Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-839/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən və 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 tаrixli qərardadı ilə iddia tələbinin bir hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hər iki ekspert rəyində göstərilmişdir ki, həm evlərin, həm də torpağın naturada bölgüsü mümkündür və bu mümkünlük texniki cəhətdən əsaslandırılmışdır, lakin məhkəmə bu halı nəzərə almamışdır. Belə ki, hər iki ekspert rəyinə əsasən Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən yaşayış evlərinin həyətyanı torpaq sahəsinin planlı yerləşməsini, o cümlədən iki tərəfdən küçə ilə, iki tərəfdən isə qonşu sahələrlə əhatə olunduğunu, həyətyanı sahənin faktiki olaraq təcrid şəkildə 3 hissəyə bölündüyünü və hər 3 hissəyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Mübahisəli torpaq sahəsinin 1/3 hissədə naturada ayrılaraq ona verilməsi tələbinin 2020-ci il qətnaməsi ilə qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni tamamilə əsassız və qanunsuz hesab edir. Məsələ burasındadır ki, 2020-ci il qətnaməsində qeyd edilir ki, torpaq sahəsi üzərindəki əsas və köməkçi tikililərin bölündükdən sonra və bu barədə təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkündür. Bu gün tikililərin bölgüsü problemi yoxdur, yəni faktiki olaraq evi və onun yerləşdiyi torpaq sahəsini bölmək mümkündür. Onu da qeyd edir ki, bu məsələ üzrə məhkəmədə heç bir məsələyə toxunulmamış, heç bu məsələ barədə heç bir araşdırma belə aparılmamışdır. Məhkəmə bir vacib məqamı da nəzərə almamışdır ki, o, 2020-ci ildə iddia qaldıran zaman yalnız torpağın bölgüsünü tələb etmişdir, hazırki iddiada isə o, həm torpağın, həm də evin naturada ayrılmasını tələb etmiş, yəni iddianın predmeti dəyişmişdir. Məhkəmənin çıxardığı xx.xx.2022-ci il qərardadında da məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hazırki iddia ərizəsində iddianın predmetinin dəyişməsini nəzərə almamışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 2(075)-26/2022 saylı 21 aprel 2022ci il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-97/2020 saylı qətnaməsi ilə iddiaçının eyni cavabdehlərə qarşı olan iddia tələbinin xx.xx.2019-cu il tarixli **********06- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması hissəsinə məhkəmədə bir dəfə baxılmış və iddia tələbi rədd edilmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən və 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/83 hissəsinin naturada ayrılaraq ona verilməsi hissəsi üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər eyni əsas üzrə eyni predmet barəsində tələbi yenidən irəli sürə bilməzlər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payların naturada ayrılması tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı qəbul edilərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-839/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-839/2022
23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver