Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-835/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair (Açar sözlər: maddi hüquq normasının düzgün tədbiq edilməməsi, istehlakçının hüquqlarının müdafiəsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(037)-14/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 649,90 manat məbləğində borcun, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2(037)-869/2021 saylı əmrinə əsasən 649,90 manat məbləğində borcun, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Cavabdeh 12 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2(037)-869/2021 saylı əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli e-2(037)-869/2021 saylı qərardadına əsasən məhkəmənin 27 avqust 2021-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə prosesinin gedişində İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 150 manat əsas, 500 manat mənəvi ziyan məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat pulun İddiaçı MMC-dən alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 13 ay hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı mobil telefona görə qrafik üzrə 50 manat ödəniş etmişdir. 18 mart 2020-ci il tarixdə Cavabdeh Music Gallery mağazasına müraciət etmiş, telefonun çox güclü işləməsini əsas gətirərək telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. Servis mərkəzində telefon texniki baxışdan keçirildikdən sonra telefonda heç bir problemin olmadığı aşkar edilmişdir. X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli texniki rəyə əsasən texniki baxış zamanı mobil telefonda heç bir qüsurun aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Daha sonra Cavabdeh dəfələrlə mobil telefonu geri alması barədə müraciət edilmişdir. Lakin Cavabdeh nə telefonu geri götürmüş, nə də nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Müqavilənin tələbinə əsasən alıcının müqavilə ilə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İddiaçı MMC-nin satılmış məhsulun dəyərini və borc ödənişi gecikdirildikdə hesablanmış dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Ona görə də Cavabdeh müqavilə üzrə 649,90 manat borc, 94,56 manat cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb edir. İddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı (cavabdeh) Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin mart ayının 8-də İddiaçı MMC-dən Samsung Galaxy A51 markalı mobil telefon almışdır. Mobil telefonu aldıqdan 10 gün sonra telefonda donma, qızma kimi problemlər yaranmışdır. 18 mart 2020-ci il tarixdə telefonu İddiaçı MMC-yə təqdim edərək telefonun dəyişdirilməsini və ya qaytarılmasını tələb etmişdir. İddiaçı MMC-nin əməkdaşları tərəfindən ona telefonun texniki baxışdan keçirilməli olduğu, ona görə də telefonu X1 mərkəzinə təhvil verməli olduğu bildirilmişdir. O da mobil telefonu texniki baxışdan keçirilməsi üçün həmin gün tərtib edilmiş qəbul aktı əsasında X1 mərkəzinə təhvil vermişdir. Daha sonra dəfələrlə mobil telefonla maraqlansa da, Servis mərkəzinin əməkdaşları tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək telefonun ona qaytarılmasından imtina edilmişdir. Mobil telefonun texniki baxışdan keçirilməsi nəticəsində X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli texniki rəydə telefonda heç bir qüsurun aşkarlanmadığı bildirilmişdir. O isə Servis mərkəzinin əməkdaşlarından telefonda heç bir problem olmadığı halda iki aya yaxın müddət ərzində telefonun hansı səbəbdən X1 mərkəzində saxlanıldığını soruşmuşdur. Həmin vaxt ərzində dəfələrlə telefon aldığı Servis mərkəzinə getməyə vəsait sərf etmiş, ona maddi və mənəvi ziyan dəymişdir. O, nisyə alqı-satqı müqaviləsi bağlayarkən ilkin olaraq 50 manat ödəniş etmiş, telefona qoruyucu şüşə və qab vurmağa 20 manat, halhazırda Bakı şəhərində yaşadığından məhkəməyə gedib-gəlməyə 20 manat vəsait sərf etmişdir. İddiaçı MMC-nin hərəkətləri nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan dəymişdir. O, 150 manat əsas, 500 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin İddiaçı MMC-dən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. İddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 27 aprel 2022-ci il tarixli, e-2(037)- 14/2022 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçındən 50 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğ alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı mobil telefona görə qrafik üzrə 50 manat ödəniş etmişdir. 18 mart 2020-ci il tarixdə Cavabdeh mobil telefonda qızma, donma əlamətlər olduğuna görə telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. X1 mərkəzində telefon texniki baxışdan keçirildikdən sonra telefonda heç bir problem olmadığı bildirilmiş və bu barədə 02 may 2020-ci il tarixli texniki rəy verilmişdir. Həmin rəyə əsasən mobil telefonun heç bir qüsurunun aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Ona görə də İddiaçı MMC Cavabdeh telefonu geri alması, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə məlumat vermişdir. İddiaçı MMC Cavabdeh müqavilə üzrə 649,90 manat borc, 94,56 manat cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsini tələb edir. Cavabdeh mobil telefonda qüsurların olması səbəbindən telefonu tələb etmədiyini, iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı MMC-dən 150 manat əsas, 500 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon almış, 18 mart 2020-ci il tarixdə mobil telefonda qızma, donma əlamətlər olduğuna görə telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli rəydə texniki baxış zamanı mobil telefonda heç bir qüsur aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Cavabdeh mobil telefonda nasazlıq yarandığından malın dəyişdirilməsi və ya qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində servis mərkəzinə təhvil vermiş, servis mərkəzi isə telefonda heç bir qüsur aşkar edilmədiyi halda telefonu uzun müddət özündə saxlamışdır. Məhkəmə mobil telefonda heç bir qüsurun aşkarlanmadığı halda proqram təminatının yenilənməsi və funksiyalarının yoxlanılması üçün telefonun iki aya yaxın müddət ərzində servis mərkəzində saxlanılmasını ağlabatan hesab etmir. Belə ki, mobil telefonda heç bir qüsur yox idisə və telefonun proqram təminatının yenilənməsini, funksiyalarının yoxlanılmasını qısa müddət ərzində təmin etmək mümkün idisə, dərhal çatışmazlıq aradan qaldırılıb Cavabdeh təhvil verilməli idi. Lakin mobil telefon mart ayının 18-dən servis mərkəzi tərəfindən təhvil alınmış, may ayının 2-də telefonda heç bir qüsurun aşkar olunmaması barədə texniki rəy verilmiş, sentyabr ayının 12-də isə telefonun servis mərkəzindən götürülməsi barədə Cavabdeh SMS bildiriş göndərilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 150 manat əsas borc hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh mobil telefonu alarkən 50 manat ödəniş etmiş, lakin telefona qoruyucu şüşə və qab alması üçün 20 manat, gediş-gəliş üçün 20 manat vəsait sərf etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi qismən, 50 manat məbləğində təmin edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.1, 623.2, 624.1, 624.1.1, 624.1.2, 624.1.3, 624.1.4, 624.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış təhviltəslim aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və telefonu razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də hesab edir ki, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Qeyd etmək istəyir ki, iddiaçı telefonu aldığı andatelefonun keyfiyyətinə heç bir iradı olmamış, telefonu həmin tarixdən istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixə kimi istifadə etmişdir. Cavabdeh aldığı telefonun keyfiyyətini və texniki vəziyyətini yoxlatdırmaq hüququna malik olsa da, bu hüququndan istifadə etməmiş və ya buna zərurət görməmişdir. Cavabdeh telefonun ona satılan məqamda yararlı və ya qüsurlu olub-olmamasını müəyyənləşdirmək üçün heç bir tədbir görməmişdir. Cavabdeh məhsulu almış, işlətmişdir, bu halı tərəf özüdə məhkəmə iclasında təsdiq etmişdir. Sonradan həmin telefonu servisdə qoymuş və heç bir ödəniş etməmişdir. Özünun məhkəmə iclasında verdiyi məlumata əsasən, dərhal başqa telefonu nisyə alqı-satqı müqaviləsinə əsasən almışdır. Ona məhsulun geri götürülməsi barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin Cavabdeh nə hər hansısa ödənişlər aparmamış, nə də məhsulu gəlib servisdən geri götürməmişdir. Bu hal isə tərəfin borcun qaytarmamasına bəraət qazandıra bilməz. Həmin məhsul cavabdehə satılarkən tam işlək vəziyyətdə olmuşdur, heç bir qüsuru müşahidə olunmamışdır. Həmin maddəyə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin maddənin ikinci bəndinə əsasən, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı məhsulu xx.xx.2020-ci il tarixində qaytarmışdır. Servisə daxil olarkən telefon açılıb, işlədilməsi nəticəsində korpusda xırdacızıqlar var idi. İddiaçı xx.xx.2020-ci il tarixli mütəxəssisin texniki rəyinə əsasən cihazda heçbir qüsur aşkar edilməmiş, proqram təminatı yenilənmiş, bütün funksiyalar yoxlanılmış, smartfonun tam işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. İşə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə mütəxəssis rəyi almadan, telefona baxış keçirmədən yalnız cavabdeh tərəfin mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. Hakim iş üzrə hərtərəfli araşdırmaaparmalı idi. Cavabdeh məhsulun geri götürülməsi barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(037)-14/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi tam təmin edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. 583.3-cü maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır. 583.4-cü maddəsinə əsasən satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(037)-14/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(037)- 14/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İlk öncə kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. İddia tələbinin mahiyyətindən görünür ki, tələb “istehlakçı hüquqlarının müdafiəsi” barədədir. İddiaçı tələbinin faktik əsası kimi nisyə qaydada almış Samsung Galaxy A51 markalı mobil telefon aparatının qüsurlu olmadığını göstərir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində iddiaçının sərgilədiyi mübahisə ilə razılaşmır və öz mövqeyini həmin telefonda olan qüsurun istehsal qüsuru kimi deyil, istehlak olunan zaman deformasiyaya uğraması və əyilməsi ilə əlaqələndirir. Cavabdeh həmçinin qeyd edir ki, mübahisələndirilən telefonda yaranmış nasazlıq istehsalçı zəmanət şərtlərinə daxil deyil. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı mobil telefona görə qrafik üzrə 50 manat ödəniş etmişdir. 18 mart 2020-ci il tarixdə Cavabdeh mobil telefonda qızma, donma əlamətlər olduğuna görə telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. X1 mərkəzində telefon texniki baxışdan keçirildikdən sonra telefonda heç bir problem olmadığı bildirilmiş və bu barədə 02 may 2020-ci il tarixli texniki rəy verilmişdir. Həmin rəyə əsasən mobil telefonun heç bir qüsurunun aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Ona görə də İddiaçı MMC Cavabdeh telefonu geri alması, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə məlumat vermişdir. İddiaçı MMC Cavabdeh müqavilə üzrə 649,90 manat borc, 94,56 manat cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsini tələb edir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alıq-satqı müqaviləsi və müqaviləyə əlavə olan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. 18 mart 2020-ci il tarixli qəbul aktından görünür ki, “Samsung Galaxy A51 markalı mobil telefon donma, qızma nasazlıqlarına görə Cavabdeh tərəfindən X1 mərkəzinə akt üzrə təhvil verilmişdir. X1 mərkəzinin 02 may 2020-ci il tarixli texniki rəyindən görünür ki, Samsung Galaxy A51 markalı mobil telefona texniki baxış zamanı cihazda heç bir qüsur aşkarlanmamış, proqram təminatı yenilənmiş, telefonun bütün funksiyaları yoxlanılmış, smartfon tam işlək vəziyyətdə olmuşdur. Mobil telefon açılıb işlədilmiş, korpusunda xırda cızıqlar yaranmışdır. 06 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satış məbləği 699,90 manat olan mobil telefon üçün Cavabdeh 649,90 manat qalıq borcu qalmışdır. "xxxx" MMC tərəfindən 12 sentyabr 2020-ci il tarixdə göndərilmiş SMS bildirişdən görünür ki, mobil telefonun təhvil verilməsi üçün hazır vəziyyətdə olduğu və 3 iş günü ərzində telefonun qəbul edilməsi barədə məlumat verilmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, qarşılıqlı iddiaçı (cavabdeh) Cavabdeh mobil telefonda qüsurların olması səbəbindən telefonu tələb etmədiyini, iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı MMC-dən 150 manat əsas, 500 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsini tələb etsə də məhkəməyə heç bir sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Kollegiya qeyd edir ki, baxılan iddianın təmin olunması üçün ilk növbədə zərərin vurulması, zərər vurulması sübut olunduğu halda həmin zərərin məhz cavabdehlə səbəbli əlaqəsi sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdırma aparılmasına ehtiyac qalmır, yox əgər zərərin vurulması təsdiq olunursa, bu halda mütləq həmin zərərin vurulmasında qarşı tərəfin (hazırki halda cavabdeh tərəfin) bilavasitə günahkar olması və məsuliyyət məsələsi həll olunmalıdr. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Şikayətin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, tərəflər arasında imzalanmış təhviltəslim aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və telefonu razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də hesab edir ki, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Qeyd etmək istəyir ki, iddiaçı telefonu aldığı andatelefonun keyfiyyətinə heç bir iradı olmamış, telefonu həmin tarixdən istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixə kimi istifadə etmişdir. Cavabdeh aldığı telefonun keyfiyyətini və texniki vəziyyətini yoxlatdırmaq hüququna malik olsa da, bu hüququndan istifadə etməmiş və ya buna zərurət görməmişdir. Cavabdeh telefonun ona satılan məqamda yararlı və ya qüsurlu olub-olmamasını müəyyənləşdirmək üçün heç bir tədbir görməmişdir. Cavabdeh məhsulu almış, işlətmişdir, bu halı tərəf özüdə məhkəmə iclasında təsdiq etmişdir. Sonradan həmin telefonu servisdə qoymuş və heç bir ödəniş etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası apelylasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tаrixli, e-2(037)-14/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir, qarşılıqlı iddia rədd edilməlidir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, ilk iddia təmin edildiyindən Cavabdeh İddiaçındən almış olduğu mübahisəli telefonu geri tələb edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tаrixli, e-2(037)-14/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 649,90 manat məbləğində borcun, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilsin. 649,90 manat məbləğində borc, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borc və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-835/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-835/2022
01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver