Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-833/2025 15.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı5, X2, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: xitam verilib, qüvvə) X9 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı4, İddiaçı5, X2, İddiaçı2, İddiaçı1, İddiaçı7, X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı4, İddiaçı5, X2, İddiaçı2, İddiaçı1, İddiaçı7, X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətində olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evindən və 0.25 hektar həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin evin və torpağın boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Rаyоn Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(075)-149/2025 saylı qərаrdаdı ilə hazırkı iddia tələbinə iddiaçılar İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı4, İddiaçı5, X2, İddiaçı2, İddiaçı1 və İddiaçı7 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şəki Rаyоn Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(075)-149/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X8 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(075)- 149/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)- 233/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı4 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin iş üzrə ilkin iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, ilkin iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli mülkiyyətində olan Şəki rayonu Baş Kəldək kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 2000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilərək məcburi qaydada çıxarılması və Cavabdeh2 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədədir. Hazırki iş üzrə İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi ilə tərəflər arasında baş tutan digər məhkəmə mübahisəsində tərəflərin və iddianın pedmetinin eyni olması mübahisəsizdir. Eyni zamanda, hər iki işdə iddianın əsasını eyni hüquqi faktlar (mülkiyyət hüququnun pozulması), predmetini isə “iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” təşkil edir. Halbuki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Həmin qərardadın 41-ci bəndində isə qeyd edilmişdir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinə iddiaçılar İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(075)-149/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(075)-149/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 267, 269, 366, 397, 400, 402 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı4, İddiaçı5, X2, İddiaçı2, İddiaçı1, İddiaçı7, X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(075)-149/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-833/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-833/2025
15.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver