Məhkəmə qərarları › İş №2(107)-742/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-742/2020

10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-742/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi İddiаçı - İddiaçı və vəkili X3; Cavabdeh - Cavabdeh2 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2019-cu il tаrixli, 2(075)- 1857/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Şəki rayonu Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, İddiaçı bağlı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumunu tələb etmədiyinə görə onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 Saylı X20rşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 12 X26 İdarəsində Şəki rayonu Şorsu kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış, 00946977 nömrəli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı tələbinin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki rayonu Şorsu bələdiyyəsini və X19 cavabeh qismində cəlb edərək, Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, 30 ildən çoxdur onun mülkiyyətində 0,27 ha həyətyanı torpaq sahəsi olmuşdur. İslahat zamanı həmin torpaq sahəsinin 0,16 ha hissəsi onun adına qeydə alınmış digər qalan hissə isə istifadəsində zəbt torpaq kimi qalmışdır. Həmin torpaq sahəsinin mülkiyyətçisi Şəki rayonu Şorsu bələdiyyəsi olmuşdur. Həmin zəbt ərazi də həyətyanı sahə kimi 27 ildir ki, onun istifadəsində olmuşdur. Son dövrlərdə ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.02 ha hissəsi bələdiyyə tərəfindən Cavabdeh2 satılmış və nəticədə onun adına ******* seriya nömrəli çıxarış verilmişdir. Bundan sonra dərhal məhkəməyə müraciət edilmiş və zəbt olaraq istifadəsində olan 0.11 ha torpaq sahəsinin 0.02 ha hissəsinin Şəki rayonu Şorsu bələdiyyəsi tərəfindən Cavabdeh2 satılmasının əsasını təşkil etmiş Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarının ləğv edilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi məhkəməsinə müracət etmişdir. X21-İqtisadi məhkəməsində baxılaraq 2- 1(84)-877/2017 saylı qərarla tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh şikayət vermiş və mübahisələri azərbaycan Respublikası Ali Məhkəməsinədək davam etmişdir. X22 Məhkəməsinin 2-1(107)-373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(84)-877/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hal-hazırda sözü gedən qərar qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti orqana göndərilmişdir. Nəticədə Şorsu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 03 saylı Protokolu ilə xx.xx.2016-cı il tarixli, 10 saylı qərar ləğv edilmiş, vətəndaş Cavabdeh2 mülkiyyətinə verilmiş sənədlərin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 12 X26 İdarəsi tərəfindən ləğv edilməsi xahiş edilmişdir. Bundan sonra tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 12 X26 İdarəsinə ərizə ilə müraciət edilərək vətəndaş Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Xahişinə baxılaraq xx.xx.2019-cu il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhz buna görə də məhkəməyə müraciət etmişdir. İstifadəsində olan zəbt edilmiş 0,11 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsinin cavabdehə verilməsi barədə Şorsu bələdiyyəsinin qərarı məhkəmə tərəfindən ləğv edilmiş və qərar qanuni qüvvəsini almışdır. Məhz buna görə də Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki rayonu Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat verərək göstərmişdir ki, o, 15 ilə yaxındır Şəki rayonu, Şorsu kəndində ev tikərək yaşayır. Onunla Şəki rayonu Şorsu bələdiyyəsi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Şəki rayonu, Şorsu kəndində yerləşən 0.02 ha torpaq sahəsini almışdır. Həmin alqı-satqı müqaviləsinin əsasında ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışla Şəki rayonu, Şorsu kəndində yerləşən 0.02 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sonradan İddiaçı iddiası üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-877/2017 saylı qərarı ilə Şəki rayon Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı ləğv edilmişdir. Sözügedən məhkəmə qərarı Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Lakin o, həm Şəki İnzibati-İqtisadi Məhkəməsinin, həm də Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarını qanunsuz hesab edir. Belə ki, o sözügedən torpaq sahəsini Şorsu bələdiyyəsindən alqı-satqı yolu ilə almış və ona həmin torpağın onun mülkiyyətində olmasına dair çıxarış verilmişdir. İddianı qəbul etmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Şəki rayonu Şorsu bələdiyyəsinin nümayəndəsi X18 izahat verərək göstərmişdir ki, o, 10 ildir ki, Şorsu bələdiyyəsinin sədr müavinidir. Uzun müddətdir ki, tərəflər arasında torpaq mübahisəsi mövcuddur. Qeyd olunan mübahisəli torpaq sahəsi Şorsu bələdiyyəsi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Sonradan hazırkı İddiaçı iddiası üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-877/2017 saylı qərarı ilə Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı ləğv edilmişdir. Sözügedən məhkəmə qərarı Şəki Apellyasiya Məhkəməsinin 2- 1(107)373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Birinci instansiya məhkəməsində iş digər cavabdehlər Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin və X17 nümayəndələrinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə vicdanlı alıcı olaraq Şəki rayon Şorsu bələdiyyəsindən alqı-satqı müqaviləsi bağlayaraq 0.2 ha torpaq sahəsi almışdır. Həmkəndlisi İddiaçı, qanunsuz olaraq ona məxsus olan, mülkiyyətindəki torpağı zəbt etmək niyyətindədir. Şəki Rayon Məhkəməsi alqı-satqı müqaviləsinin və RX serialı 0863156, cümlədən RX serialı ******* nömrəli çıxarışların ləğv etmə səbəbini qətnamədə göstərməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahata verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı və vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər X17, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin, Şəki rayonu Şorsu bələdiyyəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsi Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməli, xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-877/2017 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1 (84)-877/2017 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Şorsu kəndində yerləşən 0,02 ha torpaq sahəsi Şəki rayon Şorsu bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Şorsu bələdiyyəsi Şəki rayon Şorsu kəndində yerləşən 0,02 ha torpaq sahəsini 120 manata Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Şorsu kəndində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Şorsu kəndində yerləşən 0.18 ha yaşayış evi və torpaq sahəsində X4, torpaqda ümumi birgə X9, X2, X1, X5 və X6 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki rayon Şorsu Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli arayışın təsdiq edilmiş surətindən görünür ki, Şorsu kənd sakini X9 əri X4 adına Şorsu kəndində 0.16 ha həyət yanı torpaq sahəsi var. İş materiallarına əlavə edilmiş A180037 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, X7 Şəki RAİK-nin xx.xx.1998-ci il tarixli 54 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 1600 kv m torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı istifadəsində 0,27 ha həyətyanı torpaq sahəsi olmuşdur. İslahat zamanı həmin torpaq sahəsinin 0,16 ha hissəsi İddiaçı adına qeydə alınmış digər qalan hissə isə onun və ailəsinin istifadəsində zəbt torpaq kimi qalmışdır. Həmin zəbt ərazi də həyətyanı sahə kimi 27 ildir ki, iddiaçının istifadəsində olmuşdur. Cavabdehlə Şəki rayonu Şorsu bələdiyyəsi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, Şorsu kəndində yerləşən 0.02 ha torpaq sahəsini almışdır. Həmin alqı-satqı müqaviləsinin əsasında DƏDRX-nin Seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışla Şəki rayonu, Şorsu kəndində yerləşən 0.02 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmişdir. Sonradan İddiaçı iddiası üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)877/2017 saylı qərarı ilə Şəki rayon Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı ləğv edilmişdir. Sözügedən məhkəmə qərarı Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərarlar hal hazırda qüvvədədir. Göründüyü kimi Şəki rayonu Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əsasını Şəki rayon Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı təşkil etmişdir. Şəki rayon Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-877/2017 saylı qərarı ilə ləğv edilmiş, qərardan verilmiş apellyasiya şikayəti isə Şəki Apellyasiya Məhkəməsinin 21(107)-373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə isə dəyişdirilmədən qüvvədə saxlanmışdır.Şəki rayonu Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin hüquqi nəticəsi kimi Cavabdeh2 öz adına Seriya RX ******* nömrəli çıxarış almışdır. Göründüyü kimi Şəki rayon Şorsu bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarı ləğv edilmiş, buna görə də Şəki rayonu Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmişSeriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir. Lakin birinci instansiya məhkəməsi Şəki rayonu Şorsu bələdiyyəsinin mülkiyyətində olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması nəticəsinə gələrkən səhvə yol vermişdir. Çünki, Şorsu bələdiyyəsi sözügedən torpaq sahəsinə Seriya RX seriyalı ******* nömrəli çıxarışı, bələdiyyənin xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarından əvvəl, yəni xx xxxx 2016-cı ildə aldığından, həmin çıxarışın hazırkı mübahisəyə aidiyyəti olmamışdır. Başqa sözlə, Şorsu bələdiyyəsi torpaq sahəsini özgəninkiləşdirmək məqsədilə həmin torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X23 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, apelyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş mterialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Lakin birinci instansiya məhkəməsinin Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsi Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv olunaraq həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə Şəki rayonu Şorsu bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1857/2019 saylı qətnaməsi Şəki rayonu Şorsu bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar