Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-739/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)-46/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh və İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, onlara həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş və Cavabdeh isə Azərbaycan Respublikası CM-nin 263.2-cimaddəsi ilə təqsirli bilinərək, o, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan “Mercedess Benz” markalı 99- MN-217 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin zərərdən sığorta şirkəti tərəfindən 5000 manat pul ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 3965 (üç min doqquz yüz altmış beş) manat maddi zərərin, 1000 manat vəkilə ödənilmiş pulun, nəqliyyat vasitəsinin təmirinə dair smetanın tərtib olunmasına görə ödənilmiş 49 manat pulun və 71 manat dövlət rüsumunun, cəmi 5085 (beş min səksən beş) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh və İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2- ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, onlara həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdi. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş və Cavabdeh isə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)- 4/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mercedess Benz” markalı 99- MN-217 dövlət qeydiyyat nişanlı avtomobilə 8965 (səkkiz min doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərərdən sığorta şirkəti tərəfindən 5000 manat pul ödənilmişdir. Cavabdeh təqsiri məhkəmə hökmü ilə tam olaraq sübuta yetirildiyindən və hal-hazırda qanuni qüvvəsini almış məhkəmə hökmü olduğundan hesab edir ki, qalan pul vəsaiti 3965 (üç min doqquz yüz altmış beş) manat Cavabdeh tutularaq ona ödənilməlidir. Ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlayıb, ona vurulmuş maddi ziyanın ödənilməsini ondan tələb etdi, lakin ziyanı ödəməklə bağlı cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli boyun qaçırırdı və nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edərək vurulmuş zərərin məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qaldı. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.
5. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyana görə 3965 manat tələb etmişdir. Lakin işdə olan sənədlərə, həmçinin ekspert rəyinə baxış keçirirkən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə dəymiş zərərin ümumi həcmi 7015 manat müəyyən edilmişdir. Həmin məbləğdən isə 5000 manat iddiaçıya sığorta şirkəti tərəfindən sığorta ödənişi olaraq mütənasib qaydada zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. Ona görə də, məhkəmə dəymiş maddi zərərin 2015 manat məbləğdə tutulmasını daha ağlabatan hesab edir.
6. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2015 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir
7. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 1000 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayon vəkil bürosunun vəkili Nümayəndə ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış və həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, hüquqi yardım üçün 1000 manat pul vəsaiti köçürülmüşdür. Bundan əlavə smetanın tərtib olunmasına dair 49 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşdə olan Hüquqi yardımın göstərilməsi haqqında 481 saylı müqavilədən görünür ki, hüquqi yardım üçün müraciət edən şəxs İddiaçı və hüquqi yardım göstərən şəxs Nümayəndə arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır.
8. Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)-46/2024 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2015 (iki min on beş) manat pul, həmçinin vəkilə hüquqi xidmət üçün ödənilən 1000 (bir min) manat, smeta üçün tərtib edilmiş 49 manat və 40,15 manat dövlət rüsumunun İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 5 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin təmirinə dair smeta Mingəçevir şəhər Məhkəməsinin 1(051)-4/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(107)-48/2023 saylı xx.xx.2023cü il tarixli qərarı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 9/1397 saylı ekspert rəy
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birincisi, İddiaçı təqdim etdiyi rəylə razılaşmır. Həmin rəyə əsasən İddiaçı məxsus “Mercedess Benz” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8965 (səkkiz min doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ tamamilə şişirdilmişdir. O, məhkəmə proseslərində də bu məsələyə etirazını bildirmişdir. İkincisi, İddiaçı vəkil xərci olaraq tələb etdiyi 1000 manat pulla razı deyil. Belə ki, iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 1000 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayon vəkil bürosunun vəkili Nümayəndə ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış və həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, hüquqi yardım üçün 1000 manat pul vəsaiti köçürülmüşdür. Bu, tamamilə absurd bir məsələdir. İddia tələbi 2015 manat təmin edildiyi halda, vəkil xərci kimi 1000 manatın təmin edilməsi ağlabatan deyil. Üçüncüsü, məhkəmə xərci (mütəxəssis rəyi üçün 49 manat) və dövlət rüsumu kimi ödənilmiş 40 manatla razılaşmır. Çünki bu məbləğlər iddiaçının təqdim etdiyi şişirdilmiş qiymətlər əsasında hesablanmışdır və reallığı əks etdirmir.
13. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)- 46/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və vəkilə ödənilmiş pula görə 500 manatın tutulmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)-46/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci mаddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)- 46/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş vəkilə ödənilmiş pulun əvəzi olaraq tutulan 1000 manatın 500 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi birinci məsələyə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddiasında maşına 8965 manat ziyan dəydiyini iddia etməklə, onun, sığorta ödənişi olan 5000 manatı çıxılmaqla, 3965 manatını cavabdehdən tələb etsə də, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərəri ekpsert rəyinə müvafiq olaraq daha az, 7015 manat məbləğində qəbul etmiş və sığorta ödənişi olan 5000 manatı çıxılmaqla, 2015 manatın cavabdehdən tutulmasını qət etmişdir. Cavabdeh həmin məbləğin qeyri-real olması barədə hər hansı sübut və ya dəlil təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi üçüncü məsələyə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən X4 Cəmiyyəti “Avtomobillərə texniki Xidmət Stansiyası”na 49 manat pul ödənilmişdir. Cavabdeh iddianın həmin hissədə təmin edilməməsinə əsas verəcək heç bir dəlil təqdim etməmişdir. Dövlət rüsumu ilə bağlı tutulmuş 40 manata gəldikdə isə, iddiaçı iddia ərizəsinin verilməsinə görə 71 manat dövlət rüsumu ödəmiş və həmin məbləği cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianın qismən təmin edilməsini nəzərə alaraq, həmin məbləğin 40 manatının cavabdehdən tutulmasını təmin etmişdir. Halbuki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət rüsumu üçün daha artıq – 43 manat (3064x100/5014=61%, 71x61%=43) pul tutulmalı idi. İddiaçı isə həmin halı mübahisələndirməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ikinci məsələyə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Vəkillər X2 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən cavabdehin özünün kollegiyanın iclasında vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 manat pulu iddiaçıya ödəməyə razı olduğunu bildirməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tələb olunduğu kimi 1000 manat deyil, 500 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərc qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş vəkilə ödənilmiş pulun əvəzi olaraq tutulan 1000 manatın 500 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)-46/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş vəkilə ödənilmiş pulun əvəzi olaraq tutulan 1000 manatın 500 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(051)-46/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş vəkilə ödənilmiş pulun əvəzi olaraq tutulan 1000 manatın 500 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi vəkilə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən tələb edilən 1000 manatın 500 manata aid olan hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.