Məhkəmə qərarları › İş №2(107)-819/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-819/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-819/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun qaytarılması, əqdlərin etibarsızlığı) Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdiş işin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini 16 may 2018-ci il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbində borcun yaranmasının əsası kimi göstərilən kredit müqaviləsini mübahisələndirmiş, müqavilənin görüntü xatirinə bağlandığını, iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını və makinanın pulunu malla (dəri ilə) ödədiyini bildirmişdir birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında biznes əlaqələri olmuş və bu əlaqələrə görə münasibətləri yaranmışdır. Qeyd olunan münasibətə görə də cavabdehə etibarı yaranmışdır. 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110000 (bir yüz on min) ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110000 (bir yüz on min) ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisənin əsasını təşkil edən 16 may 2017ci il tarixli kredit müqaviləsi onu aldadaraq müqavilənin məzmunu gizlədilərək, yəni “müqaviləyə imza etməsən alış-veriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aralarında etibar olsun deyə imzalatdırılmışdır. O, İddiaçıla ticarət əlaqələrinin olmasını inkar etmir. Belə ki, onunla ticarət etdiyi müddətdə aldığı malların və göstərilən xidmətin qarşılığını daim ödəmişdir. Lakin iddiaçının onu aldadaraq imzalatdığı kredit müqaviləsi həqiqəti əks etdirmir. İddiaçı həmin müqaviləni daim ondan alış-veriş etməyi məcburiyyətində buraxmaq üçün ona imzalatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, Cavabdeh 26 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş şikayətində göstərmişdir ki, onunla İddiaçı arasında hər hansı borc münasibəti mövcud deyildir. Belə ki, o, məhkəmə qaydasında üzərinə həbs qoyulmuş Samux rayonu Sərkər kəndində yerləşən 1 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1707.2 kv.m olan gön-dəri sexinin mülkiyyətçisidir və gön-dəri emalı sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Bu əsasla da onunla eyni sahədə fəaliyyət göstərən İddiaçıla münasibətləri yaranmışdır. Sonuncunun təsisçisi olduğu “Crown Hides LTD” İtaliya istehsalı olan RİZZİ SR6 3000 mm dəri bölmə makinasını 2017-ci ildə Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxt “Crown Hides LTD” tərəfindən həmin makina burada istifadə edilə bilmədiyindən və makinanın Qazaxıstan Respublikasına aparılması zərurəti yarandığından o, makinanın özünə satılmasını iddiaçıya təklif etmişdir. Ona makinanın dəyərinin 110000 (bir yüz on min) ABŞ dolları olduğu bildirilmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən ona qeyd olunan pul vəsaiti verilməmişdir. Bir neçə ay sonra o, makinanın pulunu malla (dəri ilə) ödəmişdir. Qeyd olunan xüsusatlar Bakı şəhəri Qaradağ RPİ-nin 08 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks olunmuşdur. Hazırkı mübahisənin yaranmasına səbəb əslində iddiaçı deyil, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi Ablikim Mirsalehdir. Belə ki, mülkiyyətində olan daşınmaz əmlak obyekti tərəfindən 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə X1 icarəyə verilmiş, sonuncu isə həmin obyekti subicarə hüququ üzrə 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ablikim Mirsalehin təsisçisi və rəhbəri olduğu “Akyol İnternational" MMC-yə icarəyə vermişdir. Bir müddət sonra H.Hüseynovla A.Mirsaleh arasında mübahisə yaranmış, H.Hüseynov "xxxx" MMC-yə qarşı 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, obyektin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra X4 Hüseynovun iddia qaldırmasında onu günahkar bilmiş, H.Hüseyn və ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, obyektin aylıq icarə haqqını ödəməməyə başlamışdır. Qeyd olunan məhkəmə mübahisəsi 11 aya yaxındır ki davam edir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı, 20 noyabr 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı və 12 mart 2021-ci il tarixli 2(003)- 175/2021 saylı və 19 may 2021-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadları ilə “Akyol İnternational" MMC-yə məxsus ümumilikdə 234200 (iki yüz otuz dörd min iki yüz) manat dəyərində əmlaklarının üzərinə həbs qoyulmuşdur. Qeyd olunan məsələlərə görə Ablikim Mirsaleh onu günahkar bildiyindən onun sahibkarlıq fəaliyyətinə mane olmaq, ona ziyan vurmaq və nəhayət ona təsir göstərmək niyyəti ilə əslində əhəmiyyətsiz olan bir əqd üzrə ona qarşı iddia qaldırılmasına və əmlakının üzərinə həbs qoyulmasına nail olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini 16 may 2018-ci il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbində borcun yaranmasının əsası kimi göstərilən kredit müqaviləsini mübahisələndirmiş, müqavilənin görüntü xatirinə bağlandığını, iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını və makinanın pulunu malla (dəri ilə) ödədiyini bildirmişdir Bundan başqa məhkəmə müəyyən etmişdir ki, “borc verən”-İddiaçı “borc alan”- Cavabdeh 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc vermişdir. , "Borc alan"- Cavabdeh krediti 16 may 2018-ci il tarixədək “borc verənə”–qaytarmağı öhdəsinə götürmüşdür. Qazaxıstan Respublikası vətəndaşı İddiaçı Cavabdeh 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verdiyini bildirmişdir. Məmmədov X2 Respublikası vətəndaşı İddiaçı 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc aldığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 110000 (bir yüz on min) ABŞ dolları pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına münasibət bildirərək hesab etmişdir ki, cavabdeh tərəf öz ifadəsində iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını, makinanın pulunu malla (dəri ilə) ödədiyini, müqavilənin formal bağlandığını, müqavilə bağlamağa məcbur edildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya ödəniş müqabilində hər hansı mal verməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, bu hallar məhkəmə iclasında təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfin qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia təmin edilərək Cavabdeh 110000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ilk iddia təmin edilmiş, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, Cavabdeh «İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324.1-ci, 324.2-ci, 324.4-cü, 334.1-ci, 337.2-ci, 339.1-ci, 339.2-ci, 339.4-ci, maddələrinə istinad etmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1739/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-224/2022 nömrəli mülki iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırdığı dəlillər tamamilə yalnışdır, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və məhkəmə mübahisələndirilən qətnaməni qəbul edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq o bildirmişdir ki, borc müqaviləsi kimi digər sənəd də formal olaraq alqısatqı makinasının dəyərinin ödənilməsinin qarantiyası kimi imzalanmışdır. Təsadüfi deyildir ki, qarşılıqlı iddia ərizəsində tərəfindən Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu ilə müraciət olunması və 110000 (yüz on min) ABŞ dolları məbləğində pul vəsaitinin notariusun depozit hesabına yatırılıb-yatırılmadığını müəyyən edilməsi ilə bağlı xüsusatlar qeyd olunmuşdur. Bu məqsədlə məhkəmə tərəfindən sorğu edilmiş və borc məbləğinin notariusun depozit hesabına yatırılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. qanunvericilik tərəflər arasında borc müqaviləsinin bağlanması zamanı tərəflərin həqiqi niyyətini müəyyən edilməsi məqsədilə borc məbləğinin məhz notariusun depozit hesabı vasitəsilə ödənilməsini şərtləndirmişdir. Lakin müqavilə bağlanarkən yuxarıda göstərilən normalara əməl olunmamasına baxmayaraq məhkəmə iddiaçını haqlı hesab edərək, qeyd olunan məbləğdə pulun ona verildiyi qənaətinə gəlmişdir. Bundan başqa məhkəməyə “Qaradağ RPİ-nin xx.xx.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı” təqdim edilmiş və həmin qərarda hazırkı borc münsibətlərinə dair onun və İbragim Sryapilovun Azərbaycandakı nümayəndəsi Mirsaleh Ablikim tərəfindən verilmiş ifadələrin nəzərə alınması xahiş olunmuşdur. Əlavə olaraq tərəfindən şifahi qaydada həmin material üzrə sənədlərin alınması və pulunun və Mirsaleh Ablikimin dindirilməsinə dair protokolların tədqiq edilməsi xahiş edilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən nə “Qaradağ RPİ-nin xx.xx.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı” tədqiq edilməmiş nə də aidiyyəti dindirmə protokolları əldə edilməmişdir. Məhkəmə qeyd olunan hissədə tərəfindən təqdim edilmiş sübutların araşdırılmasından imtina etmişdir. Məhkəmə borc müqaviləsinə dair notariat işində olan materialları “Qaradağ RPİ-nin xx.xx.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı" və hərrnin cinayət işi üzrə materialı əldə edərək qarşılıqlı şəkildə yoxlamalı idi. Belə olduğu təqdirdə məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasına nail olar və ədalətli qərar qəbul edə bilərdi. Lakin məhkəmə tərəfindən təqdim edilmiş "Qaradağ RPİ-nin xx.xx.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı tədqiq etməmiş, həmin iş üzrə materialın əldə edilməsinə dair vəsatətini təmin etməmiş və yalnız notariat işinə əlavə edilmiş sənədlər əsasında qərar qəbul etmişdir. Beləliklə məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən o Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qotnamə çıxarılmasını xahiş etmişdir. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)- 1066/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qərarlar: Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AzərbaycanRespublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrəbaxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 16 may 2017-ci il tarixli müqavilədən görünür ki, “borc verən”-İddiaçı “borc alan”- Cavabdeh 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc vermişdir. , "Borc alan"-Cavabdeh krediti 16 may 2018-ci il tarixədək “borc verənə”-qaytarmağı öhdəsinə götürmüşdür. Qazaxıstan Respublikası vətəndaşı İddiaçı Cavabdeh 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verdiyini bildirmişdir. Məmmədov X2 Respublikası vətəndaşı İddiaçı 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc aldığını bildirmişdir. Cavabdeh tərəf öz ifadəsində iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını, makinanın pulunu malla (dəri ilə) ödədiyini, müqavilənin formal bağlandığını, müqavilə bağlamağa məcbur edildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya ödəniş müqabilində hər hansı mal verməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). O cümlədən, əqdin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərək kolelgiya qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarlar). Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar