Məhkəmə qərarları › İş №2(107)-709/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-709/2020

24.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-709/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan BOREX-2102 markalı 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun cavabdehdən alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat məbləğdə ödənilməmiş borcun, 1 241,00 (bir min iki yüz qırx bir) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun cəmi 1 721,00 (bir min yeddi yüz iyirmi bir) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2019-cu il tarixli 2(075)- 1777/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək lizinq obyekti olan BOREX- 2102 markalı 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manatın və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnаmədən hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)- 1777/2019 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-1777/2019 nömrəli qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinə əsasən mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-597/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılması xx xxxxxx 2020-ci il tarixə saat 09:30-ə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin hakimi X4 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq xx xxxxxx 2020-ci il tarixdə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1777/2019 nömrəli qərardadından verdiyi şikayət ərizəsinin Şəki Rayon Məhkəməsinə daxil olduğunu bildirmiş və həmin şikayətə baxılması zərurəti ilə bağlı Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş 2(075)-1777/2019 nömrəli mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-597/2020 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-597/2020 nömrəli mülki işin baxışdan çıxarılması, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadından hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə AR MPM-nin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçünmülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsi, mülki iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadından hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət belə əsaslandırılmışdır ki, qətnamədən göründüyü kimi, o, işdə iştirak etməyə cəlb edilməmişdir. Lakin işdə olan sənədlərdən göründüyü kimi qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunur. Belə ki, məhkəmə predmetinə çevrilən və hazırkı iş üzrə məhkəmə qərarı ilə Cavabdeh alınaraq İddiaçı ASC-yə verilən BOREX- 2102 markalı, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun uzun müddət onun qanuni olaraq istifadəsində olduğu, həmin əmlakla bağlı mübahisənin iddiaçı ilə onun arasında xeyli müddət əvvəl başladığı və bu mübahisə ilə əlaqədar onun çoxsaylı şifahi və rəsmi müraciətlərinə ziddiyyətli cavablar verən iddiaçının tələbi üzrə ancaq onun əsl cavabdeh olduğu da iş materiallarında öz təsdiqini tapır. Odur ki, o, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsdir. Buna görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2(075)-1777/2019 saylı qətnaməsindən narazı qalmış və ondan apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(075)- 1777/2019 saylı qərardadı ilə razılaşmayaraq bir daha bildirir ki, o, məhkəmənin şifahi dəvəti əsasında bir dəfə işdə iştirak edərək, geniş ifadə vermiş və məhkəmənin tapşırığı əsasında zəruri sübutlarını məhkəməyə göndərmişdir. Bununla da elə hesab etmişdir ki, o, işə əsl cavabdeh qismində cəlb edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(075)- 1777/2019 saylı qərardadında qəbul edilmiş qərar üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1, 357.1 və 357.1.2-ci mədələrinin rəhbər tutulması ilə razılaşmır və bunu məhkəmənin qeyri- obyektiv mövqeyi kimi qiymətləndirir. Elə hesab edir ki, iş üçün əhəmiyyətli olan halların araşdırılmasında maraqlı olmayan məhkəmənin sonradan bir çox zəruri sübutları işə almaması qeyd etdiklərinə bir daha sübutdur. Eyni zamanda bu, işdə olan digər sübutlara, o cümlədən iş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli etirazda da öz təsdiqini tapır və birinci instansiya məhkəməsinin işə baxılmasında qeyri-obyektiv mövqeyi bir daha üzə çıxarır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərаrdаdındаn hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında şikayətin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini və Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərаrdаdının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs və Cavabdeh izahatlarında şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(075)-1777/ 2019 saylı qərardadının ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2(075)-1777/2019 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(075)-1777/ 2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətində sözügedən qətnamənin hüquq və vəzifələrinə toxunduğunu qeyd etsə də, bu barədə hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs şikayətinə əlavə etdiyi xx.xx.2005-ci il tarixli 23 nömrəli İddiaçı ASC məxsus kənd təsərrüfatı texnikasının alqı-satqısına barədə müqavilə ilə (həmin müqavilənin kserosurəti olmaqla Maraqlı şəxs müqavilənin əslinin onda olmadığını bildirdi) hazırkı iddianın predmeti olan BOREX-2102 markalı 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun ona satılmasını bildirsə də, həmin müqavilənin lizinq obyekti olan ekskavatora aid olduğunu sübut edə bilmədi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmadığından o hazırkı iş üzrə tərəf kimi qəbul edilmiş qətnamədən şikayət vermək hüququna malik olan şəxs deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1777/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar