Məhkəmə qərarları › İş №2(107)-83/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-83/2023

05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-83/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Azərbaycan Respublikasının Fövqəladə və Təbii Hallar Nazirliyinə Qax Rayon Yanğından Müdafiə İdarəsinə qarşı onun kubikdən inşa etdirdiyi hasarın üzərində cavabdeh tərəfindən qanunsuz olaraq 8-9 metr uzunluğunda tikilinin sökülməsi, qanunsuz zəbt edilmiş yolun açılması onun şəxsi vəsaiti ilə tikdiyi kanalzasiyadan cavabdehin istifadə etməsinin qadağan edilməsi və görüləcək söküntü işlərinin cavabdehin hesabına edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi, onun şəxsi mülkiyyətinə aid olan ərazidə cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya quyusunun özü tərəfindən öz xərci ilə götürülməsinin təmin edilməsinə və söküntü yaradılmış ərazidə səliqə səhman yaradılmasının təmin edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Azərbaycan Respublikasının Fövqəladə və Təbii Hallar Nazirliyinə Qax Rayon Yanğından Müdafiə İdarəsinə qarşı onun kubikdən inşa etdirdiyi hasarın üzərində cavabdeh tərəfindən qanunsuz olaraq 8-9 metr uzunluğunda tikilinin sökülməsi, qanunsuz zəbt edilmiş yolun açılması onun şəxsi vəsaiti ilə tikdiyi kanalzasiyadan cavabdehin istifadə etməsinin qadağan edilməsi və görüləcək söküntü işlərinin cavabdehin hesabına edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi, onun şəxsi mülkiyyətinə aid olan ərazidə cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya quyusunun özü tərəfindən öz xərci ilə götürülməsinin təmin edilməsinə və söküntü yaradılmış ərazidə səliqə səhman yaradılmasının təmin edilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(024)-35/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, maraqlı tərəflər Qax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Qax rayon X3 İdarəsinə qarşı onun kubikdən inşa etdiyi hasarın üzərinə cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş 8-9 metr uzunluğunda tikilinin sökülməsi, qanunsuz zəbt edilmiş yolun açılması, onun şəxsi vəsaiti ilə tikdiyi kanalizasiyadan cavabdehin istifadə etməsinin qadağan edilməsi və görüləcək söküntü işlərinin cavabdehin hesabına edilməsi barədə ilk və Cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi, onun şəxsi mülkiyyətinə aid olan ərazidə cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya quyusunun özü tərəfindən öz xərci ilə götürülməsinin təmin edilməsi və söküntü yaradılmış ərazidə səliqə səhman yaratmasının təmin edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(024)-35/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Qax rayon X3 İdarəsinə qarşı “onun kubikdən inşa etdiyi hasarın üzərinə cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş 8-9 metr uzunluğunda tikilinin sökülməsi, qanunsuz zəbt edilmiş yolun açılması, onun şəxsi vəsaiti ilə tikdiyi kanalizasiyadan cavabdehin istifadə etməsinin qadağan edilməsi və görüləcək söküntü işlərinin cavabdehin hesabına edilməsi tələbi”nə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi, onun şəxsi mülkiyyətinə aid olan ərazidə cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya quyusunun özü tərəfindən öz xərci ilə götürlüməsinin təmin edilməsinə və söküntü yaradılmış ərazidə səliqə səhman yaratmasının təmin edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsasısz olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tаrixli, 2(107)-1324/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmiş və ekspert rəyi аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(024)-35/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirməklə ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, İddiaçı apelyasiya şikayətindən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə İddiaçı apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və İddiaçı münasibətdə işin apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(024)-35/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar