Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-856/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və daşınmaz əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması“ tələbinə dair (Açar sözlər: icarə müqavilələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və daşınmaz əmlakların qanunsuz sahiblikdən geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və daşınmaz əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması“ tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(033)-187/2022 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********21-10301 olan ünvan 1 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********77-10301 olan ünvan 2 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Əmlakın icarəyə verilməsi haqqında 1 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Gözəllik salonu məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh3 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək aylıq icarə haqqı 150 manat müəyyən edilməklə icarəyə verilmişdir.
4. Əmlakın icarəyə verilməsi haqqında 3 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ümumi sahəsi 259,20 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Tədris Kursu məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh4 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 388,80 manat müəyyən edilməklə icarəyə verilmişdir.
5. Əmlakın icarəyə verilməsi haqqında 4 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 0,80 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Bufet məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh1 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək aylıq icarə haqqı 100 manat müəyyən edilməklə icarəyə verilmişdir.
6. Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 09 mart 2022-ci il tarixli 292 nömrəli məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Zaqatala şəhəri H.Əliyev prospekti 66 və 68 ünvanlarında yerləşən daşınmaz əmlaklarına dair icarə müqaviləsi qeydə alınmamışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********219400 nömrəli məktubdan görünür ki, Cavabdeh2 VÖEN:(**********) Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında 356.8 m2, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında 340.2 m2 təsərrüfat subyektlərinin (obyektlərin) vergi orqanında qeydiyyata alınması təmin edilmişdir. Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən **********-51004 nömrəli təsərrüfat subyekti (obyekt) hal-hazırda Cavabdeh4 VÖEN:(**********) icarəyə verilmiş (356.8m2 ), Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən **********- 51005 nömrəli təsərrüfat subyekti (obyekt) isə Cavabdeh3 icarəyə verilmişdir (120m2 ).
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmnətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Zaqatala şəhəri, H.Əliyev prospekti, 68 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində və Zaqatala şəhəri, H.Əliyev prospekti, 66 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyatnömrəsi ilə xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. H.Əliyev prospekti, 68 ünvanında yerləşən fərdi yaşayış evi “Bank Respublika" ASC-nin xx.xx.2018-ci il tarixli, 18036-S033150/315185 saylı kredit limiti müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2028-ci il tarixinə kimi 120 ay müddətinə və H.Əliyev prospekti, 66 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 18036-S033150/315185 saylı kredit limiti müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 120 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində yüklü edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 01 may 2021-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsinə, onun pozulmuş mülkiyyət hüququnun bərpasına və Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan daşınmaz əmlakların – Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarında yerləşən daşınmaz əmlakların cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 01 iyun 2006-cı ildə nikaha daxil olub evlənmişlər. Cavabdehə qarşı 10 sentyabr 2021-ci il tarixdə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H. Əliyev prospekti 68 ünvanında yerləşən daşınmaz əmlakda və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakda paylarının bölünməsi ilə məhkəmədə mülki işə baxılır. Birgə mülkiyyətlərində olan daşınmaz əmlakları X6 onun razılığı olmadan sadə yazılı icarə müqavilələri ilə fərdi sahibkarlara icarəyə vermişdir. Fərdi sahibkarlar da hüquqi əsas olmadan qanunsuz şəkildə həmin əmlaklardan istifadə edir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh4 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 və 3 saylı müqavilələrə əsasən 236.8 kv.m. və 259.20 kv.m. qeyri-yaşayış sahələri Cavabdeh2 tərəfindən Cavabdeh4 tədris kursu (Kainat hazırlıq kursu) məqsədilə icarəyə verilib. Cavabdeh2 ilə Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3 saylı müqaviləyə əsasən 120 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 gözəllik salonu və estetik mərkəz məqsədilə icarəyə verilib. Cavabdeh2 ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4 saylı müqaviləyə əsasən 80 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 restoran məqsədilə icarəyə verilib. Həmin icarə müqavilələrinin qanun pozuntularına yol verilərək bağlanmasını nəzərə alaraq onların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
12. Zaqata Rayon Məhkəməsinin (hakim T.Həsənov) 12 aprel 2022-ci il tarixli, 2(033)- 187/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; - Cavabdeh2 ilə Cavabdeh1 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 0,80 kv.m təşkil edən qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 4 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi; -Cavabdeh2 ilə Cavabdeh3 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 1 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi; -Cavabdeh2 ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ümumi sahəsi 259,20 kv.m təşkil edən qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 3 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi; - Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 3 nömrəli icarə müqaviləsinə əsasən sonuncuya icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh4 qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 və Cavabdeh2 sahibliyinə geri qaytarılması; -Cavabdeh2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 1 və 4 nömrəli icarə müqavilələrinə əsasən sonunculara icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanlarında yerləşən fərdi yaşayış evi müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 və Cavabdeh2 sahibliyinə geri qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı X1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, etibarsız hesab edilən, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 3 nömrəli icarə müqaviləsinə əsasən sonuncuya icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh4 qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalı, eyni zamanda Cavabdeh2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 1 və 4 nömrəli icarə müqavilələrinə əsasən sonunculara icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanlarında yerləşən fərdi yaşayış evi müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalıdır.
14. Məhkəmə eyni zamanda izah etmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 etibarsız hesab edilən icarə müqavilələri üzrə dəymiş maddi zərərin məhkəmə qaydasında geri qaytarılmasını Cavabdeh2 tələb edə bilərlər.
15. Məhkəmə daha sonra iddia tələbinin pozulmuş mülkiyyət hüququnun bərpasına dair hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Ona görə ki, əvvəlki iddia tələbləri ilə hazırki iddia tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla törəmə tələbdir. Əvvəlki iddiaların təmin olunması artıq iddiaçının mülkiyyət hüquqularının bərpasına əsas verir. Ona görə də, ayrıca olaraq iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair tələbin təmin edilməsinə zərurət yoxdur.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan tərəflərin hər ikisi apellyаsiyа şikаyəti vermişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-187/2022 Qətnaməsi ilə iddia qismən təmin edilmiş, pozulmuş mülkiyyət hüququnun bərpası hissəsində iddia rədd edilmiş, qalan hissədə isə təmin edilmişdir. Lakin qətnamənin nəticə hissəsində Cavabdeh2 ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 01 may 2021-ci il tarixli 2 saylı icarə müqaviləsi etibarsız hesab edilməsi barədə iddia tələbinə münasibət bildirilməmiş və həmin iddia tələbinin təmin edilib-edilməməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Bunun unudulduğunu düşünərək yanlışlığın düzəldilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsinə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə baxılmış və yalnışlıq olmadığı bildirilmiş, guya iddia ərizəsində həmin müqavilə barədə tələbin olmadığına, həmin 2 saylı müqavilənin məhkəməyə təqdim edilməməsinə görə həmin müqavilənin ləğv edilməsi tələbinə münasibət bildirilmədiyi qeyd olunmuşdur.
18. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı X2 ilə onun birgə nikah müddətdində əldə etdiyi əmlaka payın müəyyən edilmədiyi halda, sonuncunu həmin əmlakın ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətçisi kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İşdən də göründüyü kimi, adları çəkilən icarə müqavilələri 01 may 2021-ci il tarixdə, yəni, tərəflər nikahda olduqları dövürdə bağlanmış və iddiaçının həmin müqavilələrin bağlanmasından məlumatı olmuşdur. Çünki, icarədarlar həmin vaxtdan etibarən qeyd olunan daşınmaz əmlaklardan sitifadə etmişlər və iddiaçı da buna şahidlik etmişdir. Lakin, keçən müddət ərizndə heç vaxt buna etiraz etməmişdir. Bu isə onu göstəriri ki, iddiaçının qeyd olunan vaxt icarə müqavilələrinin bağlanmasına razılığı olmuşdur. Mübahisələndirilən icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi və qanuni əsas yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, sözügedən əmlaklar iddiaçı ilə onun birgə nikah dövründə əldə edilsə də, paylar müəyyən edilməmişdir. Bundan əlavə icarə müqaviləsi bağlanan zaman iddiaçının yazılı razılığı alınmasa da, əslində iddiaçı həmin müqavilələrin mövcudluğundan məlumatlı olmuşdur. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
21. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzürlü səbəb barədə hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Digər cavabdehlər isə iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.2-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2(033)-187/2022 nömrəli qətnaməsini qismən, yəni 01 may 2021-ci il tarixli, 2 nömrəli icarə müqaviləsinə münasibətdə təmin edilməmiş hissədə mübahisələndirmişdir.
26. Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2(033)-187/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(033)-187/2022 nömrəl qətnaməsini iddiaçıya münasibətdə mübahisələndirilən hissədə, cavabdehə münasibətdə isə tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri icarə müqaviləsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, iddiaçının mübahisəli əmlaklara dair mülkiyyət hüququnun olubolmaması, eləcə də bu xarakterli müqavilələr bağlanarkən iddiaçının razılığının zəruriliyi araşdırılmalıdır. 30.Belə ki, verilmiş iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi birgə nikah dövründə əldə olunmuş əmlaklara dair bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası barədədir.
31. İddiaçı tələbini onunla əsaslandırır ki, sözügedən əmlaklara dair icarə müqaviləsi notarial qaydada rəsmiləşdirilməmiş, həmin müqavilələr sadə yazılı qaydada bağlanarkən onun razılığı alınmamışdır.
32. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, nə qədər ki, onların payı müəyyən olunmayıb, iddiaçı hazırki vəziyyətdə belə bir iddia ilə məhkəməyə müraciət edə bilməz.
33. Kollegiyanın araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı Sayalı Balaməmmədova ilə Cavabdeh2 2006-cı il tarixdə nikaha daxil olmuşdurlar. Mübahisəsi gedən əmlaklar-ünvan 1 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi) və ünvan 2 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi (xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə) mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.
34. Həmin əmlaklar iddiaçı və cavabdehin birgə nigah dövründə əldə olunsa da, tərəflərin payı müəyyən edilməmişdir.
35. Cavabdeh2 birgə nigah dövründə əldə edilmiş, tam mülkiyyəti kimi qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evini “Əmlakın icarəyə verilməsi haqqında” 03 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 388,80 manat müəyyən edilməklə Cavabdeh4; - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evinin 120 kv.m hissəsini “Əmlakın icarəyə verilməsi haqqında” 01 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 150 manat müəyyən edilməklə Cavabdeh3; - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evinin 0,80 kv.m hissəsini “Əmlakın icarəyə verilməsi haqqında” 04 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 100 manat müəyyən edilməklə Cavabdeh1 icarəyə vermişdir.
36. Sözügedən icarə müqavilələri notarial qaydada təsdiq edilməməklə, sadə yazılı formada tərtib edilmiş və müqavilənin tərəfləri tərəfindən imzalanmışdır.
37. Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən fərdi yaşayış evi təsərrüfat subyekti (obyekt) kimi hal-hazırda Cavabdeh4, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi təsərrüfat subyektinin( obyekt) kimi hal-hazırda Cavabdeh3 icarəyə verilməsi vergi orqanında qeydiyyata alınmışdır. Eyni zamanda Zaqatala şəhəri H.Əliyev prospekti 68 və 66 ünvanında yerləşən fərdi yaşayış evləri xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən xx.xx.2028-ci il tarixədək "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində yüklü edilmişdir.
38. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nikaha daxil olarkən və ya nikahda olduqları müddətdə nikah dövründə qazanılan əmlaka mülkiyyət hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydalardan fərqli qayda nəzərdə tutan nikah kontraktı bağlanmamış və birgə nikahda əldə edilmiş əmlaklara mülkiyyət hüququnun verilməsi ilə bağlı və həmin əmlakların idarə olunmasına dair hər hansı razılaşma yoxdur. Belə olan halda iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə Cavabdeh2 tərəfindən əldə edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 və İddiaçı Möhübəli qızının ümumi birgə mülkiyyəti hesab edilir
39. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı razılığı olmadan, iddiaçı ilə ümumi birgə mülkiyyətlərində olan əmlaklara dair cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə müqavilə bağlamış və belə müqavilənin bağlanması müqavilənin etibarsızlığının qanunvericilikdə qeyd edilən əsasıdır.
40. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).
41. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).
42. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür.
43. Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir.
44. Birinci, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)
45. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.
46. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
47. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir
48. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin birgə nikah dövrünə təsdüf edilən əmlak digər şəxslərin icarəsinə verilərkən, bununla bağlı sadə yazılı müqavilə bağlanarkən iddiaçının iradə ifadəsi nəzərə alınmayıb. İddiaçının razılığının alınmaması cavabdeh tərəfindən mübahisələndirilməmiş, sadəcə cavabdeh iddiaçının bu işlərdən məlumatlı olduğunu bildirmişdir.
49. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslıdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki və Ailə Məcəllələrində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır
50. Kollegiya onu da nəzərə alır ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Belə ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin də razılığının ehtimal edilməsinə dair qayda mövcuddur (§18-19). Bu qayda əşyanı vicdanlı əldə edən üçüncü şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bununla belə, əşyanı əldə edən üçüncü şəxsin əşyaya sərəncam verənin lazımi səlahiyyətə malik olmamasını bildiyi və ya bilməli olduğu hallarda əldə edənin vicdanlılığı qorunmur. Belə vəziyyətdə əşyaya sərəncam verilməsinə dair bağlanmış əqdin hüququ pozulan ümumi mülkiyyətçilərin tələbi ilə etibarsız sayılması imkanı qanunda açıqca göstərilmişdir.
51. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlaklar ümumbirgə mülkiyyətdə olmasına baxamayaraq, mülkiyyətçilərdən yalnız biri, yəni cavabdeh Akif Balaməməmmədov tərəfindən bağlanmış, digər mülkiyyətçi olan iddiaçının isə razılığı ehtimal olunmur.
52. Kollegiya sonda iddiaçı tərəfin apellyasiya şikayətinə, bununla bağlı apellyasiya icraatı zamanı məhkəməyə təqdim etdiyi sübuta (2 saylı müqaviləyə) münasibət bildirərək qeyd edir ki, MPM-in 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
53. MPM-in 372.2.-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2(033)-187/2022 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov