Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-855/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(075)-606/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 (bir min) manat pulun, vəkilə ödənilmiş 130 (bir yüz otuz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə isə 1160.40 (bir min bir yüz altmış manat qırx qəpik) pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qardaşı Tural Əliyev vasitəsi ilə tanımışdır. O, cavabdehin qardaşı olan Tural Əliyevlə üç ilə yaxındır ki, qeyrirəsmi şəkildə yaşayır. Belə ki, Cavabdeh 2021-ci ilin avqust ayında ona müraciət edərək öz fərdi yaşayış evinin dam üstünün dəyişdirilməsi üçün borca pul lazım olduğunu demişdir. O, cavabdehə qardaşı Turalın yanında üç dəfəyə cəmi 1400 manat borca pul vermişdir. Birinci dəfə 900 manat, ikinci dəfə 100 manat və üçüncü dəfə isə 400 manat pul vermişdir. Belə ki, cavabdeh öz pensiya kartını ona verərək hər ay həmin kartdan 200 manat çıxarmaq şərti ilə borcunu qaytarmağı üzərinə götürmüşdür. Cavabdehin ona verdiyi kartdan iki ay sentyabr və oktyabr aylarında 200 manat olmaqla, cəmi 400 manat pul çıxarmışdır. 2021-ci ilin noyabr ayında yenidən Beynəlxalq Banka yaxınlaşıb pulu kartdan götürmək istəyəndə kartın bağlanmasını görmüş və bu səbəbdən də pulu kartdan çıxara bilməmişdir. Bununla bağlı Cavabdeh telefonla zəng etsə də, onun nömrəsi cavab verməmişdir. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Qardaşı Tural vasitəsi ilə cavabdehdən 1000 manat pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu geri qaytarmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq o, ərizə ilə Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin 30 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “polis şöbəsinə daxil olmuş ərizəniz əməkdaşlarımız tərəfindən araşdırılmış, araşdırma zamanı ərizədə göstərdiyiniz xüsusatlar mülki xarakterli olmaqla araşdırması polis orqanının səlahiyyətinə aid olmaması müəyyən edilmişdir”. Ona görə də ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tаrixli, 2(075)-606/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1000 manat pul alınaraq İddiaçı verilməsi, ödənilmiş 31.50 manat dövlət rüsumunun 1.50 manatının iddiaçının özünə aid edilməklə 30 manatının Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış borc müqaviləsinə əsasən cavabdehə 1400 manat məbləğində borc verilmiş, aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh borcu hər ay 200 manat olmaqla ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan cəmi 400 manat ödəmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf iddiaçıdan 900 manat aldığını, 560 manatı qaytardığını və hazırda 340 manat borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh tərəf öz ifadəsində borc məbləğinin 900 manat olduğunu, borcundan 560 manat ödəyərək hazırda 340 manat borcu qaldığını bildirmişdir. İddiaçı da Cavabdeh məxsus kartdan 280 manat deyil, hər ay 200 manat çıxarıb, 80 manatı ona qaytardığını və həmin borcdan cəmi 400 manat ödənildiyini bildirmişdir. Məhkəmə prosesi gedişində cavabdehin iddiaçıya hər hansı ödəniş etməsi barədə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Həmçinin, cavabdeh iddiaçıdan 1400 manat deyil, 900 manat aldığını, evinin üstünü dəyişməsi üçün 700 manat xərc çəkdiyini bildirsə də, iddiaçı və cavabdehin məhkəmə iclasında şahid qismində dəvət edilmiş qardaşı bacısına 900-100-400 manat verdiyini, evdə işləyən və məhkəmə iclasında şahid qismində dəvət edilmiş usta da usta pulu 600 manat, material pulu 800 manat olmaqla, 1400 manat xərc çəkildiyini bildirmişdir. Odur ki, məhkəmə Cavabdeh ifadəsinə tənqidi yanaşaraq ona verilmiş borc məbləğinin 1400 manat həcmində olması qənaətinə gəlir. Şərh edilənlərə əsasən, iddia qismən təmin edilərək Cavabdeh 1000 manat borc alınaraq İddiaçı verilməlidir. slərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 31.50 manat dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməli, tələb etməməsi nəzərə alınaraq 1.50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, iddia tələbindən görünür ki, iddiaçı bank xidmətləri üçün ödənilmiş 0.40 manat məbləğində pul tələb etmişdir. Lakin, Mülki Prosessual Məcəllənin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflər siyahısına bank xidməti üçün məsrəflər nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. İddiaçı hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 130 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, Cavabdeh ilə onun qardaşı Tural Əliyevin vasitəsi ilə tanış olmuşdur. Cavabdehin qardaşı Tural Əliyevlə 3 ilə yaxındır ki, qeyri-rəsmi şəkildə yaşayır. Cavabdeh 2021-ci ilin avqust ayında ona müraciət edərək fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi üçün borca pul lazım olduğunu bildirmişdir. O da cavabdehə qardaşı Turalın yanında 3 dəfəyə cəmi 1400 manat borca pul vermişdir. Birinci dəfə 900 manat, ikinci dəfə 100 manat və üçüncü dəfə isə 400 manat pul vermişdir. Cavabdeh öz pensiya kartını ona vermiş, həmin kartdan sentyabr və oktyabr aylarında hər ay 200 manat olmaqla 400 manat pul çıxarmışdır. Halbuki, o, məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ona 1400 manat pul verməmişdir. X1 evin dam örtüyünü çevirmək üçün 900 manat pula ehtiyacı olmuşdur. Tural da 900 manat pulu qeyri-rəsmi yaşadığı İddiaçı əvəzində onun İ qrup əlillik pensiya kartını ona verərək ona pul alıb vermişdir. İddiaçı sentyabr və oktyabr aylarında kartdan 280 manat, ümumilikdə 560 manat pul çıxarmışdır. İddiaçı bir müddət idi ki, onu dinc yaşamağa qoymurdu. Buna görə də o, İddiaçı barəsində tədbir görülməsi üçün Şəki ŞRPŞ-ya şikayət ərizəsi ilə müraciət etmişdir. 06 noyabr 2021-ci il tarixdə qardaşı Tural Əhmədov ondan Günel Xasməmməd qızı ilə bağlı şikayət ərizəsini geri götürməyini tələb etmiş və onu döyərək az ağır xəsarət yetirmişdir. Aldığı xəsarətlə bağlı həkimə, iynəyə, sarğılara, dərmanlara maddi vəsait lazım olduğu üçün 23 noyabr 2021-ci il tarixdə ABB-nın Şəki filialına yaxınlaşaraq kartının bağlanmasını və başqa bir pin kodla ona kart təqdim olunmasını xahiş edərək yeni kart almışdır. Qeyd etmək istəyir ki, hazırda onun iddiaçıya 340 manat borcu qalmışdır. Belə ki, 900 manat aldığı puldan 560 manatını ödəmişdir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, hazırda X7 barəsində Şəki ŞRPŞ-da cinayət işi başlanılmış və istintaq davam edir. İddiaçı ona cəmi 900 manat borc pul vermişdir. Bu hal hər iki tərəfin məhkəməyə təqdim etdiyi video çəkilişlə də (disk) sübut edilir. Həmin videoçəkilişi iddiaçı ilə qardaşı Tural özləri çəkmiş və həmin çəkilişdə iddiaçının ona 900 manat pul verməsi özləri tərəfindən qeyd edilir. Əgər iddiaçı tərəfindən ona 900 manatdan əlavə 500 manat da verilmişdirsə, nəyə görə bu hal videoda düşməyib? Nəyə görə iddiaçı bunun video çəkilişini aparmayıb? Bundan başqa iddiaçı pensiya kartından hər ay 280 manat olmaqla, sentyabr-oktyabr aylarında 560 manat pul çıxarmışdır. Məhkəmə iclasında o, qeyd etmişdir ki, guya hər ay 200 manat olmaqla 400 manat pul çıxarıb. O isə etirazını bildirmiş və hər ay 280 manat çıxardığını bildirmişdir. Lakin məhkəmə iddiaçının sözlərini sübut kimi qəbul etmiş, onun izahatlarını qəbul etməmiş, qəbul etməməsinin də səbəblərini qətnamədə göstərməmişdir. Nəyə görə həqiqətin üzə çıxarılması məqsədi ilə məhkəmə banka sorğu verərək bu halı araşdırmamışdır? Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində X5 ilə usta X3 dinlənilmiş, onların ifadələri məhkəmə tərəfindən əsassız olaraq mötəbər sübut kimi qəbul edilmişdir. Lakin şahid X2 ifadəsi hazırki iş üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Şahid özü qeyd etmişdir ki, pulun mənbəyi barədə məlumatı yoxdur. Belə olduqda o, iddiaçının ona nə qədər pul verdiyini necə bilərdi? Bundan başqa məhkəmə tərəfindən X7la aralarında münaqişə olduğunu, onun az ağır xəsarət yetirdiyini, bununla bağlı onun barəsində Şəki ŞRPŞ-da cinayət işinin başlanıldığını, iddiaçı ilə qardaşının qeyri-rəsmi yaşadıqları nəzərə alınmamış, hüquqi qiymət verilməmiş və məhkəmə Tural Əliyevin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 606/2022 saylı qətnaməsini iddia qismən təmin edilməsi hissəsində ləğv edərək, həmin hissədə qətnamənin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-606/2022 saylı qətnaməsini iddia qismən təmin edilməsi hissəsində ləğv edərək, həmin hissədə qətnamənin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi və Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(075)- 606/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni iddia tələbinin qismən təmin edilmiş hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-606/2022 saylı, 19 aprel 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış borc müqaviləsinə əsasən cavabdehə 1400 manat məbləğində borc verilmiş, aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh borcu hər ay 200 manat olmaqla ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan cəmi 400 manat ödəmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf iddiaçıdan 900 manat aldığını, 560 manatı qaytardığını və hazırda 340 manat borcu olduğunu bildirmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, İddiaçı ona cəmi 900 manat borc pul vermişdir. Bu hal hər iki tərəfin məhkəməyə təqdim etdiyi video çəkilişlə də (disk) sübut edilir. Həmin videoçəkilişi iddiaçı ilə qardaşı Tural özləri çəkmiş və həmin çəkilişdə iddiaçının ona 900 manat pul verməsi özləri tərəfindən qeyd edilir. Əgər iddiaçı tərəfindən ona 900 manatdan əlavə 500 manat da verilmişdirsə, nəyə görə bu hal videoda düşməyib? Nəyə görə iddiaçı bunun video çəkilişini aparmayıb? Bundan başqa iddiaçı pensiya kartından hər ay 280 manat olmaqla, sentyabr-oktyabr aylarında 560 manat pul çıxarmışdır. Məhkəmə iclasında o, qeyd etmişdir ki, guya hər ay 200 manat olmaqla 400 manat pul çıxarıb. O isə etirazını bildirmiş və hər ay 280 manat çıxardığını bildirmişdir. Lakin məhkəmə iddiaçının sözlərini sübut kimi qəbul etmiş, onun izahatlarını qəbul etməmiş, qəbul etməməsinin də səbəblərini qətnamədə göstərməmişdir. Nəyə görə həqiqətin üzə çıxarılması məqsədi ilə məhkəmə banka sorğu verərək bu halı araşdırmamışdır? Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində X5 ilə usta X3 dinlənilmiş, onların ifadələri məhkəmə tərəfindən əsassız olaraq mötəbər sübut kimi qəbul edilmişdir. Lakin şahid X2 ifadəsi hazırki iş üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Şahid özü qeyd etmişdir ki, pulun mənbəyi barədə məlumatı yoxdur. Belə olduqda o, iddiaçının ona nə qədər pul verdiyini necə bilərdi? Bundan başqa məhkəmə tərəfindən X7la aralarında münaqişə olduğunu, onun az ağır xəsarət yetirdiyini, bununla bağlı onun barəsində Şəki ŞRPŞ-da cinayət işinin başlanıldığını, iddiaçı ilə qardaşının qeyri-rəsmi yaşadıqları nəzərə alınmamış, hüquqi qiymət verilməmiş və məhkəmə Tural Əliyevin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmaqda haqlı olmuşdur. Belə ki, cavabdeh tərəf öz ifadəsində borc məbləğinin 900 manat olduğunu, borcundan 560 manat ödəyərək hazırda 340 manat borcu qaldığını bildirmişdir. İddiaçı da Cavabdeh məxsus kartdan 280 manat deyil, hər ay 200 manat çıxarıb, 80 manatı ona qaytardığını və həmin borcdan cəmi 400 manat ödənildiyini bildirmişdir. Məhkəmə prosesi gedişində cavabdehin iddiaçıya hər hansı ödəniş etməsi barədə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Həmçinin, cavabdeh iddiaçıdan 1400 manat deyil, 900 manat aldığını, evinin üstünü dəyişməsi üçün 700 manat xərc çəkdiyini bildirsə də, iddiaçı və cavabdehin məhkəmə iclasında şahid qismində dəvət edilmiş qardaşı bacısına 900-100-400 manat verdiyini, evdə işləyən və məhkəmə iclasında şahid qismində dəvət edilmiş usta da usta pulu 600 manat, material pulu 800 manat olmaqla, 1400 manat xərc çəkildiyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası da Cavabdeh ifadəsinə tənqidi yanaşaraq ona verilmiş borc məbləğinin 1400 manat həcmində olması qənaətinə gəlir. Belə ki, iddiaçı iddia tələbində qeyd etdiyi xüsusatları məhkəməyə təqdim etdiyi sənədlərlə sübut etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq, onun iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddia tələbini sübuta yetirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın mübahisəndirilən hissədə rədd edilən olması barədə cavabdehin apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tаrixli, 2(075)-606/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(075)-606/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.