Məhkəmə qərarları › İş №2(107)-729/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-729/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-729/2025 07.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X3 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)- 1144/2015 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 İzbullah qızma qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyan 26.897 (iyirmi altı min səkkiz yüz doxsan yeddi) manat və vurulmuş mənəvi ziyanı görə 20.000 (iyirmi min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İzbullah qızından tutularaq onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İzbullah qızından 26897 (iyirmi altı min səkkiz yüz doxsan yeddi) manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)-1144/2015 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə həmin qərardaddan şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 5 iyun 2025-ci il tarixli 2(019)-1144/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)- 1144/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsi 25 dekabr 2015-ci ildə işdə iştirak edən şəxslərə sifarişli xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh2 qətnamənin surətini 16 yanvar 2016-cı ildə şəxsən imza etməklə almışdır. Cavabdeh2 xx.xx.2017-ci ildə ərizə ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsinin surətini itirdiyinə görə qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Qətnamənin surəti təkrarən xx.xx.2017-ci ildə Cavabdeh2 şəxsən təqdim edilmişdir. Cavabdeh2 qətnamənin surətini təkrarən aldığı gündən aldığı vaxtdan 8 ilə yaxın müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayət vermişdir. Buradan da aydın olur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayətdə göstərilmişdir ki, Cavabdeh2 ünvan 1i ünvanında qeydiyyatda olsa da, 2013-cü ildən Sumqayıt şəhərində yaşayır. Onun tək yeganə övladı olan oğlu X1 Bakı Avrasiya Universitetinin tələbəsi olmuş, 2024-cü ilin dekabr ayının 25- də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış "Azərbaycan Hava Yolları’'nın J2-8243 nömrəli Bakı- Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində sərnişin olmuş, qəza nəticəsində həlak olmuşdur. Lakin onun bu ağır günündə Balakən rayon İcra və probasiya şöbəsi tərəfindən xəbərdarlıq məktubu göndərilərək onu əsassız olaraq məsuliyyətə cəlb etmək istəyirlər. Məktubu oxuduqdan sonra ona məlum olmuşdur ki, guya Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ondan 26897 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir.Cavabdeh2 bildirdiyinə görə o heç kimdən heç vaxt bu məbləğdə pul almamış, heç kim qarşısında hər hansı öhdəliyi olmamış, heç kimə bir manat belə borcu olmadığı halda onun barəsində saxta sənədlər hazırlayaraq, dövlət tərəfindən ona verilmiş kompensasiya məbləğini eşidərək həmin pulu ələ keçirmək istəyirlər. Çünki o heç vaxt məhkəmə iclaslarına çağırılmamış, məhkəmə bildirişini almamış, məhkəmə qətnaməsindən xəbərdar olmadığı halda,2015-ci ildən bu tərəfə məhkəmə icraçıları tərəfindən bir dəfə də olsun xəbərdarlıq və ya bildiriş almadığı halda, övladının təyyarə qəzasında həlak olmasını və dövlətin bu hadisəyə görə ona kompensasiya ödəməsini bildikdən sonra Balakən rayon İcra Şöbəsi evinə hədələyici xəbərdarlıq məktubu göndərmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsindən onun xəbəri yoxdur, məhkəmə qətnaməsini ona göndərməyiblər və o məhkəmə qətnaməsini almamışdır. Buna görə də Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətinin ona verilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin sədrinin müşayiətedici məktubu əsasında Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surəti xx.xx.2025-ci il tarixdə ona rəsmi olaraq təqdim edilmişdir. Buna görə də Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surəti xx.xx.2025-ci il tarixdə ona rəsmi olaraq təqdim edildiyinə görə hazırda apellyasiya şikayəti vermiş və hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015ci il tarixli qətnaməsinin surətini 16 yanvar 2015-cı ildə şəxsən imza etməklə alması, Cavabdeh2 xx.xx.2017-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsinin surətini itirdiyinə görə qətnamənin surətinin ona verilməsini xahiş etməsi və qətnamənin surətinin təkrarən xx.xx.2017-ci ildə Cavabdeh2 şəxsən təqdim edilməsi ilə bağlı bildirir ki, Cavabdeh2 bildirdiyinə görə o, xx.xx.2017-ci ildə Balakən Rayon Məhkəməsininin 24 dekabr 2015-ci il tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsinin surətinin ona verilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş, eyni zamanda Balakən Rayon Məhkəməsinin 2(019)-1144/20215 saylı xx.xx.2015-ci il tarixli qətnaməsininin surəti 16 yanvar 2016-cı ildə şəxsən ona təqdlim edilməmişdir. Bunlar hamısı iş materiallarında olan uydurmalardır.Göründüyü kimi Cavabdeh2 Balakən Rayon Məhkəməsinin 2(019)- 1144/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürməmişdir. Lakin işə baxan Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimov Mülki-Prosessual Məcəlləsininin 10-1,129,130,135,263- 264,267- 269,360,361,363 və 364-cü maddələrinin tələblərini pozaraq məhkəmə qətnaməsində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini əsas gətirərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmışdır. Yuxarıda sadaladığı işin həqiqi hallarında iş üzrə prossessual müddətin ötürülməsi üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan,özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törədən və ya məhdudiyyət yaradan inkarolunmuş səbəblər müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, Balakən rayon məhkəməsinin 2(019)-1144/2015 saylı xx.xx.2015-ci il taııxlı qətnaməsinin surətini 16 yanvar 2016-cı ildə şəxsən imza etməklə alması, Könül Tutunçıyeva 31 05.2017 cı ildə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməsinin Məhkəmənin 24 dekabr 2015 cı il tarixli 2(019)-1144/2015 nömrəli qətnaməsinin surətini itirdiyinə görə qətamənin surətinin ona verilməsini xahiş etməsi və qətnamənin surətinin təkrarən xx.xx.2017-ci ildə təkrarən şəxsən təqdim edilməsi ilə bağlı bildirir ki, qətnamənin surətinin ona verilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və 16 yanvar 2016-cı ildə qətnamənin surəti ona şəxsən təqdim edilməmişdir. Sənədlərdəki imzanın Könül Tütünçüyevaya məxsus olub-olmaması ilə bağlı məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə yazılı vəsatət vermək istəyir. Ona görə də, işə tərəflər çağırılmaqla məhkəmə iclasında baxılması barədə qərar çıxarılmasını xahiş edir. Kollegiya qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 24 dekabr 2015-ci tarixli 2(019)-1144/2015 nömrəli qətnаməsi 25 dekabr 2015-ci ildə Cavabdeh2 tərəfindən alınmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə işə məhkəmə iclasında baxılması barədə vəsatəti təmin edilməməlidir. Belə ki, qətnaməsinin surətini cavabdehlərin əvəzinə onların ailə üzvülərindən biri almış olsaydı belə, həmin məhkəmə aktı cavabdehlərə təqdim edilmiş hesab edilir. Belə olan halda iş üzrə ekspertizanın təyin edilməsinə zərurət qalmır. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, hazırkı halda vəsatətin təmin edilməsi gələcəkdə oxşar işlərlə bağlı poçt xəbərnamələrindəki imzaların mübahisələndirilməsi ilə nəticələnər ki, bu da yolverilməzdir. Belə ki, qanunvericiliyə əsasən işdə tərəf olmuş şəxsə ünvanlanmış məktub ailə üzvlərindən birinə təqdim edilmişsə çatdırılmış hesab edilir. Kollegiyanın qənaətinə görə Ekspertiza təyin ediləcəyi halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsi əhəmiyyətsiz hala gələ bilər ki, bu da yolverilməzdir. İşin bu halı işdə prosessual tərəf olan digər şəxslərin hüquqlarını pozulmuş olar. Eyni zamanda hüquqdan su-istifadəyə yol açar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)-1144/2015 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)-1144/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(019)-1144/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar