Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-707/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tələbin qeyri müəyyənliyi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında mövcud ******* (bir milyon altı yüz min) dəyərində malın yarısının və ya həmin malların dəyəri olan 800000 (səkkiz yüz min) manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 1090 (bir min doxsan) manat dövlət rüsumunun İddiaçı Əhmədalı qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi, 1090 (bir min doxsan) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh “Zaqatala Bazar- 2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında mövcud ******* (bir milyon altı yüz min) dəyərində malın yarısının və ya həmin malların dəyəri olan 800000 (səkkiz yüz min) manat pul vəsaitinin alınaraq, ona ödənilməsini xahiş etsə də, iddia ərizəsində cavabdehdən tələb edilən malların adları, növləri, əlamətlərinə aydınlıq gətirilməmiş, “Çənlibel” topdansatış mağazasında mövcud hansı malların yarısı, hansı malların dəyəri olan 800000 manat pul vəsaitinin tələb edilməsi dəqiqləşdirilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbi pozulmuşdur. Kollegiya qeyd edir ki, tələb edilən malların adları, növləri, əlamətləri müəyyən olunmadığından, iddia tələbi təmin və ya rədd oluna bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbli iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında mövcud ******* (bir milyon altı yüz min) dəyərində malın yarısının və ya həmin malların dəyəri olan 800000 (səkkiz yüz min) manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 1090 (bir min doxsan) manat dövlət rüsumunun İddiaçı Əhmədəlı qızına ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-46/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında mövcud ******* (bir milyon altı yüz min) dəyərində malın yarısının və ya həmin malların dəyəri olan 800000 (səkkiz yüz min) manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 1090 (bir min doxsan) manat dövlət rüsumunun İddiaçı Əhmədəlı qızına ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 1090 (bir min doxsan) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Əhmədəlı qızına geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-707/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-707/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver