Məhkəmə qərarları › İş №2(107)-754/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-754/2022

09.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-754/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin həmin ünvanda yerləşən cavabdehə məxsus icazəsiz tikilmiş “B” tikilisinin altında yerləşən torpaq sahəsi və həmin evin qarşısından ön divardan küçəyə çıxış yolu üçün eni 2 metr olmaqla, uzunluğu giriş-çıxış darvazasına qədər olan hissəsi cavabdehin mülkiyyətinə verilməsi, mülkiyyətində olan torpaq sahəsinin qalan hissəsinin küçəyə qədər təcrid edilməsi üçün 2,2 metr hündürlüyündə mişar daşından hasar çəkilməsi və əsas küçəyə çıxış üçün küçənin digər darvazasına üyğun giriş-çıxış darvazasının quraşdırılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02.03.2020-ci il tarixdə İddiaçı iddia tələbininin dəqiqləşdirlməsi ilə bağlı ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinin yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 417,5 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 417,5 kvm x 8.000 manat = cəmi 33.000 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05.03.2020-ci il tarixdə olan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinini dəqiqləşdirlməsi ilə bağlı ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 340,0 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 340,0 kvm x 8.000 manat = cəmi 27.200 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.02.2021-ci il tarixdə olan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinini dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: Hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 415 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kvm x 8.000 manat= 33.200 manat kompensasiya olaraq və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlər X5 və Cavabdeh qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması” barədə iddia tələbi Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(025)-69/2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1852/2019 saylı qətnaməsi ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli 2(102)6568/2019 saylı qərarı ilə təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyət hüqüqları pozulmaqda davam etdiyinə görə yenidən məhkəməyə müraciət edir. Hazırda o, eyni predmet barəsində başqa əsasla məhkəməyə müraciət edir. Yaşayış sahəsi tam, torpaq sahəsinin 8/9 hissəsi onun mülkiyyətindədir. Torpaq sahəsinin 1/9 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Eyni zamanda məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 0,07 ha torpaq sahəsində iki ev mövcuddur, texniki pasportda göstərilən sənəd üzrə 0,07 ha, faktiki sahə 0,1226 ha, tikinti altı sahə, 008272 ha və digər sahələr 0,114328 hadır. Torpaq sahəsində yerləşən A literli yaşayış evi qanuni əsaslarla onun mülkiyyətindədir. B literli icazəsiz tikili isə cavabdehə məxsus olmaqla, tərəflər müvafiq olaraq ayrı-ayrlıqda həmin evlərdə yaşayırlar. Bununla yanaşı sübut mənbəyinin əsasını təşkil edən ekspert rəyinə əsasən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,07 ha-dır. Həyətyanı torpaq sahəsinin ona məxsus 8/9 hissəsinin, X3 məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün deyildir. Buna əsas kimi 1/9 hissə üzrə X2 payına düşən torpaq sahəsinin “B” tikilisinin tikinti altı sahəsindən az olduğu müəyyən edilmişdir. Həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəndir. Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha torpaq sahəsinin İddiaçı 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlarının çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydada natura şəkilində bölünməsi, İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m. (415- 78=337) cavabdehin istifadəsində qaldığı üçün 21900 (iyirmi bir min doqquz yüz) manatın (6500x3.37 sot) kompensasiya olaraq və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın İddiaçı və 300 manatın Cavabdeh tutularaq “X6” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli 2(107)-1228/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli 2(107)-1228/2021 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh və vəkili Vəkil3 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(102)-1241/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli 2(107)- 1228/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(109)-1241/2022 nömrəli qərarında göstərilmişdir ki, “İşdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması” barədə iddiası payların naturada ayrılmasına yol verilmədiyinə görə rədd edilib... Apellyasiya inçtansiyası məhkəməsi ümumiyyətlə hazırkı mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirmədən, iddiaçının cavabdehə qarşı hazırkı tələbini əsaslandırdığı hüquqi faktları qeyd olunan normaların tələbləri baxımından qiymətləndirmədən və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət olduğunu qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verir.” MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Belə ki, işdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(025)-69/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X5, Cavabdeh qarşı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdeh tərəfindən son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)-1852/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(025)-69/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli 2(102)-6568 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)-1852/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(025)- 69/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. MPM-in: 153.2.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.2-ci mаddəsində nəzərdə tutulur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа xitаm verir. Mülki prosessual qanunvericiliyə görə, mübahisə tərəflərinin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə və ya həmin cavabdehin həmin iddiaçıya qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə-iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. İddianın əsasının eyniliyi dedikdəbarəsində qanüni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-69/2019 nömrəli mülki işdə iddiaçı X4 (hazırda baxılan iş üzrə iddiaçı), cavabdehlər isə X7 (26 mart 2016-cı il tarixdə vəfat etmiş) və Cavabdeh (hazırda baxılan iş üzrə cavabdeh) olmuşlar. İddianın predmeti də indi baxılan mülki işin predmeti ilə eyni olmuş, yəni həmin mülki işdə də iddiaçı 01.04.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin naturada ayrılmasını və sərhədlərin müəyyən edilməsini tələb etmişdir. Yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında artıq bir dəfə baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə aktı çıxarılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də apellyasiya baxışında apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. MPM-nin 261.0-cı maddəsinə görə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyasına görə, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilir ki, MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-cü maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-264, 384, 385, 387, 391, 400, 402-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “Paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar