Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-812/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi və mənəvi zərər olaraq 50000 (əlli min) manat təzminatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəki şəhəri 125-ci kvartalda 0,6 ha hǝyǝtyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilərkən tikinti normaları nəzərə alınmadığından, cavabdehə edilən dəfələrlə xəbərdarlığa məhəl qoymaması, iradlarına əhəmiyyət verməməsi onun mülkiyyət hüquqlarının məhkəmə yolu ilə həll olunmasına zəmin yaratmışdır. Belə ki, o Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,6 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddianın təmin olunması barədə qətnamə qət edilmişdir. Bundan başqa cavabdehin ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onu maddi və mənəvi zərərə salmışdır. Lakin cavabdeh tərəfindən həmin qətnamənin icrası həyata keçirilməmişdir. Buna görə də o tikinti-bərkitmə hissəsini öz hesabına sökmək mecburiyyətində qalmışdır. Həmin tikilinin sökülmsinə təxminən 600 manat məbləğində xərc çəkmişdir. Hal-hazırda cavabdeh tərəfindən mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulmuşdur. Mülkiyyət hüquqları bərpa olunmuşdur. İcra prosesi başa çatmışdır. İndi isə o, Cavabdeh məhkəmə iclaslarında iştirakına görə, hüquqi xidmətlərə çəkdiyi xərclərə görə, icra xərclərinə görə təzminat tələb edir. Mülki iş üzrə müvafiq qiymətləndirmə aparılmalı, ədalətli mühasibat uçotu çıxarılmalı, tələb etdiyi təzminatın məbləği müəyyən olunmalıdır. Eyni zamanda o və ailəsi yetərincə iztirab çəkmişdir. Ünvanlarına hər gələn məktubun narahatlıq yaratması, mülki iş üzrə mövcud olan yekun məhkəmə qətnamə və qərarları danılmaz əyani sübutdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığı pozulmuşdur. Nəticədə infakt olaraq, açıq ürək əməliyyatı keçirmişdir. Hal-hazırda da müalicəsi davam edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 150 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi, 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Şəki Rayon Məhkəməsinin 2(075)-1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh tikilinin öz hesabına sökülməsinə etiraz etmiş və iddiaçı X4 həmin tikilini öz hesabına sökmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı2 Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş tikinti-bərkitmə (beton) işlərinin sökülməsi nəticəsində 150 manat məbləğində maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi İddiaçı1 cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onun sağlamlığının pozulmasına səbəb olması ilə bağlı iddiasını, işin konkret hallarını nəzərə almaqla hesab edir ki, cavabdeh iddiaçıdan ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlı deyildir. Belə ki, əvvəlki məhkəmə işləri zamanı İddiaçı1 iş üzrə tərəf olmadığından onu hazırki iş üzrə mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda digər İddiaçı2 hər hansı mənəvi iztirab və sarsıntı keçirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı2 maddi ziyan vurmuşdur. Ona görə də İddiaçı2 Cavabdeh Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş tikintibərkitmə (beton) işlərinin sökülməsi nəticəsində 150 manat məbləğində maddi zərəri tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsdasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 150 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq iiddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1098.2-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəki şəhəri 125-ci kvartalda 0,6 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilərkən tikinti normaları nəzərə alınmadığından, cavabdehə edilən dəfələrlə xəbərdarlığa məhəl qoymaması, iradlarına əhəmiyyət verməməsi onun mülkiyyət hüquqlarının məhkəmə yolu ilə həll olunmasına zəmin yaratmışdır. Belə ki, o, Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,6 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddianın təmin olunması barədə qətnamə qət edilmişdir. Bundan başqa cavabdehin ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onu maddi və mənəvi zərərə salmışdır. Lakin cavabdeh tərəfindən həmin qətnamənin icrası həyata keçirilməmişdir. Buna görə də o, tikinti-bərkitmə hissəsini öz hesabına sökmək məcburiyyətində qalmışdır. Həmin tikilinin sökülməsinə təxminən 600 manat məbləğində xərc çəkmişdir. Hal-hazırda cavabdeh tərəfindən mülkiyyətinə edilən qanunsuz müdaxfəyə son qoyulmuşdur. Mülkiyyət hüquqları bərpa olunmuşdur. İcra prosesi başa çatmışdır. İndi isə o, Cavabdeh məhkəmə iclaslarında iştirakına görə, hüquqi xidmətlərə çəkdiyi xərclərə görə, icra xərclərinə görə təzminat tələb edir. Mülki iş üzrə müvafiq qiymətləndirmə aparılmalı, ədalətli mühasibat uçotu çıxarılmalı, tələb etdiyi təzminatın məbləği müəyyən olunmalıdır. Eyni zamanda o və ailəsi yetərincə iztirab çəkmişdir. Ünvanlarına hər gələn məktubun narahatlıq yaratması mülki iş üzrə mövcud olan yekun məhkəmə qətnamə və qərarları danılmaz əyani sübutdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığı pozulmuşdur. Nəticədə infakt olaraq, açıq ürək əməliyyatı keçirmişdir. Baxmayaraq ki, cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə işlərinin onun hesabına söküldüyü barədə icra məmuru tərəfindən 23 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. Məhkəmə isə işi uzadaraq iki il sonra müvafiq ekspertizanın keçirilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə İddiaçı1 cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onun sağlamlığının pozulmasına səbəb olması ilə bağlı iddiasını, işin konkret hallarını nəzərə almaqla hesab etmişdir ki, cavabdeh iddiaçıdan ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlı deyildir. Belə ki, əvvəlki məhkəmə işləri zamanı İddiaçı1 iş üzrə tərəf olmadığından onu hazırki iş üzrə mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda digər İddiaçı2 hər hansı mənəvi iztirab və sarsıntı keçirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə işə baxarkən İddiaçı1 və onunla ərarvad olmasını nəzərə almamışdır. Məhkəmə qətnaməsində və bütün bildirişlərdə İddiaçı1 iddiaçı kimi qeyd edilib. Lakin qətnamədə iddiaçının cavabdeh İddiaçı1dan vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməsində haqlı olmadığını qeyd etmişdir. Qətnamədə iddiaçı cavabdeh kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsi ləğv edilməli işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi haqda qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)- 19/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsini İddiaçı2 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətli təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh tikilinin öz hesabına sökülməsinə etiraz etmiş və iddiaçı X4 həmin tikilini öz hesabına sökmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı2 Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş tikinti-bərkitmə (beton) işlərinin sökülməsi nəticəsində 150 manat məbləğində maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Cavabdeh Şəki şəhəri 125-ci kvartalda 0,6 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilərkən tikinti normaları nəzərə alınmadığından, cavabdehə edilən dəfələrlə xəbərdarlığa məhəl qoymaması, iradlarına əhəmiyyət verməməsi onun mülkiyyət hüquqlarının məhkəmə yolu ilə həll olunmasına zəmin yaratmışdır. Həmin tikilinin sökülməsinə təxminən 600 manat məbləğində xərc çəkmişdir. Hal-hazırda cavabdeh tərəfindən mülkiyyətinə edilən qanunsuz müdaxfəyə son qoyulmuşdur. Mülkiyyət hüquqları bərpa olunmuşdur. İcra prosesi başa çatmışdır. İndi isə o, Cavabdeh məhkəmə iclaslarında iştirakına görə, hüquqi xidmətlərə çəkdiyi xərclərə görə, icra xərclərinə görə təzminat tələb edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığı pozulmuşdur. Nəticədə infakt olaraq, açıq ürək əməliyyatı keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onun sağlamlığının pozulmasına səbəb olması ilə bağlı iddiasını, işin konkret hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı2 hər hansı mənəvi iztirab və sarsıntı keçirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə maddi və mənəvi ziyan çəkməsini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıların 50000 manat məbləğində maddi və mənəvi zərərə məruz qalmasını, yəni almış olduğu maddi ziyanın və mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(075)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-812/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-812/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver