Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-718/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “"xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, bölgü sxeminin və torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair (Açar sözlər: qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi-məhkəmə aidiyyəti) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “"xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, bölgü sxeminin və torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2022- ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. "xxxx" Şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi yığıncaqının 01 nömrəli protokolundan görünür ki, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. torpaq sahəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1720 kv.m hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə verilməsi qərara alınmışdır. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli bölgü sxemindən görünür ki, X2 (Cavabdeh3 əvəzinə) və Cavabdeh4 (İddiaçı oğlnun əvəzinə) Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7020 kv.m. torpaq sahəsinin bölgüsü ilə razıdırlar, etirazı və əlavəsi yoxdur. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 27.07.2017ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********74 nömrəli ünvan 1 ünvanında yerləşən 0,1720 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
4. "xxxx" Şirkətinin 21.01.2019-cu il tarixli Ümumi yığıncağının protokolundan görünür ki, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə, İddiaçı aid 0,265 ha hissəsi ayrılaraq İddiaçı xüsusi (şəxsi) mülkiyyətinə verilməsi, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsi üzərində yerləşən 1087,89 kvadratmetr sahəyə məxsus daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 və İddiaçı xüsusi mülkiyyətinə verilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə əlaqədar zəruri məsələlərin həll edilməsi, müraciətlərin, məktubların, sorğuların, bəyanatların, ərizələrin imzalanması, təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən çıxarışların və digər hazır sənədlərin götürülməsi və qeydiyyat prosesi ilə əlaqədar qanunvericiliklə tələb olunan bütün digər hərəkətlərin edilməsi səlahiyyəti (imzalamaq da daxil olmaqla), eyni zamanda hazırki maddədə sadalanan bütün məsələlərlə bağlı üçüncü şəxslərə etibarnamələr vermək səlahiyyəti Cəmiyyətin rəhbəri (qanuni təmsilçi) İddiaçı Mehdi oğluna verilməsi qərara alınmışdır. 5.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 14.02.2019cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********75-06301 nömrəli ünvan 1 ünvanında yerləşən 0,1087,89 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüququ əsasında Cavabdeh3 (qeyri-yaşayış binasının 352,7 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), Cavabdeh3 (qeyri-yaşayış binasının 735,1 kv.m hissəsi və 0,265 ha torpaq sahəsi), adına qeydiyyata alınmışdır. 6.27 iyul 2017-ci il tarixli Zaqatala rayon 2 saylı dövlət Notariat Kontorunun xüsusi notariusu Gözəl İsgəndərova reyestrə 3M-84 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş "xxxx"Şirkətin təsisçisi İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 ilə Cavabdeh3 adından onun etibarnamə üzrə nümayəndəsi X8 arasında bağlanmış "xxxx" Şirkətində payın Bağışlanması Müqaviləsindən görünür ki, “Murad" Şirkətinin təsisçisi Cavabdeh3 şirkətin Nizamnamə əsasən nizamnamə kapitalındakı özünə məxsus 65 faizin-in 50 faizini özündə saxlamaqla 15 faizini İddiaçı bağışlamış və İddiaçı hədiyyəni qəbul etmişdir. 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxlərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin müdiri Rəhim Ağamalıyev tərəfindən 21 noyabr 2006-cı il tarixdə və "xxxx" şirkətinin təsisçiləri tərəfindən 15 noyabr 2006-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 02 mart 1998-ci il tarixdə 9/82 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir:Müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi aşağıdakı vətəndaşdır: İddiaçı.
8. 20 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin rəisi Turac Mahmudov və “Murad şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 02 mart 1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 02 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Cəmiyyətin təsisçisi aşağıdakı vətəndaşlardır: İddiaçı və Cavabdeh3.
9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin yüklülük barədə arayışından görünür ki, "xxxx" Şirkətinin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir yüklülük qeydə alınmamışdır. 10.X3 reyestrdə 7E-7026 nömrə ilə qeyd edilmiş ərizəsindən görünür ki, həyat yoldaşı Murad Cavabdeh4 oğlunun təsisçisi olduğu şirkətdə nizamnamə payının və ya şirkətin mülkiyyətində olan daşınar və ya daşınmaz əmlakın bütövlükdə və ya hissə-hissə özgəninkiləşdirilməsinə etiraz etmir. 11.Bakı şəhəri Binəqədi rayon qeydiyyat Şöbəsi 06 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 839987 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X6 06 aprel 2013-cü il tarixdə nikahlarını bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. 12.Zaqatala rayon Qeydiyyat şöbəsinin 25 may 2017-ci il tarixli 129 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. X1, anası X4r. 13.Şəki İnzibati Məhkəməsinin 17.02.2022-ci il tarixli 2-1(116)- 449/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh3) “27.07.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində ünvan 2 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
14. 26 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin rəisi X9 və ”Murad” şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 02 mart 1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 03 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimidir; Murad Cavabdeh4 oğlu-65 faiz, İddiaçı Mehdi oğlu 35 faiz.
15. 21.07.2017-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, 02.03.1998-ci il tarixdə 9/82 (sonra **********) dövlət qeydiyyatı nömrəsi ilə "Murad” Şirkəti Azərbaycan Respublikasının Vergilər Nazilim 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatı alınmışdır. Hüquqi ünvanı ünvan 3i təmsilçisi İddiaçı və hazırki qanuni təmsilçisi Cavabdeh4dur.Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 35 faiz, Cavabdeh3 65 faiz.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın;
17. 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Cavabdeh3 iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı təsisçisi olduğu "xxxx" şirkətinin mülkiyyətində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında 0,7020 ha torpaq sahəsi və ümumi sahəsi 1087,89 m2 qeyri-yaşayış binası olmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,53 ha hissəsi və qeyri-yaşayış binası təsisçilər arasında bərabər bölünmüş, yerdə qalan 0,1720 ha torpaq sahəsi isə "xxxx" şirkətinin adında saxlanılmışdır. Son dövrdə İddiaçı belə bir məlumat daxil olmuşdur ki, "xxxx" şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi qeyriqanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki, "xxxx" şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır. Onun özünün verdiyi vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 18 oktyabr 2021-ci il tarixli, 2118 nömrəli məktubla bildirmişdir ki, həqiqətən də "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli, 01 saylı iclas protokoluna və bölgü sxeminə əsasən Cavabdeh3 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmışdır. Sual yaranır ki, DƏRDX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu və bölgü sxemi əsasında Zaqatala şəhəri, F,Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi? Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. DƏMDX-in 18 saylı Zaqatala Ərazi İdarəsi qanunsuz olaraq "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.
20. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 24 fevral 2022-ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən bölgü sxemi və ümumi yığıncağın qərarı (müqavilə) iddia edildiyi kimi aldadılma nəticəsində ("xxxx" şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi-3 ünvanda yerləşən 0,1720 ha torpaq sahəsi qeyri-qanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki, "xxxx" şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır.) bağlanmış əqd hesab edilə bilməz. İşdə əqdin aldadılma nəticəsində bağlanmasına əsas verən hallar mövcud deyildir. 22.İddiaçı məhkəməyə müraciət edərkən onu əsas götürmüşdür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu və bölgü sxemi əsasında Zaqatala şəhəri, F,Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi? Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi qanunsuz olaraq "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.” Lakin, iddiaçı çıxarışın verilməsinə əsas olmuş "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolunun və 26 iyul 2017-ci il tarixli bölgü sxeminin hansı əsaslarla etibarsız olmalı olduğunu öz iddiasında əsaslandırmamışdır. Həmçinin məhkəmə iclasında da qeyd olunan Ümumi Yığıncağın protokolunun və bölgü sxeminin etibarsız hesab olunmasına əsas olan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 23.Beləliklə, hər hansı əqdin (o cümlədən əmlakın bölgüsü haqqında sazişin (müqavilənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. 24.Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
25. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər mübahisələndirilən torpaq sahəsinə dair “Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının, 26 iyul 2017-ci il tarixli bölgü sxeminin və onların əsasında verilmiş 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması üçün əsas ola bilməz. Göründüyü kimi, tələbinikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd оlunаn çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydurmа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır. 26.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 139.1, 140, 146.2, 148.2, 152, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 337.2, 337.4, 338, 339.1, 339.3, 404.1, 404.2, 421.2 və 647.1-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27, 35 və 45-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
27. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi 26 iyul 2017ci il tarixli bölgü sxeminə əqd kimi hüquqi qiymət vermiş və həmin sxemi “əmlakın bölünməsi haqqında saziş (müqavilə)” kimi qiymətləndirmişdir. Ən ideal halda əsas (alqı-satqı, bağışlama və s.) müqaviləyə əlavə hesab edilə bilinəcək həmin sənədi məhkəmə qanunsuz, əsassız olaraq saziş (müqavilə) kimi qiymətləndirməsi heç cür anlaşılan olmamaqla yanaşı, absurddur. Ə g ə r həqiqətən də həmin bölgü sxemi müqavilədirsə, hanı həmin müqavilədə tərəflərin hüquqları, vəzifələri, öhdəlikləri? Əgər qeyd olunan sxemdə hər hansı bir bölgüdən söhbət gedirsə, niyə əmlak bütövlükdə 1(bir) şəxsin mülkiyyətinə keçib? Hesab edirlər ki, Zaqatala Rayon Məhkəməsi öz qətnaməsinin əsaslı və qanuni olması görüntüsü yaratmaq üçün bölgü sxemini, bölgü sazişi kimi qiymətləndirmişdir. Əks təqdirdə qətnamənin əsaslandırılması mümkünsüz olardı. İşdəndə göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin saziş adlandırdığı bölgü sxemi və ümumi yığıncağın qərarı tərtib olunan zaman müstəqil auditorun rəyi də əldə edilməmişdir. 29.Cavabdeh3 atası Cavabdeh4 ona verilmiş etibarnamadən öz nəfinə sui-istifadə edərək, "xxxx" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağında şirkətin mülkiyyətində olan 0,1720 hatorpaq sahəsini iş üzrə Cavabdeh3 adına keçirilməsi barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiyatəmsilçiliyi halı və qiymətli kağızlar bazarındainvestisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
30. Zaqatala Rayon Məhkəməsinin hazırki qərarı hüquqi şəxslərin vergi mükəlləfiyyətindən azad olmaqla, mülkiyyətlərində olan daşınmaz əmlakları özgəninkiləşdirmək üçün şərait yaradır. Məhkəmənin hazırki yanaşmasına əsasən, ümumi yığıcağın qərarı və bölgü sxemi əsasında istənilən hüquqi şəxs vergidən yayınmaq yolu ilə öz əmlakları barədə sərəncam verə bilər.
31. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə, məhkəmə iclasına gəlməmişlər. .Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 34.Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. 35.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. .13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 17-ci bəndinin tələbinə görə MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır(bu Qərarın 13-cü bəndi).Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.
36.“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 37.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və yakommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti vəhüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsindəbaxılmalıdır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakimişin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədəəsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasn bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallardaiş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cumaddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri 39.Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 40.Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2022- ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2022- ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
42. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçının tələbi üç hissədən ibarətdir. 1). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyul 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində Zaqatala şəhəri, F.Əmirov küçəsi-3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; 2). 26 iyul 2017-ci il tarixli bölgü sxeminin; 3).”Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının etibarsız sayılması. 43.İddia tələbinin mahiyyətindən göründüyü kimi tələbin birinci və ikinci hissəsi üçüncü tələbdən dоğаn tələblərdir. 44.Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı (VÖEN **********-aktiv), cavabdehlər Cavabdeh3 (VÖEN **********-fəaliyyətini müvəqqəti dayandırmış), həmçinin Cavabdeh4 (VÖEN ********** -aktiv) fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. 45.Bundan əlavə kollegiyanın araşdırması zamanı iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh3 hər ikisi "xxxx" şirkətinin təsisçiləri olmaqla, həmin şirkətin fəaliyyətindən irəli gələn məsələni mübahisələndirirlər.
46. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının;
47. 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
48. İş materiallarında olan 21.07.2017-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, 02.03.1998ci il tarixdə 9/82 (sonra **********) dövlət qeydiyyatı nömrəsi ilə "Murad” Şirkəti Azərbaycan Respublikasının Vergilər Nazilim 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatı alınmışdır. Hüquqi ünvanı ünvan 3i təmsilçisi İddiaçı və hazırki qanuni təmsilçisi Cavabdeh4dur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı münasibətdə 35 faiz, Cavabdeh3 münasibətdə isə 65 faizdir. 49.Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq baxılan tələblərə münasibətdə kollegiya bildirir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən CƏDVƏL). 50.Göründüyü kimi mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olubolmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. 51.Beləliklə kollegiya qeyd edir ki, hazırki iddia tələbinin üçüncü hissəsi (“Murad" şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının qərarının etibarsız sayılması) korporotiv mübahisələrə aid olduğundan, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq bütün tələblərə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmalıdır.
52. MPM-in 30-cu maddəsinin tələbinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsindəbaxılmalıdır
53. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına, tələbin mahiyyətinə, mübahisənin predmetinə işdə olan sənədlərlə əlaqəli şəkildə düzgün hüquqi qiymət verməmişdir. 54.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(033)-215/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “"xxxx" Şirkətinin ümumi yığıncağının 25 iyul 2017-ci il tarixli qərarının, bölgü sxeminin və torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov