Məhkəmə qərarları › İş №2(107)-813/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-813/2024

31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-813/2024 31.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə; İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı “qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(037)-742/2024 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac İdarəsi X2 Kəmərləri Sahəsinin” istismarında olan “Qazıməmməd-Qazax İ xətt” və “QazıməmmədQazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu,Xəlilli kəndinin yaxınlığında yerləşən,Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaitləri hesabına çıxarılması, qaz kəmərlərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 13 may 2024-cü il tarixli, e- 2(037)-742/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iddiaçıya ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə Kommersiya Məhkəmələrinə müraciət edə bilməsi izah edilmiş və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardadan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(037)-742/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 4-cü nəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.5-ci maddəsinə əsasən Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərməli olduğu halda səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə riayət edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kolegiyası qərardaddan kassasiya şikayətinin verilib-verilə bilməməsi məsələsini müzakirə edərək qeyd edir ki, işin hazırkı vəziyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin təsirə altına düşmür (apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında). Ona görə də hazırkı qərardaddan kassasiya şikayəti verilməsi yolverilməzdir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 366.2 və 366.4-cü maddələrini rəhbər tutub məhkəmə kоllegiyаsı qərаrа аldı: İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(037)-742/2024 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar