Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-776/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli, 2(039)-140/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 99000 (doxsan doqquz min) manat həcmində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə, İddiaçı tərəfindən ödənilmiş 390 (üç yüz doxsan) manat həcmində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 aid edilərək onlardan tularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli, 2(039)-140/2025 saylı qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 99 000,00 (doxsan doqquz min) manat borc və ödənilmiş 390 (yüz yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Yevlax Rayon Məhkəməsinin hakimi X3 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli 2(039)-140/2025 nömrəli qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(107)-630/2025 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və Cavabdeh1 apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Yevlax Rayon Məhkəməsinin 15 iyun 2025-ci il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(039)-140/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Cavabdeh2 münasibətdə bərpa edilsə də, Şəki Apellyasiya Məhkəməsinin mövqeyi əsasında apelyasiya şikayəti digər Cavabdeh1 geri qaytarılmamışdır. Göstərilənlərə əsasən, Yevlax Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(039)- 140/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına münasibət bildirilməsi üçün Yevlax Rayon Məhkəməsində 2(039)-140/2025 nömrə ilə qeydə alınmış mülki işin geri qaytarılması xahiş olunur. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Yevlax Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli, 2(039)-140/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Yevlax Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-776/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-776/2025
09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver