Məhkəmə qərarları › İş №2(107)-74/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-74/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-74/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kafe fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qeyri yaşayış binasında dəmirçilik fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətdə olan Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ünvanda yerləşən kafedən istifadə zamanı mətbəxdə quraşdırılmış havasoran pərin səsinin və havaya buraxılan qoxunun iddiaçı-cavabdeh İddiaçı hissəsinə buraxılmasına və kafenin arxa hissəsində, yəni digər tərəfdən həmsərhəd olan hissədə axşam saat 21-00-dan sonra müştərilərin xidmət göstərilməsinin qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı həyətində yerləşən cavabdeh-iddiaçıya məxsus kafe ilə həmsərhədd olan dəmirçi sexində axşam saat 21-00dan sonra səs-küy və titrəyişlər yaranmasına yol verilməsinin qadağan edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kafe fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı qeyri yaşayış binasında dəmirçilik fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, qarşılıqlı iddia məhkəmənin icraatına qəbul edilmişdir. İlk iddia üzrə İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Qeyd olunan fərdi yaşayış evi sərhəddə cavabdehlərdən Cavabdeh2 qeyri-yaşayış binası vardır. Həmin qeyri-yaşayış binasında cavabdehlərdən Cavabdeh1 kafe fəaliyyəti ilə məşğul olur. O, cavabdehlərdən Cavabdeh1 dəfələrlə xəbərdar etmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birgə yaşayır və fərdi yaşayış evi ilə sərhəddə cavabdehin kafe fəaliyyəti ilə məşğul olması onların rahat yaşamasına ciddi maneələr törədir. Belə ki, kafenin mətbəxinə quraşdırılmış havalandırıcı pər bir başa onun həyətinə baxır və gecə saatlarınadək həmin pərin həm səsi, həm də ki yemək qoxusunu çölə verməsi onun və ailə üzvlərinin öz evlərində dinc yaşamasını mümkünsüz edir. Bununla yanaşı kafe gecə saatlarınadək fəaliyyət göstərdiyi üçün həmin fəaliyyətdən istifadə edən şəxslərin yüksək səslə danışması, söyüş və təhqirlərdən istifadə etməsi də iddiaçı və ailə üzvlərinin öz evlərində dinc yaşamasını mümkünsüz edən növbəti amildir. O, bu barədə cavabdehə dəfələrlə etirazını bildirsə də cavabdeh bundan imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi mülki işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh – iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasını bununla əsaslandırmışdır ki, onun qeyri-yaşayış binasında kafe fəaliyyəti ilə məşğul olması İddiaçı və onun ailəsinə heç bir kənar təsirləri yoxdur, heç bir pər və ya yemək qoxusu çölə verilmir. O, həmin kafeni gecə saatlarında işlətmir. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və real vəziyyəti əks etdirmir. Onun işlətdiyi qeyriyaşayış binası kafedə heç bir səsküy olmur. Oraya gələnlər ancaq yemək və çay içmək üçün gələn müştərilərdir. Əksinə ilk iddiaçının İddiaçı həmin qeyri yaşayış binasının kafe fəaliyyəti ilə məşğul olduğu binaya bitişik dəmirçi sexi vardır. Həmin dəmirçi sexində teztez dəmiri döyərək, səs-küy və titrəyişlər yaradır. Kafeyə gələn şəxslər üçün qonşuluqda yaşayan və fəaliyyət göstərənlər üçün maneələr törədir. Həmin dəmirçi sexinə dair iddiaçıcavabdehin heç bir sənədi yoxdur. Dəfələrə o, ilk iddia üzrə iddiaçıya xəbərdarlıq etməsinə, dəmir döyüb, səs-küy salmamağı barədə xəbərdarlıq etsə də, o, öz əməllərini davam etdirir, ona və kafeyə işləyən işçilərə, həmçinin ətrafdakılara səs-küy və titrəyiş yaradır. Odur ki, qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Zaqatala Rayon Məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və yaxud məhkəmənin əlində heç bir sübut olmamasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həyətində yerləşən cavabdeh-iddiaçıya məxsus kafe ilə həmsərhədd olan dəmirçi sexində axşam saat 21:00-dan sonra səs-küy və titrəyişlər yaranmasına yol verilməsinin qadağan edilməsini qərara almışdır. Hansı ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus kafe ilə həmsərhədd olan dəmirçi sexində axşam saat 21:00-dan sonra səs-küy və titrəyişlər yaranmasına yol verilməsi heç nə ilə sübut olunmur. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)- 40/2020 nömrəli qətnaməsinin ilk iddianın təmin edilmədiyi hissədə, qarşılıqlı iddianın isə təmin edildiyi hissədə ləğv edilməsi və ilk iddianın bütövlükdə təmin edilməsi, qarşılıqlı iddianın isə bütövlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsi—ilk iddianın təmin edilməmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilməlidir. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, Vidadi küçəsi döngə 3,14 saylı ünvanda yerləşən yaşayış evi iddiaçı-cavabdeh İddiaçı mülkiyyətindədir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-1902 A KOD 40201004 saylı şəhadətnamədən görünür ki, iddiaçı-cavabdehlərin ailə üzvlərinin mülkiyyətinə 03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 05 may 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zaqatala şəhəri Vidadi küçəsi döngə 3-də yerləşən haman binası və qazanxana Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti başçısının 29 may 2004-cü il tarixli 164 saylı sərəncamından görünür ki, Cavabdeh2 mülkiyyətində olan hamam binasını ilin layihə vəziyyətində saxlamaqla yükdaşıyan konstruksiyalarının və bütövlükdə binanın dayanıqlığını zəiflənməsinə yol verməmək şərti ilə onun funksional təyinatının yeməkxana məişət xidməti və ayaqyolu kimi istifadə üçün dəyişdirilməsinə razılıq verilmiş, Cavabdeh2 obyektdən yeni təyinatla istifadə məqsədilə onun yerləşdiyi sahədə həcmi 100 kvm olan çirkab sularının yığılması üçün yeraltı tutarın tikilməsini təmin etsin, obyektdə ətrafa səsküy, gurultu və titrəyiş yayan avadanlıqların quraşdırılmasına yol verilməsin. İşdə olan 24 dekabr 2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Zaqatala şəhər bələdiyyə ərazisində 1844 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 171.1 və 171.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, , iddiaçı-cavabdeh İddiaçı yaşadığı ev və həyətyanı sahə ilə cavabdeh-iddiaçı Cavabdeh1 kafe kimi işlətdiyi qeyri-yaşayış binası qonşu ərazidə yerləşməklə sərhədlər divarla ayrılmışdır. Cavabdeh-iddiaçının işlətdiyi kafenin mətbəxində quraşdırılmış havalandırıcı pər iddiaçı-cavabdehin həyətinə baxır, pərin sərin səsi və içərisindən çölə ötürülən yemək qoxusu faktiki olaraq mövcuddur. Eyni zamanda kafenin iddiaçı-cavabdehin həyəti ilə həmsərhəd olan həyət hissəsində müştərilərə xidmət göstərilməsi nəticəsində (xüsusilə axşam vaxtları) orada yaranan səs-küyün iddiaçı-cavabdehin ailə üzvlərinin rahatlığına maneçilik törətməsi də işin mübahisələndirilməyən halıdır. Mübahisə ilə bağlı işin faktiki hallarının araşdırılması və mübahisəli obyektlərə yerli baxışın keçirilməsi nəticəsində yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı-cavabdehin dəmirçi sexi kimi işlətdiyi ərazinin cavabdeh-iddiaçının kafesi ilə həmsərhəd olduğundan dəmirin döyülməsi zamanı (xüsusilə axşam vaxtları) yaranmış səs-küyün kafedə xidmət göstərilən şəxslərin rahatlığını pozması aşkar surətdə özünün biruzə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı ekspertiza təyin edilmiş, lakin ekspert tərəfindən rəy verilmədən iş materialları geri qaytarılmışdır. Azərbaycan Respublikası Qida X3 regional bölməsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli 55/037 saylı məktubla cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən kafe fəaliyyəti həyata keçirilərkən yuxarıda qeyd olunan digər tərəfindən hüquqlarının pozulması ilə nəticələnən nöqsanların aşkar olunduğu təsdiq edilmişdir. Eyni zamanda axşam saatlarında iddiaçı-cavabdeh tərəfindən dəmirçi fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranan səs-küyün cavabdeh-iddiaçının kafedə əyləşən şəxslərin hüquqlarını pozulması ilə nəticələnməsi yerli baxış zamanı öz təsdiqini tapmışdır. Yaranmış vəziyyətdə məhkəmə ilk iddiaya münasibətdə tələblə qismən razılaşır. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin mətbəxdə quraşdırılmış pərin və iddiaçı-cavabdehin həyətinə sovrulan qoxuların qarşısının alınması və axşam saatlarında (yəni 21-00-dan sonra) kafenin iddiaçı-cavabdehin həyəti ilə həmsərhəd olan sahəsində müştərilərə xidmət edilməməsi hissəsini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda qarşılıqlı iddia tələbinə münasibətdə də tələblə qismən razılaşmış və hesab etmişdir ki, cavabdeh-iddiaçı iş üzrə iddiaçı-cavabdeh tərəfindən dəmirçi sexi kimi fəaliyyət göstərilən hissədə axşam saatlarında, yəni saat 21- 00-dan sonra səs-küylə nəticələnən fəaliyyətə yol verilməməsini tələb etməkdə haqlıdır. Hüquq normalarının məzmunundan göründüyü kimi qonşuluq münasibətlərində olan mülkiyyətçilər bir-birinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüquqi əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kafe fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair ilk, eləcə də cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçıcavabdeh İddiaçı qarşı qeyri yaşayış binasında dəmirçilik fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının 16 sentyabr 2020-ci il tаrixli, 2(107)-1457/2020 nömrəli qərаrdаdı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kafe fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qeyri yaşayış binasında dəmirçilik fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə qаnuni və obyektiv qərarın çıxаrılmаsı məqsədi ilə mütəxəssis rəyinin verilməsi, rəyin verilməsinin Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinə həvаlə edilməsi, mütəxəssis rəyi məhkəməyə dаxil olаnаdək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardad icra edilməsi üçün Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilmişdir. 08 oktyabr 2020-ci ildə Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əlişad Qüdrətoğlunun 05 oktyabr 2020-ci il tarixli, 200 nömrəli məktubu Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 saylı Fərmanı ilə X4 (AQTA) yaradılmışdır. Gigiyena və Epidemiologiya Mərkəzinin yeyinti sahələrinə (ictimai-iaşə, ərzaq ticarəti, yeyinti məhsulları istehsalı və s.) nəzarət funksiyaları 01.07.2018-ci il tarixdən X2 verilmişdir. Hal-hazırda Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzində səs ölçən cihaz olmadığından İddiaçı məxsus dəmirçi sexində sanitariya müayinəsinin aparılması imkan xaricindədir. İş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının 14 oktyabr 2020-ci il tаrixli, 2(107)-1457/2020 nömrəli qərаrdаdı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kafe fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qeyri yaşayış binasında dəmirçilik fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə qаnuni və obyektiv qərarın çıxаrılmаsı məqsədi ilə mütəxəssis rəyi verilməsi, rəyin verilməsinin Azərbaycan Respublikasının X2 həvаlə edilməsi, mütəxəssis rəyi məhkəməyə dаxil olаnаdək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının X2 göndərilmişdir. 3 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının X1 sədr müavini Balarəhim Quliyevin 27 noyabr 2020-ci il tarixli, 3/8-4900 nömrəli məktubu Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.11.2020-ci il tarixli 443 nömrəli qərarının 1.3- cü bəndinə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində 2020-ci il 23 noyabr saat 06:00-dək bəzi fəaliyyət növlərinin, o cümlədən ictimai iaşə müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq, Zaqatala şəhəri, Vidadi küçəsi döngə 3-də yerləşən Cavabdeh1 məxsus “Pəri Qala” kafesinə baxışın keçirilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı məxsus dəmirçi sexində səs-küyün olması ilə bağlı şikayətlə əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikasının X4 (bundan sonra - Agentlik) qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd oiunan sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, dəmirçi sexi X1 səlahiyyətlərinə aid olmadığına görə müəssisəyə baxış keçirilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(107)-1457/2020 nömrəli qərardadı ilə iş üzrə rəy verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 5 aprel 2021-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 02 nömrəli, 9 mart 2021-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Zaqatala şəhəri Vidadi küçəsi döngə 3-də yerləşən, Cavabdeh2 mülkiyyətində olan və digər Cavabdeh1 istifadə etdiyi yeməkxananın fəaliyyəti dayandırıldığı üçün suallar üzrə tədqiqat aparılmadı. (Aparılmış tədqiqatın dəyəri 300 (üç yaz) manat təşkil edir) Bu da onu göstərir ki, məhkəmənin qətnaməsi ilə məhdudlaşdırılmış müddət halhazırda dünyada yayılmış COVİD-19 pandemiyası ilə bağlı olan məhdudlaşmadan daha az müddəti əhatə edir. Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 məhkəmənin hazırk iş üzrə qətaməsindən apellyasiya şikayəti verməməklə qeyd olunanlarla və məhkəmənin hazırk iş üzrə qətaməsi ilə razılaşdıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən - mübahisələndirilən - ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsimübahisələndirilən-ilk iddianın təmin edilməmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(033)-40/2020 nömrəli qətnaməsi-mübahisələndirilən-ilk iddianın təmin edilməmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar