaq sahəsini satmamış, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X8 məxsus torpaq sahəsini zəbt etmişdir. İddiaçı1 torpaq sahəsini almasını bəhanə edərək, X6 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini deyil, başqa torpaq sahəsini, yəni cavabdeh X8 məxsus torpaq sahəsini zəbt etmişdir. Torpaq sahəsi zəbt edilərkən əkilmiş ağaclar mövcud idi. İş materiallarından və eləcə də iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından bəlli olur ki, iddiaçılarla cavabdeh arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır.
17. Əgər iddiaçılar həqiqətən ağac əkmişdirsə, onda hazırki iddia ilə ona qarşı deyil, X16 qarşı iddia tələbi irəli sürə bilərlər.
18. İş materiallarında olan mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənə bilər, lakin 8228,5 manat xərclənməsi rəydə konkret təsdiq olunmur. Həmin məntiqlə götürsək, torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməyə də bilər. Belə olan halda torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi konkret sübutlarla öz təsdiqini tapmalıdır, lakin iddiaçılar tərəfindən torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında olan başqa mübahisəyə dair 2(046)-90/2020 saylı işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizə ilə torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi təkzib olunur. Belə ki, 90/2020-nömrəli işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizədə qeyd olunur ki, torpaq sahəsi İddiaçı2 tərəfindən istifadə olunmur, bu səbəbdən İddiaçı2 məhkəmədən özünün cavabdehlikdən azad olunmasını xahiş etmişdir. Torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə İddiaçı1 tərəfindən 8228,5 manat xərclənməsi inandırıcı deyil. Ona görə ki, İddiaçı1 X26 filialında işləyir, o, işdən heç vaxt ayrılmamışdır. Torpaq sahəsində bağın salınması, ağaclara aqro-texniki qulluq göstərilməsi isə kifayət qədər böyük vaxt tələb edir. Bankda işləməklə, eyni zamanda ağaclara gündəlik qulluq göstərmək faktiki olaraq mümkün deyil.
19. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə müdafiə etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil3 qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi.
23. İddiaçı1 və cavabdeh X10 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mаddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mаddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mаddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Hər iki tərəf Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)- 30/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
30. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh X1 rayonu, Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsini 2011-ci il tarixdə X11 alğı-satqı yolu ilə almışdır, hazırda mülkiyyətindədir. İddiaçılar isə eyni kənddə yerləşən 1 ha torpaq sahəsini X12 almışlar. İddiaçılar onlara təqdim edilən torpaq sahəsindən 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişlər. Sonradan məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsinin 0,77 hissəsinə cavabdeh X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhz sonuncunun iddiası əsasında Göyçay Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçılar həmin torpaq sahəsinin 0,77 ha hissəsindən çıxarılmışlar. Hazırki iş üzrə iddiaçılardan İddiaçı2 iddiaçıların sırasından çıxarılmış, Cavabdeh2 isə cavabdeh sırasından çıxarılmışdır (cild İ, i/v 154.(iddia tələbinin həcminin azaldılmasına dair))
31. Cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 16-17-ci bəndlərində göstərilən dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1374/2024 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə vicdanlı sahiblik etdiyini iddia etsə də, cavabdehə münasibətdə “vicdanlı sahib” olmadığından hazırki iddia tələbi cavabdehə yönələ bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə vicdansız sahib dedikdə, əmlak üzərində sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib başa düşülür. Lakin işin məhkəmələr tərəfindən araşdırılmış hallarından məlum olur ki, iddiaçılara münasibətdə vicdanlılığı istisna edən hal mövcud deyildir, iddiaçılar mübahisəli torpağın onlara satılan torpaq olduğunu güman edərək həmin sahədən istifadə etmişlər. Beləliklə, iddiaçıların cavabdeh X5 mülkiyyətində olan 0,77 ha torpaq sahəsinə sahibliyi qanunsuz, lakin vicdanlı olmuş, əşyanın mülkiyyətçisi olan cavabdeh X10 iddiaçılar tərəfindən edilmiş yaxşılaşdırmalar baxımından əsassız varlanmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlilləri təkzib olunur.
32. Cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 18-ci bəndində göstərilmiş və iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlilləri torpaq sahəsinə çəkilmiş xərcin məbləğini mübahisələndirmişdir. Həmin məsələ ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə yuxarıda qeyd olunan qərarında, həmçinin, göstərilmişdir ki, işə yenidən baxılarkən nəzərə alınmalıdır ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi məqsədilə, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin tərkibinə daxil olan 0.77 ha torpaq sahəsinin təklikdə (boş halda) qiymətinin nə qədər olması; üzərində 300 ədəd xurma, alça, nar ağacları ilə birlikdə həmin torpaq sahəsinin qiymətinin nə qədər olmasının müəyyən edilməsi üçün ekspert və qiymətləndirmə təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza əsasında əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 3 aprel 2024-cü il tarixli 10/7508-9/7825 nömrəli ekspert rəyində göstərilmişdir ki, Göyçay rayonu, Qızılağac kənd bələdiyyəösinin ərazisində, Mollahacılı kəndində yerləşən analoji torpaq sahələri barədə məlumat olmadığından, sözügedən mənzilin mövcud orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, ekspert rəyində mənzilin mövcud orta bazar qiymətini müəyyən etmək mümkün olmadığı qeyd olunsa da, hazırki iş üzrə ekspertiza predmeti mənzil deyil, torpaq və ağaclar olduğundan rəydə mənzil sözünün yazılması texniki yanlışlıq olaraq nəzərə alınmışdır. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən verilən 21 iyul 2025-ci ildə məhkəmə kollegiyasına daxil olmuş "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli 134/Mİ/25 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sözügedən 0.77 ha torpaq sahəsinin 5 cərgədən ibarət bağ sahəsində cəmi 143 ədəd sağlam və 24 ədəd qurumuş meyvə ağacı olduğu müəyyən edildi. Bunlardan 87 ədəd şərq xurması ağacı, 52 ədəd alça ağacı, 4 ədəd nar kolu sağlam və 7 ədəd şərq xurması ağacı, 17 ədəd alça ağacı quru vəziyyətdədir. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən 0.77 ha torpaq sahəsinin 14 iyul 2025-ci il tarixinə: Boş halda bazar qiyməti 11 000 (on bir min) manat Boş halda likvid qiyməti 9 000 (doqquz min) manat 143 ədəd ağaclar ilə birlikdə bazar qiyməti 25 000 (iyirmi beş min) manat 143ədəd ağaclar ilə birlikdə likvid qiyməti 21 000 (iyirmi bir min) manat 300 ədəd ağaclar ilə birlikdə bazar qiyməti 36 000 (otuz altı min) manat 300 ədəd ağaclar ilə birlikdə likvid qiyməti 30 500 (otuz min beş yüz) manat Mübahisəli torpaq sahəsində mövcud olan ağacların sayı ilə bağlı ziddiyyətin müəyyən edilərək aydınlaşdırılması məqsədilə cavabdehin vəsatətinə əsasən kollegiya tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərək mübahisəli torpaq sahəsində 99 ədəddən çox xurma, 51 ədəddən çox alça və 2 ədəddən çox nar ağaclarının mövcud olması müəyyən edilmişdir. Həmin ağacların bir qismi qurumuş, bir qismi yarpaqları solmuş və bir qismi məhsuldar olmaqla baxımsız vəziyyətdə kolların arasında yerləşir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin 143 ədəd ağacdan ibarət yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq bazar qiyməti ilə götürüldükdə 14.000 manat, likvid dəyərlə götürüldükdə 12.000 manat təşkil edir.
34. Yaxşılaşdırmaların dəyəri göstərilən üsulla hesablandıqda iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinin xərclərin 14 il və ya 13 il üçün hesablanması hissəsi əhəmiyyətini itirsə də, həmin apellyasiya şikayətinin dəlilləri yaxşılaşdırmaların dəyərinin az hesablanmış olması hissəsində əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir.
35. Cavabdehin apellyasiya şikayəti yuxarıda göstərilən səbəblərdən əsaslı olmadığından təmin edilməməlidir.
36. Yaxşılaşdırmaların dəyərinin bazar yoxsa likvid dəyərlə hesablanmalı olması ilə bağlı kollegiya qeyd edir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Həmin Məcəllənin 96-cı maddəsinin 10-cu hissəsinə əsasən ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. “Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərraca (müsabiqəyə) çıxarılan ilkin qiyməti torpağın normativ qiymətindən az olmayaraq mövcud bazar məzənnəsinə uyğun müəyyən edilir. Göründüyü kimi, torpaq qanunvericiliyində torpağın normativ və bazar qiymətindən istifadə edilməklə, ümumi qayda olaraq torpaq sahələrinin hərraca çıxarılan ilkin satış qiymətinin torpağın normativ qiymətindən az olmayaraq mövcud bazar qiyməti ilə müəyyən edilməsi şərtləndirilsə də, ipoteka predmeti olan torpaq sahələri ilə bağlı məsələ istisna edilərək, “İpoteka haqqında” Qanunun tənzimlənmə predmetinə aid edilmişdir. Kollegiya hesab edir ki, hazırki halda mübahisə predmeti ipoteka münasibətləri olmadığından və torpaq sahəsinin hərraca çıxarılması, tezliklə satılması kimi zərurətlər mövcud olmadığından torpaq sahəsinin dəyərinin likvid qiymətlə müəyyən edilməsinə zərurət yoxdur. Belə olan halda, torpaq sahəsinin dəyəri bazar qiyməti ilə hesablanmaqla, yaxşılaşdırmaların dəyəri 14.000 manat müəyyən edilməlidir.
37. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən 8228.5 manat həcmində təmin etsə də, iddianın təmin edilməsi əsası iddiaçılar tərəfindən torpaq sahəsindəki yaxışlaşdırmaların edilməsinə çəkilmiş xərclərin hesablanması olmuşdur. Halbuki, yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1091.2 və 1094-cü maddələrinə deyil, həmin məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə istinad etməkdə yuxarıda göstərilən səbəblərdən haqlı olmamışdır. Ona görə də, qətnamə tamamilə ləğv edilməli, iş üzrə apellyasiya qaydasında yeni qətnamə qəbul edilməlidir.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1374/2024 nömrəli qərarında qeyd olunmuş göstərişləri nəzərə almaqla hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən- 14.000 manat həcmində təmin edilməli, cavabdeh X3 yaxşılaşdırmaların dəyəri olaraq 14.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı X15 verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdeh X3 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qiymətləndirici rəyinin dəyəri olaraq 600 manat cavabdeh X3 tutularaq "xxxx" MMCyə ödənilməlidir. (AZ52İBAZ**********6978 334201, VÖEN **********, Müxbir hesab AZ03NABZ013501**********2944, KOD 805539, SWİFT BİC İBAZAZ2X).
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 və cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 yaxşılaşdırmaların dəyəri olaraq 14.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı X15 verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdeh X3 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qiymətləndirici rəyinin dəyəri olaraq 600 manat cavabdeh X3 tutularaq "xxxx" MMCyə ödənilsin. (AZ 52İBAZ********************, VÖEN **********, Müxbir hesab AZ03NABZ013501**********2944, KOD 805539, SWİFT BİC İBAZAZ2X). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.