Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-713/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh İddiaçı qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair ərizə (Açar sözlər: qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılması, ayrıca iddia qaydasında) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, Cavabdeh İddiaçı qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair ərizəsinin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərardadından cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(037)-92/2022 saylı qiyabi qətnaməsinə əsasən cavabdehlər İddiaçı və qeyriləri tərəfindən iddiaçı X1 mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması, fərdi yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsi və cavabdehlər İddiaçı və qeyrilərindən müştərək qaydada 100 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İddiaçı ərizə göndərərək İsmayıllı rayon Məhkəməsinin 2(037)-92 nömrəli 28 fevral 2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərardadı ilə İddiaçı qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556 nömrəli qərardadından cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)- 556/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, cavabdeh qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair ərizəni 2(037)-92 nömrəli mülki işin sənədi kimi həmin mülki işə əlavə edərək vermək əvəzinə ayrıca mülki iş kimi və iddia ərizəsi formasında verdiyindən “Elektron məhkəmə” informasiya sistemində ərizə yeni nömrə verilməklə icraata qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh ərizəni elektron kabinet vasitəsi ilə versə də ərizə 2(037)-92 nömrəli mülki işin sənədi kimi deyil, ayrıca mülki iş kimi göndərildiyindən ərizəyə baxılaraq sonrakı prosessual hərəkətlərin aparılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 248-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-556/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-713/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-713/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver