Məhkəmə qərarları › İş №2(107)-787/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-787/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-787/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh Təhsil Nazirliyinin 4 saylı X7 Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı X1rşı “əmək haqlarına əlavənin ödənilməsi tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsi ilə (hakim K.Ş.Süleymanov) İddiaçı cavabdeh 4 saylı X1rşı “əmək haqlarına əlavənin ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin yanvar ayından indiyədək olan müddət üçün əmək haqlarına əlavənin cavabdeh 4 saylı X7 Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-1988-ci illərdə M.F.Axundov adına Pedaqoji İnstitutun rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. 1992-1993-cü illərdə S.M.Kirov adına Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Praktiki psixoloq” kursunda təhsil almışdır. O, 1988-ci ildən pedaqoji fəaliyyətə başlamış və halhazırda Şəki rayon Kiş kənd 1 saylı tam orta məktəbində müəllim və praktiki psixoloq işləyir. Orta məktəbdə praktiki psixoloq kimi fəaliyyət göstərdiyinə görə ona yeni dərs saatlarının verilməsinə 4 saylı X7 Mərkəzi tərəfindən etiraz edilmişdir. O, Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayon Kiş kənd 1 saylı tam orta məktəbində dərs deməsinə və 2018-ci ilin yanvar ayından etibarən tədris etdiyi dərslərə görə ödənilməli olan əmək haqqının verilməsinə 4 saylı X7 Mərkəzi tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilsə də, cavabdeh 4 saylı X7 Mərkəzinin təqsiri ucbatından o, müəllimlərin bilik və bacarığının yoxlanılması üzrə diaqnostik qiymətləndirməyə buraxılmadığından 2017-ci ildən sonrakı müddətdə dərs dediyi saatların əmək haqlarında olan fərqlər ona ödənilməmişdir. Cavabdeh ona hesablanmalı olan əmək haqqını müəllimlərin vəzifə maaşlarının artırılmasına qədər olan əmək haqları nisbətində hesablayıb ödəmişdir. Hesab edir ki, onun hüquqları cavabdeh tərəfindən pozulduğundan o, əmək haqqını aşağı səviyyədə almışdır. Nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Qeyd etdiklərinə əsasən o, 2018-ci ilin yanvar ayından indiyədək olan müddət üçün əmək haqlarına əlavənin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 1992-ci ilə qədər orta məktəbdə öz əvvəlki ixtisası üzrə rus dili müəllimi, 1992-ci ildən sonra isə hər iki ixtisası üzrə məktəbdə həm rus dili müəllimi, həm də psixoloq vəzifəsində işləyir. O, institutda 5 il pedaqoji təhsil alıb rus dili müəllimi ixtisasına yiyələndikdən sonra Bakı Dövlət Universitetində bir illik əyani kurs oxumaqla ikinci ixtisasa yiyələnmiş və məktəbə praktiki psixoloq təyin edilmişdir. Məktəbdə praktiki psixoloq işləməklə yanaşı dərs demək hüququ da olduğu halda, 2018-ci ildə onun dərs saatları heç bir əsas olmadan ondan alınmışdır. Həmin məsələyə münasibət bildirəndə isə ona demişlər ki, əvvəlki qaydalara uyğun hesablanan əmək haqqı miqdarı ilə işləmək istəmirsə, praktiki psixoloq vəzifəsindən uzaqlaşıb müəllimlərin işə qəbulu qaydasında imtahan verməklə yalnız müəllim kimi fəaliyyət göstərsin. Belə olan halda isə o, imtahan verəndən sonra harada vakant yer varsa, həmin yerə təyin olunacaqdır. O, uzun müddətdən bəri müəllim işlədiyinə görə müəllimlərin işə qəbulu qaydasında imtahan verməli olmasa da, 2019-cu ildə müsabiqədən müvəffəqiyyətlə keçmiş və həmin ilin sentyabr ayından başlayaraq onun əmək haqqına əlavələr hesablanaraq ödənilməyə bağlanmışdır. Ancaq 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan müddət üçün əmək haqlarına əlavənin ona ödənilməsi təmin edilməmişdir. Hazırda o həmin müddət üçün əmək haqlarına əlavənin ödənilməsini cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh 4 saylı X7 Mərkəzinin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçının əsas iş yeri məktəbdə praktiki psixoloq vəzifəsidir. Bu səbəbdən onun müəllimlərin bilik və bacarığının yoxlanılması üzrə diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı 2019-cu ildə müsabiqədən müvəffəqiyyətlə keçmiş, bu barədə müvafiq sənədlər 4 saylı X7 Mərkəzinə təqdim edilmiş və 2019-cu ilin sentyabr ayından etibarən iddiaçının əmək haqqına əlavələr hesablanaraq ödənilməyə başlanmışdır. Müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılıbburaxılmaması X7 Mərkəzlərinin səlahiyyətlərinə aid məsələ deyildir və X7 Mərkəzləri təqdim edilmiş sənədlər əsasında müəllimlərin və digər işçilərin əmək haqqının hesablanıb ödənilməsi məsələlərini tənzimləyir. 4 saylı X7 Mərkəzi iddiaçının hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir. Qeyd olunanlara əsasən iddiaçının hazırkı iddia tələbini əsassız hesab edərək, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir: -dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür; - tabeçilik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir. Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu Qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir. Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, praktik psixoloqlar,məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir (AR TN - əmr - F-346 - Qaydalar - 4.6-cı bənd). Mübahisədən görünür ki, hal-hazırda əmək haqlarına olan əlavənin alınmamasının səbəbi cavbdeh 4 saylı X2muşdur. Bu səbəbdən məsuliyyəti 4 saylı X7 Mərkəzi daşıyır. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 4 saylı X7 Mərkəzinin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2019-cu ilin sentyabr ayında müsabiqədən müvəffəqiyyətlə keçdikdən sonra ona qanunda nəzərdə tutulmuş qaydada əmək haqqına əlavələr hesablanaraq ödənilməyə başlanmışdır. İddiaçı imtahanda 2019cu ilin sentyabr ayından daha əvvəl iştirak edəcəyi halda müvəffəqiyyət qazana bilibbilməyəcəyi bəlli olmadığından həmin dövr üçün onun əmək haqqına müvafiq əlavələrin hesablanıb ödənilməsini tələb etməsi qanuni sayıla bilməz. Eyni zamanda, iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etməsinə məhz hazırkı cavabdehin, yəni Təhsil Nazirliyinin 4 saylı X7 Mərkəzinin mane ola bilmək imkanının mövcudluğu istisna olunur. Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili, onların həmin imtahanlarda iştirakı şərtləri, hansısa peşə və ya ixtisaslar üzrə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarında iştirakına məhdudiyyət tətbiq olunması, habelə müəllimlərin işə qəbulu, vəzifəsinin və ya yerinin dəyişdirilməsi kimi məsələlərin həlli Təhsil Nazirliyinin X7 mərkəzlərinin səlahiyyətlərinə aid olmamış və aid deyildir. Bu baxımdan iddiaçının öz tələbinə görə nə üçün 4 saylı X7 Mərkəzini cavabdeh hesab etməsi aydın olmur. Qanunvericiliyin tələbinə görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəfdir. Hazırkı işdə isə 4 saylı X7 Mərkəzinin iddiaçının hər hansı hüququnu pozduğu, yaxud mübahisələndirdiyi aşkar edilməmişdir. Ona görə də İddiaçı cavabdeh 4 saylı X1rşı əmək haqlarına əlavənin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı Şəki rayonu Kiş kənd 1 saylı tam orta məktəbində müəllim və praktiki psixoloq işləyir. Şəki rayonu Kiş kənd 1 nömrəli tam orta məktəbi üzrə xx xxxxxx 1995-ci il tarixli 01 nömrəli əmrə əsasən 1994-cü ilin noyabrdekabr aylarında keçirilmiş növbədənkənar attestasiyanın nəticəsinə və attestasiya komissiyalarının qərarına görə 1995-ci ilin yanvar ayının 1-dən iddiaçının əmək haqqının 1-ci kateqoriyaya uyğun şəkildə verilməsi qərara alınmışdır. Eyni zamanda, kənd yerlərində rus dili dərslərini tədris edən ixtisas müəllimlərinə əvvəllər əmək haqqına 15 faiz əlavə verilən ödənişlər dayandırılmışdır. İddiaçının 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciətlərinə cavab olaraq ona dərs saatlarının verilməsinin məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda, iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi digər müraciətə verilmiş xx xxxxxx 2018ci il tarixli cavabda mövcud qaydalara əsasən uşaq birliyi təşkilatı rəhbərləri və praktiki psixoloqların diaqnostik qiymətləndirmədə iştirakının nəzərdə tutulmadığı qeyd edilmişdir. İddiaçı 2018-ci ildə məhkəməyə müraciət edərək Şəki rayonu 1 saylı Kiş kənd orta məktəbində dərs deməsinə və 2018-ci ilin yanvar ayından tədris etdiyi dərslərə görə ödənilməli olan əmək haqqının verilməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-732/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Hazırda iddiaçı 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan müddət üçün əmək haqlarına əlavənin ona ödənilməsini 4 saylı X7 Mərkəzindən tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi 2019cu ilin sentyabr ayınadək olan müddətdə onun müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etməsinə maneə törədilməsi ilə əsaslandırır. Cavabdeh 4 saylı X7 Mərkəzi isə iddia tələbini qəbul etmir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazının əsası kimi müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılıb-buraxılmaması məsələsinin X7 mərkəzlərinin səlahiyyətlərinə aid olmadığı arqumentinə istinad edir. Azərbaycan Respublikasi Təhsil Nazirliyinin xx xxxxxx 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyində xx xxxxxx 1999-cu il tarixdə qeydiyyata alinmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların tələbinə əsasən ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə liseylərində inzibatitəsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Həmin işçilər əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 3191 saylı Sərəncamının 1-1-ci maddəsində nəzərədə tutulmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar. Bu müddəa 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, M- 3129/04/09-24 nömrəli məktubundan görünür ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X9 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və ““Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X9 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 7 avqust tarixli 345 nömrəli Qərarına əsasən müvafiq işçilərin, o cümlədən psixoloqların əməkhaqqı 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmışdır. Beləliklə, şərh olunanlardan göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2019-cu ilin sentyabrınadək təhsil müəssisələrində inzibati vəzifələrdə çalışan işçilərin, o cümlədən praktiki psixoloqların diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmamışdır. Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli Qərarına əsasən isə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarına 2019-cu il sentyabrın 1-dən nəzərdə tutulmuş artımlar psixoloqların da əməkhaqqına şamil edilmişdir. 2019-cu ilin sentyabr ayında iddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsi müsabiqəsindən müvəffəqiyyətlə keçdikdən sonra ona qanunda nəzərdə tutulmuş qaydada əmək haqqına əlavələr hesablanaraq ödənilməyə başlanmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-732/2018 saylı qətnaməsinə əsasən iddiaçıya 2018-ci ilin yanvar ayından tədris etdiyi dərslərə görə əmək haqlarının 4 saylı X7 Mərkəzi tərəfindən hesablanıb ödənilməsi qət edilsə də, lakin əməkhaqlarına əlavənin (artımın) verilməsi müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticəsindən asılı olduğundan, iddiaçı isə həmin müsabiqədən yalnız 2019-cu ilin sentyabrında keçdiyindən iddia edilən əmək haqlarına əlavənin verilməsinin 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrə də şamil edilməsi mümkün və bu barədə tələb qanuni deyildir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddiaçının cavabdeh 4 saylı X1rşı 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan müddət üçün əmək haqqına əlavənin ödənilməsi tələbinə dair iddiasının heç bir hüquqi və faktiki əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-18/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar