Məhkəmə qərarları › İş №2(107)-728/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-728/2020

27.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-728/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Yevlax rayonu 02 saylı Notariat Kontoruna qarşı cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və hüquqların dövlət qeydiyyatına dair dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair ilk, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X17, X18, X15, Məmmədov Oqtay Pənah oğlu, X20 cavabdehlər Cavabdeh1, Məmmədov Pənah Baxış oğluna qarşı vərəsəlik hüququnun tanınması, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsi qismən etibarsız sayılması, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsindən iş üzrə iddiаçı İddiaçı, 3-cü şəxslər X20 və Məmmədov Oqtay Pənah oğlu, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-231/2019 nömrəli(sədrlik edən hakim T.Əliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı iddiası tam, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X17, X18, X3 iddiası qismən təmin edilməsi, Cavabdeh1 adına 02 saylı Dövlət Notarat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyri-yaşayış binasına dair aparılmış ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli qeyd ləğv edilməsi, mərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyri-yaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə X4, X7, X8, X3, Cavabdeh1 və İddiaçı hər birinin 1/6 hissədə payları müəyyən edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X17, X18, X3 iddiası qalan hissədə, Məmmədov Oqtay Pənah oğlu, X12 iddiası isə tam olaraq təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsinin müstəqil tələb irəli sürən 3-cü şəxslər Səlmi Məmmədova, Tofiq Məmmədov, Sevil Məmmədova, Cavabdeh1 münasibətdə ləğv edilməsinə, bu hissədə miras əmlakın ½ hissədə payların Sima Məmmədova və ona münasibətdə müəyyən edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən apelyasiya şikayəti vermiş Oqtay Məmmədov və Vəfa Yusifova isə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsinin onlara aid hissədə ləğv edilməsini və iddialarının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. DƏDRX-nin 17 saylı X22 nümayəndəsi Qasım Əliyev qətnamədən apelyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X20 və Məmmədov X23 Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1885/2019 saylı qətnaməsinin onlara aid hissədə ləğv edilməsini və iddialarının təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən 3-cü şəxslər X12 və Məmmədov Oqtay Pənah oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1885/2019 saylı qətnaməsi miras əmlaka qanun üzrə vərəsəlik qaydasında payların müəyyən olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. İşin faktiki halları: Müstəqil tələb irəli sürən 3-cü şəxslər X14, X17, X18, X15, Məmmədov Oqtay Pənah oğlu və X20 cavabdehlər Cavabdeh1 və X9, 3-cü şəxslər Yevlax rayon Notariat kontoruna, ƏMDK yanında DƏDRX-yə qarşı məhkəməyə müraciət edərək onların mərhum X1 miras qalmış əmlaka vərəsəlik hüquqlarının müəyyən olunması, analarından miras qalmış Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 559.6 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibrasız sayılması, 1-ci növbə vərəsələr kimi onların hər birinin miras əmlakda 1/8 hissədə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Müsrəqil tələb irəli sürən 3-cü şəxslər Məmmədov Oqtay Pənah oğlu və X21 apelyasiya şkayətini onunla əsaslandırmışlar ki, anaları Dursun Məmmədova xx xxxxx 2015-ci ildə vəfat etmişdir., Anaları vəfat edəndən sonar ondan torpaq, ev və s. miras əmlak qalmışdır. Miras əmlakın bölüşdürülməsi barədə razılığıa gəlmişdilər. Anbarın sənədləşdirlməsi zamanı onlar razılaşmışdır ki, Sevda anbarı öz adına keçirdikdən sonra onların payını verəcəkdir. Notariat kontoruna müraciət edərkən mirasın qəbul edilmə müddəti olan 3 ay müddət keçdiyindən Sevdanın xeyrinə imtina ərizəsi yaza bilməzdilər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X20 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiаçı İddiaçı, cavabdehlər Cavabdeh1, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin və Yevlax rayonu 02 saylı Notariat Kontorun nümayəndələri, müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X17, X18, X15, Məmmədov Oqtay Pənah oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Öyrənilən işdən bəlli olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən 3-cü şəxslər X12 və Məmmədov Oqtay Pənah oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1885/2019 saylı qətnaməsi miras əmlaka qanun üzrə vərəsəlik qaydasında payların müəyyən olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şahid ifadələri və təqdim edilmiş arayışlarla üçüncü şəxslər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakın bir hissəsinin qəbul edilməsi təsdiqini tapmışdır ki, Mülki Məcəllənin (bundan sonra mətndə MM-in) 1243.3-cü maddəsinin tələblərinə görə onlar mirası tamamilə qəbul etmiş sayılmalıdırlar. Belə ki, onların iddiası üzrə cavabdehlər bunu təkzib edəcək hər hansı sübut təqdim etməmişlər. Lakin, təsdiq olunur ki, üçüncü şəxslərdən Oqtay Məmmədov və Vəfa Yusifova notariat kontoruna ərizə verməklə miras əmlakdan imtina etmişlər və MM-in 1268.1 maddəsinə görə onlar, mirasdan imtina barədə ərizəni geri götürə bilməzlər. Məhkəmə hesab edir ki, onların ikisinin iddia tələbi təmin edilə bilməz. Bununla da, miras qoyan Dursun Məmmədovanın altı vərəsəsinin – övladları Cavabdeh1, Səlmi Məmmədovanın, Tofiq Məmmədovun, Sima Məmmədovanın, Sevil Məmmədovanın və oğlu X13 Məmmədzadənin miras əmlakı qəbul etmələri təqsidini tapmışdır. Bu səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxslərdən Səlmi Məmmədova, Tofiq Məmmədov, Sima Məmmədova, Sevil Məmmədovanın iddiaları qismən təmin edilməli, onların, habelə onların iddiası üzrə cavabdehlər Cavabdeh1 və İddiaçı hər birinin Dursun Məmmədovadan miras qalmış əmlaka 1/6 hissədə payları müəyyən edilməli, qalan hissədə həmin iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 və Məmmədov Oqtay Pənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs X20 və Məmmədov Oqtay Pənah oğluna aid hissədə ləğv edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və Məmmədov Oqtay Pənah oğlunun mərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyri-yaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə 1/8 hissədə vərəsəlik payları müəyyən edilməli, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dursun Məmmədova xx xxxxx 2015-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Pənah Məmmədov xx xxxxxx 1969-cu il tarixdə ölmüşdür. Cavabdeh1 Notariat Kontoruna ünvanlanmış ərizəsindən görünür ki, o, müraciətində qeyd etmişdir ki, ondan başqa Dursun Məmmədovanın iki vərəsəsi var, oğlu Oqtay Məmmədov və qızı, Vəfa Yusifova. Oqtay Məmmədovun və Vəfa Yusifovanın notariat kontoruna ünvanladıqları ərizələrdən görünür ki, hər ikisi anaları Durzun Məmmədovadan miras qalmış əmlakı qəbul etməmişlər və etməyəcəklər, miras əmlakdan pay istəmirlər və gələcəkdə bu barədə iddia qaldırmayacaqlar. Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X16 vərəsəsi qızı-Məmmədova X11 C.Əliyev küçəsi ev 13-A o, 7(AZE 09036041, xx/xx/2011-Mingəçevir ŞPŞ) və o miras əmlakdan bütövlükdə irs alınmalı şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə verilmiş **********75-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0627 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş 559.6 kv/m qeyriyaşayış binasından irs qoyan X10 məxsus olan hissədən ibarətdir. xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, X16 vəfat etdikdən sonra ona məxsus yaşayış evində və həyətyanı torpaq sahəsində oğlu X19 yaşayır. Mərhuməyə məxsus olan evdə Oktay Pənah oğlundan başqa övladı yaşamır. Öyrənilən işdən bəlli olur ki, miras qoyan X16 xx xxxxx 2015-ci il tarixində vəfat etmişdir. İş materiallarından göründüyü kimi Oqtay Məmmədov və Vəfa Yusifova hər ikisi müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində notarial qaydada təsdiq olunmuş ərizə verməklə mirasın qəbulundan imtina etmişlər. Oxşar münasibətləri tənzimləyən MM-in 1256-cı maddəsinin tələbinə görə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.” MM-in 1269-cu maddəsinə görə “Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir ”. Təhlil oluana işdən aydın olur ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda iqtibas edilmiş tələblərini nəzərə almamış, vərəsəlik açıldığı vaxtdan 1 il 8 aydan sonra yazılmış imtina ərizələrini əsas kimi qəbul etmiş və bu imtina ərizələrinin heç bir hüquqi qüvvəsinin olmadığını nəzərə almamışdır. Bundan əlavə, işin 70-ci vərəqində olan aktdan görünür ki, mərhumə X16 vəfat etdikdən sonra ona məxsus yaşayış evində və həyətyanı torpaq sahəsində oğlu Məmmədov Oqtay Pənah oğlu yaşayır. Digər tərəfdən, mirasın bütün vərəsələr tərəfindən faktiki qəbul edilməsinə dair Oktay Məmmədov öz izahatında aşağıdakıları qeyd etmişdir: “Öz iddia tələbimi müdafiə edirəm, Baxış mənim qardaşım olmuşdur. Baxışın sağlığında öz vəsaitim hesabına onun üçün ev tikdirmişəm. X28 məxsus evdə mən özüm ailəm ilə birlikdə yaşayıram və anamın ölümündən sonra da həmin evdə yaşamağa davam etmişəm. Belə ki, anam öldükdə yas mərasimi mənə məxsus evdə keçirilmiş, sağ qalan bacılarım və qardaşım yas mərasimində iştirak etmiş və hərəsi anasına məxsus əmlaklardan bir hissəsini götürmüşdür. Qardaşım Tofiq bir dolabı, 2 yatağı götürmüş, Sima torpaq sahəsini götürmüş, torpaq haqqını da özü ödəmişdir, digər bacılarım isə hərəsi bir xalı, bir qoyun götürmüşlər. Belə razılaşmışdıq ki, sənədlər yalnız Cavabdeh1 adına rəsmiləşdirilsin, bundan sonra Cavabdeh1 həmin əmlakları satsın və onlara düşən payı onlara ödəsin. Bu səbəbdən də notariat kontoruna gedərək imtina barədə ərizə vermişəm. İddiaçı iddia tələbinin təmin edilməməsi, öz iddia tələbimin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Mülkiyyət hüququnun toxunulmazlığından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu fikirdədir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs Dursun Məmmədova 2015-ci il tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs – Dursun Məmmədova 2015-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan MM-in (xx xxxxxxxx 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) MM-in 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, müstəqil tələb irəli sürən üçüncü şəxs X20 və Məmmədov Oqtay Pənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsimərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyriyaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə X4, X7, X8, X3, Cavabdeh1 və İddiaçı hər birinin 1/6 hissədə payları müəyyən edilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 231/2019 nömrəli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs X20 və Məmmədov Oqtay Pənah oğluna aid hissədə ləğv edilməli, mərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyri-yaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə X4, X7, X8, X3, Cavabdeh1, İddiaçı, X12 və Məmmədov Oqtay Pənah oğlunun hər birinin 1/8 hissədə vərəsəlik payları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 və Məmmədov Oqtay Pənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-231/2019 nömrəli qətnaməsimərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyriyaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə X4, X7, X8, X3, Cavabdeh1 və İddiaçı hər birinin 1/6 hissədə payları müəyyən edilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Yeni qətnamə ilə mərhum X2 miras qalmış Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 0,0627 ha torpaq sahəsi və üzərində inşa edilmiş 559,6 kv.m olan qeyri-yaşayış binasına, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.2007 ha həyətyanı torpaq sahəsi, habelə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.72 ha torpaq (pay) sahəsinə münasibətdə X4, X7, X8, X3, Cavabdeh1, İddiaçı, X12 və Məmmədov Oqtay Pənah oğlunun hər birinin 1/8 hissədə payları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar