Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-719/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı, həmçinin digər ailə üzvləri X4, X10, X11, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq Cavabdeh2 verilməsi qət edilmiş, qətnamə əsasında icra sənədi Cavabdeh4nə göndərilmişdir. Görülmüş icra tətbirləri nəticəsində icra sənədinin icrası məqsədi ilə borc məbləği borcluların mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinə yönəldilmiş, torpaq sahəsinin dəyəri Cavabdeh1 MMC tərəfindən 4000 manat müəyyən edilmişdir. Cavabdeh4 təklifi əsasında qeyd edilən torpaq sahəsi DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)- 913/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsi, iddianın qaldırılması ilə bağlı 100 manat dövlət rüsumunun və 500 manat ekspertə ödənilmiş rüsumun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verilmişdir.
4. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 həmkəndlisidir. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə ailələrinə Şəki rayonu Cəyirli kəndindən 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1.50 ha hissəsindən Cavabdeh2 istifadəsinə icazə verilmiş, lakin aralarında alqı-satqı və ya icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh2 həmin torpaq sahəsi müqabilində 6500 manat pul ödəmiş, sonra isə verdiyi pulun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə ondan, həmçinin digər ailə üzvləri X4, X10, X11, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq Cavabdeh2 verilməsi qət edilmiş, qətnamə əsasında icra sənədi Cavabdeh4nə göndərilmişdir. Görülmüş icra tətbirləri nəticəsində icra sənədinin icrası məqsədi ilə borc məbləği mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinə yönəldilmiş, torpaq sahəsinin dəyəri Cavabdeh1 MMC tərəfindən 4000 manat müəyyən edilmişdir. O, rəylə tanış olmamışdır. Sadəcə Cavabdeh2 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin torpaq sahəsi ilə əvəzlənməsini bildirmiş, ailə üzvləri də razılaşmışdır. Cavabdeh4 təklifi əsasında qeyd edilən torpaq sahəsi DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan rəsmiləşdirmədən sonra Cavabdeh2 atası ilə arasında olan razılaşmadan kənara çıxaraq qalıq 2500 manat pulu tələb etməyə başladığı üçün həmin borc atasının pensiyasına yönəldilmiş və pensiyasından tutulmaqdadır. O, bununla razılaşmamış və digər qiymətləndirmə təşkilatına müraciət etmiş, nəticədə qeyd edilən torpaq sahəsinin dəyərinin Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq aşağı qiymətləndirildiyi ona məlum olmuşdur. Belə ki “Kristal” MM qiymətləndirmə təşkilatının rəyinə əsasən mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin dəyəri 20000 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə qət edilmiş 6500 manat pulu ödəməyə hazırdır. Hesab edir ki, tələbi qanuni və ədalətlidir.
5. İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı hazırki məhkəmə iclasına gəlməmiş və cavabdehər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Məhkəmə Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını xahiş etməsini və MPM-nin maddəsinin tələblərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Lakin İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Həmçinin Şəki rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi əvvəlki məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, Şəki rayonu İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı icra sənədi icra edilməsi üçün icraatına daxil olmuş, icra sənədi üzrə ləbin icrası üçün borclulara könüllü icra müddəti təyin edilmiş, müəyyən edilmiş vaxt icra sənədi borclular tərəfindən icra edilmədiyi üçün tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. İlk olaraq icra sənədi üzrə borcun tutulması ilə bağlı onların adına hər hansı pul vəsaitinin olub-olmamasını müəyyənləşdirmək üçün banklara sorğular göndərilmiş lakin cavabdehlərin adına banklarda heç bir vəsaiti müəyyən edilməmişdir. Daha sonra cavadehlərin adına daşınar və daşınmaz əmlakın olub-olmamamsının müəyyən edilməsi ilə sorğu göndərimiş və mübahisə predmenti olan torpaq sahəsinin olması barədə onlara məlumat verilmişdir. İcra sənədi üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsi ilə bağlı tədbirlərə başlanılmış, məhkəmə qərardadı ilə mübahisə predmenti olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Topaq sahəsi Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində qiymətləndirilmiş və cavabdehlər tərəfindən tələbkara ödənilməli olan 6500 manat borcun 4000 manat hissəsi cavabdehlərə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmiş, qalan borcun cavabdehlərdən alınaraq tələbkara verilməsini təmin etmək üçün tələb borclu X1 pensiyasına yönəldilmişdir. İddiaçı iddia tələbi ilə razı deyil və təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəki rayonu Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər də həmin kəndin sakinləri olmuşlar. Respublikada torpaq islahatı gedən zaman digər həmkəndlilər kimi cavabdehlərə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə X4, X10, X12, X11, İddiaçı və X8 Şəki rayonu Cəyirli kəndində 3.56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Cavabdehlərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-114 saylı, 40412018 kodlu Dövlət aktına əsasən təsbit edilmişdir. Cavabdehlər həmin torpaq sahəsini təhvil aldıqdan bir müddət sonra təxminən 1998-ci ilin sonlarında həmin torpaq sahəsinin 1.50 ha hissəsini ona satmışlar. O, torpaq sahəsinin dəyəri olan 6500 manat pul ödəmiş, 1.50 ha torpaq sahəsi tam həcmdə ona təhvil verilmişdir. Həmin vaxtdan hal-hazıradək qeyd edilən daşınmaz əmlak onun sahibliyi və istifadəsi altında olmaqla, faktiki olaraq onun mülkiyyətindədir. Onun həmin torpaq sahəsi ilə bağlı cavabdehlər və digər şəxslər tərəfindən hal-hazıradək heç bir problem yaranmamışdır. Lakin torpaq sahəsinin rəsmi mülkiyyətçisi kimi tanınması onun mənafeyinə toxunmuşdur. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlərlə aralarında 1998-ci ildə alqı-satqı müqaviləsi bağlansa da notarial qaydada rəsmiləşdirilməmişdir. Müqavilənin rəsmi qaydada bağlanmasından isə cavabdehlər müxtəlif bəhanələrlə yayınmışlar. Buna görə də cavabdehlərdən topraq sahəsini alarkən ödədiyi 6500 manat pulun tələbinə dair məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə İddiaçı, X4, X10, X11, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq ona verilməsi qət edilmiş, qətnamə əsasında icra sənədi Cavabdeh4nə göndərilmişdir. Görülmüş icra tətbirləri nəticəsində icra sənədinin icrası məqsədi ilə borc məbləği cavabdehlərin mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinə yönəldilmiş, torpaq sahəsi icra mərhələsində Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində müəyyən edilmişdir. O, cavabdehlər tərəfindən ona ödənilməli olan 6500 manat borcun 4000 manat hissəsinə münasibətdə torpaq sahəsi ilə əvəzlənməsinə razılıq vermiş və qalan borcun cavabdehlərdən alınaraq ona verilməsini tələb etmişdir. Buna görə də icra sənədi üzrə icra edilməmiş tələb borclu X1 pensiyasına yönəldilmişdir. İddiaçının iddiası əsassızdır. Onun qeyd etdikləri həqiqəti əks etdirmir. İddiaçı və onun atası ilə Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi üzrə borc məbləğinin topaq sahəsi ilə əvəzləşdirilməsi kimi aralarında heç bir razılışq olmamışdır. Sözügedən topaq sahəsi Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində qiymətləndirilmiş, iddiaçı və atası X4 da həmin rəylə razılıqlarını nümayiş etdirmişlər. Əgər ekspert rəyi ilə razı olmasaydılar təkrar ekspertizanın keçirilməsi ilə bağlı tələb irəli sürmüş olardılar. Bütün bunlara görə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq işə mahiyyəti üzrə baxıb İddiaçı ona və digər cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsinə, Cavabdeh1 MMC-yə və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatında iddianın təmin olunmasını, cavadeh Cavabdeh2 və Şəki rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi isə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbi Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verildiyindən məhkəmə hesab edir ki, qalan hissə iddia tələbi təmin edilməməlidir. Belə ki, göründüyü kimi ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi iddia tələbləri əlaqəli olmaqla bir-birini tamamlayır. Ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi ekspert rəyinin qüvvədə olması səbəbindən mümkün olmayacaqdır. Həmin hissədə iş üzrə icraata Şəki Rayon Məhkəməsinin 2(075)- 116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə xitam verildiyindən iddia qalan hissədə rədd olunmalıdır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
11. Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi, yəni Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)-913/2020 saylı qətnaməsinin icra ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsi, 500 manat ekspertə ödənilmiş rüsumun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması tələbinə dair hissədə rədd olunması, Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verilməsinin nəzərə alınması, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 26, 34, 41, 42 və 43-cü maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4, X10, X11, İddiaçı, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir.
14. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi X4, X10, X11, İddiaçı, X12 və X5 ümumi birgə mülkiyyətində olmuşdur.
15. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 585393 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
16. Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 nömrəli ekspert rəyinin surətindən görünür ki, X6, X8, X7, X9, X2, İddiaçı məxsus Şəki rayonu, Cəyirli kəndində yerləşən 1.7247 ha torpaq sahəsi 4000 (dörd min) manata qiymətləndirilmişdir.
17. “Kristal MM” Qiymətləndirmə şirkətinin 21 iyun 2022-ci il tarixli, 1005/22 nömrəli rəyinin surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsində salınmış üzüm bağının 21 iyun 2022-ci il tarixə olan təqribi dəyəri 20000 (iyirmi min) manat təşkil edir.
18. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/10078 nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsinin 16 fevral 2021-ci il tarixinə bazar dəyəri 4300 (dörd min üç yüz) manat təşkil etmişdir
19. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi 21 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.
20. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş AN seriyalı, 725914 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.
21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanunun məzmunundan da göründüyü kimi icra sənədinin düzgün icra edilməməsinə nəzarət icra qrumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri həddində həyata keçirilir. Mübahisənin yaranmasına səbəb olan icra sənədi Şəki Rayon Məhkəməsi tərəfindən verildiyindən həmin icra sənədinin icrası ilə bağlı yaranan hər hansı mübahisəyə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır.
23. İş materiallarında cavabdehlərin təqdim etdikləri heç bir mötəbər sübut yoxdur. Cavabdeh tərəf məhkəmə iclasında həqiqətən mübahisə predmeti olan torpaq sahəsinin dəyərinin Cavabdeh2 təklif edilən dəyərdə olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
24. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul etməli idi. Belə ki, Cavabdeh1 MMCnin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyi mübahisələndirilmiş, bununla bağlı “Kristal” MM-in həmin torpaq sahəsinin bağla birlikdə dəyərinin 20000 manat olmasına dair qiymətləndirmə təşkilatının müvafiq rəyi iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal nəzərə alınmamış, rəylər arasında ziddiyətin olmasına baxmayaraq heç bir ekspertiza təyin edilməmişdir.
25. Məhkəmə mübahisə predmeti olan əmlaklarla bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyanın lazımınca xəbərdar edilməsi qənaətinə gəlmişdir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Məhkəmə isə sadəcə cavabdeh Unibank KB ASC-nin nümayəndəsinin izahatı ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır.
26. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)- 116/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Şəki rayonu İcra və Probasiya Şöbəsinin, Cavabdeh1 MMC-nin və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
31. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. İddiaçı Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı icraata xitam verilmiş hissə istisna olmaqla, qalan hissədə rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbinin ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatına xitam verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(107)-442/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 saylı ekspert rəyinin qüvvədə olması həm Şəki Rayon Məhkəməsinin, həm də Şəki Apellyasiya Məhkəməsinin qərardadları ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi hazırki iddia tələbinin digər hissələrdə əsassız olmasını həmin ekspert rəyinin qüvvədə olması ilə əsaslandırmaqda haqlı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar).
37. Həmçinin, apellyator həmin ekspert rəyinin etibarlılığı ilə əlaqəli məsələləri hazırki apellyasiya şikayətində mübahisələndirir ki, Şəki Apellyasiya Məhkəməsinin 27 mart 2023cü il tarixli 2(107)-442/2023 nömrəli qərardadı qüvvədə olduğundan hazırki apellyasiya baxışında həmin məsələlərə qiymət verilmir.
38. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun bir sıra normalarını qeyd etsə də, hazırki iş üzrə həmin qanunun normalarının hansı səbəbdən qeyd olunması aşkar olmadığından məhkəmə kollegiyası həmin məsələ ilə bağlı araşdırma aparmamışdır.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.