Məhkəmə qərarları › İş №2(107)-71/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-71/2023

28.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-71/2023 28.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil4 İsgəndər oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və kompensasiya ödənilməsi” tələbinə dair mülki üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına 8/9 hissədə, X2 adına 1/9 hissədə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə İddiaçı adına tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh X2 arvadı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X13 isə X2 övladlarıdır. X6 26 mart 2016-cı ildə ölmüşdür. Tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və qeydiyyata alınmayan, lakin Cavabdeh faktiki istifadəsində və sahibliyində olan digər fərdi yaşayış evi yerləşir. Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada: hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi; mülkiyyətində olan torpağın 415 kv.m hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kv.m x 8000 manat = 33.200 manat kompensasiya olaraq və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdehlər X11 və Cavabdeh qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması” barədə iddia tələbi Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(025)-69/2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1852/2019 saylı qətnaməsi ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6568/2019 saylı qərarı ilə dəyişdirilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyət hüqüqları pozulmaqda davam etdiyinə görə yenidən məhkəməyə müraciət edir. Hazırda o, eyni predmet barəsində başqa əsasla məhkəməyə müraciət edir. Yaşayış sahəsinə tam, torpaq sahəsinin 8/9 hissəsi onun mülkiyyətindədir. Torpaq sahəsinin 1/9 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Eyni zamanda məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 0,07 ha torpaq sahəsində iki ev mövcuddur, texniki pasportda göstərilən sənəd üzrə 0,07 ha, faktiki sahə 0,1226 ha, tikinti altı sahə, 008272 ha və digər sahələr 0,114328 hektardır. Torpaq sahəsində yerləşən A-literli yaşayış evi qanuni əsaslarla onun mülkiyyətindədir. B-literli icazəsiz tikili isə cavabdehə məxsus olmaqla, tərəflər müvafiq olaraq ayrı-ayrılıqda həmin evlərdə yaşayırlar. Bununla yanaşı sübut mənbəyinin əsasını təşkil edən ekspert rəyinə əsasən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,07 ha-dır. Həyətyanı torpaq sahəsinin ona məxsus 8/9 hissəsinin, X3 məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün deyildir. Buna əsas kimi 1/9 hissə üzrə X2 payına düşən torpaq sahəsinin “B” tikilisinin tikinti altı sahəsindən az olduğu müəyyən edilmişdir. Həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəndir. Mülkiyyətində olan torpaq sahəsinin 8/9 ha torpaq sahəsinin cavabdehə məxsus icazəsiz tikilinin altında yerləşən hissəsinin və evin həyətindən ön divarından hesablanmaqla eni 3 metr olan, uzunluğu həyət darvazasına qədər qədər olan hissəsini cavabdehin mülkiyyətinə verir. Mülkiyyətində olan torpaq sahəsinin qalan hissəsini küçə qapısına qədər təcrid etmək, ayırmaq üçün 2,2 metr hündürlüyündə mişar daşından hasar çəkilməsi, küçəyə giriş-çıxş darvazasının quraşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Eyni zamanda mülkiyyətində qalan torpaq sahəsi cavabdehin sərəncamında qaldığı üçün 33.200 manat kompensasiya cavabdehdən alınınb ona ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)-8/2021 nömrəli iş üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha torpaq sahəsinin İddiaçı 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlar çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydada natura şəkilində bölünməsi, İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m (415- 78=337) cavabdehin istifadəsində qaldığı üçün 21.900 (iyirmi bir min doqquz yüz) manatın (6500x3.37 sot) kompensasiya olaraq və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. İş üzrə əldə edilmiş ilkin ekspertiza rəyində, cavabdehin istifadəsində olan tikilinin alt hissəsində yerləşən torpaq sahəsi onun payına düşən 0,0078 ha torpaq sahəsindən çox olduğundan mübahisə predmeti olan torpaq sahəsinin real bölünməsi mümkün olmadığı qeyd edilsə də, bu hal, hazırkı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu zaman yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılacağı təqdirdə də müəyyən çətinliklər yaradacağı da nəzərə alınmalıdır. Belə ki, ekspert rəyinə görə yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən cavabdehə məxsus evin altında qalan torpaq sahəsi 100 kv.m, həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi 315 kv.m təşkil etdiyi müəyyən olunur ki, Mülki Məcəllənin 220.4 maddəsinin tələblərinə müvafiq olaraq ayrılması mümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparıması məqsədə müvafiqdir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı bunun mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Qəbələ şəhəri, S.Vurğun küçəsindən həmin küçədə yerləşən 9 nömrəli evin həyətyanı sahəsinə əsas giriş var, torpaq sahəsinin eyni tərəfində həmin küçəyə başqa giriş qapısı da mövcuddur. Həyətə daxil olarkən orada 2 ədəd fərdi yaşayış evi və əsas girişdən daxil olduqda həyətin sol tərəfində 2 ədəd yardımçı tikili mövcuddur. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, torpaq sahəsi bölünən zaman İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m (415-78=337) cavabdehin istifadəsində olan fərdi yaşayış evinin altında qalır. Bu halda Qəbələ şəhəri, S.Vurğun küçəsində yerləşən İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m cavabdehin istifadəsində qaldığı nəzərə alınmalı və həmin hissə cavabdehə verilməlidir. Həmçinin bu zaman cavabdehlərə 337 kv.m paylarından artıq düşür. Bu səbəbdən cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 21.900 (6500x3.37 sot) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1228/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1241/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Apellyasiya inçtansiyası məhkəməsi ümumiyyətlə hazırki mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində artıq qanuni qüvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirmədən, iddiaçının cavabdehə qarşı hazırki tələbini əsaslandırdığı hüquqi faktları qeyd olunan normaların tələbləri baxımından qiymətləndirmədən və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət oldğunu qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş “X5”nin 21 fevral 2020-ci il, 02 mart 2020-ci il il tarixli ekspert rəyləri, habelə “X10”nin 01 fevral 2021-ci il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, sözügedən Mərkəzlərin belə bir ekspert rəyləri verməyə səlahiyyətli olub-olmadıqlarını araşdırmayıb, həmin rəylərin mötəbərliliyini Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından yoxlamayıb. Sadalanan prosessual normaların tələblərinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmənin mülki prosessual məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Habelə, Ədliyyə Nazirliyinin birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Hazırki işdə, iddiaçının payının naturada ayrılmasının mümkünlüyü xüsusi bilik tələb edən səlahiyyətli qurum tərəfindən verilmiş ekspert rəyi ilə, habelə payın naturada yuxarıda göstərilən qaydada ayrılmasının şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun olması mülki iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən, 01 aprel 2014-cü il tarixli Çıxarışa əsasən, sözügedən torpaq sahəsi 8/9 hissədə iddiaçının, 1/9 hissədə isə onun mərhum qardaşı Əliyar Osmanovun paylı mülkiyyətindədir. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində göstərmişdir ki, payın naturada ayrılması mümkün olmadığı halda, iddiaçı ondan kifayət qədər yüksək məbləğdə kompensasiya tələb edir, onun isə iddia olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, mərhum Əlyar Osmanovun mirası qəbul etmiş vərəsələrinin dairəsini, habelə onların hər birinin miras aktivindəki, yəni torpaq sahəsinin 1/9 hissədəki paylarını müəyyən etmədən, iddiaçının mülkiyyətində olan 337 kv.metr torpaq sahəsinin cavabdehin istifadəsində qalmasını əsas tutub yalnız sonuncudan iddiaçının xeyrinə 21.900 manat kompensasiya tutmaqla Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, vərəsələr miras qoyanın kreditorlarının mənafeələrini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə göstərilən hallar aydınlaşdarılmaqla yanaşı iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməli, xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün müvafiq səlahiyyətli quruma həvalə edilməklə əsaslandırılmış ekspert rəyi alınmalı və yalnız bundan sonra iddiaçının cavabdehə qarşı hazırki tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-754/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və İ.Şükürov) apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-69/2019 nömrəli mülki işdə iddiaçı X4 (hazırda baxılan iş üzrə iddiaçı), cavabdehlər isə X11 (26 mart 2016-cı il tarixdə vəfat etmiş) və Cavabdeh (hazırda baxılan iş üzrə cavabdeh) olmuşlar. İddianın predmeti də indi baxılan mülki işin predmeti ilə eyni olmuş, yəni həmin mülki işdə də iddiaçı xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin naturada ayrılmasını və sərhədlərin müəyyən edilməsini tələb etmişdir. Yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında artıq bir dəfə baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə aktı çıxarılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-4567/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadını Ali Məhkəmənin hazırki iş üzrə əvvəllər qəbul etdiyi qərara istinadən əsaslandırmışdır. Lakin kassasiya məhkəməsinin həmin qərarında iş üzrə icraata xitam verilməli olmasına dair bilavasitə göstəriş verilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Ali Məhkəmənin qərarında hazırki mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirməli olması, iddiaçının cavabdehə qarşı hazırki tələbini əsaslandırdığı hüquqi faktları qeyd olunan normaların tələbləri baxımından qiymətləndirməli olması və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət olduğunu qətnamədə əsaslandırmalı olması göstərilmişdir. Hər iki mübahisə üzrə tərəflərin eyni olması mübahisəsizdir. Araşdırılmalı olan məsələ mübahisənin predmetinin və əsasının eyni olubolmamasıdır. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə - mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə - iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə və ya həmin cavabdehin həmin iddiaçıya qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsif) başa düşülür. İddianın əsasının eyniliyi dedikdə - barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. İş materiallarında olan məhkəmə aktlarından müəyyən olunur ki, iddiaçının əvvəlki iddia tələbi onun mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulmasından ibarət olmuşdur. Həmin tələb cavabdehin payına düşən torpaq sahəsinin istifadəsində olan tikilinin alt sahəsindən az olması, yəni iddiaçının mülkiyyətinə düşən torpaq sahəsinin bir hissəsinin cavabdehin istifadəsində olan evin altına düşməsi səbəbindən məhkəmələr tərəfindən rədd edilmişdir. Hazırki tələbdə isə iddiaçı torpaq sahəsində olan payının konkret konfiqurasiya üzrə ayrılmaqla yanaşı, payının cavabdehin tikilisinin və həyətyanı sahəsinin altına qalan hissəsinə görə azaldılmasını və həmin hissəyə görə kompensasiya tutulmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi iddia tələbinin (predmetinin) fərqli olmasını araşdırmamış, tələblərə Ali Məhkəmənin əvvəlki icraatdakı qərardakı göstərişlərə uyğun hüquqi qiymət verməmişdir. Eyni zamanda qeyd olunduğu kimi, kassasiya məhkəməsi əvvəlki icraatın nəticəsi olaraq qəbul etdiyi qərarında sübutların qiymətləndirilməsi (ekspert rəylərinin mötəbərliyi və s.) bağlı bir sıra göstərişlər vermişdir ki, apellyasiya məhkəməsi tərəfindən həmin göstərişlərin heç biri icra olunmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qəbələ şəhəri. S.Vurğun küçəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi 8/9 hissədə İddiaçı, 1/9 hissədə isə Cavabdeh məxsusdur. Yaşadıqları ərazi üzrə Qəbələ rayonunda torpaq sahəsinin 1 sotu 3.000 manat olduğu halda ona məxus tikilinin altına düşən iddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiyanın məbləği iki qat, yəni 6.500 manatdan hesablanmış və 21.900 manat kompensasiya məbləğinin onun tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki, ekspert rəyi hakim üçün mütləq deyil, tövsiyə xarakteri daşıyır. Ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək hüquqi qiymət verilməlidir. Ekspert qarşısında “cavabdehin evinin altında və həyətyanı sahəsində qalan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dəyəri neçə manat təşkil edir” sualı qoyulmuş və ekspert 1 sotun dəyərini 6.500 manatdan hesablamışdır. Halbuki, sözügedən ərazi üzrə torpaq sahəsinin dəyərinin həmin məbləğlə hesablanması ağlabatan deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 İsgəndər oğlu izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi naturada bölgü sxeminə əsasən torpaq sahəsinin yarıdan çoxu cavabdehin istifadəsində qalır, cavabdeh isə yalnız evin altında qalan torpaq sahəsinə görə kompensasiya ödəyə bilər. Cavabdehə evin altında qalan torpaq sahəsindən başqa torpaq sahəsi lazım deyil və onun bu torpaq sahəsinə görə kompensasiya ödəmək imkanı yoxdur. Bundan başqa iddiaçının tələb etdiyi bölgü sxeminə görə tikiləcək hasarın bir hissəsi bələdiyyə torpağına, yəni zəbt olunmuş sahəyə düşür ki, bu da gələcəkdə problem yarada bilər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, ekspert rəyi ilə müəyyən olunur ki, iddia tələbi təmin edilə bilər. Belə ki, iddiaçının tələb etdiyi kimi bölgü mümkündür və tikinti qaydalarına uyğundur. İddiaçı hətta kompensasiya məbləğini də azaltmağa razı olub barışıq sazışı bağlamağa cəhd etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh evin altında qalan torpaqdan başqa ona torpaq lazım olmadığını bildirsə də, boş ərazidə yenidən tikinti işləri aparmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Bələdiyyəsi, X11 və X13 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maaddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə bildirir ki, işin mübahisə olunmayan hallarına görə 01 aprel 2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 5 ünvanda yerləşən, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 45,7 kv.metr olan fərdi yaşayış evi tam, həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin 8/9 hissəsi mülkiyyət hüququ üzrə iddiaçının, həmin torpaq sahəsinin 1/9 hissəsi isə mülkiyyət hüququ üzrə Əliyar Osmanovun adına qeydə alınmışdır. Tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən işin mübahisəsiz halı kimi həmçinin müəyyən edilmişdir ki, 26 mart 2016-cı il tarixdə Əliyar Osmanov ölmüş və onun ölümündən sonra sözügedən ünvanda arvadı, hazırki iş üzrə Cavabdeh yaşayır. X16 ölümündən sonra ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin mərhuma məxsus 1/9 hissəsini onun arvadı, hazırki iş üzrə cavabdeh faktiki idarə etməyə başlamaqla miras əmlakı qəbul etmişdir. Mərhumun digər birinci növbəli vərəsələri olan övladları X11 və X13 miras əmlakı nə faktiki qəbul etməmiş, nə də ki müvafiq ərizə ilə notariat orqanına müraciət etməmişlər. İsmayıl Osmanlı və Nigar Şərifova atalarından miras qalan əmlakın analarının qəbul etməsini məhkəmə qaydasında mübahisələndirməmişlər. Buna baxmayaraq, Məhkəmə X16 övladları X11 və X8 hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Hazırda iddiaçı, cavabdehə qarşı iddia qaldıraraq, sözügedən ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarının, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsini, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoymaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlarının çəkilməsini, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğunun açılmasını və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılmasını, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinə yarımdairə şəkilində inşa edilməsini, habelə mülkiyyətində olan torpağın 415 kv.metr hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kv.metr x 8.000 manat = 33.200 manat pulun kompensasiya olaraq cavabdehdən tutulub ona ödənilməsi barədə iddia irəli sürmüş, Rayon Məhkəməsi həmin iddianı qismən əsaslı hesab edərək qismən təmin etmişdir. Cavabdehin həmin iddiaya və Rayon Məhkəməsinin gəldiyi nəticəyə etirazı onunla əsaslandırılır ki, tərəflər ümumi paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər, payın naturada ayrılması mümkün olmadığı halda payının dəyərinin ödənilməsi üçün iddiaçı ondan kifayət qədər yüksək məbləğ tələb edir. Cavabdehi isə bu məbləği ödəmək iqtidarında deyil, bunun üçün əmlak yalnız hərracda satılmalıdır. Digər tərəfdən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var ki, həmin qətnamə ilə tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin onların paylarına münasib naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir, yox əgər məhkəmə işi icraatına qəbul etmişdirsə onda həmin Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verməlidir. Mülki prosessual qanunvericiliyə görə, mübahisə tərəflərinin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə - mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə və ya həmin cavabdehin həmin iddiaçıya qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə - iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. İddianın əsasının eyniliyi dedikdə - barəsində qanüni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. İşdə olan qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh və başqalarına qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulmasıtələbi barədə” iddiası payların naturada ayrılmasına yol verilmədiyinə görə təmin edilməmişdir. Cavabdehin istinad etdiyi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və həmin qətnaməni qüvvədə saxlamış apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qəbul etdiyi məhkəmə aktları - iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulmasından ibarət olmuşdur. İddiaçının həmin əvvəlki tələbi cavabdehin payına düşən torpaq sahəsinin istifadəsində olan tikilinin alt sahəsindən az olması, yəni iddiaçının mülkiyyətinə düşən torpaq sahəsinin bir hissəsinin cavabdehin istifadəsində olan evin altına düşməsi səbəbindən məhkəmələr tərəfindən rədd edilmişdir. Hazırki tələbdə isə iddiaçı torpaq sahəsində olan payının konkret konfiqurasiya üzrə ayrılmaqla yanaşı, payının cavabdehin tikilisinin və həyətyanı sahəsinin altına qalan hissəsinə görə azaldılmasını və həmin hissəyə görə kompensasiya tutulmasını xahiş etmişdir. Göründüyü kimi, hər iki iş üzrə tərəflər eyni olsa da, iddiaçının əvvəlki iddia tələbi (predmeti) hazırki iddia tələbi (predmeti) ilə eynilik təşkil etmir. Bu səbəbdən Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilə bilməz. Cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, əvvəllər eyni tərəflərin iştirak etdikləri digər icraatda baxılmış mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 yanvar 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 8/9 hissənin, habelə Əliyar Osmanova məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün olmamışdır. Məhkəmə hazırki iş üzrə iddia tələbinin əvvəlki iş üzrə iddia tələbindən fərqli olduğunu nəzərə alaraq, habelə işin obyektiv və tam araşdırılması məqsədilə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırmışdır. Məhkəmə ekspert qarşısında aşağdakı sualları qoymuşdur:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı (8/9 hissə) və X2 (1/9 hissə) paylı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin həmin torpaq sahəsinə dair plan ölçüyə uyğun olub-olmaması müəyyən edilsin.

2. Qeyd olunan torpaq sahəsi plan ölçüyə uyğun olmadığı halda uyğun olmayan torpaq sahəsinin hüquqi statusu və yerləşmə vəziyyəti müəyyən edilsin.

3. Qeyd olunan torpaq sahəsinin neçə hissəsinın iddiaçının, neçə hissəsinin cavabdehin istifadəsində olduğu müəyyən edilsin.

4. Cavabdeh Musavər qızının istifadəsində olan fərdi yaşayış evinin altındakı torpağın ümumi sahəsi müəyyən edilsin.

5. Qeyd olunan torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq 8/9 və 1/9 hissəyə düşən torpağın sahəsi neçə kv.metrdir?

6. Qeyd olunan torpaq sahəsinin paylar üzrə bölünə bilməməsi nəzərə alınmaqla digər hansı variantda natura şəklində bölünməsi mümkündür?

7. Hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəklində inşa edilməsi, yəni torpaq sahəsi üzrə payların bu qaydada ayrılması mümkündürmu?

8. Payın naturada yuxarıda göstərilən qaydada ayrılması şəhərsalma və tikinti normalarına uyğundurmu? Ekspertitza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 19 iyul 2023-cü il tarixli rəydə aşağıdakılar müəyyən olunmuşdur: “ 1ci və 2-ci suallar üzrə: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı (8/9 hissə) və X2 (1/9 hissə) paylı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin həmin torpaq sahəsinə dair plan ölçüyə uyğun olduğu müəyyən olunur. 3-cü sual üzrə: Qeyd olunan torpaq sahəsi hazırda iddiaçı və cavadehin birgə istifadəsində olduğu müəyyən olunur. 4-cü sual üzrə: Cavabdeh Musavər qızının istifadəsində olan fərdi yaşayış evinin altındakı torpaq sahəsinin 162.0 kv.m olduğu müəyyən olunur.. 5-ci sual üzrə: mübahisəli torpaq sahəsinin sənəd üzrə ümumi sahəsinin 0,07 ha, faktiki ümumi sahəsinin isə 0,1226 ha təşkil etdiyini nəzərə alaraq tədqiq olunan torpaq sahəsinin 8/9 və 1/9 hissələri aşağıdakı kimi müəyyən olunur. Sənəd üzrə 8/9 hissə - 0,0622 ha Sənəd üzrə 1/9 hissə - 0,0078 ha Faktiki sahə üzrə 8/9 hissə - 0,109 ha Faktiki sahə üzrə 1/9 hissə - 0,013 ha 6-cı və 7-ci suallar üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin naturada 8/9 və 1/9 hissələrə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin torpaq sahəsinin qərardadın 7-ci sualında qeyd olunan qaydada 8/9 və 1/9 hissə paylardan qismən kənara çıxmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.(Bölgü sxemi rəyə əlavə edilmişdir) 8-ci sual üzrə: 7-ci sualda qoyulan bölgü variantı şəhərsalma və tikinti normalarına uyğundur. Göründüyü kimi, iş üzrə alınmış ekspert rəyində mübahisə predmeti olan torpaq sahəsinin naturada 8/9 və 1/9 hissələrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı, lakin torpaq sahəsinin məhkəmə qərardadının 7-ci sualında qeyd olunan qaydada (hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəklində inşa edilməsi) 8/9 və 1/9 hissə paylardan qismən kənara çıxmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsinin rəyə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi, tərəflərin paylarından qismən kənara çıxmaqla mümkündür. Tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və bölgü sxemindən isə müəyyən olunur ki, göstərilən qaydada bölgüyə həm tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı iddiaçı tərəfindən zəbt olunmuş və hasara alınmış torpaq sahəsi də daxil olacaqdır. Məhkəmə hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsini başqa şəxsə məxsus, hazırda isə iddiaçının zəbt etdiyi torpaq sahəsi hesabına aparılması həmin şəxsin hüquq və maraqlarını pozmaqla, qanunsuzdur. Bundan başqa, Məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsi üzərində 1/9(78kv.m) hissədə payı olsa da, iddiaçının tələb etdiyi bölgüyə əsasən cavabdehin istifadəsində ümumi torpaq sahəsinin yarıdan çox hissəsi, yəni 415 kv.m hissəsi qalır, cavabdeh isə iddiaçıya məxsus 337 kv.m(415 kv.m – 78 kv.m) torpaq sahəsinin dəyərini ödəməyə razı deyil. Cavabdeh, istifadəsində olan fərdi yaşayış evinin altında qalan və iddiaçıya məxsus 84 kv.m(162 kv.m-78 kv.m) torpaq sahəsinin dəyərini ödəməyə razı olduğunu və iddiaçıya məxsus olan qalan torpaq sahəsinin ona lazım olmadığını bildirir. Eyni zamanda Məhkəmə, cavabdehin razılığı olmadan iddiaçının payına düşən torpaq sahəsinin(622 kv.m) yarı hissədən çox hissəsinin(337kv.m) cavabdehin istifadəsinə verilməsi müqabilində torpaq sahəsinin dəyərinin iddiaçıya kompensasiya şəklində ödənilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulmasını qanunamüvafiq hesab etmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının təklif etdiyi qaydada torpaq sahəsinin naturada bölünməsi üçüncü şəxsin hüquq və maraqlarına toxunmadan mümkün deyil, habelə Məhkəmə cavabdehin razılığı olmadan kompensasiyanın müəyyən edilməsini də məqsədəmüvafiq hesab etmir. Başqa sözlə iddia əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iş üzrə maddi və prosesssual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı tam təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımır, dəlillər əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tаrixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar