Məhkəmə qərarları › İş №2(107)-844/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-844/2022

08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-844/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 17 avqust 2021-ci il tarixli 2(075)- 1214/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsi, İddiaçı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin miras əmlakın 2/3 hissəsinin onların payları kimi tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsinin təmin edilməməsi, İddiaçı ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onun özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(102)-1849/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kv/m fərdi yaşayış evinə vərəsəliyin açılması və həmin miras əmlakın onun adına tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını qəbul etmə faktının və həmin miras əmlakının onun adına tam miras payının müəyyən edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizələrində, onların 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə iddiaçının arvadı X6 adına rəsmiləşdirilsə də sonradan həmin alqı-satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X6 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yalnız iddiaçının özü yaşamış, ondan qalmış mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mərhumun digər vərəsələri olan cavabdehlər isə mirası nə faktiki, nə də ki, notariat orqanına vaxtında ərizə verməməklə qəbul etməmişlər. Mirasa yiyələnməmişlər, miras əmlakı idarə etməmişlər. Həmçinin, cavabdehlər mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə onun arvadı X6 adına rəsmiləşdirilsə də sonradan həmin alqı-satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X6 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atası ilə birlikdə o, onun arvadı X11 və 3 övladı yaşamışlar. Lakin iş üzrə cavabdehlər olan bacıları neçə illər əvvəldən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışlar. Belə ki, cavabdehlər ailə qurub köçdükləri digər ünvanlarda yaşamışlar. Atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etdikdə atasının yasını həmin evdə o, özü təşkil etmişdir. İş üzrə cavabdehlər olan bacıları Cavabdeh1 və Cavabdeh2 atasının bütün yas mərasimləri dövründə, yəni yasın 1-ci günündən başlayaraq 40-cı gününə kimi Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib getsələr də atasının vəfatından sonra bircə gün də olsun cavabdehlər həmin evdə qalmamışlar. Cavabdehlər yas xərcləri ilə bağlı ona heç bir köməklik etməmişlər. Həmçinin, mərhum atası xəstə olduğu dövrdə atasına o və onun arvadı X11 baxmışlar, lakin cavabdehlər mərhum atasına baxmamışlar. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu sağlığında Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da 1984-cü ildə ailə qurub ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində atası Müzəffər, anası Kişvər və qardaşı Zakir yaşamışlar. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdiyi zaman Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Zakir və onun ailəsi yaşamışdır. Atası vəfat etməmişdən, yəni xəstə olduğu dövrdə o və bacısı Mahizər vaxtaşırı atalarının yanına gələrək onu müalicə etmişlər. Atası Müzəffər vəfat etdiyi vaxt bacısı Mahizər Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atasının yanında olmuşdur. O, isə atasının vəfat etdiyi anda işdə olsa da bunu eşidib dərhal işdən atasının vəfat etdiyi yerə gəlmişdir. O və bacısı Mahizər ataları Müzəffərin bütün yas tədbirləri dövründə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşlar. Yası birlikdə yola vermişlər. Belə ki, atası sağlığında pensiya kartını bacısı Mahizərə vermiş və bacısı Mahizər də atasının pensiyasından hər ay müyyən qədər pulu ayırmaqla cəmi 2000 manat pul yığmışdır. Atasının yasında bacısı Mahizər atasının pensiyasından yığılmış həmin 2000 manat pulu yasa xərclənməsi üçün xalası oğluna vermişdir. O və bacısı hətta yasın 52-ci günü də Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında olmuşlar və yas xərclərini birlikdə qarşılamışlar. Atasının məzarı üçün baş daşının hazırlanmasını da xalası oğlu danışmış və baş daşı da qoyulmuşdur. Həmçinin atasının vəfatının 40-cı günündən sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalmamışlar və oradan qiymətli bir əşya götürməmişlər. Atası vəfat etdikdən sonra 2020-ci ilin iyun ayında atalarından qalmış mirasla bağlı notariata müraciət etmişlər. Belə ki, atalarının vəfat etməsindən sonra məlumatsız olduqlarından notariata gec müraciət etmişlər. Həmçinin atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün heç nə etməmişdir. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu sağlığında Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da sonradan digər ünvana köçmüşdür. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən xəstə olmuş və o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalaraq xəstə atasına baxmışdır. Atası vəfat etdiyi məqamda da o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşdur. Atası vəfat etdikdən sonra da o, 40 gün müddətində həmin evdə yaşamış və həm bacısı Hacər, həm də qardaşı Zakir atalarının yasını təşkil etmişlər. Belə ki, o atasının pensiyasından yığdığı 1700 manatı, qardaşı Zakir isə atasından qalmış 1000 manatı yasın təşkilinə sərf etmişlər. Atalarının məzarı üçün baş daşını da yasın 40 mərasimindən əvvəl o və bacısı Hacər götüzdürmüşlər. Yasın 40-cı günündən sonra da onlar həmin evə gəlib-getmişlər. Atalarının vəfatından sonra 2020-ci ilin iyun ayında mirasın sənədləşdirilməsi ilə bağlı notariata müraciət etmişlər. Həmçinin sonradan məhkəmə prosesləri dövründə miras əmlakın onların məlumatı olmadan qardaşı Zakirin arvadının adına sənədləşdirilməsini bilmişlər. Atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaxşılaşdırma işlərinə qarışmamışlar və atalarının vəfatından sonra həmin evdə qardaşı Zakir və onun ailəsi yaşamaqdadır. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu 16 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş müraciətində nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdırlar və o, 1960-cı ildən həmin şəxslərlə qonşuluqda yaşayır. Onların ataları Müzəffər, anaları isə Kişvərdir. Əvvəlcə tərəflərin anaları Kişvər, sonra isə ataları Müzəffər vəfat etmişdir. Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin müəyyən yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı, Cavabdeh1 və Cumarova X5 yasının keçirildiyi evdə olmuşlar. Həmçinin, Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar. Birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun xalası Kişvərin uşaqlarıdırlar. Onların hər biri ilə eyni dərəcədə yaxşı münasibətləri vardır və onların heç birisi ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Xalasının əri Müzəffər 2019-cu ildə vəfat etmişdir. Xalası isə əri Müzəffərdən daha əvvəldən vəfat etmişdir. O, həm Müzəffərin vəfatından əvvəl, həm də onun vəfatından sonra, Müzəffərin bütün yas mərasimlərində onun sağlığında yaşadığı ünvanda olmuşdur. Yas vaxtı Müzəffərin hər üç övladı onun sağlığında yaşadığı və yasın keçirildiyi ünvanda olmuşlar. Müzəffərin yas mərasimlərinin təşkilatçısı isə o, özü olmuşdur. Müzəffərin yasının təşkili üçün onun oğlu Zakirin arvadı ona 1000 manat, qızı Mahizər isə 1700 manat pul vermişdir. O, 2700 manat pulun hamısını yasa sərf etmişdir. Müzəffərin yasının 52-cü günü də onun bütün övladları yas mərasiminin təşkil edildiyi ünvanda olmuşlar. Müzəffərin məzarı üçün baş daşı da onun övladlarının ona verdiyi pul hesabına qoyulmuşdur. O, baş daşının sifarişində olsa da ancaq baş daşının pulunun kim tərəfindən verilməsi hazırda xatirində deyildir. Müzəffərin vəfatının 52-ci günündən sonra o, həmin həyətə getməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə etdikləri sənədlərdən göründüyü kimi, mərhum atası Salamov Müzəffər Məmməd oğlu xx.xx.2019-cu ildə rəhmətə getmişdir. O, rəhmətə gedəndən sonra ondan ünvan 2 ünvanında yerləşən 97,6 kv.m fərdi yaşayış evi miras qalmışdır. X2 rəhmətə getdikdən sonra onun aşağıdakı vərəsələri qalmışdır - qızı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu İddiaçı Müzzəffər oğlu. Mərhum Salamov Müzəffər Məmməd oğlu rəhmətə getdikdən sonra ondan miras qalmış yaşayış evində oğlu olaraq o qalmışdır. Bu günə kimi həmin evdə vərəsə olaraq o və ailə üzvləri yaşamış və miras əmlakını idarə etmişdir. Cavabdeh şəxslər olan bacıları atası öləndən sonra yalnız yasda iştirak etmiş və bundan sonra bir dəfə də olsun miras əmlakında yaşamamışdırlar. O, atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla qəbul etmişdir. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişdirlər. Onlar atası rəhmətə gedəndən 1 il 3 ay sonra, yəni 2020-ci ilin iyun ayında mirasdan pay tələb etmək üçün notariat ofisinə müraciət etmişdirlər. Bununla da müddəti ötürmüşdürlər. Mirasın qəbulu müddəti 3 aydır. Göründüyü kimi, mirasın açıldığı gündən, yəni atası rəhmətə gedən gündən cavabdehlər 3 ay ərzində mirası qəbul etməli idi. Lakin nə üzrlü səbəb olmadan, nə də ki mirasa sahiblik etmədən mirası qəbul etməmişdirlər. Onlar müddəti ötürmələrini və mirası faktiki qəbul etmədiklərini alqı-satqının ləvğ edilməsi barədə tələbə baxılarkən məhkəmədə bildirmişdirlər. İş üzrə iclas protokollarında bu öz əksini tapmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)- 1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, bacısı Mahizər ilə birlikdə anası və atası sağ olan vaxtlarda həmin evə tez-tez getmişlər, orada qalmışlar, atası xəstə olduğu zamanlar ona qulluq etmiş, dərmanlarını almışlar. Atası vəfat etdikdən sonra yas mərasimi zamanı evdə olmuşlar, lakin yas mərasimi bitdikdən sonra o evə getməmiş və qalmamışlar. Evin təmirinə, kommunal xərclərin ödənməsinə köməklik etməmişlər. Lakin yas mərasimində çəkilən xərclərə köməklik etmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 qızı izahatında bildirdi ki, bacısı Hacər ilə birlikdə anası və atası sağ olan vaxtlarda həmin evə tez-tez getmişlər, orada qalmışlar, atası xəstə olduğu zamanlar ona qulluq etmiş, dərmanlarını almışlar. Atası vəfat etdikdən sonra yas mərasimi zamanı evdə olmuşlar, lakin yas mərasimi bitdikdən sonra o evə getməmiş və qalmamışlar. Evin təmirinə, kommunal xərclərin ödənməsinə köməklik etməmişlər. Lakin yas mərasimində çəkilən xərclərə köməklik etmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, nümayəndəsi X11 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, üçüncü şəxs X24 Xidmət Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı miras qalmış həmin evdə yaşayıb oradan istifadə etməklə, mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzürlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. Tərəflərin birinci növbəli vərəsələr kimi öz atalarından qalmış mirası qəbul etmək hüquqları vardır. Onların mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamaları üzürlü haldır. Belə ki, İddiaçı miras evdən istifadə etmiş, mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras qoyanın vəfatından sonra miras əmlakın olduğu yerə gələrək, yas mərasimlərində, mərhumun yas mərasimlərinin keçirilməsi ilə bağlı xərclərdə yaxından iştirak edərək miras əmlakı faktiki olaraq qəbul etdiklərini nümayiş etdirmişlər. Beləliklə də tərəflər notariat kontoruna müraciət etməyi zərurət hesab etməmişlər. Bununla da onlar həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. Bu səbəbdən də məhkəmə tərəflərin qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamalarını üzürlü hal kimi qəbul edir. Mübahisə predmeti olan əmlaka münasibətdə mirasın yalnız iddiaçı tərəfindən deyil, miras qoyanın hər üç vərəsəsi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı bütünlükdə mirasın deyil, yalnız miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə ilk iddianın qalan hissəsini əsaslı hesab etmir. Həmçinin, cavabdehlər miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınmasını tələb etsələr də Cavabdeh1 və Cavabdeh2 qəbul etdikləri 2/3 hissə miras əmlaka dair öz aralarında mübahisənin olmaması, onlar tərəfindən qəbul edilmiş mirasda payın müəyyən edilməsi üçün notariat orqanına da müraciət etmək imkanlarının olmasını nəzərə alaraq məhkəmə qarşılıqlı iddianın cavabdehlərdən hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsinə dair hissəsini əsaslı hesab etmir. Şərh edilənlərə məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlakın 1/3 hissəsi onun payı kimi müəyyən edilməlidir. Əsaslı olmadığından İddiaçı iddia tələbinin qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməli və həmin miras əmlakın 2/3 hissəsi onların payları kimi tanınmalı, əsaslı olmadığından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 26 iyul 2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan fərdi yaşayış evi Salamov Müzəffər Məmməd oğlunun adına qeydiyyata alınmışdır. Şəki Regional “Asan” Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyat şöbəsi tərəfindən 14 iyun 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Nuxa şəhər VVAQ Şöbəsi tərəfindən 21 sentyabr 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü X9 atası Salamov Müzəffər Məmməd oğlu, anası X1r. Nuxa şəhər VVAQ Bürosu tərəfindən 08 noyabr 1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1967-ci il təvəllüdlü X4 atası Salamov Müzəffər Məmməd oğlu, anası X7r. Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəsi tərəfindən 23 may 2021-ci il tarixdə verilmiş 127 nömrəli vərəsəliyə dair arayışda göstərilmişdir ki, Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları Cavabdeh1, Cavabdeh2 və İddiaçı qalmışlar. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 21 may 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X10 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsi 19 aprel 2022-ci il tarixli qərarında göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 atalarından miras qalmış evi faktiki cəhətdən ələ keçirməklə ona sahib durmaları, evin saxlanması və normal təsərrüfatın aparılması ilə bağlı hərəkətlər etmələri sübuta yetirilməmiş qalmışdır. Apellyasiya məhkəməsi sübutetmə vəzifəsini düzgün bölüşdürməmiş, qarşı tərəfin mirası qəbul etməməsi halını sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mirası faktiki olaraq qəbul etdiklərini sübutetmə vəzifəsi Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edilmişdir ki, iddiaçının atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi qalmışdır. Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə iddiaçının arvadı X6 adına rəsmiləşdirilsə də sonradan həmin alqı-satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X6 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yalnız iddiaçının özü yaşamış, ondan qalmış mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mərhumun digər vərəsələri olan cavabdehlər isə mirası nə faktiki, nə də ki, notariat orqanına vaxtında ərizə verməməklə qəbul etməmişlər. Mirasa yiyələnməmişlər, miras əmlakı idarə etməmişlər. Həmçinin, cavabdehlər mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Bundan başqa, iddiaçının atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etdikdən sonra iddiaçı və ailəsi həmin evdə yaşamış, cavabdehlər isə ancaq yas mərasimində həmin evdə olmuş, yas mərasimi bitdikdən sonra isə həmin evdə qalmamışlar. Hazırki iş üzrə qarşılıqlı iddiaçıların mirası qəbul etməsi konkret hərəkətlərdə müəyyən olunmur. Belə ki, mərhum Salamov Müzəffər Məmməd oğlunun sağlığında onun pensiya kartı qızında və gəlinində olmuş, həmin kartdan çıxarılan məbləğlər dəfn xərclərinin qarşılanması məqsədilə toplanmış, ataları vəfat etdikdən sonra müvafiq xərclərin qarşılanması üçün yas mərasiminin təşkilatçısına verilmişdir. Bu hal qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsində etiraf edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında şahid X15 izahatında yas mərasimlərinin təşkili üçün həmin pul məbləğlərinin ona verildiyini təsdiq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin müəyyən yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı, Cavabdeh1 və Cumarova X5 yasının keçirildiyi evdə olmuşlar. Həmçinin, Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, atalarının yas mərasimlərinin təşkili, həmin tədbirlərə atalarının pensiyasından yığılan pulun sərf edilməsi mirasın faktiki qəbulu kimi deyil, mərhum qarşısında mənəvi borcun yerinə yetirilməsi kimi dəyərləndirilə bilər. Belə ki, mirasın faktiki qəbulu ilə bağlı hərəkətlər şəxsin mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Yəni, yerinə yetirilən hərəkətlər mirasın faktiki qəbuluna xidmət etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər izahatlarında da bildirdilər ki, atalarının sağlığında həmin evə gəlib-getsələr də, atalarının yas mərasiminin təşkilində iştirak etsələr də evin saxlanması və normal təsərrüfatın aparılması ilə bağlı hərəkətlər etməmişlər. Bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddəti ötürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 1133.1. maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1146 maddəsinə əsasən. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1. maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3. maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246. maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Belə ki, qanunvericiliyin normalarından da göründüyü kimi vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə sübutetmə yükü qarşılıqlı iddiaçıların üzərinə düşdüyündən, qarşılıqlı iddiaçılar da istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiklərindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -14.2. maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. - 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. - 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk iddiası təmin edilərək, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını tam həcmdə qəbul etmə faktı müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk iddiası təmin edilsin. İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını tam həcmdə qəbul etmə faktı müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu məbləği onun özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləği onların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar