Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-805/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: gediş-gəliş üçün zəruri keçidin açılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X8 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)- 5/2025 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında 0,166 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 167,8 kv.m olan fərdi yaşayış evi və 0,166 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Qəbələ Regional “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-42 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyi və yerquruluşu planlarından, habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2052 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 4051/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən gediş-gəliş üçün zəruri keçidin açılması mümkün deyildir.
4. İddiaçı faktiki istifadəsində olan 0,3014 ha torpaq sahəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikilisinə mülkiyyətində olan torpaq sahəsi olan hissədə naturada yol yeri mövcuddur. İddiaçı gediş-gəliş üçün iddia etdiyi 4 metr enində keçid **********56 reyestr nömrəli çıxarış ilə Cavabdehun xüsusi mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidən Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DGW) və X5 X6 (TEKUİS) yol yeri nəzərdə tutulmamışdır. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. Onun qardaşı X7 xx.xx.2010-cu ildə vəfat etmişdir. Sergeyin ölümündən sonra arvadı X1 razılığı və xəbəri olmadan Oğuz rayon notariat ofisinə müraciət edərək naməlum şəraitdə və saxta yollarla 2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daha sonra o, mərhumun mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə nümayəndəsi X2 vasitəsilə Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsi Qəbələ Regional “ASAN xidmət” mərkəzi notariat ofisində 4Ə-42 reyestr nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra Cavabdeh həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı hesab edir ki, həmin alqısatqı müqaviləsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bu məsələ ilə əlaqədar tərəflər arasında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedən yol birbaşa hazırki iş üzrə cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Bu da öz-özlüyündə iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola çıxış yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. İddiaçıya evinə keçidin açılması üçün mütəxəssisin əraziyə baxış keçirməsinin zəruriliyini və buna etirazla bağlı məsuliyyəti izah edəcək.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfin izahatını qismən qəbul edərək bildirmişdir ki, hazırki vəziyyətdə iddiaçının evinə gedən yolun cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməsinin zəruriliyi əsaslandırılmalıdır. Bunun üçün isə ixtisaslı mütəxəssis tərəfindən əraziyə baxılmaqla qiymət verilməsi vacibdir, lakin iddiaçı buna imkan verməyəcək. İddiaçının özünə məxsus torpaq sahəsində iki yerdən qapısı vardır. Ekspertiza təyin edilməsi barədə qərardadla verilən birinci sualın cavabından yolun açılmasının mümkün olmadığı müəyyən edilir.
8. Oğuz Rayon məhkəməsinin (hakim Səadət Zeynalova) 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5
9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikilisinə mülkiyyətində olan torpaq sahəsi olan hissədə naturada yol yeri mövcuddur. İddiaçı gediş-gəliş üçün iddia etdiyi 4 metr enində keçid **********56 reyestr nömrəli çıxarış ilə Cavabdehun xüsusi mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidən Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DGW) və X5 X6 (TEKUİS) yol yeri nəzərdə tutulmamışdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun birbaşa cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçdiyi, bunun iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaratması, mülkiyyətçinin öz sahəsindən ictimai yola çıxışın vacib olduğu müəyyən edilmədiyindən mütəxəssis və ekspert rəyləri digər sübutlarla birlikdə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.2, 255.1, 255.2, 255.3, 255.4, 255.5, 255.6, 255.7, 255.8-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 117.1, 119.1. 217.3, 217.4 və 218.3 maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci, 2-ci, 3-cü hissələrinə istinad edərək əsaslandırmışdır.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə gedən yol birbaşa hazırkı iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən keçir. Bu da öz-özlüyündə İddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneələr yaradır. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri keçidin açılması tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405- 1/630 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında 0,166 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 167,8 kv.m olan fərdi yaşayış evi və 0,166 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edir ki, əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hazırkı işin faktiki hallarından aydın görünür ki, iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izaha verərək şikayətin təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
18. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
19. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolu
20. Maddə 1. hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
27. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
28. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
29. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
30. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
31. Maddə 239.2 fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
32. Maddə 84.1 torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
39. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında 0,166 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167,8 kv.m olan fərdi yaşayış evi vardır. İddiaçının qardaşı X7 xx.xx.2010-cu ildə vəfat etmişdir. Sergeyin ölümündən sonra arvadı X3 2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun mülkiyyəinə 0,06 ha həyətyanı torpaq sahəsi keçmişdir. Jenya Ağababayeva həmin 0,06 ha həyətyanı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə nümayəndəsi X2 vasitəsilə Cavabdeh satmışdır. Bundan sonra Cavabdeh alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı hesab edir ki, özünün mülkiyyətində olan fərdi yaşayış evinə gedən yol birbaşa hazırki iş üzrə cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Oğuz Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
48. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən gediş-gəliş üçün zəruri keçidin açılması mümkün deyildir.
49. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0,3014 ha torpaq sahəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixli, 405-1/630 inventar nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AA 587084 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikilisinə mülkiyyətində olan torpaq sahəsi olan hissədə naturada yol yeri mövcuddur. İddiaçı gedişgəliş üçün iddia etdiyi 4 metr enində keçid **********56 reyestr nömrəli çıxarış ilə Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidən Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DGW) və X5 X6 (TEKUİS) yol yeri nəzərdə tutulmamışdır. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.
50. Birinci instansiya məhkəməsinin baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) nümayəndəsinin iştirakı ilə keçirilmiş yerində baxışla müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin və faktiki tikilinin (ev) yerləşdiyi torpaq sahəsində iki qapı mövcuddur və həmin qapılarla iddiaçının giriş-çıxışının sərbəst təmin edilməsi mümkündür. İddiaçının gediş-gəliş yolunun açılmasını iddia etdiyi, mərkəzi yola açılan kiçik qapı cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə iddiaçının evindən (hətta pilləkənindən) aralıda yerləşir və iddiaçının hüququnun pozulması halı müəyyən edilmir.
51. Həmin faktlar iş üzrə alınmış mütəxəssis rəyi və yerquruluşu planlarından, eyni zamanda xx.xx.2024-cü il tarixli, 10/2052 saylı tikinti-texniki ekspert rəyi ilə də təsdiq olunur.
52. İş üzrə verilmiş sözügedən ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qiymətləndirir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyi tədqiq edərək, birinci instansiya məhkəməsinin araşdırması zamanı əladə edilmiş xx.xx.2024-cü il tarixli, 10/2052 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
54. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
55. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gedişgəliş yolunu tutmadığı, cavabdehin (hazırda üçüncü şəxsin) inşa etdirdiyi fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilir.
56. Kollegiya əlavə olaraq qeyd edir ki, qanunun tələbinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar (Mülki Məcəllə, maddə 175.1).
57. Lakin iş materialları ilə, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində 0,166 ha torpaq sahəsi olmasına baxmayaraq onun faktiki istifadəsində 0,3014 ha torpaq sahəsi vardır. İddiaçının mülkiyyətində olan 0,166 ha torpaq sahəsi də onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşməklə onun qanuni torpaq sahəsində naturada iki yerdən yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi gediş-gəliş üçün keçid cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini təşkil edir. İddiaçı tərəfindən həmin keçid hissənin ona verilməməsi nəticəsində hüquqlarının pozulacağına dair sübutlar təqdim edilməmiş və yerli baxış zamanı da bu hal müşahidə edilməmişdir.
58. Göründüyü kimi, Mülki Məcəllənin 175.1-ci maddəsi yalnız torpaq mülkiyyətçisinin öz sahəsindən ictimai yola və elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi olmadığı təqdirdə tətbiq oluna bilər. Hazırkı vəziyyətdə göstərilən hal baş vermədiyindən həmin maddənin tətbiqi istisna olunur.
59. Ekspert rəyindən və ekspertiza tədqiqatı zamanı istinad edilmiş mütəxəssis rəyindən göründüyü kimi iddiaçıya məxsus 0,166 ha torpaq sahəsinə bitişik əlavə (zəbt) torpaq sahəsi mövcuddur ki, həmin əlavə (zəbt) torpaq sahəsi də iddiaçının faktiki istifadəsində olmaqla Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hüdudları xaricində yerləşir. Belə olan halda iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə daxil olmaq imkanları məhdudlaşdırılmamışdır.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
61. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
62. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tаrixli, e-2(054)-5/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov