Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-82/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiаçı - İddiaçı və onun vəkili X19; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2(019)-624/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-624/2018 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə - iddiaçını torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsi qoyulması, Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları və 10 manat dövlət rüsumu xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(107)-2013/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(019)-624/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3237/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(107)-2013/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə mürаciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə və evə daxil olmağa qoymamaq, ora daxil olduqda onu qovmaq və təhdid etmək) son qoymaları vəzifəsinin qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xüsusi mülkiyyətində Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəlki ünvanı Nərimanov küçəsi-24) ünvanında 0,15 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 42,9 m2 fərdi vaşayış evi vardır. Onun həmin əmlaklar üzərindəki hüquqları xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm Dövlət reyetrindən çıxarış"la rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 Soltan oğlu və Cavabdeh2 Məhəmməd qızı RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış"a əsasən mülkiyyətində olan Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəli ünvan: N.Nərimanov küçəsi-24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə imkan vermirlər. Belə ki, mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal onun və yaxınlarının üzərinə hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da o olur ki, güya ki, özünə məxsus əmlakın yerləşdiyi torpaq sahəsi əvvəllər onlara verilmişdir. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini faktiki olaraq zəbt etmişlər. Sonuncu dəfə cavabdehlərin onun üzərinə hücum çəkən zaman, sonuncuların hərəkətlərini telefon vasitəsi ilə video qeydiyyatını aparmışdır. Həmin videodan da göründüyü kimi, cavabdehlər onu həmin əmlaka daxil olduğuna görə təhdid edir və qadına yaraşmayacaq tərzdə söyüşlərlə təhqir edirlər. Bu hadisə baş verən kimi o və əri X5 dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğu üçün polis şöbəsi xx xxxxx 2018-ci il tarixli məktubla məhkəməyə müraciət etmələrini onlara tövsiyyə etmişdir. Buna görə də göstərilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qаlmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə onun mülkiyyətində olan ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinəiddiaçını torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsinin qoyulması, Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cаvаbdeh Cavabdeh1 iddiаnı qəbul etməyərək izаhаtındа göstərmişdir ki, 1976-cı ildən anası Cavabdeh2 və atası Puçaxov Sultan mərhum X2 ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən evində kirayədə yaşamışlar. Həmin evdə yaşadıqları müddətdə 1981-ci ilin 20 yanvar tarixində kirayədə qalan atası və anası Balakən rayonu XDS İcraiyyə komitəsinin sədri Sabir Şirəliyevə ərizə ilə müraciət etmişlər ki, çətin ailə şəraiti olduğuna görə torpaq sahəsi almaq üçün onları növbəyə salsınlar. Valideynləri növbədə olduğu müddətdə X6 özünə məxsus 0,32 hektar torpaq sahəsindən kəsərək onlara ev tikmək üçün 0,05 hektar torpaq sahəsini vermişdir. Sonra babası X11 gəlib Saramanova Əşəbelə halal-haram üçün pul təklif etmiş, Aşabel 3500 manata özünün torpaq sahəsinin 0,05 ha bir və 0,25 ha bir hissəsini,cəmi 0,30 ha hissəsini atasıgilə vermişdir. Balakən rayon XDS icrayə komitəsinin xx xxxxxx 1984-cu il tarixli 4 №-li iclas protokolu əsasında atası X12 adına 0,05 ha bir, 0,25 ha bir torpaq sahəsi verilmişdi. 1994-cü ildə atası onlardan ayrılmış, anası onu təkbaşına baxıb böyütmüşdür. 1997-ci ildə torpaq islahatları gedən zaman ana nənəsi vəfat etmişdir. Anasının başı nənəsinin ölümünə qarışmış, həmin 0,25 hektar torpaq sahəsini sənədləşdirə bilməmişlər. 2000-ci ildə anası və atası məhkəmənin qərarı ilə rəsmən boşanmışlar. Məhkəmə olduqdan sonra atası notarial qaydada bütün mülkünü və əmlakını anasına bağışlamışdır. Hazırda həmin ərazi onların xəbəri olmadan saxta sənədlər əsasında iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı heç bir sənəd yoxdur. Bununla bağlı aidiyyəti orqanlara da müraciət etmişdir. Ona izah etmişlər ki, həmin torpaq heç kimə məxsus deyil. Onun adına həmin əmlaka dair heç bir sənəd yoxdur. Torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Оnа görə də iddiаçının iddiаsını əsаssız hesаb edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək cаvаbdeh Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X22 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisə predmeti olan 0.30 hektar həyətyanıı torpaq sahəsi cavabdehlərin qanuni istifadələrindədir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 1976-cı ildən Cavabdeh2 və Puçaxov Sultan (valideynlər) mərhum X3 ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən evində kirayədə yaşamışlar. Həmin evdə yaşadıqları müddətdə 1981-ci ilin 20 yanvar tarixində kirayədə qalan valideynlər Balakən rayonu XDS İcraiyyə komitəsinin sədri Sabir Şirəliyevə ərizə ilə müraciət etmişlər ki, çətin ailə şəraiti olduğuna görə torpaq sahəsi almaq üçün onları növbəyə salsınlar. Valideynləri növbədə olduğu müddətdə X7 özünə məxsus 0,32 hektar torpaq sahəsindən kəsərək onlara ev tikmək üçün 0,05 hektar torpaq sahəsini vermişdir. Sonra babası X11 gəlib Saramanova Əşəbelə halal-haram üçün pul təklif etmiş, Aşabel 3500 manata özünün torpaq sahəsinin 0,05 ha bir və 0,25 ha bir hissəsini,cəmi 0,30 ha hissəsini valideynlərə vermişdir. Balakən rayon XDS icrayə komitəsinin xx xxxxxx 1984-cu il tarixli 4 №-li iclas protokolu əsasında X12 adına 0,05 ha bir, 0,25 ha bir torpaq sahəsi verilmişdi. 1994-cü ildə atası X12 atsı onlardan ayrılmış, anası onu təkbaşına baxıb böyütmüşdür. 1997-ci ildə torpaq islahatları gedən zaman ana nənəsi vəfat etmişdir. Anasının başı nənəsinin ölümünə qarışmış, həmin 0,25 hektar torpaq sahəsini sənədləşdirə bilməmişlər. 2000-ci ildə X12 anası və atası məhkəmənin qərarı ilə rəsmən boşanmışlar. Məhkəmə olduqdan sonra X12 atası notarial qaydada bütün mülkünü və əmlakını anasına bağışlamışdır. Hazırda həmin ərazi onların xəbəri olmadan saxta sənədlər əsasında iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı heç bir sənəd yoxdur. Bununla bağlı aidiyyəti orqanlara da müraciət etmişlər. Onlara izah etmişlər ki, həmin torpaq heç kimə məxsus deyil. Onun adına həmin əmlaka dair heç bir sənəd yoxdur. Torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-624/2018 saylı qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-624/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı və onun vəkili X24 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-624/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)- 3237/2019 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2(019)-624/2018 saylı qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cıxarışın və texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı adına ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m sahəsi olan fərdi yaşayış evi xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 saylı çıxarışının surətində göstərilir ki, həmin qərarla şəhər sakini X3 həyətyanı torpaq sahəsindən 0.25 ha kəsilərək X14 ev tikmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 saylı çıxarışının surətində göstərilir ki, həmin qərarla şəhər sakini X3 həyətyanı torpaq sahəsindən 0.05 ha kəsilərək X14 ev tikmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ 281956 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X20 ilə Cavabdeh2 arasında olan nikah xx xxx 2000-ci ildə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1999-cu ildə Balakən rayon notariat kontorunda 3M-112 nömrə ilə reyestrdə qeydə alınmış müqavilədən görünür ki, X20 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 628 kv/m torpaq sahəsində 1987-ci ildə tikilmiş üç otaqdan ibarət yaşayış evini arvadı Cavabdeh2 bağışlamışdır. İddia tələbinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Cavabdeh tərəfin iddiaya olan etirazının əsası ondan ibarət olmuşdur ki, mübahisələndirilən ərazi onların xəbəri olmadan saxta sənədlər əsasında iddiaçıya satılmışdır və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təsdiq etdiyi Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarından çıxarışa əsasən Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X3 həyətyanı torpaq sahəsindən yalnız 0.05 ha hissəsinin kəsilərək X14 ev tikmək üçün verilməsi qərara alınmışdır. xx xxxxxx 1999-cu ildə Balakən rayon notariat kontorunda 3M-112 nömrə ilə reyestrdə qeydə alınmış bağışlanma müqaviləsindən görünür ki, X20 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 0,30 ha deyil, 628 kv/m torpaq sahəsində 1987-ci ildə tikilmiş üç otaqdan ibarət yaşayış evini arvadı Cavabdeh2 bağışlamışdır. X20 ilə Cavabdeh2 arasında olan nikah isə xx xxx 2000-ci ildə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, Zeynəbgillə qonşuluqda yaşayır. Mübahisələndirilən ev və torpaq sahəsi Saramanova Aşabelin olubdur. O, həmin torpaq sahəsindən 0.02 ha hissəsini almaq üçün Aşabelə müraciət edərkən Aşabel ona torpaq sahəsini Cavabdeh2 satdığını bildirmişdir. Buna görə də o, həmin torpaq sahəsini almamışdır. Aşabellə Zeynəbin evi bir həyətdə yerləşir. Onların evləri arasında hasar olmasını xatırlamır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə xx xxx 2019-cu il tarixli, 2(102)-3237/2019 saylı qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqları baxımından hüquqi qiymət versə də, nəzərə almamışdır ki, cavabdeh tərəf iddiaçıya olan etirazın əsası kimi hazırda iddiaçıya məxsus olan torpaq sahəsinin əvvəlki sahibi Aşabel Saramanova ilə əlaqələrinin olmamasını göstərmişlər. Apelyasiya instansiyası məhkəməsi işə obyektiv baxılmasını və cavabdeh tərəfin iddiaya olan etirazlarının əsaslılığına qiymət verilməsi baxımından mübahisəli sahənin iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas olmuş sənədlərə baxış keçirməmiş, obyektivliyi təmin etmək məqsədi ilə istər cavabdeh tərəfin irəli sürdükləri dəlillərinə, istərsə də şahid ifadəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun formada hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin qərarında əks olunmuş göstərişə uyğun olaraq, məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas olmuş hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsinin sorğuya cavabında aşağıdakılar göstərilmişdir: Sorğuda qeyd edilən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci ildə 3 saylı reyestr kitabının 117-ci səhifəsində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m sahəsi olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, sənəd üzrə torpaq sahəsi 0.15 ha, faktiki sahə isə 0.2541 ha, tikinti altı sahə 0.01148 ha, digər sahələr isə 0.24262 ha-dır. Həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədlər aşağıdakılardır: -Balakən rayon dövlət Notariat kontorunda bağlanmış xx.xx.1997-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu, Tülü kəndində yaşayan X1 şəhəri, N.Nərimanov küçəsi 18-də yaşayan Xanım Soyun qızına ünvan 5 də 1500 kv.m torpaq sahəsində yerləşən 1939-cu ildə tikilən sahəsi 40 kv.m 2 otaqlı yaşayış evini satmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin xx.xx.2009-cu il tarixli, 49 saylı arayışının təsdiq olunmuş surətindən məlum olur ki, Balakən bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 57 saylı, Balakən şəhər Nümayəndəliyinin xx.xx.2009-cu il tarixli, 1337 saylı, dövlət Notariat kontorunun xx.xx.1997-ci il tarixli müqaviləsinə görə şəhər sakini Xanım Söyün qızının adında 0.15 ha torpaq sahəsi vardır. -xx xxxx 2009-cu il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Xanım Soin (Soyun) qızı Balakən şəhəri N.Nərimanov küçəsi 24-də (indiki M.F.Axundov küçəsi 2) 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 42.9, ümumi sahəsi 42.9 kv.m-dən ibarət evini X8 bağışlamışdır. -xx xxxxxx 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0669626) təsdiq olunmuş surətindən görünür ki, satıcı Ərdəfilova Gülümnaz özünə məxsus ünvan 7 ünvanında yerləşən istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümüumi sahəsi 42.9 kv.m, yaşayış sahəsi 42.9 olan 2 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2465/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, ekspertizanın aparılması nəticələrinə dair rəy verilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən, həmçinin Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 30720 nömrəli rəyindən görünür ki: - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində 0,05 ha və 0,25 ha torpaq sahələri RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əlavə edilmiş 1301 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşür; - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər (çıxarış, şəhadətnamə) təqdim olunmadığı üçün RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir; - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0,05 ha və 0,25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddur. Məhkəmə kоllegiyаsı tərəflərin iştirakı ilə mübаhisəli torpaq sahəsinə və fərdi yаşаyış evinə bаxış keçirərkən müəyyən etmişdir ki, dаşınmаz əmlаkın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxаrışdа göstərilən və mübаhisə predmeti оlаn Bаlаkən şəhəri, M.F.Аxundоv küçəsi 2 ünvаnındа yerləşən 0,15 hа həyətyаnı tоrpаq sаhəsində inşа edilmiş sаhəsi 42,90 kvаdrаt metr оlаn yаşаyış evi həyət dаrvаzаsındаn dаxil оlduqdа həyətin аşаğı tərəfində yerləşir. Fərdi yаşаyış evi həqiqətən də tərəflərin mübаhisələndirdiyi tоrpаq sаhəsində inşа оlunmuşdur. Ev fаktiki оlаrаq dаşdаn inşа edilmişdir və kürsülü оlmаqlа bir mərtəbədən ibаrətdir. Ev yаşаyış üçün tаm yаrаrsız оlduğu üçün evə bаxış zаmаnı evin оtаqlаrının sаhəsi və hündürlüyü üzrə heç bir ölçülər аpаrmаq mümkün оlmаdı. Bаxış zаmаnı müəyyən оlundu ki, yаşаyış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd оlаn çıxаrış verilməsi üçün əsаs meyаrlаr mövcud deyil. Belə ki, sаhəsi 42,90 kvаdrаt metr оlаn ev yаşаyış üçün tаm yаrаrsız vəziyyətdə оlmаqlа evin dаm örtüyü mövcud deyil, eyni zаmаndа evin qаpı və pəncərələri yоxdur, evin sənədində göstərilən pilləkən sаhəsi, аçıq eyvаn və yаşаyış оtаqlаrı təyinаtı üzrə istifаdəyə tаm yаrаrsızdır (bu barədə foto şəkillər iş materiallarına əlavə olunmuşdur). Bаxış zаmаnı həmçinin, müəyyən оlunmuşdur ki, tərəflərin mübаhisələndirdiyi tоrpаq sаhəsi və iddiаçıyа məxsus yаşаyış üçün yаrаrsız оlаn evlə cаvаbdehlərin yаşаdığı fərdi yаşаyış evi və eyni zаmаndа həyətyаnı tоrpаq sаhəsini bir birindən аyırаn hər-hаnsı bir kоnstruksiyаdаn ibаrət оlаn hаsаr mövcud deyil. Göründüyü kimi, məhkəmə kollegiyasının araşdırması nəticəsində iddiaçının bəhs etdiyi yaşayış evinin olmadığı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində 0,05 ha və 0,25 ha torpaq sahələri RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əlavə edilmiş 1301 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üstüstə düşdüyü, ümümiyyətlə, cavabdehlərin istifadəsində olan 0,05 ha və 0,25 ha torpaq sahələri dair hüquq müəyyənedici sənədlərin olmadığı, mübahisəli sahədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0,05 ha və 0,25 ha torpaq sahələri faktiki olaraq yerində mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq yaşayış evinin olmadığı halda cavabdehlərin 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətləri- iddiaçını evə daxil olmağa qoymamalarına dair sonuncunun bəyanı əsassızdır. Cavabdehlər mövcud olmayan evə iddiaçının istifadə və sahibliyinə mane olması absurddur və işə baxan birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Lakin cavabdehlərin idiiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneçilik törətmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğrudur. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ: subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X26 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır və mülahizələrdən ibarətdir. Belə ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X3 həyətyanı torpaq sahəsindən 0.05 ha və 0,25 ha olmaqla 0,30 ha hissəsinin kəsilərək X14 ev tikmək üçün verilməsi barədə cavabdehlərin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təsdiq etdiyi Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarından çıxarışdan görünür ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X3 həyətyanı torpaq sahəsindən yalnız 0.05 ha hissəsinin kəsilərək X14 ev tikmək üçün verilməsi qərara alınmışdır. Bundan başqa xx xxxxxx 1999-cu ildə Balakən rayon notariat kontorunda 3M- 112 nömrə ilə reyestrdə qeydə alınmış bağışlanma müqaviləsindən görünür ki, X20 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 0,30 ha deyil, 628 kv/m torpaq sahəsində 1987ci ildə tikilmiş üç otaqdan ibarət yaşayış evini arvadı Cavabdeh2 bağışlamışdır. İşin bu halları ilə təsdiq olunur ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X3 həyətyanı torpaq sahəsinin 0,25 ha hissəsinin kəsilərək X14 ev tikmək üçün verilməsi barədə göstərilənlər əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar rkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslarından biridir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2(019)-624/2018 saylı qətnаməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə iddiaçını evə daxil olmağa qoymamalarına son qoymaları vəzifəsinin qoyulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 manatı İddiaçı tutumalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 136.7 manat məbləğində pulun 68.35 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 68.35 manatı İddiaçı tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2(019)-624/2018 saylı qətnаməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə - iddiaçını evə daxil olmağa qoymamalarına son qoymaları vəzifəsinin qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 manatı İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 136.7 manat məbləğində pulun 68.35 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 68.35 manatı İddiaçı tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-82/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-82/2020
19.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver