Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-791/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2, HüseynovAnarElman oğlu, Cavabdeh4, ƏhmədovaNayib Elman qızı və Cavabdeh6 mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5530 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət, Cavabdeh3 tərəfindən isə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət xx xxxxxx 2021-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadı ilə vəsatət təmin edilməmiş apellyasiya şikayəti isə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 saylı qətnaməsi ilə razılaşmırlar və həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin apellyasiya şikayətlərini vaxtında verə bilməmişlər. Həmin vaxtlar anaları Cavabdeh3 ağır xəstə olduğundan bütün ailə üzvlərinin başı anaları Cavabdeh3 qarışmış və hal-hazıradək analarının müalicəsi ilə məşğul olduqlarına görə, həmçinin vəkilləri olmadıqlarına və hüquqlarını tam dərk etmədiklərinə görə vaxtında apelyasiya şikayəti verə bilməmişlər və apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşlər. Bu səbəbdən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət üzürlü hesab edilərək apelyasiya şikayətlərinin məhkəmə icraatına qəbul olunmasını vəsatətlə xahiş etmişlər. Vəsatətləri təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpasından imtina edilməklə apelyasiya şikayətlərinin qaytarılması nəzərdə tutulmuşdur. Onlar məhkəmənin qərardadı ilə razılaşmırlar. Məhkəmə onların qətnamədən şikayət vermə barədə konustitusion və mülki prosessual hüquqlarını məhdudlaşdırmaqla iş üzrə buraxılmış prosessual müddətin üzürlü olması barədə təqdim etdikləri sübutlara əhəmiyyət verməmişdir. Ona görə də şikayətin təmin edilməsi və məhkəmənin xx xxxxxx 2021-ci il tarixli 2(037)-677/2020 nömrəli qərardadını ləğv edib buraxılmış prosessual müddətin üzürlü olunması və apelyasiya şikayətlərinin məhkəmənin icraatına qəbul olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh2 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadı ləğv edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddət üzürlü hesab edilməklə bərpa edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, Həmin ərəfədə cavabdehlərin anası Cavabdeh3 ağır xəstə olduğundan ailə məişət məsələləri ilə məşğul olduqlarına görə, həmçinin vəkilləri olmadıqlarına və hüquqlarını tam dərk etmədiklərinə görə cavabdehlər vaxtında apelyasiya şikayəti verə bilməmişlər və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşlər. Həmçinin dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi cavabdehlər qətnamədən apellyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. «O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki prosessuаl qаnunvericilik birinci instаnsiyа məhkəməsinin qətnаməsindən verilən şikаyətlər üçün də müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırkı mübahisələndirilən qərardaddan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayət vermişdir. Kollegiya qeyd edir ki, Cavabdeh3 qərardaddan şikayət verməsə də, qətnamədən apellyasiya şikayəti vermişdir. Ona görə də Cavabdeh3 tərəfindən isə apellyasiya şikayəti verilmişdir. Qərardad cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mübahisələndirilmiş olsa da, onların şikayəti müvafiq hissədə digər cavabdehin mənafeyini də əhatə etməkdədir. Ona görə də müddətin bərpası hər üçünə münasibətdə təmin edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadı ləğv edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddət üzürlü hesab edilməklə bərpa edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 400 və 409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2(037)-677/2020 saylı qərardadı ləğv edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)–677/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prossesual müddət bərpa edilsin. Mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-791/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-791/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver