Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-83/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı (açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X15 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2(075)-209/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfinən verilmiş 28 aprel 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 aprel 2021-ci il tarixdən kəskin respirator çatışmazlığından Bakı şəhərində vəfat etmişdir.
2. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, ona məxsus olan 600 kv.m torpaq sahəsinin X1 etiraz etmir.
3. İş materiallarında olan 14 aprel 2002-ci il tarixli aktdan görünür ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 27 aprel 1989-cu tl tarixli 05 nömrəli Qərarına əsasən Cavabdeh Şəhəri 4-cü kvartalında üç otaqlı ev tikmək üçün 600 kvm torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində kürsüyə qədər bünövrə qoyulmuşdur. Cavabdeh hazırda Rusiyada olduğundan onun adına olan həmin sahənin satılması üçün atası Nüyvərov Salmana razılıq vermişdir. X12 da həmin 600 kv.m torpaq sahəsini qonşusu X2 istəyir. Odur ki, hər iki tərəfin razılığı ilə Əliyev Vaqif həmin torpaq sahəsi üçün X10 1200 ABŞ dollarını verərək həmin torpaq sahəsini özünün torpaq sahəsinə birləşdirmişdir. X20 və yaxud oğlu gələcəkdə həmin torpaq sahəsi üzrə hər hansı bir tələb və yaxud imtina edərsə onda verilmiş 1200 ABŞ dollarının iki mislini qaytarmağa borcludur, Əliyev Vaqif həmin torpaq sahəsini gələcəkdə rəsmiləşdirdikdən sonra isə bu tələb öz qüvvəsini itirir. Aktda göstərilən 1200 ABŞ dollarını oğlu Tacəddinin əvəzinə onun razılğı ilə X12 qızı Yaqutun iştirakı ilə almış və gələcəkdə baş verə biləcək bütün mübahisələrə cavabdehlik daşıyır. Aktın doğruluğunu X12, X11 və X8 öz imzaları ilə təsdiq etmişlər.
4. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli Cavabdeh adına əmlak olub-olmaması barədə məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli Şəki şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən Cavabdeh istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin kimin adına qeydiyyata alınmasına dair məlumatın verilməsi barədə 08 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Şəki şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən X5 istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin kimin adına qeydiyyata alındığını müəyyən etmək mümkün olmamışdır.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun mərhum atası X8 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 27 aprel 1989-cu tarixli, 05 nömrəli iclas protokolunun qərarı əsasında ünvan 1 ünvanında yaşayan, bir nəfər ailə üzvlü, Şəki təmir tikinti sahəsində sürücü işləyən, Əfqanıstan Demokratik Respublikasında hərbi xidmətdə olmuş Cavabdeh istifadəsinə şəhərin 4-cü kvartalında 600 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Təxminən 2002-ci ildə hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh mərhum atası X4 müraciət edərək ona ayrılmış torpaq sahəsini satmaq istədiyini bildirmiş, əgər imkan varsa həmin torpaq sahəsini almasınıı təklif etmişdir. Atası da, onun təklifini qəbul etmiş və həmin torpaq sahəsini 1200 ABŞ dollarına alqı-satqı edilməsinə razılaşmışlar. Həmin vaxt torpağın sənədləri olmadığından alqı-satqının rəsmiləşdirilməsi mümkün olmamışdır. Daha sonra hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasına getmiş və gedərkən torpaq sahəsinin mərhum atası X1 razı olması barədə iltizam vermişdir. Bundan sonra 14 aprel 2002-ci ildə hazırkı iş üzrə cavabdehlərin mərhum atası X12, hazırkı iş üzrə cavabdeh X11 və mərhum atası X8 arasında torpaq sahəsinin alqısatqısına dair akt bağlanmış və həmin akt notarial qaydada təsdiq edilmişdir. Həmin tarixdən torpaq sahəsi onların istifadəsinə verilmiş və bu günə kimi də mübahisəsiz qaydada tərəflərindən istifadə edilmişdir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh müqavilənin rəsmiləşdirilməsi barədə müraciət edilsə də, hər dəfə “onsuz da biz həmin torpağı sizə satmışıq deyərək” rəsmiləşdirməkdən yayınmışdır. Onun atası X8 19 aprel 2021-ci ildə kəskin respirator çatmamazlığı səbəbindən ölmüşdür. Bundan sonra mərhum atasının vərəsəsi qismində o tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra tərəfindən Cavabdeh alqı-satqı müqaviləsinin bağlanması təklif edilsə də, bu dəfə də müqavilə bağlamaqdan yayınmışdır. 2002-ci ildən etibarən həmin torpaq sahəsi onların istifadəsində olmuş və heç bir şəxsin buna hər-hansı bir etirazı olmamışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2002-ci il tarixdə yaranmışdır. Ona görə də həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, torpaq sahəsi bu günə kimi iddiaçının istifadəsində olmuşdur və heç bir problem yaranmamışdır. Aktda qeyd olunub ki, əgər Tacəddin və gələcəkdə onun oğlu torpaq sahəsinə iddia qaldırarsa həmin alqı-satqı razılaşmasına əsasən ödənilən pulun iki misli olmaqla geri qaytarmağa borcludur. Həmin vaxtı evin niyə rəsmiləşdirilmədiyi məsələsinə gəldikdə isə səbəb o zaman evin sənədlərinin hazırlanmasının çətin olması idi. Lakin hazırda həmin sənədləşmələri etmək rahatdır. İş materiallarından da göründüyü kimi onlar arasında alqı-satqı əqdi imzalanmışdır. Onlar arasında alqı-satqıya razı olmaq barədə qəbz yazılıb imzalanıb. Sonradan cavabdeh imzanın ona aid olmadığını deyib. Lakin cavabdeh torpağın satıldığı barədə məlumatlı idi. Cavabdeh özü də etiraf edib ki, o 2005-ci ildə Rusiyadan gəlib və bu zaman əmlakın satıldığından məlumatlı olub. Cavabdehin özünün də bunu etiraf etməsi və alqı-satqı aktından görünür ki, cavabdehlər həqiqətən də alqı-satqı barədə razılaşıblar. Keçən müddət ərzində cavabdeh buna etiraz etməyib. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, Əfqanıstan veteranı olduğu üçün 1989-cu ildə ona torpaq verilib. Atası xəstə olduğundan və özünün imkanının zəif olması səbəbi ilə Rusiyaya işləmək üçün gedib. 2005-ci ildə atası vəfat edəndə Rusiyadan Azərbaycana qayıtmışdır. Gələndən sonra eşitmişdir ki evi satıblar. O bunu eşidib məhkəməyə müraciət etmək istəsə də ailə üzvləri qoymayıblar. O, məhkəməyə müraciət etməməsinin səbəbini belə izah edir ki, bu müddət ərzində qarşı tərəfi gözləmiş, aralarında razılığa gələ biləcəklərini fikirləşmişdir. Daha sonra Asan Xidmətdən çıxarış almaq üçün getmiş lakin sonradan ona deyiblər ki, torpağın üstündə pul var, həmçinin torpaqda sürüşmə var. Həmin torpaq sahəsi üzərində ev yoxdur. O, Rahibin oğlunu tanımır. 1993-cü ildə Rusiyaya getmiş 1996-cı ildə anasının 2005-ci ildə isə atasının vəfat etməsi səbəbi ilə Azərbaycana gəlib. 1200 dolları atası ilə bacısı alıb. Torpaqdan hal-hazırda qarşı tərəf istifadə edir. Evin qapısını da onlar yerini dəyişiblər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dəvət olunmuş X9 izahat verərək bildirmişdir ki, Rahib onun qardaşı oğludur. Cavabdehin torpaq sahəsi onların torpaq sahəsinə bitişikdir. Bir müddət sonra makler həmin torpağın satıldığını bildirdi. Onlar razılaşdıqdan sonra müəyyən olundu ki, torpaq sahəsi Tacəddinin adınadır. Atası Tacəddinin razılığının rəsmi qaydada alınmasını təmin edəcəyini bildirərək notariusun iştirakı ilə alqı-satqı etmişlər.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh onun qonşusudur. Tacəddinin atası Salman ona torpaq sahəsinin satmaq istədiyini demişdir. Səbəbini soruşduqda isə Salman ona onsuz da evin dağıldığını və uşaqların da Rusiyada olduğunu bildirmişdir. O, da əmlakın satıldığını İlqara bildirib. Sonradan evin satıldığını eşitmişdir.
12. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 14 may 2024-cü il tarixli, e- 2(075)-209/2024 saylı qətnaməsi ilə iddia rədd edilərək iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh ilə X8 arasında alqı-satqı müqaviləsinin bağlanmasını, məhz bu səbəbdən Cavabdeh tərəfindən iltizamın imzalanmasını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Cavabdeh tərəfindən imzalanması göstərilən iltizam torpaq sahəsinin alqı-satqısı şərtlərini özündə əks etdirən müqavilə deyildir. Həmin ərizədə torpaq sahəsinin alqı-satqısının tərəfləri, torpağın satış qiyməti, müqavilənin müddəti, bu alqı-satqının hansı vaxtda notarial qaydada təsdiqlənməli olması və sair şərtlər göstərilməmişdir. Ona görə də həmin ərizə 0,06 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh ilə X8 arasında bağlanmış sadə yazılı əqd kimi qəbul edilə bilməz.
15. Məhkəmə işin faktiki hallarının məcmusunu nəzərə almaqla hesab etmişdir ki, Cavabdeh ilə iddiaçının mərhum atası X8 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 152.1, 152.2, 152.5, 157.4, 324.1, 337.1, 337.2, 354.2, 359.1, 362.1, 362.2, 560.1, 567, 646.1, 648.1, 648.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4 və 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İşə birinci instansiya məhkəməsi qismində baxan Şəki Rayon Məhkəməsi hazırkı iş üzrə iddiaçının (onun mərhum atasının) vicdanlı alıcı olmasını nəzərə almamış, onun qanunla qorunan mülkiyyət hüquqlarını gözardı edərək mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Məhkəmə hazırkı mübahisənin hər tərəfli araşdırılmasına çalışmamış, iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmişdir. Ən sadə bir misalla məhkəmə cavabdehin niyə 2002-ci ildən bu günə kimi mülkiyyətində olan (əgər həqiqətən də, satmamışdırsa) torpaq sahəsinə hər-hansı bir iddia irəli sürmədiyini əsaslandırmamış, həmin xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Şəki Rayon məhkəməsini 14 may 2024-cü il tarixli, e-2(075)- 209/2024 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon məhkəməsini 14 may 2024-cü il tarixli, e-2(075)-209/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdeh X11 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri (24 iyun 2005-ci il tarixdə qüvvədən düşüb). 335.1 Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
30. Maddə Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
31. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
32. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir
33. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37 Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2(075)- 209/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, Şəki şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən Şəki şəhəri, 4-cü kvartalı ərazisindən 600 kv.m torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. 14 aprel 2002-ci ildə hazırkı iş üzrə cavabdehlərin mərhum atası X12, hazırkı iş üzrə cavabdeh X11 və iddiaçının mərhum atası X8 arasında torpaq sahəsinin alqı-satqısına dair akt bağlanmış və həmin akt notarial qaydada təsdiq edilmişdir. Həmin tarixdən torpaq sahəsi iddiaçı X3 istifadəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi həmin 600 kv.m torpaq sahəsinin Cavabdeh mərhum atası X12 tərəfindən İddiaçı mərhum atası X4 1200 ABŞ dolları dəyərində satılmasını, lakin torpağın sənədləri olmadığından və cavabdehlərin təqsiri üzündən həmin əqdin notarial qaydada təsdiqlənməməsini göstərmişdir. Buna görə də iddiaçı, hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun mərhum atası X8 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
48. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) bağlanmış hesab edilməsi barədədir.
49. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edib ki, mərhum atası mübahisəli torpaq sahəsini alan zaman torpağın sənədləri hazır olmamış, torpağın pulunu tam olaraq ödəmişdir. Həmin torpaq sahəsini naturada təhvil almış, öz həyətyanı torpaq sahəsinə bitişdirmiş, 20 ildən artıq fasiləsiz olaraq torpaq sahəsinə sahiblik etmişlər. Bu illər ərzində cavabdeh həmin torpaq sahəsi barədə ona heç bir irad bildirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır.
50. İddiaçı mübahisəli torpaq sahəsinin mərhum atasına məxsusluğunu bildirməklə, Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış sayılmasını xahiş edir.
51. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi səlahiyyətli dövvlət orqanı tərəfindən iş üzrə Cavabdeh istifadəsinə verilməsinə baxmayaraq, nə torpaq islahatı zamanı, nə də ondan sonra cavabdehin mülkiyyətinə verilməmiş və sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququları dövlət qeydiyyatına alınmamışdır.
52. Məhkəmə kollegiyasında araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin mərhum atası X12 cavabdehin razılığı ilə Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsini iddiaçının atası X4 1200 ABŞ dolları qarşılığında satmış, Salman Nüyvərov və oğlu həmin torpaq sahəsinin mülkiyyət sənədlərini aldıqdan sonra X3 adına rəsmiləşdirəcəyi barədə öhdəlik götürmüşdür.
53. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə (bu maddə xx.xx.2005-ci il tarixli qanunla çıxarılmışdır) istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehin atası tərəfindən iddiaçının atasına verilmiş mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir.
54. Kollegya qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının atası və cavabehin atası arasında imzalanmış AKT daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir.
56. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz.
57. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
58. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir".
59. K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqeyə görə... əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.... Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə de belə əqdlərdən biridir.
60. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
61. Eyni zamanda kollegiya bir daha vurğulayır ki, nə iddiaçının istinad etdiyi akt tərtib olunarkən mübahisə predmeti olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcud olmuş, nə də hal-hazırda vardır. Yəni daşınmaz əşya olan torpaq sahəsinə mülkiyyət hüququnu iddiaçı tərəfə vermək üçün cavabdeh tərəfin həmin torpaq sahəsinə mülkiyyət hüququ olmamışdır və hal-hazırda da yoxdur. Bu fakt işin mübahisəsiz halı olmaqla qeyd olunan aktın (alqı-satqı müqaviləsinin) bağlanmış hesab edilməsini qəti olaraq istisna edir.
62. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.
63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
64. Kollegiya verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
65. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
66. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2(075)-209/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
71. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən – 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2(075)-209/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov