Məhkəmə qərarları › İş №2(107)-73/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-73/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-73/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və digərlərinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və digərlərinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların, hərrac nəticələrinin, şəhadətnamələrin və icarə müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: çıxarışın, icarə müqaviləsinin, hərracın nəticələrinin, şəhadətnamənin, etibarsız sayılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Rafiq oğlunun katibliyi, Üçüncü şəxs X6 vəkili Vəkil iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(033)-77/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X2 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, X14 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; Zaqatala rayonu, X18 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamənin; X13 ilə Zaqatala rayonu. X23 arasında bağlanmış 16 aprel 2019-cu il tarixli icarə müqaviləsinin; 2,47 ha torpaq sahəsi üzərində X7 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X13 ilə X12 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına; Zaqatala rayonu, X18 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin, 31 oktyabr 2019- cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamənin, X15 ilə Zaqatala rayonu, X23 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin, 1,31 ha torpaq sahəsi üzərində X9 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, X15 ilə X12 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına; Zaqalala rayonu, X18 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 3019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamənin; X15 ilə Zaqatala rayonu, X23 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin; 0,75 ha torpaq sahəsi üzərində X10 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın; X15 ilə X12 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum ataları X2 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusu miras qalmışdır. Qeyd olunan sinaj quyuları mərhum atalarına Zaqatala rayonunun Səməd Vurğun adına X22 İslahat Komissiyasının qərarına əsasən verilmişdir. 2018-ci ilin aprel ayında qeyd olunan sinaj quyularının yerləşdiyi 4,20 ha torpaq sahəsinin onlara icarəyə verilməsi ilə bağlı Zaqatala rayonu X18 müraciət etmişlər və bələdiyyədən onlara ünvanlanmış 19 aprel və 23 aprel 2018-ci il tarixli məktublarda torpaq sahəsinin icarəyə verilməsi üçün hüquqi və texniki sənədlərin alınması üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. Son dövrlərdə məlum olmuşdur ki, Zaqatala rayonu, X23ndən icarəyə götürmək istədikləri mərhum ataları X2 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusunun da yerləşdiyi 4,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxslər X15 və X11 icarə hüququ əsasında verilmiş və sonuncular da həmin torpaq sahəsini Zaqatala rayonu, X14 razılığı ilə X1 verilmişlər. Halbuki, onların Zaqatala rayonu, X23ndən icarəyə götürmək istədikləri 4,20 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərraca çıxarılmasından xəbərləri olmamışdır. Onlara bu barədə Zaqatala rayonu, X14 rəhbərliyi məlumat verməmiş, nə də Zaqatala rayonu, X14 inzibati binasında bu barədə elan yerləşdirilməmişdir. Bununla yanaşı, mərhum ataları X3 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi onlardan başqa heç kimə icarəyə verilə bilməz. Çünki, onların həmin torpaq sahəsində əmlakları yerləşir. Onlar imtina edəcəkləri təqdirdə qeyd olunan torpaq sahəsi üçüncü şəxslərə icarəyə verilə bilər. Nəticədə, bütün bu hərəkətlər onların qanunla qorunan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd etdikləri nəzərə alınmasının və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(033)-77/2021 saylı qətnaməsi (hakim T.Həsənov) ilə iddianın qismən təmin edilməsi, Zaqatala rayonu, X18 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 47 nömrəli 28 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamə, X13 ilə Zaqatala rayonu, X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-148 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 16 aprel 2019-cu il tarixdə icarə müqaviləsi, 2,47 ha torpaq sahəsi üzərində X7 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X13 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqatala rayonu, X18 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 290 nömrəli 31 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamə, X15 ilə Zaqatala rayonu, X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-541 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 1,31 ha torpaq sahəsi üzərində X9 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X15 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M87 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqalala rayonu, X18 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 289 nömrəli 31 oktyabr 3019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamə, X15 ilə Zaqatala rayonu, X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-540 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 0,75 ha torpaq sahəsi üzərində X10 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X15 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsinin etibarsız hesab edilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 saylı 17 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş Ofisi Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Zaqatala rayonu X18 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X13, X8 qarşı verdiyi iddia tələbinin “mərhum ataları X2 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, X14 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsinin nəzərə alınması, İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən X27 Vurğun adına kolxozun Yerli aqrar islahat komissiyası tərəfindən 01 sentyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş şəhadətnamə ilə mülkiyyət hüququ əsasında iddiaçıların mərhum atası X4 adına kompleks (1980-cı ildə tikilmiş 3 ədəd sinaj quyusu) qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 3 hissəyə bölünməklə, hər bir hissəyə ayrı-ayrılıqda bələdiyyənin adına çıxarış alınmışdır. Bələdiyyənin mülkiyyətində olan-3 ədəd sinaj quyusunun yerləşdiyi 2,47 ha torpaq sahəsinin, həmçinin həmin torpaq sahəsi ilə həmsərhəd olan 1,31 ha və 0,75 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2019-cu ildə bələdiyyə tərəfindən hərrac komissiyasına müraciət olunmuşdur. Həmin torpaq sahələri hərraca çıxarılmış, 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Vüqar Kamalov olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 16 aprel 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X13 arasında 15 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X13 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Eyni zamanda, 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X15 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X15 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Həmçinin, 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X15 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X15 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanunvericiliyin tələblərindən görünür ki, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahələri də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçıların bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçılar həmin torpaq sahələrinin əvvəlki istifadəçisi və icarəçisi olmuşlar. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçılar Zaqatala şəhər sakini olmaqla Zaqatala rayon X14 əhatə etdiyi ərazidə daimi yaşayan şəxslərdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından - icarəyə verilən torpaq sahələrinin əvvəlki istifadəçisi olmaları, eyni zamanda onların mərhum atalarının mülkiyyətində olan sinaj quyularının yerləşdiyi torpaq sahəsinin hazırki icarə müqaviləsinin predmeti olması, həmçinin həmin quyuların yerləşdiyi torpaq sahəsinin digər hərraca çıxarılan torpaq sahələri ilə həmsərhəd olmaları iddiaçıya şamil edilir. Bundan başqa, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Zaqatala rayonu X18 ünvanlanmış müraciətinə əsasən onların istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən Zaqatala rayonu X14 mülkiyyətində olan Dilivəli Çölü adlanan ərazidə yerləşən 4,20 ha torpaq sahəsinin uzun müddətli onların istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar Zaqatala şəhərində yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir. Mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar “Mülkiyyət” qəzetində elan verilsə də, bu elan X14 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Ona görə ki, iş materiallarına hərrac keçirilən dövrdə həmin qəzetin X14 yerləşdiyi əraziyə çatdırılması və satılması barədə sübut əlavə edilməmişdir. Məhkəmə iclasında da, cavabdeh bələdiyyənin nümayəndəsinə “Mülkiyyət” qəzetinin bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi isə bildirmişdir ki, həmin qəzetə nə X23, nə də bələdiyyə ərazisində yaşayanlar abunəçi deyil. Halbuki, bələdiyyə həmin qəzetdə elan verməklə yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Belə ki, hərraclarda iştirak etmək niyyətində olan 2 nəfər şəxsdən hər biri yazılı ərizə ilə və biri-birilərindən 1 və 5 manat fərq aralığında təkliflə, eyni zamanda həmin təkliflərə baxdıqda onların eyni şəxsin xətti ilə tərtib edilməklə təklif etmələri ilə çıxış etmələri hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmaqla yanaşı hərracın formal keçirildiyini təsbit edir. Çünki hərracın keçirilməsi qaydalarına görə hərracda iştirak etmək istəyən hər bir şəxsin təklifi şəxsin öz xətti ilə gizli şəkildə yazılmalı və zərfə qoyularaq bağlı vəziyyətdə komissiyaya təqdim edilməlidir. Bundan başqa, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 2,47 ha, 0,75 ha və 1,31 ha torpaq sahələri ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclasları müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu ildə keçirildiyi halda, hərraclar da eyni tarixdə, yəni müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolları ilə müsabiqənin nəticələri barədə protokolların nömrələri də eyni göstərilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək Zaqatala rayonu, X18 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 47 nömrəli 28 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamə, X13 ilə Zaqatala rayonu. X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-148 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 16 aprel 2019-cu il tarixdə icarə müqaviləsi, 2,47 ha torpaq sahəsi üzərində X7 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X13 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqatala rayonu, X18 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 290 nömrəli 31 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamə, X15 ilə Zaqatala rayonu, X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-541 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 1,31 ha torpaq sahəsi üzərində X9 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X15 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-87 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqalala rayonu, X18 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 289 nömrəli 31 oktyabr 3019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X19 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamə, X15 ilə Zaqatala rayonu, X23 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-540 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 0,75 ha torpaq sahəsi üzərində X10 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X15 ilə X12 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Torpaq Məcəllənin 16, 51, 56, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 421.2, 422.1-ci maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaqların satışı zamanı üstünlük hüququ nəzərdə tutulur. Mübahisələndirilən torpaq sahələri icarəyə verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.7-ci bəndinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə, elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Maddənin məzmunundan aydın olur ki, Bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ müəyyənləşdirilir. İcarəyə verildiyi təqdirdə üstünlük hüququ ilə bağlı qanun hər hansı bir mövqe əks etdirmir. İddiaçıların Bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququnun mövcud olmasına dair hissədə isə iddiaçıların həmin torpaq sahəsinin əvvəlki istifadəçisi və icarəçisi olması qətnamədə qeyd olunur. Məhkəmənin belə qənaətə gəlməsi tam əsassızdır. Qeyd edir ki, iddiaçıların həmin torpaq sahəsinin əvvəlki istifadəçisi və icarəçisi olmasına dair iş materiallarında yalnız sonuncu dəfə 09 aprel 2007-ci il tarixdə bağlanmış müqavilə və ondan əvvəlki illərə dair (09 aprel 2007-ci il tarixli, 25 fevral 2005-ci il tarixdə 07 saylı, 08 saylı, 09 saylı) müqavilələr mövcuddur. Mülki işə əlavə edilmiş icarə müqavilələrindən aydın olur ki, iddiaçılar ilə icarə müqavilələri 2005-ci il tarixdə bağlanmış sonuncu dəfə iddiaçıların mərhum ataları ilə 09 aprel 2007-ci il tarixdə bağlanmışdır. Həmin tarixdən sonra iddiaçıların mübahisələndirilən torpaq sahələrinin istifadəsində və icarəsində olmalarına dair iş materiallarında heç bir mötəbər sübut yoxdur. Eyni zamanda iddiaçıların hərraca çıxarılan torpaq sahələri ilə bağlı torpaqlarının həmsərhəd olmalarına dair iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. İddiaçıların hərraca çıxarılan torpaq sahələri ilə əlaqədar Zaqatala şəhərində yaşayan sakin kimi məlumatlandınlmaması və hərracın gizli keçirilməsinə dair məhkəmənin mövqeyi ilə razı deyil. “Bələdiyyə torpaqların idarə edilməsi haqqında” qanuna əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırması nəzərdə tutulur. İcarəyə verilən torpaq sahələri ilə bağlı əhalinin əvvəlcədən məlumatlandırılması ilə bağlı qanunda hər hansı bir norma öz əksini tapmır. Eyni zamanda Bələdiyyənin hərraca çıxarılan icarəyə veriləsi torpaq sahələri ilə bağlı vətəndaşları məlumatlandırmaq öhdəliyi yoxdur. Məhkəmə qərarında “Mülkiyyət” qəzetinin X23 ərazisində yaşayan şəxslərin məlumatlandırılması və qəzetin X14 yerləşdiyi əraziyə çatdırılması və satılması barədə sübut əlavə edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları təsdiq edilmişdir. Həmin fərmanın 4-cü bəndinə əsasən Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra 'bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. “Mülkiyyət” qəzetinin Bələdiyyə ərazisində yaşayan şəxslərin məlumatlandırılması və Bələdiyyənin yerləşdiyi əraziyə çatdırılması və satılması barədə qanunvericilikdə hər hansı bir norma nəzərdə tutulmamışdır. Yuxanda qeyd etdiyi kimi Ulu öndər Heydər Əliyev tərəfindən verilmiş 972 saylı 23 oktyabr 2003-cü il tarixli fərmanında və Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Qanunda Bələdiyyələrin icarəyə çıxarılan torpaq sahələri ilə bağlı məlumatların seçicilərə çatdırılması nəzərdə tutulmamışdır. Məlumatlandırmaq ilə bağlı vəzifə Təşkilatçının üzərinə düşür, təşkilatçıda kütləvi informasiya vasitələri ilə məlumatı yaymaq ilə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Məhkəmənin icarəyə çıxarılan torpaqlar, hərrac keçirilən dövrdə həmin qəzetin Bələdiyyənin ərazisinə çatdırılması və satılması barədə sübutetmə vəzifəsini X14 üzərinə qoyması əsassızdır. Çünki Bələdiyyənin belə bir öhdəliyi yoxdur. Məhkəmənin baş tutumuş hərracın keçirilməsinin qanunsuz olmasını, onun keçirilməsinin müəyyən olunmuş meyarlara zidd qaydadalarla həyata keçirilməsinin müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirildiyini Hərracda iştirak etmək niyyətində olan 2 nəfər şəxsdən hər biri yazılı ərizə ilə və birbirilərindən 1 və 5 manat fərq aralığında, eyni zamanda həmin təkliflərə baxdıqda onların eyni şəxsin xətti ilə tərtib edilməklə təklif etmələri ilə çıxış etmələri hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmaqla yanaşı hərracın formal keçirildiyini təsbit edir. Məhkəmənin qeyd etdiyi məsələyə münasibət olaraq bildirir ki, məhkəmənin hərraca dair təkliflərə baxdıqda onların eyni şəxsin xətti ilə tərtib edilməklə yazılaraq təklif etmələrinə dair mövqeyi tam əsasızdır. Təkliflərin eyni şəxs tərəfindən yazılıb-yazılmasına dair məhkəmə tərəfindən yalnız məhkəmə xətşünaslıq ekspertizası təyin edilməklə və ekspert tərəfindən rəy alındıqdan sonra xəttin eyni şəxs tərəfindən icra olunub-olunmamasına dair münasibət bildirilə bilər. Məhkəmə hərracın keçirilməsinə dair sənədlərə istinad edərək qeyd edir ki, işə əlavə olunmuş sənədlərdən görünür ki, 2.47 ha, 075 ha və 1.31 ha torpaq sahələri ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclasları müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu ildə keçirildiyi halda, hərraclarda eyni tarixdə, yəni müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolları ilə müsabiqənin nəticələri barədə protokolların nömrələri də eyni göstərilmişdir. Qeyd olunan Hərrac Komissiyasının hazırlıqla bağlı komissiyanın iclasının və hərracın keçirilməsi tarixlərinin eyni vaxtda olması ilə bağlı məsələdə qanun pozuntusunun nədən ibarət olması, hansı qanunvericilik aktının pozulması öz əksini tapmır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X6 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar, cavabdehlər, üçüncü şəxslər X15 və X13 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1.-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Azərbaycan Respublikası Torpaq Məcəllənin 16-cı maddəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci abzasına əsasən kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tаrixli, 2(033)-77/2021 saylı qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 77/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən X27 Vurğun adına kolxozun Yerli aqrar islahat komissiyası tərəfindən 01 sentyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş şəhadətnamə ilə mülkiyyət hüququ əsasında iddiaçıların mərhum atası X4 adına kompleks (1980-cı ildə tikilmiş 3 ədəd sinaj quyusu) qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 3 hissəyə bölünməklə, hər bir hissəyə ayrı-ayrılıqda bələdiyyənin adına çıxarış alınmışdır. Bələdiyyənin mülkiyyətində olan-3 ədəd sinaj quyusunun yerləşdiyi 2,47 ha torpaq sahəsinin, həmçinin həmin torpaq sahəsi ilə həmsərhəd olan 1,31 ha və 0,75 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2019-cu ildə bələdiyyə tərəfindən hərrac komissiyasına müraciət olunmuşdur. Həmin torpaq sahələri hərraca çıxarılmış, 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Vüqar Kamalov olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 16 aprel 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X13 arasında 15 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X13 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Eyni zamanda, 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X15 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X15 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Həmçinin, 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X23 ilə X15 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X15 ilə arasında X12 arasında subicarə müqaviləsi bağlanmışdır. Şikayətdə qeyd edilir ki, iddiaçıların həmin torpaq sahəsinin əvvəlki istifadəçisi və icarəçisi olmasına dair iş materiallarında yalnız sonuncu dəfə 09 aprel 2007-ci il tarixdə bağlanmış müqavilə və ondan əvvəlki illərə dair (09 aprel 2007-ci il tarixli, 25 fevral 2005-ci il tarixdə 07 saylı, 08 saylı, 09 saylı) müqavilələr mövcuddur. Mülki işə əlavə edilmiş icarə müqavilələrindən aydın olur ki, iddiaçılar ilə icarə müqavilələri 2005-ci il tarixdə bağlanmış sonuncu dəfə iddiaçıların mərhum ataları ilə 09 aprel 2007-ci il tarixdə bağlanmışdır. Həmin tarixdən sonra iddiaçıların mübahisələndirilən torpaq sahələrinin istifadəsində və icarəsində olmalarına dair iş materiallarında heç bir mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahələri də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçıların bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçılar həmin torpaq sahələrinin əvvəlki istifadəçisi və icarəçisi olmuşlar. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçılar Zaqatala şəhər sakini olmaqla Zaqatala rayon X14 əhatə etdiyi ərazidə daimi yaşayan şəxslərdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından - icarəyə verilən torpaq sahələrinin əvvəlki istifadəçisi olmaları, eyni zamanda onların mərhum atalarının mülkiyyətində olan sinaj quyularının yerləşdiyi torpaq sahəsinin hazırki icarə müqaviləsinin predmeti olması, həmçinin həmin quyuların yerləşdiyi torpaq sahəsinin digər hərraca çıxarılan torpaq sahələri ilə həmsərhəd olmaları iddiaçıya şamil edilir. Bundan başqa, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Zaqatala rayonu X18 ünvanlanmış müraciətdən görünür ki, onların istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən Zaqatala rayonu X14 mülkiyyətində olan Dilivəli Çölü adlanan ərazidə yerləşən 4,20 ha torpaq sahəsinin uzun müddətli onların istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Daha sonra iş materiallarından görünür ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar Zaqatala şəhərində yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar “Mülkiyyət” qəzetində elan verilsə də, bu elan X14 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Ona görə ki, iş materiallarına hərrac keçirilən dövrdə həmin qəzetin X14 yerləşdiyi əraziyə çatdırılması və satılması barədə sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında da, cavabdeh bələdiyyənin nümayəndəsinə “Mülkiyyət” qəzetinin bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi isə bildirmişdir ki, həmin qəzetə nə X23, nə də bələdiyyə ərazisində yaşayanlar abunəçi deyil. Halbuki, bələdiyyə həmin qəzetdə elan verməklə yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Torpaq İcarəsi haqqında Qanunun 10-cu maddəsinə əsasən torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahələri ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Belə ki, hərraclarda iştirak etmək niyyətində olan 2 nəfər şəxsdən hər biri yazılı ərizə ilə və biri-birilərindən 1 və 5 manat fərq aralığında təkliflə, eyni zamanda həmin təkliflərə baxdıqda onların eyni şəxsin xətti ilə tərtib edilməklə təklif etmələri ilə çıxış etmələri hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmaqla yanaşı hərracın formal keçirildiyini təsbit edir. Çünki hərracın keçirilməsi qaydalarına görə hərracda iştirak etmək istəyən hər bir şəxsin təklifi şəxsin öz xətti ilə gizli şəkildə yazılmalı və zərfə qoyularaq bağlı vəziyyətdə komissiyaya təqdim edilməlidir. Bundan başqa, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 2,47 ha, 0,75 ha və 1,31 ha torpaq sahələri ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclasları müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu ildə keçirildiyi halda, hərraclar da eyni tarixdə, yəni müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolları ilə müsabiqənin nəticələri barədə protokolların nömrələri də eyni göstərilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda qeyd olunduğu kimi təmin etməkdə haqlı olmuşdur. Daha sonra şikayətdə qeyd edilir ki, iddiaçıların hərraca çıxarılan torpaq sahələri ilə bağlı torpaqlarının həmsərhəd olmalarına dair iş materiallarında hər hansı bir sənəd mövcud deyiidir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum ataları X2 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusu Zaqatala rayonu, X18 məxsus DƏDRX-nin tərtib etdiyi qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən 2.47 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum ataları X2 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusu 0.43 ha olmaqla Zaqatala rayonu, X18 məxsus DƏDRX-in tərtib etdiyi qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən 2.47 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi iddiaçıların hərraca çıxarılan torpaq sahələri ilə bağlı torpaqlarının həmsərhəd olmalarına dair iş materiallarında hər hansı bir sənədin mövcud olmamasına dair şikayətin dəlilləri əsassızdır. Şikayətdə daha sonra qeyd edilir ki, icarəyə verilən torpaq sahələri ilə bağlı əhalinin əvvəlcədən məlumatlandırılması ilə bağlı qanunda hər hansı bir norma öz əksini tapmır. Eyni zamanda Bələdiyyənin hərraca çıxarılan icarəyə veriləsi torpaq sahələri ilə bağlı vətəndaşları məlumatlandırmaq öhdəliyi yoxdur. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsaslı sayıla bilməz. Daha sonra şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi təkliflərin eyni şəxs tərəfindən yazılıb-yazılmasına dair yalnız məhkəmə xətşünaslıq ekspertizası təyin edilməklə və ekspert tərəfindən rəy alındıqdan sonra xəttin eyni şəxs tərəfindən icra olunubolunmamasına dair münasibət bildirilə bilər. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, kollegiyanın qənaətinə görə, mübahisələndirilən torpaq sahələri ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Belə olduğu halda xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Bundan başqa, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 2,47 ha, 0,75 ha və 1,31 ha torpaq sahələri ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclasları müvafiq olaraq 28 mart 2019cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu ildə keçirildiyi halda, hərraclar da eyni tarixdə, yəni müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolları ilə müsabiqənin nəticələri barədə protokolların nömrələri də eyni göstərilmişdir. Göründüyü kimi hərracın keçirilməsi haqqında qanunvericiliyin müddəaları pozulduğundan şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar