Məhkəmə qərarları › İş №2(107)-820/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-820/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-820/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, rədd, qüvvə) X3 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)-331/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh 28000 (iyirmi səkkiz min) AZN məbləğində (13500 funt sterling) pulun, 174 manat ödənilmiş dövlət rüsumunu və 300 manat vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28000 (iyirmi səkkiz min) AZN məbləğində (13500 funt sterling) pulun, 174 manat ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 28000 (iyirmi səkkiz min) AZN məbləğində (13500 funt sterling) pulun,4680,46 ABŞ dolları (7956,78AZN) məbləğində pulun,198 manat ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 onun keçmiş arvadıdır. Onlar X8 yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olmuşlar. Bu müddət ərzində o, əziyyətlə çalışıb müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün arvadı Leyla Əliyevanın və qohumlarının adına yollamış, o cümlədən hazırki işdə cavabdeh olan Leyla Əliyevanın qardaşı arvadı olan Cavabdeh adına müxtəlif vaxtlarda pul göndərmişdir. Onun arvadı ilə faktiki münasibətləri pozulandan sonra o, onu aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar onun maddi vəsaiti hesabına alındığından, pullarını Leyla Əliyevadan istəmiş, Leyla isə pulları ona verməkdən imtina etmişdir. Leyla Əliyeva öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 ( yüz əlli dörd min) manat pul onun tərəfindən ödənilmişdir. O, cavabdehin adına göndərdiyi pullara Leyla Əliyeva “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Leyla ilə aralarında mübahisə yarandıqdan sonra o, Leylaya qarşı pul tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş,Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) onun Leyla Əliyevaya qarşı iddiası təmin edilməmişdir. Məhkəmə Qətnaməsi ilə razılaşmadığından tərəfindən Apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti də təmin edilməmişdir. Yəni işə baxan məhkəmələr belə müəyyən etmişdirlər ki, guya o, cavabdehə qeyd edilən əmlakların dəyərinin verilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Həmin vaxtlar o, müxtəlif şəxslərə, yəni qohumların və tanışların adlarına müxtəlif məbləğlərdə pullar göndərmişdir . Həmin şəxslərdən biri də qeyd edilən cavabdehdir. Cavabdeh onun keçmiş arvadı Leylanın qardaşı arvadıdır. O, həmin şəxsə xx.xx.2019-cu il tarixdən başlayaraq müxtəlif vaxtlarda 13500 (on üç min beş yüz) funt sterling (28000 azn) manat pul göndərmişdir. İndi işin hallarından görünür ki, həmin şəxs göndərdiyi pulları Leylaya verməmişdir. O məhkəmədə şahid qismində dindirilməkdən də imtina etmişdir. Ona görə də hesab edir ki cavabdehə ödədiyi pullar geri tələb edilməlidir. Əks halda cavabdeh onun hesabına əsassız varlanmış olur.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh baldızı X11 ilə rəsmi nikahda olmuş, onlar X8 yaşamışlar və 2013-cü ildə onların nikahı pozulmuşdur. 2022-ci ildə İddiaçı (Fəngiz Mahamaxanov) Leyla Əliyevaya qarşı pul tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət edərək sonuncudan 154000 manat pulun və 444 manat ödənmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra o,hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)-331/2025 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 777.1, 777.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2 və 1092.2-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-89/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) X9 qarşı 154000 (yüz əlli dörd min) manat pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-872/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Mahamaxanov Fəngiz tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(102)-406/2024 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla iddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-872/2023 saylı iş üzrə ,20 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X14 Filialı tərəfindən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 3-27- 1109/254/2024 nömrəli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, 22 yanvar 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək olan müddətdə Cavabdeh X5 Leyla tərəfindən xx.xx.2019-cu il tarixdə 3700 USD, xx.xx.2019-cu il tarixdə 2374,49 USD, xx.xx.2019-cu il tarixdə 584,44 USD, xx.xx.2019-cu il tarixdə 1928,13 USD, xx.xx.2019-cu il tarixdə 1825,99 USD, xx.xx.2019-cu il tarixdə 2008,93 USD və xx.xx.2019-cu il tarixdə 932,64 USD, həmçinin digər şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti göndərilmişdir. Həmin cədvəldə Cavabdeh İddiaçı tərəfindən pul göndərilməsi qeyd edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 17 mart 2025-ci il tarixli, 32025/204/5926 nömrəli cavab məktubuna əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh Böyük Britaniyadan 07.08. 2019-cu il tarixdə 1132,84 USD məbləğində pul vəsaiti göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 01 may 2025-ci il tarixli, 6-2- 106/2-27/2025 qeydiyyat nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Böyük Britaniyadan “Western Union”sistemi vasitəsi ilə Jamshed Butt tərəfindən 3547,62 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür,Cavabdeh həmin vəsaiti xx.xx.2019-cu ildə almışdır.

8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir ki, cavabdeh iddiaçının xeyrinə əsassız varlanmış və pul vəsaiti əldə etmişdir. Məhkəmə tərəfindən iddianın əsassız olduğundan təmin edilməməsinə dair gəldiyi nəticə maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə Mülki Məcəllənin 1092.1-cimaddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pul vəsaitlərinin cavabdeh tərəfindən əldə edilməsi və bankdan götürülməsi iş materiallarına əlavə edilmiş sənədlər ilə təsdiqini tapmış və cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Bunun üçün varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbində də qeyd etdiyi kimi cavabdeh iddiaçının keçmiş arvadı Leylanın qardaşı arvadıdır. Həmin şəxsə müxtəlif tarixlərdə pullar göndərilmişdir. Həmin şəxs göndərilən pulları Leylaya verməmişdir. Bunun üçün cavabdehə ödənilən pullar iddiaçıya geri qaytarılmalıdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasənMülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd etdiyi kimi,cavabdehin hərəkətləri hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi daşıyır. Cavabdeh iddiaçının hesabına əsassız varlanmaqla gəlir əldə etmişdir. Cavabdeh iddiaçının iddiasına qarşı məhkəməyə etiraz ərizəsi göndərmiş, etirazında qeyd edərək bildirmişdir ki, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut yoxdur. İddiaçı tərəfdən ona heç bir pul məbləği göndərilməmişdir. Həmçinin verilmiş sorğulara əsasən alınmış cavablardanda göründüyü kimi iddiaçı tərəfdən ona heç bir pul məbləği göndərilməmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Belə ki, sorğular vasitəsilə iddiaçının ona pul göndərib-göndərməməsini dəqiqləşdirmək əvəzinə digər şəxslər barədə məlumatlar əldə edilmiş, bank sirri təşkil edən, həmçinin şəxsi məlumatlar məhkəmənin vasitəsilə iddiaçının əlinə keçmişdir. İddia tələbini sübut edən mötəbər sübutların olmaması ilə yanaşı, eyni zamanda bu əsasla (əsassız varlanma) məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu hüquqları qüvvədən düşüb. Bu səbəblərdən də, iddia tələbi rədd edilməlidir. Bir daha məhkəməninin nəzərinə iddiaçıdan hər hansı məbləğin onun tərəfindən qəbul edilmədiyini bildirərək, təqdim edilmiş sübutlara əsasən hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, təqdim edilən pul köçürmələrini təsdiqləyən (qoşmaya əlavə edilmiş pulun göndərilməsini təsdiq edən sənəd adlandırılmış) sənədlərin ümumi mənşəyini müəyyən etmək olmur. HəRa hesab edilsə ki, belə bir hal mövcuddur o zaman iddiaçının təqdim etdiyi hazırki sənədlərdə vəsaitin hansı təşkilat (bank və s) tərəfindən göndərilməsini müəyyən etmək olmur. Digər tərəfdən həmin sənədlərdə ölkədən-ölkəyə köçürmə etməyə səlahiyyəti (hüququ) olan hər hansı bir təşkilatın (bank və s) təsdiqedici rekvizitləri(imza möhürü və s.) yoxdur. İddiaçı ümumiyyətlə qeyd edilən məbləğin (məbləğlərin) ona göndərilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Məhkəmə sorğusu əsasında Azərbaycan Beynəlxalq Bankı ASC və Kapitalbank ASC-dən alınmış pul köçürmələrini təsdiqləyən sənədlərə əsasən müəyyən etmək olur, iddiaçı tərəfdən cavabdehin özünə heç bir pul məbləği göndərilməmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı halları sübut etməli olduğu halda, hesab edir ki, bunu edə bilməmişdir. Bu da hazırki iddianın əsassız olmasını göstərir. Cavabdehin qeyd olunan etirazına münasibət olaraq bildirir ki, təqdim edilən pul köçürmələrini təsdiqləyən sənədlərin ümumi mənşəyini müəyyən edən sənədlər Azərpoçtdan və bankdan əldə olunmuş rəsmi sənədlərdir. Hansı ki həmin sənədlər ilə cavabdehin iddia tələbində qeyd olunan məbləğləri alması öz təsdiqini tapır. Cavabdeh iddiaçı tərəfdən ona heç bir pul məbləğinin göndərilmədiyini bildirir. Cavabdehin vermiş olduğu etiraza nəzər yetirilsə etirazında iddiaçı tərəfindən ona heç bir məbləğdə pulun göndərilmədiyini, lakin məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu huquqları qüvvədən düşdüyünə əsaslanır. Cavabdehin etirazından belə anlaşılır ki, cavabdeh iddiaçı tərəfindən özünə müxtəlif məbləğlərdə pulların göndərildiyini qəbul edir, lakin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavə olunan qoşmaya əsasən qeyd edilən məbləğlərin ümumiyyətlə özünün tərəfindən götürülüb-götürülməməsini təsdiqini tapmadığını qeyd bildirir. Yuxarıdada qeyd etdiyi kimi, iddia tələbində qeyd olunan məbləğlərin cavabdeh tərəfindən götürülməsi işə əlavə olunan Azərpoçtdan Kapital bankdan və ABB-dən əldə olunmuş rəsmi sənədlərə əsasən cavabdeh tərəfindən qəbul edildiyi və götürüldüyü öz əksini tapır. İddia tələbinin təmin edilməsi üçün mülki iş materialına kifayət qədər sübutlar əlavə edilmişdir. Məhkəmənin həmin sübutlara düzgün hüquqi qiymət verməməsi nəticədə əsasız və qanunsuz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir.

10. Ona görə də, Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)- 331/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə kollegiyasının iclasından iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)- 331/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. İddiaçı nümayəndəsi və vəkili İsayev X10 Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)-331/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

26. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

27. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

28. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi 13500 funt sterling və 4680,46 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə göndərdiyini iddia etsə də, bu halı təsdiq edəcək heç bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Təqdim edilmiş sübutların heç biri ilə İddiaçı Cavabdeh pul göndərməsi təsdiq olunmur. Əksinə həmin sübutlarla təsdiq olunur ki, iddiaçının iddia etdiyi 2019-cu ildə X2muş, onun özü Cavabdeh xx.xx.2019-cu il tarixdə 3700 USD, xx.xx.2019-cu il tarixdə 2374,49 USD, xx.xx.2019-cu il tarixdə 584,44 USD, xx.xx.2019-cu il tarixdə 1928,13 USD, xx.xx.2019-cu il tarixdə 1825,99 USD, xx.xx.2019-cu il tarixdə 2008,93 USD və xx.xx.2019-cu il tarixdə 932,64 USD pul vəsaitləri göndərmişdir. X1 halda iddiaçının Cavabdeh Leyla Əliyevaya verməsi üçün pul göndərməsini iddia etməsi iddia tələbinin əsassız olduğunu açıq aşkar sübut edir. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh hər hansı pul məbləğinin göndərilməsi təsdiq olunduğu halda belə iddia tələbi təmin oluna bilməz. Belə ki, pul məbləği müxtəlif məqsədlər üçün, o cümlədən borcun qaytarılması, bəxşiş və s. məqsədlər üçün göndərilə bilər. 2019-cu ildə X1 halda, iddiaçının ona verməsi üçün Balakən rayonu Talalar kəndində yaşayan Cavabdeh pul göndərməsi inandırıcı hesab oluna bilməz.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)- 331/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(019)-331/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar