Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-849/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(051)-2216/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(051)-2216/2019 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddiası təmin olunmamış, qarşılıqlı iddia təmin olunmuş, 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilməsi barədə Mingəçevir şəhər İstehsal- İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərar, satıcı Mingəçevir şəhər İstehsal-İstehlak kooperativi ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış binasının satılmasına dair bağlanmış 11 iyul 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. İşin halları: Əliyeva X7 Coşqun Hidayət oğlu və Cavabdeh2 qarşı mülkiyyətində olan qeyriyaşayış binasından cavabdehlərin çıxarılmaları tələbinə dair ilk iddia ilə, Cavabdeh1 isə İddiaçı qarşı mağaza binasının satılmasına dair kooperativin müvəkkillərinin ümumi yığıncağının qərarının, alqı-satqı müaviləsinin etibarsız hesab edilməsi və Çıxarşın ləğv olunması tələbimə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası onun mülkiyyətindədir. Həmin binaya onun tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Ancaq onun mülkiyyətinə verilmiş qeyri-yaşayış binasını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər və mülkiyyətinə verilmiş həmin binadan istifadə etməyə cavabdehlər ona mane olurlar. O, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan binanın boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə cavabdehlər ona hədə-qorxu gəlirlər. Bununla bağlı o, Polis şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, cavabdehlərin onun mülkiyyətində olan ünvan 2 qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia isə əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdiyi qeyri-yaşayış binası onun iş yeridir. Əvvəl həmin binadan mağaza kimi istifadə edilmişdir, 2016-cı ildən də o, həmin mağazanın müdiri olmuşdur. Sonradan o, həmin qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə edirdi. Qeyri-yaşayış sahəsini öz adına sənədləşdirilmişdir. Binanı öz adına özəlləşdiriləcəyini nəzərə alaraq onun təmiri ilə əlaqədar xeyli məbləğdə vəsait xərcləmişdir. Belə ki, öz vəsaiti hesabına binanın dam örtüyünü dəyişdirmiş, bütövlükdə təmir-bərpa işləri aparmışdır. Həmin qeyri-yaşayış sahəsindən çayxana binası kmi istifadə edilməsi üçün Mingəçevir şəhəri Memarlıq Tikinti Layihə bürosu tərəfindən lisenziya verilmiş, plan və smetası hazırlanmışdır. Binadan faktiki və rəsmi olaraq o, istifadə etdiyinə görə binanı özününkü hesab edir, təmiri üçün vəsait xərcləyirdi. Bilirdi ki, həmin qeyri-yşayış binası özəlləşdiriləcəkdir. O, işlədiyi həmin qeyri-yaşayış sahəsini də onun adına sənədləşdiriləcəyini də düşünürdü. Qeyri-yaşayış sahəsinin onun adına özəlləşdirilməsi barədə ərizə ilə kooperativə müraciət etmiş, sədr ona bir az gözləməyi tövsiyə etmişdi. Ancaq bu yaxınlarda ona məlum oldu ki, işlədiyi, öz vəsiti hesabına təmir etdirdiyi həmin qeyri-yaşayış binası iddiaçı-cavabdeh İddiaçı adına özəlləşdirilmiş, onun mülkiyyətinə verilmişdir. Halbuki İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə heç vaxt əlaqəsi olmamış, həmin binada işləməmişdir. Ancaq 2016-cı ildən o, həmin qeyriyaşayış sahəsinin mağazanın müdiri təyin edilmiş, həmin vaxtdan da orada işləyir. İddiaçı qeyri-qanuni yolla onun işlədiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra binanın boşaldılmasını tələb etdi. Binanın qeyri-qanuni olaraq İddiaçı adına özəlləşdirilməsi ona pis təsir göstərdi. Belə olduğu halda iddiaçı ilə razılığa gəldilər ki, həmin qeyri-yaşayış sahəsinin dəyərinin və çəkdiyi xərcin əvəzi olaraq iddiaçı ona 20000(iyrmi min) ABŞ dolları ödəsin, o da obyekti boşaltsın. İddiaçı buna razılaşsa da sonradan həmin pulu ödəməkdən imtina etdi. Mübahisələndirilən obyektin iddiaçının adına özəlləşdirilməsi, onun mülkiyyətinə verilməsi qanunsuzdur. Qeyd etdiyi kimi uzun müddətdir ki, obyekt qanuni əsaslarla onun istifadəsindədir, hazırda da o, istifadə edir və obyektin özəlləşdirilməsi ilə bağlı ərizə ilə İddiaçı əvvəl o, kooperativə müraciət etmişdir. Lakin onun və digər kooperativ üzvlərinin məlumatı olmadan obyekt cüzi qiymətə İddiaçı satılmış və alqı-satqı müqaviləsindən sonra iddiaçı obyektə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Kooperativin nizamnaməsinə əsasən əmlakın özəlləşdirilməsi kooperativin ümumi(müvəkkillər) yığıncağının səlahiyyətinə aiddir. Lakin mübahisələndirilən obyektin özəlləşdirilməsi ilə bağlı müvəkkillər yığıncağı keçirilməmişdir. İddia tələbindən sonra əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, guya həmin məsələ ilə bağlı müvəkkillər yığıncağı keçirilmiş, o da iclasın katibi olmuş, hətta yığıncaqda iştirak edərək obyektin İddiaçı satılmasına razı olduğunu və bu özəlləşmənin qanuni olduğunu bildirmişdir. Halbuki belə bir yığıncaq keçirilməmiş, yığıncaqda iclas katibi olmamışdır. İclas protokolunda katib kimi onun adı qeyd edilmiş olsa da, protokol onun tərəfindən imzalanmamışdır. Ona görə ki, yığıncaqdan onun məlumatı olmamış, bu barədə ona bildirilməmişdir. İclas protokoluna görə 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil (o cümlədən həm də o,) yığıncaqda iştirak etmişdir. Lakin həmin müvəkkillər kimlər olması məlum deyil. Protokolda göstərilir ki, guya Səkinə Əliyeva özlləşdirilən mağazada satıcı işləyir və payçıdır. Halbuki iddiaçı İddiaçı heç vaxt həmin mağazada satıcı işləməyib, son illərdir qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə olunur. Hesab edir ki, qeyri-qanuni iclas protokolu əsasında qəbul edilmiş qərar etibarsız hesab olunmalıdır. Ona görə də ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli protokolu əsasında çıxarılmış kooperativin balansında olan Yaşar Muradov küçəsi ilə Müşviq küçəsinin kəsişməsində yerləşən 09 saylı mağaza binasının İddiaçı satılması barədə qərarın, kooperativlə İddiaçı arasında bağlanmış AN-1, № ******* saylı 11 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı S. Əliyevanın adına ünvan 2 qeyri-yaşayış binasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 15 iyul 2019-cu il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Hidayət oğlu məhkəmə iclasında iddianı qəbul etməmiş və Cavabdeh1 izahatına uyğun izahat verərək bildirmişdir ki, onlar həmin qeyri-yaşayış binasından uzun müddətdir çayxana kimi istifadə edirlər. Həmin obyektin İddiaçı mülkiyyətinə verilməsindən məlumatları olmamışdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş Mingəçevir şəhər X1 nümayəndəsi, kooperativin sədri X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi zamanı qanunsuzluğa yol verilməmişdir. Belə ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi əvvəl 09 №-li mağaza kimi qeydə alınmış, mağazanın müdir-satıcısı X6 olmuşdur. 2016-cı ilin sentyabr ayında İlhamə Şirinova öz ərizəsi ilə mağazanın müdir-satıcı vəzifəsindən azad olunmuş, mağazaya Cavabdeh1 müdir-satıcı təyin edilmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Cavabdeh1 onunla görüşüb bildirdi ki, “mağazanı özəlləşdirmək istəyir, ancaq rüsumu ödəmək üçün maddi imkanı yoxdur, ona görə də İddiaçı ilə razılığa gəlmişlər ki, İddiaçı rüsumu, borcları ödəsin, obyekti öz adına keçirsin, sonra o, İddiaçı borcunu ödəyib, obyekti adına sənədləşdirəcəkdir”. Razılaşdıqdan sonra İddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı kooperativə ərizə ilə müraciət etdi. 15 aprel 2019-cu ildə kooperativin müvəkkillər yığıncağı keçirildi. O, yığıncağın sədri, Cavabdeh1 isə katibi oldu. Yığıncaqdan sonra o, sənədləri də götürüb Bakı şəhərinə “Azərittifaq”a getdi. Lakin Cavabdeh1 iclas protokolunu iclasın katibi olaraq imzalamamışdır. Coşqun protokolun bir nüsxəsini imzalamışdır. Lakin protokol əlyazma olduğundan “Azərittifaq” da protokoldan kompüter vasitəsi ilə çıxarış çıxarıldı. O da kooperativin idarə heyyətinin sədri kimi həmin çıxarışı imzalayıb “Azərittifaq”a verdi. Lakin Coşqun sonra kooperativə gəlib protokolu imzalamadı. “Azərittifaq”ın idarə heyətnin sədrinin 17 aprel 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi yığıncağının 15 aprel 2019-cu il tarixli qərarı ilə razılaşaraq Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yerləşən mağazanın İddiaçı 1000(bir min) manata satılmasına razılıq verilmişdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsinin ünvanı əvvəl ünvan 3imi göstərilmişdir. Ona görə də ona həmin qeyri-yaşayış sahəsinə dəqiq ünvan olması məsləhət görüldü. Bundan sonra o, sənədləri Reyestr xidmətinə təqdim edərək mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Çıxarışda da həmin qeyri-yaşayış sahəsinin ünvanı Mingəçvir şəhəri Yaşar Muradov küçəsi 68/12 qeyd edilmişdir. Sonradan da İddiaçı ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Hazırda da obyekt İddiaçı mülkiyyətindədir. Hesab etmişdir ki, İddiaçı tələbində haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məlumat verilmiş, lakin onların nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə maraqlı şəxslərin iştirakı olmadan baxılması mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası onun mülkiyyətindədir. Həmin binaya onun mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Ancaq onun mülkiyyətinə verilmiş qeyri-yaşayış binası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Həmin binanın boşaldılmasını tələb etməyinə baxmayarq heç bir nəticəsi olmamışdır. Həmin binadan istifadə etməyinə ona mane olurlar. Dəfələrlə binanın boşaldılmasını tələb etsə də, ona hədə- qorxu gəlirlər. Bu səbəbdən o, məhkəməyə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh1 ona qarşı Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndrilən qeyri-yaşayış sahəsinin onun iş yeri olduğunu bildirmişdir. Həmin qeyri-yaşayış sahəsi əvvəllər mağaza kimi istifadə edilmiş və o, həmin mağazada müdir kimi işləmişdir. Qarşılıqlı iddiaçı onun həmin qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsinin olmadığını və heç vaxt orada işləmədiyini bildirmişdir. Halbu ki, o ərizə ilə müraciət edərək kooperativin 09 saylı mağazasına satıcı təyin olunmasını xahiş etmişdir. 2018-ci il 25 oktyabrda onun həmin mağazaya satıcı kimi qəbul olunması ilə bağlı əmr verilmişdir. O, qeyri-qanuni yolla həmin qeyri-qanuni yaşayış sahəsinə mülkiyyət sənədi əldə etməmişdir. Belə ki, AN-1, ******* saylı 11 iyul 2019-cu il tarixli alqısatqı müqviləsinə əsasən həmin binanı alaraq 15 iyul 2019-cu ildə çıxarışla rəsmiləşdirmişdir. Bundan əlavə istehsal-istehlak kooperativinin yığıncağı keçirilmiş və 7 nəfər iştirak etmişdir. İclasın 15 aprel 2019-cu il tarixli 01 saylı protokoluna görə müvəkillərin ümumi yığıncağının qərarına əsasən 09 saylı mağaza ona satılmışdır. Yığıncağın sədri M.Eyyubov, katibi isə Cavabdeh1 olmuşdur. “Azərittifaq “ idrarə heyyətinin 17 saylı 17 aprel 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhəri İstehsal-istehlak kooperativinə məxsus 09 saylı mağazanın İddiaçı 1000 manata satılmasına razılıq verilmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(051)- 2216/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(051)-2216/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş qarşılıqlı iddia üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş Mingəçevir şəhər X1 nümayəndəsi, kooperativin sədri X5 İddiaçı ilə eyni məzmunlu izahat verərək sonuncunun verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(102)-253/2021 nömrəli qərarındakı göstərişlərini rəhbər tutub, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Kərimov X3 şəhəri Y.Muradov küçəsi 68/12 №-li qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İşdə olan Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubovun 07 №-li 01 sentyabr 2016-cı il tarixli sərəncamından görünür ki, X6 öz ərizəsi ilə həmin tarixdən kooperativin 09 saylı mağazasının müdir-satıcı vəzifəsindən azad olunmuşdur. İşdə olan Cavabdeh1 Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı 05 sentyabr 2016-cı il tarixli ərizəsində görünür ki, o, kooperativin 09 saylı mağazasının müdiri-satıcısı vəzifəsinə təyin olunmasını xahiş etmişdir. İşdə olan Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı 05 sentyabr 2016-cı il tarixli sərəncamından görünür ki, Cavabdeh1 01 sentyabr 2016-cı il tarixdən kooperativinin 09 saylı mağazasına müdirisatıcı vəzifəsinə təyin olunmuşdur. İşdə olan Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubova kooperativinin 09 saylı mağazasının müdiri-satıcısı Cavabdeh1 16 mart 2017-ci il tarixli ərizəsindən görünür ki, o, 09 saylı mağazanın ona satılmasına razılıq verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 sifarişi əsasında Mingəçevir şəhər “xxxx” MMC tərəfindən Mikayıl Müşviq küçəsi 14/2 №-li ünvanda yerləşən qeyri-yaşayış binası çayxana binası kimi layihələşdirilmişdir. İşdə olan Mingəçevir şəhəri Şəhriyar küçəsi 3 №-li evin 43 №-li mənzilində yaşayan İddiaçı Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi idarə heyətinin sədr M.Ş.Eyyubova yazdığı ərizəsindən görünür ki, o, kooperativin 09 №-li mağazasına satıcı təyin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi idarə heyətinin sədrinin 13 №-li 25 oktyabr 2018-ci il tarixli sərəncamından görünür ki, İddiaçı İstehsal-İstehlak Kooperativinin 09 saylı mağazasına satıcı təyin olunmuşdur. Əsas 01.10.2018-ci il tarixli ərizəsi. İşdə olan İddiaçı Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı 15 aprel 2019-cu il tarixli ərizəsindən görünür ki, o, işlədiyi 9 №-li mağazanın ona satılmasına icazə verilməsini xahiş etmişdir. İşdə olan Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinin 15 aprel 2019-cu il tarixli 01 №-li protokolundan görünür ki, yığıncağın gündəliyində duran məsələ 09 saylı mağazanın satıcısı İddiaçı 10 aprel 2019-cu il tarixli ərizəsi ilə ona satılması məsələsi olmuşdur. Yığıncaqda 11 müvəkkildən 7 nəfər iştirak edir. Kooperativin müvəkkillərinin ümumi yığıncağı kooperativin 09 saylı mağazası İddiaçı satılması qərara alınmşdır. Yığıncağın sədri M.Ş.Eyyubov, katib Cavabdeh1 olmuşdur. Protokol sədr tərəfindən imzalanmışdır, lakin katib tərəfindən imzalanmamışdır. İşdə olan “Azərittifaq”ın idarə heyətinin 17 №-li 17 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, Mingəçevir şəhəri İstehsal-İstehlak kooperativini müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli(protokol № 1) qərarı ilə razılaşdırılsın və Mingəçevir şəhər İstehsal- İstehlak kooperativinə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 85,5 kv.m olan 09 saylı mağaza payçı İddiaçı 1000(bir min) manata satılmasına razılıq verilsin. İşdə olan Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin idarə heyətinin sədri X2 özü-özünə verdiyi etibarnamədən görünür ki, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinə məxsus şəhərin Y.Muradov küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində yerləşən 09 saylı mağazanın Reyestrdən Çıxarış və texniki pasportun alınması ilə bağlı işlərin aparılması ona etibar edilmşdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 №-li qeyri-yaşayış sahəsi 12 iyun 2019-cu ildən tam mülkiyyət hüququ ilə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Mingəçevir şəhər İstehsal- İstehlak Kooperatvinin mülkiyyətindədir. İşdə olan satıcı Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin adından X5 ilə alıcı İddiaçı arasında bağlanmış notarial qaydada təsdiq olunmuş 11 iyul 2019-cu il tarixli ******* AN-1 №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanda yerləşən 80,6 kv.m qeyri-yaşayış binasını 3176,20 (üç min bir yüz yetmiş altı manat iyirmi qəpik) manata qiymətə satılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 80,6 kv.m sahəsi olan qeyri-yaşayış binası 15 iyul 2019-cu ildə tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsində(əvvəl Y.Muradov küçəsi ilə M.Müşfiq küçəsinin kəsişdiyi yerdə yerləşdirilməsi göstərilmiş) yerləşən 68/12 №-li 80,6 kv.m sahəsi olan qeyri-yaşayış binası Mingəçevir şəhər İstehsal-İstehlak kooperativin balansında olmuşdur. Həmin qeyri-yaşayış binası özəlləşdirilərək ilk iddia üzrə İddiaçı mülkiyyətinə verilmşdir. İlk iddia üzrə iddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış binasından cavabdehlərin çıxarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə qeyri-yaşayış obyektinin qeyri-qanuni özəlləşdirilməsini bildirərək, müvafiq qərar və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Çıxarışın ləğv olumasını tələb edirlər. İş materialları ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı kooperativin balansıda olan mübahisələndirilən qeyri-yaşayış obyektinin ona satılması barədə ərizə ilə 15 aprel 2019-cu ildə kooperativinin sədrinə müraciət etmişdir. Elə həmin gün, 15 aprel 2019-cu ildə müvəkkillər yığıncağı keçirilmiş, protokola görə iclasın sədri Mahir Eyyubov, katibi Cavabdeh1 olmuş, 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil yığıncaqda iştirak etmiş və qeyri-yaşayış obyektinin İddiaçı satılmasına razılıq verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Coşqun Kərmov müvəkkillər yığıncağının keçirilməsindən məlumatı olmadığını, həmin yığıncaqda iştirak etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş 15 aprel 2019-cu il tarixli müvəkkillər yığıncağının iclas protokolundan da görünür ki, katib kimi Cavabdeh1 qeyd edilsə də protokol onun tərəfindən imzalanmamışdır. Qeyd edilən protokolda göstərilmişdir ki, İddiaçı 2014-cü ildən kooperativdə payçı olmuş, 25 oktyabr 2018-ci il tarixli 13 saylı sərəncamla 01 avqust 2018-ci ildən 09 saylı mağazanın satıcısı təyin olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 109.1, 109.3, 111.1, 111.2, 337.1, 337.2, 337.4, 337.5-ci maddələrinə, Mingəçevir şəhər İstehsalat-İstehlak Kooperativinin nizamnaməsinin 5.5, 5.7, 14.1, 15.1, 15.3, 15.9, 15.8.12, 15.14, 15.16, 15.21-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iş materialları ilə İddiaçı kooperativə üzv, payçı qəbul olunması barədə kooperativin yığancağnın qərarı olması müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qeyd edilən qanunsuzluğa yol verildiyinə görə Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli qərarı etibarsız hesab edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalı, 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilməsi barədə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019- cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərar, satıcı Mingəçevir şəhər İstehsal- İstehlak kooperativi ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış binasının satılmasına dair bağlanmış 11 iyul 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmin müqavilə əsasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,5 kv.m olan 09 saylı mağaza binası məxsus olmuşdur. Cavabdeh1 01 sentyabr 2016-cı il tarixdən həmin mağazaya müdir-satıcı vəzifəsinə təyin olunmuşdur. O, 16 mart 2017-ci il tarixli ərizə ilə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinə müraciət edərək 09 saylı mağazanın ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Onun xahişinə cavab verilməmişdir. Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi idarə heyətinin sədrinin 13 №-li 25 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 01 avqust 2014-cü ildən həmin kooperativin üzvü olan, kooperativ üzvünün kitabçası ilə təmin edilmiş İddiaçı İstehsal-İstehlak Kooperativinin 09 saylı mağazasına satıcı təyin olunmuşdur. İddiaçı ərizə ilə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi idarə heyətinin sədri M.Ş.Eyyubova müraciət edərək 9 №-li mağazanın ona satılmasına icazə verilməsini xahiş etmişdir. Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinin 15 aprel 2019-cu il tarixli yığıncağının 01 №-li protokol qərarı ilə kooperativin 09 saylı mağazasının İddiaçı satılması qərara alınmışdır. “Azərittifaq”ın idarə heyətinin 17 №-li 17 aprel 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhəri İstehsal-İstehlak kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli(protokol № 1) qərarı ilə razılaşdırılmış və Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 85,5 kv.m olan 09 saylı mağaza payçı İddiaçı 1000(bir min) manata satılmasına razılıq verilmişdir. 12 iyun 2019-cu ildə Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 1 №-li qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Mingəçevir şəhər İstehsal-İstehlak Kooperatvinin mülkiyyətinə verilmişdir. Satıcı Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin adından X5 ilə alıcı İddiaçı arasında bağlanmış notarial qaydada təsdiq olunmuş 11 iyul 2019-cu il tarixli ******* AN-1 №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı ünvan 2 ünvanda yerləşən 80,6 kv.m qeyri-yaşayış binasını 3176,20 (üç min bir yüz yetmiş altı manat iyirmi qəpik) manata satmışdır. İddiaçı aldığı qeyri-yaşayış sahəsinin pulunu tam həcmdə kooperativə ödəmişdir. 15 iyul 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla ünvan 1 ünvanda yerləşən 80,6 kv.m sahəsi olan qeyriyaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir. İddiaçı öz mülkiyyət hüququnu həyata keçirə bilmir. İddiaçı qeyd olunan daşınmaz əmlakı əldə edərkən bütün qaydalara riayət edilmişdir. Qarşılıqlı iddianın əsaslılığı ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Mingəçevir şəhər İstehsalat-İstehlak Kooperativinin nizamnaməsinin (yeni redaksiyada) 5.5-ci və 5.7-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər kooperativin idarə heyətnə (kooperativi sədrinə) yazılı ərizə ilə müraciət etməklə payçıların ümumi yığıncağı (müvəkkillər yığıncağı) tərəfindən, ya da yığıncağın tapşırığı ilə idarə heyəti tərəfindən 30 gündən gec olmayaraq kooperativin üzvlüyünə qəbul edirlər. İdarə heyətinin qərarı sonradan ümumi (müvəkkillər) yığıncağının təsdiqinə verilir. Üzvlüyə daxil olmuş payçıya üzvlük kitabçası verilir. Nizamnamənin 14.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı (müvəkillər yığıncağı), kooperativin idarə heyəti, idarə heyətinin sədri (üzvlərinin sayı 50dən az olan halda kooperativin sədri) onun idarəedilməsini həyata keçirir. Nizamnamənin 15.1-ci maddəsinə görə kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Nizamnamənin 15.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.6-cı maddəsinə müvafiq olaraq üzvlərin ümumi yığıncağı müvəkkillər yığıncağı şəklində keçirilə bilər və nizamnamədə ümumi yığıncaq barədə nəzərdə tutulan bütün müddəalar müvəkkillər yığıncağına münasibətdə etibarlıdır. Kooperativin üzvlərinin sayı 200-də aşağı düşərsə, belə halda yalnız ümumi yığıncaq keçirilməlidir. Həmin Nizamnamənin 15.9-cu maddəsində göstərilir ki, nizamnamənin 15.8.1, 15.8.2, 15.8.3, 15.8.4, 15.8.5, 15.8.6, 15.8.9, 15.8.12, 15.8.17-ci maddələrində nəzərdə tutulmuş məsələlərin həlli kooperativin ümumi (müvəkkillər) yığıncağının müstəsna səlahiyyətlərinə aiddir və onların həlli kooperativin digər oranlarına verilə bilməz. Nizamnamənin 15.8.12-ci maddəsinə əsasən kooperativin üzvlərinin ümumi yığıncağı əsas vəsaitlərə daxil olan əmlakı əldə etmək və özgəninkiləşdirmək barədə məsələlərə baxır. Nizamnamənin 15.14-cü maddəsinə əsasən kooperativin idarə heyyətinin sədri (kooperativin sədri) üzvlərin ümumi (müvəkkillər) yığıncağının keçirilməsi gün, yer, vaxt və gündəlik barədə üzvlərə (müvəkkillərə) və kooperativin üzv olduğu ittifaqa ən azı 7 gün əvvəl məlumat göndərməlidir. Nizamnamənin 15.16-cı maddəsinə görə üzvlərin (müvəkkillərin) ümumi yığıncağının aparılması üçün iclasın sədri,katibi və başqa iş orqanları seçilir. Nizamnamənin 15.21-ci bəndinə əsasən kooperativ üzvlərinin(müvəkkilllərn) ümumi yığancağının gedişi barədə protokol yazılır, müzakirə olunan məsələlər barədə qəbul olunuş qərarlar protokola yazılır. Protokol yığıncağa sədrlik edən və katib tərəfindən imzalanır. Yığıncaqda ştirak edən üzvlərin(müvəkkillərin) siyahısı protokola əlavə edilir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına, yeni qətnamə ilə ilk iddianın təmin olunmasına, qarşılıqlı iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Kərimov X3 şəhəri Y.Muradov küçəsi 68/12 №-li qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının qərarının, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Kərimov X3 şəhəri Y.Muradov küçəsi 68/12 №-li qeyriyaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhər X4 müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-849/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-849/2021
02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver