Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-829/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılıb, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun və onun əsasında aparılmış alqı-satqı aktının (alqı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıllı rayonu, İvanovka kəndində yerləşən şəxsi mülkiyyətində olan 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 121.5 kv.metr olan fərdi yaşayış evindən (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən) çıxarılması və həmin evin və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İvanovka kəndi Telefonnaya küçəsi ev 19 ünvanında yerləşən 1995-ci ildən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh faktiki sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq X2 adına hazırlanmış hüquqmüəyyənedici sənədlərin və onun əsasında aparılmış alğı-satqı aktının (alğı-satqı müqaviləsinin) və cavabdeh İddiaçı adına verilmiş Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun və onun əsasında aparılmış alqı-satqı aktının (alqı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)- 605/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı hazırkı tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda, həmin qaydalara əməl etməyərək ümumi qaydada hazırkı qarşılıqlı iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, qarşılıqlı iddia ərizəsinin tələblərdən biri də mübahisəli əmlakın əvvəlki mülkiyyətçinin “hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun ləğv olunması”dır. Bu halda əvvəlki mülkiyyətçinin mübahisəli əmlaka dair mülkiyyət hüququnun əldə edilməsi əsası müəyyən edilməlidir. Yəni mülkiyyət hüququ inzibati orqanın sərəncamı və ya qərarı əsasında əldə olunmuşdursa mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Əks halda, məsələn, əgər mülkiyyət hüququ vəsiyyət üzrə və ya hər hansı bir müqavilə (bağışlama, alqı-satqı və s.) üzrə əldə olunmuşdursa, mübahisəyə müvafiq olaraq ümumi məhkəmədə baxılmalıdır. Digər tərəfdən isə məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmin hissədə birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir: - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə. Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə-iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə,prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz.Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə-iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə,prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz.Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrıayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı işdə qarşılıqlı iddia tələbi “hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun və onun əsasında aparılmış alğı-satqı aktının (alğı-satqı müqaviləsinin) və İddiaçı adına qeydə alınmış çıxarışın ləğv olunması mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə müvafiq olaraq qarşılıqlı iddianın icraata qəbul edilməsi şərtlərinə uyğun gəlmir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e- 2(037)-605/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cаvаbdеh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-829/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-829/2025
12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver