Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-757/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X1rşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3 (bundan sonra cavabdeh və ya DƏDRX-in 9 saylı X4) qarşı “mülkiyyət hüququnun tanınması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilərək ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin rəhbər tutduğu Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.1-ci maddələri qəbul edilmiş qərar üçün əsas ola bilməz. Belə ki, MPM-in 149-cu maddəsinin tələbinə görə, hakim iddia ərizəsinin icraata qəbul edilməsindən əvvəl iddia ərizəsinin forma və məzmununa aid tələblərə əməl edilməsi qaydalarını və əlavə edilmiş sənədləri yoxlamalıdır. Bu zaman iddia ərizəsində göstərilmiş sənədlərin təqdim olunması və yaxud iddianın məzmununa aid çatışmayan sənədlər tələb olunmalıdır. Həmin Məcəllənin 149.2-ci maddəsi iddia ərizəsinin məzmununa dair tələbləri aydınlaşdırır. MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Hazırkı işdə birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması əsası kimi göstərmişdir ki, iddiaçının tələbi ilə əlaqədar DƏDRX-in 9 saylı X2 xx xxxxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubunda göstərilmiş şərtlər daxilində müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla MPM-in 14.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Həmin maddəyə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 151.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi ərizə məhkəməyə daxil olmasından 10 gün müddətində qaytarmalı olduğu halda həmin müddət ərzində qaytarılmamışdır. Yuxarıda şərh olunan prosessual hüquq normalarının tələblərini lazımınca nəzərə almayan birinci instansiya məhkəməsi iş üzrə tərəfə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmədən və işin faktiki hallarını şərh olunan prosessual hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirmədən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə əsassız nəticəyə gəldiyindən ərizə təmin olunmalı və hazırkı iş üzrə iddia ərizəsi icraata qəbul edilməlidir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş DƏDRX-in 9 saylı X2 İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubunda göstərilmişdir ki, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışdan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikintisinə dair hüquq müəyyənedici sənədlərlə birlikdə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxx 2008-ci il tarixli 757-İİİQD nömrəli əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumu ödəyərək müraciət edilməlidir. Göründüyü kimi, iddiaçı ərizəsində “mülkiyyət hüququnun tanınması”nı xahiş etmişdir. DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubundan da görünür ki, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması həmin idarənin səlahiyyətlərinə aiddir. Beləliklə iddiaçı, “mülkiyyət hüququnun tanınması” ilə bağlı ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikintisinə dair hüquq müəyyənedici sənədlərlə birlikdə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxx 2008-ci il tarixli 757-İİİQD nömrəli əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq dövlət rüsumu ödəyərək DƏDRX-in 9 saylı X3 ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubunda iddiaçının ərizəsindən imtina olunmamış, idarəyə hansı qaydada müraciət etməli olduğu izah edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “mülkiyyət hüququnun tanınması” ilə əlaqədar DƏDRX-in 9 saylı X2 xx xxxxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubunda göstərilmiş şərtlər daxilində müraciət etməsi, müraciətinə imtina olunduqda isə aidiyyatı üzrə məhkəməyə müraciət olunması izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qəbələ şəhərində yerləşən 1.28 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı DƏDRX-in 9 saylı X3 ərizə ilə müraciət edərək Qəbələ şəhərində yerləşən 1.28 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-in 9 saylı X2 iddiaçıya ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubu ilə bildirilmişdir ki, “9 saylı X4 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Siz, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışdan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikintisinə dair hüquq müəyyənedici sənədlərlə birlikdə ərazi idarəsinə ərizə ilə müraciət etməklə daşmmaz əmlakınızı qeydiyyata aldıra bilərsiniz. Bundan başqa siz ’’Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxx 2008-ci il tarixli 757-İİİQD nömrəli əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumu ödəməlisiniz. Bundan sonra ərizənin icrasına qanuna miivafıq qaydada baxılacaqdır.” Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubunda iddiaçının ərizəsindən imtina olunmamış, qanunvericiliyin tələbinə uyğun olaraq idarəyə hansı qaydada müraciət etməli olduğu izah edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bundan başqa işdən görünür ki, iddiaçı Qəbələ şəhəri Qara Qarayev küçəsində yerləşən və mülkiyyətində olan 1.28 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış binalarına mülkiyyət hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində MPM-in 307.2.6-cı maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbinin qanuni əsası kimi MPM-in 307.2.6-cı maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, Azərbаycаn Respublikаsı MPM-nin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan maddənin tələbindən görünür ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış binalarına mülkiyyət hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, MPM-nin 307.2.6-cı maddəsinin məzmununda mülkiyyət hüququnun tanınması müddəası nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı qeyri-yaşayış binalarına mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, həmin daşınmaz əmlakların sayını, ölçüsünü və s. göstərməmişdir. Ümumiyyətlə, həmin daşınmaz əmlaklarla bağlı hər hansı hüquq müəyyən edici sənədlər (layihə smeta sənədi, sxem, memarlıq tərəfindən verilmiş layihə və s.) təqdim edilməmiş, ərizədə həmin sənədlərin mövcudluğu göstərilməmişdir. Göründüyü kimi, iddiaçının tələbi mücərrəd və qeyri-müəyyən olmaqla Azərbаycаn Respublikаsı MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-222/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-757/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-757/2020
02.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver