Məhkəmə qərarları › İş №2(107)-844/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-844/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-844/2023 23.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Quliyev küçəsi, ev 3A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1368 hektar torpaq sahəsindən ona məxsus B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Şəki Rayon Məhkəməsinin sədri X5 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qətnaməsindən X2 apellyasiya şikayəti məhkəməyə daxil olduğundan Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-844/2023 nömrəli mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-844/2023 nömrəli mülki iş üzrə şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin İş Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qətnaməsindən X2 apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar