Məhkəmə qərarları › İş №2(107)-727/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-727/2023

25.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-727/2023 25.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsinə dair ilk, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payların naturada bölünməsi tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə (Açar sözlər: Payın naturada ayrılması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi ilə, Cavabdeh X8 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-21/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 hissədə olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının ayrılaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evindən Cavabdeh1 payına düşən evinin 1/20 (5.02 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh2 payına düşən yaşayış evinin 1/20 (5.02 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh5 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh3 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin və Cavabdeh4 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin üzərinə gələrək torpaq sahəsindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Nurlan və Cavabdeh1 mərhum əri Sehrab Tağıyevin oğlanları, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 isə bacı və qardaşıdır. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı3 isə yetkinlik yaşına çatmamış qızlarıdır. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(039)-256/2020 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 5/20 hissəsinə, 0.084 ha hektar torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5, yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3, yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4, yaşayış evinin 1/ 20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1, yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2, yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3, yaşayış evinin 1/20 hissəsinə, torpaq hissəsinin 1/8 hissəsinə Cavabdeh1, yaşayış evinin 1/20 hissəsinə torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2 miras payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 100.4 m2 sahədən ibarət yaşayış evi həyətin giriş hissəsindədir. Onun və qızlarının həmin yaşayış evində hər birinə m2 olmaqla cəmi 15 m2 sahədən ibarət payları vardır. Digər hissələr cavabdehlərin payına düşür ki, bununla da onların cəmi 84.6 m2 torpaq payının evin altına düşməsidir. Həyətdə “B” tikilisi vardır ki, təsərrüfat binası kimi qeydə alınmışdır və 16.5 m2 sahədən ibarətdir və 1956-cı ildə tikilmişdir. Həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın uzunluğunda bələdiyyət torpağı vardır. Həmin torpaq sahəsi onlarla qonşunun sərhədləri arasında yerləşir və küçəyə birbaşa çıxarıxışı vardır. Ona və qızlarına düşən torpaq payı isə 0.0105 olmaqla, cəmi 0.0315 hektardır. Aralarındakı münasibətlər elə səviyyədədir ki, birgə yaşaya bilmirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər birinin də torpaq payı 0.0105 hektardır. Qızlarının atası vəfat etdiyindən onların hüquqlarını özü təmsil edir. Həyətin arxa hissəsində 17.05 m2 uzununda, 22.05 m2 enində tam sərbəst, daxilində heç bir tikinti olmayan torpaq sahəsi mövcuddur. Bələdiyyə torpağında olan “C” tikilisi isə qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanın digər şəxslərin hüquqları pozulmur. Naturada ayrılıb onlara verilməsini tələb etdikləri torpaq sahəsinin bələdiyyə torpağına çıxışı vardır ki, onlar da digər şəxslərin mülkiyyət hüququnu pozmadan küçəyə sərbəst çıxa bilər.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsi ilə qeyd olunan qaydada paylar müəyyən edilmişdir. Cavabdehlərdən biri olan İddiaçı1 gəlin gəldiyi otaqda yaşayır. Cavabdeh5 vəsaiti ilə tikilən hamam-tualetdən istifadə etməyə maneçilik törətdiyi üçün qalmaqal olmamasına görə özünə hamam-tualet tikək məcburiyyətində qalmışdır. Həmin həyətin sol hissəsində olan torpaq hissəsini özünə mənimsəmək istəyir. Həmin torpaqdan onlar 1956-cı ildən bəri babaları, nənələri, bibiləri, əmisi, atası və o, istifadə etmişdir. Hazırda İddiaçı1 maneçiliyinə baxmayaraq hər gün dava-dalaşla istifadə edir.

5. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə təqdim edərək ünvan 3 ünvanda yerləşən həyatyanı torpaq sahəsini anaları X9 bağışladıqlarını, bu səbəbdən mülki iş üzrə ilk iddia üzrə cavabdehlərin və qarşılıqlı iddia üzrə iddiaçıların əsl cavabdeh X11 və əsl iddiaçı X11 ilə əvəz olumasını xahiş etmişlər.

6. İddiaçı1 ərizə təqdim edərək qeyd etmişdir ki, mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar əsl tərəflə əvəz olunma barədə ərizəni Tahirə Əliyeva təqdim etməli və onların qarşılıqlı iddiasını davam etdirməsinə ilk öncə o, münasibət bildirməlidir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsinin mülkiyyətçiləri, habelə paylar dəyişməklə cavabdehlərə aid maddi hüquq münasibətlərində dəyişmə olduğundan məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar əvəz edilməklə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçılar kimi yalnız Tahirə Əliyeva və Cavabdeh3 qəbul edilməlidir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərin təqdim etdikləri çıxarışdan görünür ki, həmin həyətdə cəmi 0.084 ha torpaq sahəsi, 100.4 m2 sahədən ibarət yaşayış evi vardır. Həmin həyətin 5.25 m2 nəzərdə tutan Tağıyevlər yaşayış evini hansı tərəfə qoyduqları aydın deyildir. Halbuki, həmin 100.4 m2 yaşayış evi havada deyil, məhz 0.084 ha torpaq sahəsində yerləşdiyindən iddiaları da əsassızdır. 100.4 m2 yaşayış evini Cavabdeh3 versələr də, Tahirə Əliyevaya öz torpaq paylarını vermiş digər payçılar yaşayış evi nəzərə alınmaqla paylarını hər hansı bir şəxsə versələr də, 25 m2 yaşayış evi həmin hissədə torpaqda yerləşir. Riima Məsimova o yaşayış evinə girmək üçün havadan deyil torpaqdan getməlidir. Bu zaman isə o, həmin yolun torpağını Tahirə Əliyevadan tələb etməlidir. Tahirə Əliyeva isə sonradan həmin torpağa mülkiyyə hüququ əldə etdiyindən, o isə iddianı daha əvvəl qaldırdığından onun iddiası əsaslıdır və təmin olunmalıdır. Qarşılıqlı iddiaçıların sonradan ilk iddiaya mane olmaq üçün yaratdıqları süni maneələr onun iddiasının rədd olunmasına əsas ola bilməz.

9. Cavabdeh Tahirə Əliyevanın nümayəndəsi Cavabdeh1, eləcə də Cavabdeh3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasıın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişlər.

11. Məhkəmə işə qeyd edilən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-21/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən sahəsi 100.4 m2 olan yaşayış evinin və həmin evin yerləşdiyi 0.084 ha torpaq sahəsinin mülkiyyətçilərinin payları aşağıda qeyd edilən kimidir: İddiaçı1 torpaq sahəsi 8/80 hissə, İddiaçı2 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, İddiaçı3 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, Cavabdeh3 yaşayış evi 34/40 hissə, Tahirə Əliyeva torpaq sahəsi 50/80 hissə.

14. Eyni zamanda müəyyən edilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2 , açıq eyvan 40.8 m2 , tikinti altı sahə 163.7 m2 təşkil edir, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daha ətraflı araşdırılma aparıldığından payın ayrılmasının mümkünlüyünün əsası kimi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyi qəbul edilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert belə əsaslandırmıdır ki, torpaq sahəsinin faktiki vəziyyətini, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolun verilməklə və bələdiyyə mülkiyyətinə düşən tikililər sökülməklə həmin ünvanda yerləşən 0.084 ha torpaq sahəsindən hər birinin 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən payların real ayrılması Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

17. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, belə olan halda cavabdehlər yolun verilməsi ilə bağlı bələdiyyəyə müraciət etməlidirlər. Belə bir qaydada yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır. Bu səbəbdən ilk iddia təmin edilərsə məhkəmə qərarının icrası mümkünlüyü iş üzrə tərəf olmayan bələdiyyənin qərarından asılı olacaqdır ki, bu da yolverilməzdir.

18. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ilk iddia ərizəsində və ekspert rəyində qeyd edilən qaydada payın ayrılması evin və yerləşdiyi torpaq sahəsin ümumi dəyərinin aşağı düşməsinə səbəb olar ki, bu halda cavabdehlərin mülkiyyət hüququ məhdudlaşdırılmış olacaqdır.

19. Buna görə məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edilməməlidir.

20. Qarşılıqlı iddia ilə bağlı isə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir.

21. Rəy həmin hissədə belə əsaslandırılmışdır ki, qeyd edilən ünvanda 0.084 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, tərəflərə yaşayış evindən düşən paylar tikinti normalarından az təşkil etdiyini nəzərə alınmaqla bu bölgü mümkün deyil. Cavabdeh3 yaşayış evinə münasibətdə, Tahirə Əliyevanın torpaq sahəsinə münasibətdə payları dəyişərək artsa da, İddiaçı2 və İddiaçı3 yaşayış evinə və torpaq sahəsinə, habelə İddiaçı1 yalnız torpaq sahəsinə münasibətdə payları dəyişməz qaldığından məhkəmə hesab edir ki, həmin rəy nəticə etibarı ilə dəyişmədiyindən bu hissədə əsas kimi qəbul edilə bilər.

22. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir.

23. Məhkəmə qeyd etmişdir ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyindən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1, 58.2,-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.

26. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəməyə təqdim edilmiş 22 fevral 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş çıxarışdan görünür ki, mübahisəli ünvan olan ünvan 4zlarının hər birinin isə 11/80 hissə payları vardır. Həmin ünvanda yerləşən 100.4 kv. metr sahədən ibarət yaşayış evində isə qızlarının hər birinin 3/40 hissə payları vardır. 100.4 m2 sahədən ibarət yaşayış evi həyətin giriş hissəsindədir. Qızlarının həmin yaşayış evində hər birinə 7.53 kv. m olmaqla cəmi 15.6 kv. m sahədən ibarət payları vardır. Digər hissələr cavabdehlərin payına düşür ki, bununla da onların cəmi 84.6 kv.m torpaq payın evin altına düşür. Həyətdə “B” tikilisi vardır ki, təsərrüfat binası kimi qeydə alınmışdır və 16.5 kv.m sahədən ibarətdir və 1956-cı ildə tikilmişdir. Həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın uzunluğunda bələdiyyət torpağı vardır. Həmin torpaq sahəsi onlarla qonşunun sərhədləri arasında yerləşir və küçəyə birbaşa çıxışı vardır. Ona və qızlarına düşən torpaq payı isə hər birinə 0.0105 olmaqla, cəmi 0.0315 hektardır.

27. Aralarındakı münasibətlər elə səviyyədədir ki, birgə yaşaya bilmirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər birinin də torpaq payı 0.0105 hektardır. Sonradan həmin şəxslər torpaq paylarını Nurlan və Cavabdeh1lərin anası, heç bir vərəsəliyi olmayan Tahirə Əliyevaya bağışlamaqla məhkəməni aldatmağa çalışırlar. Həyətin arxa hissəsində 17.05 kv.m uzununda, 22.05 kv.m enində tam sərbəst, daxilində heç bir tikinti olmayan torpaq sahəsi mövcuddur. Bələdiyyə torpağında olan “C” tikilisi isə qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanın digər şəxslərin hüquqları pozulmur. Naturada ayrılıb ona verilməsini tələb etdiyi torpaq sahəsinin bələdiyyə torpağı adlanan hissəsinə çıxışı vardır ki, digər şəxslərdə mülkiyyət hüquqları pozulmadan küçəyə sərbəst çıxa bilər.

28. Əlavə olaraq onu bildirir ki, məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etsə də məhkəmə onun tələbini əvvəlki qaydada qətnaməyə daxil etmişdir. Belə ki, onun tələbi aşağıdakı kimi olmuşdur:

29. Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 0.084 ha torpaq sahəsində İddiaçı2 11/80 hissədə, İddiaçı3 11/80 hissədə, İddiaçı1 8/80 hissədə olan torpaq payının tikinti altına düşməyən, həyətin arxa hissəsindən torpaq sahəsindən naturada bölünərək mülkiyyətimizə verilməsi barədə qətnamə çıxarasınız. Məhkəmə formal olaraq maddi normaya istinad etsə də nəzərə almamışdır ki, təqdim edilmiş həm ekspert rəyində, həm də mütəxəssis rəyində onların paylarının naturada bölünməsinin mümkünlüyü qeyd edilmişdir. Məhkəmənin əlaqələndirdiyi qaydada, yəni «yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır» mülahizəsi tam əsassızdır. Əvvəla həmin torpaq sahəsi Bələdiyyənin sahibliyində və istifadəsində deyildir. Digər tərəfdən bələdiyyə torpağı cavabdehlərin istifadəsində olmaqla bərabər onların niyyəti onu 2 qız uşağı ilə küçəyə atmaq, sonra is həmin bələdiyyə torpağını da mənimsəmək, sənədləşdirməkdir. Digər tərəfdən məhkəmənin bu qaydada torpaq bölgüsü olarsa əmlakın dəyəri azalacaqdır kimi mövqeyi də əsassızdır. Çünki onun tələb etdiyi qaydada onun torpağı kiril hərfi ilə «Q» şəkilli, cavabdehlərin torpağı isə kvadrat şəkilini alacaqdır. Halbuki, ən adi insanda bilir ki, torpaq «q» şəkilli olduqda daha ucuz, kvadrat şəkilli olduqda daha dəyərli olur.

30. O, iddianın əsaslılığına dair həm mütəxəssis rəyi, həm ekspert rəyi təqdim etsə də məhkəmə onun sübutlarını subyektiv mülahizələrlə heç bir maddi və prosessual normalara istinad etmədən rədd etmişldir.

31. Halbuki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunu etməmişdir.

33. İş materiallarında olan sübutların heç biri nəzərə alınmamışdır.

34. Qeyd edilənlərə əsasən, Yevlax rayon məhkəməsinin 09 mart 2023-ci il tarixli, 2(039)-21/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Yevlax rayon məhkəməsinin 09 mart 2023-ci il tarixli, 2(039)-21/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X8 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh3 və üçüncü şəxs Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .

42. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

43. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

44. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax rayon məhkəməsinin 09 mart 2023-ci il tarixli, 2(039)-21/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, yekunda ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

46. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsi apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

47. Ona görə də kollegiya Yevlax rayon məhkəməsinin 09 mart 2023-ci il tarixli, 2(039)- 21/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisələndirilən hissədə mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq rədd etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Kollegiyanın iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən sahəsi 100.4 m2 olan yaşayış evinin və həmin evin yerləşdiyi 0.084 ha torpaq sahəsinin mülkiyyətçilərinin payları aşağıda qeyd edilən kimidir: İddiaçı1 torpaq sahəsi 8/80 hissə, İddiaçı2 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, İddiaçı3 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, Cavabdeh3 yaşayış evi 34/40 hissə, Tahirə Əliyeva torpaq sahəsi 50/80 hissə.

51. Eyni zamanda müəyyən edilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2 , açıq eyvan 40.8 m2 , tikinti altı sahə 163.7 m2 təşkil edir, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın bələdiyyə torpağı olması, həmin torpaq sahəsindən küçəyə birbaşa çıxışın olması, bələdiyyə torpağında olan “C” tikilisi qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanı digər şəxslərin hüquqlarının pozulmaması, naturada ayrılıb ona verilməsini tələb etdiyi torpaq sahəsinin bələdiyyə torpağı adlanan hissəsinə çıxışının olması, digər şəxslərin də mülkiyyət hüquqları pozulmadan küçəyə sərbəst çıxa bilməsi, məhkəmənin təqdim edilmiş həm ekspert rəyində, həm də mütəxəssis rəyində onların paylarının naturada bölünməsinin mümkünlüyünü nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyində qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılması Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert torpaq sahəsinin faktiki vəziyyəti, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolunun verilməsi və bələdiyyə mülkiyyətinə düşən tikililərin sökülməsi ilə əsaslandırmışdır.

54. Göründüyü kimi ekspertiza tədqiqatı zamanı iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən 0,03 ha hissəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilsə də, məlum olur ki, 29 noyabr 2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü planında göstərilən torpaq sahəsinə giriş-çıxış yolu bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində olan tikililər sökülməklə bələdiyyə torpağından verilməlidir.

55. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbindən də göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyət ayrılacağı halda həmin əmlakdan sərbəst sahiblik və istifadə imkanları təmin edilməlidir. Bunun üçün yola maneəsiz çıxışın təmin edilməsi də sahiblik və istifadə imkanlarının tərkib hissəsidir. Ekspert tərəfindən bölgü variantında iddiaçıların yola çıxışları tərəflərin paylı mülkiyyətində olmayan və üzərində tikililərin mövcud olduğu bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına təklif edilmişdir. Hansı ki, ona aid olan torpaq sahəsi üzərində yerləşən tikililərin sökülməsi bələdiyyə tərəfindən mübahisələndirilməməklə yanaşı iddiaçılar tərəfindən də buna dair tələb irəli sürülməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin «yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır» mülahizəsinin tam əsassız olmasına dair dəlilini də əsaslı hesab etmir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06 aprel 2022-ci il, 16 fevral 2023-cü il qeydiyyat tarixli çıxarışdan göründüyü kimi iddiaçılardan Fidan və İddiaçı3lar 0,084 ha torpaq sahəsi ilə yanaşı hər biri həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinin də ayrı-ayrılıqda 3/40 hissədə paylı mülkiyyətçiləridirlər. Ekspertin ayrılıb verilməsini təklif etdiyi torpaq sahəsi isə fərdi yaşayış evinə bitişik deyil, bir qədər kənarda yerləşir. Ekspertiza tədqiqatına uyğun bölgünün aparılacağı halda, yaşayış evindən də mülkiyyət payı olan iddiaçıların torpaq sahəsinə bitişik olmayacaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən paylarının ayrılması tələbini irəli sürmələrini istisna etmir. Bu hal isə bir mübahisə tərəfinə vahid əmlakın ayrıayrı müxtəlif hissələrindən payların ayrılması ilə nəticələnəcəkdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin bu qaydada torpaq bölgüsü olarsa əmlakın dəyəri azalacaqdır kimi mövqeyinin əsassız olmasına dair dəlilini də əsaslı hesab etmir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etsə də məhkəmənin onun tələbini əvvəlki qaydada qətnaməyə daxil etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialından iddiaçıların birinci instansiya məhkəməsinə iddia tələbinin azaldılması barədə ərizə təqdim etmələri halı müəyyən edilməmişdir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

60. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.

61. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

62. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

63. Əlavə olaraq kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

64. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz və birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-21/2023 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməli olmasına qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin məhkəmə xərclərinin tutulması hissəsində də dəyişdirilməsi üçün əsas yoxdur və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə xərc tərəflərdən bərabər qaydada tutulmalıdır.

66. Qeyd edilənlərə əsasən 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi qismində iddia tələbi irəli sürmüş İddiaçı1, 50 manatı isə cavabdehlər X5 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-21/2023 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı1, 50 manatı isə cavabdehlər X5 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar