Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-856/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti, iddianın əsassızlığı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)-671/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh 6 ay ərzində ümumilikdə 79450 manat dəyərində qızıl-zinət əşyaları satdığını, həmin məbləğin 21450 manatını cavabdehin aylar üzrə ona ödədiyini, geri qalan 58.000 manat borcunu isə bu günə qədər qaytarmadığını iddia edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 58000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin, tərəfindən ödənilmiş 264 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdehi tanıyır, aralarında əvvəllər normal münasibət olmuş, heç bir ədavət və ya qərəzli münasibətləri olmamışdır. Belə ki, o, ailəsini dolandırmaq üçün təxminən 15 il olar ki, qızıl-zinət və geyim əşyaları sataraq səyyar ticarətlə məşğul olur. Ucar rayonunun ərazisində səyyar ticarətlə məşğul olaraq bir neçə şəxsə nəğd və nisyə aylıq hissə-hissə ödənməsi şərti ilə qızıl-zinət əşyaları satır. Təxminən 2019-cu ilin yanvar ayında tanışı X3 ona məxsus yaşadığı evə gələrək ailəsi üçün bir neçə qızıl-zinət əşyaları almaq istədiyini, elə buna görə də əlində olan qızıl-zinət əşyalarını ailə üzvlərinin baxaraq almaqları üçün onun yaşadığı evə aparmasını ona dedi. Bundan sonra qızıl-zinət əşyalarını da götürərək Əfqan Nəsirovun yaşadığı evə getmişdir. Həmin vaxt Əfqanın, cavabdehin və Şükufənin də yanında, apardığı qızıl-zinət əşyalarını stolun üzərinə düzmüş, az sonra cavabdeh və Əfqanın bir ədəd, çəkisi təxminən 30,5 qram, qiyməti 2200 manat olmaqla sepi, bir ədəd 750 əyarlıq briliyant qaşlı üzüyü və 1 cüt 20 qram çəkidə sırğanı, ümumilikdə 1800 manata pulunu aylar üzrə 300 manat verəcəkləri barədə razılaşaraq aldıqlarını, həmin vaxtdan sonra hər ay 300 manat olmaqla Əfqan ona 25 fevral, 29 mart, 29 may, 30 iyun, 26 iyul tarixlərində ümumilikdə 2100 manat məbləğində pul ödəmişdir. Həmin vaxtdan sonra cavabdeh qohumları üçün qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Buna görə də, fevral ayında o, cavabdehin yaşadığı evə gedərək çəkisi 20 qram, qiyməti 1600 manat olan qolbağını, 1 ədəd qiyməti 400 manat olan üzüyü, qiyməti 750 manat olan 2 ədəd sepi pulunu hissə-hissə verəcəyinə dair şifahi razılaşaraq nisyə olaraq satmışdır. Bundan sonra, o, fevral ayı üzrə qızılların ümumilikdə qiyməti 2750 manat olmaqla satdığı həmin qızıllara görə bir neçə ay ərzində cavabdeh ona ümumilikdə 1200 manat pulu ödəmiş, geri qalan 1500 manatı isə etibarından sui-istifadə edərək mənimsəmişdir. Bundan sonra, mart ayında cavabdeh ondan yenidən cəmi qiyməti 11850 manat olan 9 ədəd qızıl əşyaları (1 ədəd çəkisi 16,5 qram olan sep, qiyməti 1200 manat, 1 ədəd briliyant klon, qiyməti 550 manat, 2 ədəd briliyant qaşlı üzük, ümumi qiyməti 850 manat,1 ədəd 22,5 qramlıq sep, qiyməti 1700 manat,1 ədəd qolbaq çəkisi 28,6 qram olan 2300 manat, 1 ədəd çəkisi 21 qram olan qolbağı 1900 manat, 1 ədəd çəkisi 28 qram olan 2250 manat sep, 1 ədəd 14 qramlıq qolbağı 1100 manata) aldığı, onlara görə də cavabdeh ona bir neçə aylar üzrə 4300 manat ödəmiş, geri qalan 7550 manat borcunu qaytarmamışdır. Bundan sonra, aprel ayında cəmi qiyməti 19710 manat olan 23 ədəd qızıl-zinət əşyaları (2 ədəd briliyant üzük 1000 manat, 1 ədəd 24 qramlıq 1950 manatlıq sep, 1 ədəd 6,3 qramlıq 500 manatlıq klonlu sep, 1 ədəd briliyant 400 manatlıq üzük, 1 ədəd 21,3 qramlıq 2000 manat qolbağı, 1 ədəd 9 qramlıq 800 manata sep, 1 cüt sırğa 300 manata, 1 ədəd qolbaq 4,2 qramlıq 300 manata, 1 ədəd 12,6 qramlıq sep 950 manata, 1 ədəd sep 10 qramlıq 750 manata, 1 ədəd 5 qramlıq 400 manata qolbağı, 1 ədəd 4,5 qramlıq qolbağı 350 manat, 1 dəst komplekt 1600 manat üzük, 1 cüt sırğa, 1 ədəd klonlu sep 4000 manata, 1 ədəd qızıl 10-luq 850 manata, 1 dəst komplekt-1 cüt sırğa, 1 ədəd üzük 1000 manata, 1 ədəd 11,5 qramlıq qolbağı 860 manata, 1 ədəd 7,3 qramlıq qolbağı 650 manata, 1 ədəd 13,5 qramlıq sep 1000 manata, 1 ədəd 18 qramlıq sep 1700 manata,1 ədəd komplekt briliyant 16000 manata, 1 ədəd 5 qramlıq qolbağı 350 manata) almış, onlara görə bir neçə aylar üzrə cəmi 7270 manat ödəmiş, geri qalan 12440 manat borcu isə geri qaytarmamışdır. Bundan sonra, may ayında isə cavabdeh cəmi qiyməti 17490 manat olan 16 ədəd qızıl-zinət əşyaları (1 cüt sırğa 550 manata, 1 ədəd 3,8 qramlıq qolbağı 350 manata, 1 ədəd 48 qramlıq sep 3600 manata, 1 ədəd klonlu sep 1000 manat, 1 cüt sırğa 900 manata, 1 ədəd briliyant qaşlı saat 2500 manata, 1 ədəd 11,2 qramlıq qolbağı 1000 manata, 1 ədəd sep klon 1000 manata, 1 cüt sırğa 130 manata, 1 cüt sırğa 130 manata, 1 cüt sırğa 300 manata, 1 ədəd “R” hərfindən ibarət qızıl klonlu 150 manata, 1 ədəd “Ə” hərfli qızıl klonu 200 manata, 1 cüt sırğa 130 manata, 1 ədəd kale briliyant 3500 manata, 1 ədəd klonlu sep 550 manata, 1 ədəd mirvari komplekt 1500 manata) almış, onlara görə bir neçə aylar üzrə cəmi 5350 manat ödəmiş, geri qalan 12140 manat borcu isə qaytarmamışdır. Bundan sonra, 2019-cu ilin iyun ayında cavabdehin cəmi 2150 manat olan 4 ədəd qızıl-zinət əşyaları (1 ədəd üzük 400 manata, 1 ədəd klon 350 manata, 1 ədəd briliyant qaşlı üzük 650 manata, 1 ədəd sep 750 manat) aldığını, həmin əşyalara görə 600 manat ödəmiş, geri qalan 1550 manat borcu isə verməmişdir. Bundan sonra, 2019-cu ilin iyun ayında cavabdeh cəmi qiyməti 25500 manat olan 15 ədəd müxtəlif qızıl-zinət əşyaları (1 ədəd briliyant qaşlı klonlu sep 2500 manata, 1 ədəd qolbağı ağ qızıl 1300 manata,1 ədəd sepi 39 qram 2900 manata, 1 dəst-sep və qolbağı birlikdə 33 qram olan 2800 manata, 1 ədəd komplekt briliyant 1700 manata, 1 ədəd 21,7 qramlıq qolbağı 1700 manata, 1 ədəd komplekt briliyant 2000 manata, 1 ədəd klonlu sep 9 qramlıq 850 manata, 1 ədəd klonlu sep 12 qramlıq 1000 manata, 1 ədəd komplekt-1 cüt sırğa, 1 ədəd üzük 900 manata, 1 ədəd qolbağı 26 qramlıq 2100 manata, 1 ədəd sep klonlu 20 qram 1500 manata, 1 ədəd komplekt-1 cüt sırğa, 1 ədəd üzük 1800 manata, 1 ədəd briliyant üzük 750 manata, 1 ədəd komplekt briliyant-1 cüt sırğa, 1 ədəd üzük) almış, onlara görə bir neçə aylar üzrə hissə-hissə olmaqla, cəmi 2730 manat vermiş, geri qalan 22770 manat borcu isə qaytarmamışdır. O, cavabdehə satdığı qızılları cavadehin yaşadığı evdə satmış, bir neçə dəfə cavabdehin qaynanası Şükufə də orada olmuşdur. O, cavabdehə 6 ay ərzində ümumilikdə 79450 manat dəyərində qızıl-zinət əşyaları satmış, həmin məbləğin 21450 manatını aylar üzrə cavabdeh ona ödəmiş, geri qalan 58000 manat borcunu isə bu günə qədər qaytarmamışdır. Bunun üçün o, cavabdeh barəsində Ucar Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin vaxt izahatı alınmış cavabdeh bildirmişdir, кi, onun qızıl-zinət əşyaları satmasını ilk dəfə əri Əfqan Nəsirovun dəvətindən sonra onun 20 fevral 2019-cu il tarixdə yaşadıqları evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarına baxaraq bəyəndikdən sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata almış, həmin vaxt ümumilikdə ona verəsi olduqları 4000 manat pulu aylıq hissə-hissə 300 manat olmaqla ödəyəcəyinə dair şifahi razılaşdığını bildirmişdir. Elə həmin vaxtdan sonra əri Əfqan Nəsirovun hər ayın sonu cavabdehə verdiyi 300 manat pulu ona verdiyini, bundan başqa, ondan ümumi dəyəri 150- 200 manat olan bir neçə yataq dəsti və qab-qacaq da aldığını, həmin əşyalara görə də pulunu ödəməsini bildirmişdir. Ancaq həmin ərəfələrdə tanışı Zülfiyyə adlı qadının ondan qızıl-zinət əşyaları alsa da ilkin ödənişə görə aralarında narazılıq yarandığı üçun Zülfiyyənin aldığı qızılları sonuncuya geri qaytarmasını, həmin vaxt Zülfiyyənin ona xahiş edərək həmin qızıi-zinət əşyalarını ondan alması üçün şifahi olaraq zamin durmasını, bundan sonra təxmini dəyəri 4000 manat təşkil edən qızıl-zinət əşyalarını ondan alaraq tanışı Zülfiyyə Qasımovaya verməsini bildirmişdir. Həmçinin, cavabdeh izahatında ondan alaraq tanışı Zülfiyyə Qasımovaya verdiyi qızıl-zinət əşyalarına görə Zülfiyyənin aylıq hissə-hissə pulu ona verməsini, o da həmin pulu kağız parçasının arasına qoyaraq ona verməsini bildirmişdir. Bundan başqa, cavabdeh izahatında ondan qızları üçün 2 cüt, 260 manat dəyərində aldığı qızıl sırğanın pulunu aylıq hissə-hissə verdiyini bildirmişdir. Təxminən 2019-cu ilin may-iyun aylarında Sabirabad rayonunda anasının ağır xəstə olduğu səbəbilə bir müddət orada qaldığını, həmin müddət ərzində onun mütəmadi olaraq cavabdehə zəng etməklərini və həmin ayın sonu aldığı geyim əşyalarına görə verəsi olduğu pul məbləğinin üzərinə günlük 100 və daha çox miqdarda faiz gəlməyini və verəsi olduğu kiçik məbləğdə pulun faizlə şişərək ilk öncə 1500 manat olduğunu, daha sonra isə 4000 manat olduğunu, həmin pulu qısa zaman ərzində verməyəcəyi təqdirdə əri Əfqan Nəsirova bu barədə deyəcəkləri ilə ona hədələdiklərini bildirmişdir. Bundan sonra, cavabdeh tanışı Pərvanəyə zəng edərək özünə məxsus 30 qramlıq boyunbağını sataraq pulunu ona verməsi üçün xahiş etmiş, həmin vaxt Pərvanə Qasımovanın ona məxsus boyunbağını lombarda qoyaraq 1500 manat pul götürdüyü, həmin pulu ona verdiyini qeyd etmişdir. Təxminən 2019-cu ilin 28 iyul tarixində onun ona zəng edərək telefonda ona təzyiqlər göstərdiyini, uşaqlar üçün aldığı sırğanın və paltarların pulunun şişərək 4000 manat olduğunu və həmin pulu ona təcili olaraq vermək lazım olduğunu, buna görə də yaşadıqları evdən əri Əfqan Nəsirova məxsus 4000 manat pulu icazəsiz götürərək onun yaşadığı evin pəncərəsinə gələrək ona təzyiqlər göstərməsindən sonra ona verdiyini qeyd etmişdir. Belə ki, həmin vaxt ona verdiyi 4000 manat pulun bir hissəsini hər ikisinin də ondan birdəfəlik əl çəkmələri üçün Ulduz Həsənovaya da verməsini xahiş etsə də onun qohumu Ulduza həmin puldan heç bir məbləğdə vermədiyini bildirmişdir. Bundan sonra iddiaçının və Ulduzun müxtəlif vaxtlarda ona qarşı yenidən təzyiqlər göstərməsindən bezdiyi üçün 2019-cu ilin avqust ayının dəqiq tarixi yadında qalmadığı vaxt özünə qəsd etməyə fikirləşdiyi üçün tok çaydanının məftili ilə evin zirzəmisində özünü boğaz nahiyəsindən sıxdığını, az sonra həyat yoldaşı Əfqanın onu evin zirzəmisindən taparaq yaşadıqları evə həkim çağırmasını və tibbi yardım nəticəsində ayıldığını bildirmişdir. Bundan sonra, cavabdeh izahatında həmin vaxtlar polis orqanına şikayət etməməsi üçün iddiaçının və Ulduzun cavabdehə dəfələrlə üzrxalqlıq etdiklərini,həmin vaxt digər qohumlarının yanında onun cavabdehə heç bir məbləğdə borcunun olmaması barədə kağız parçasına yazaraq imzası ilə birlikdə təqdim etmiş, buna gorə də həmin vaxt iddiaçıdan və Ulduz Həsənovadan şikayət etmədiyini bildirmişdir. Cavabdeh daha sonra izahatında iddiaçının və Ulduz Həsənovanın ona qarşı şər-böhtan ataraq rayon ərazisində şəxsiyyətinin alçaltdıqlarını, həmçinin sonuncunun ona qarşı etmiş yalan iddiasına görə dəfələrlə ailəsində söz-söhbət yarandığını, hətta ailəsinin dağılması halı ilə qarşılaşdığını qeyd etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ona məxsus səs yazılarındakı pulun qaytarılması ilə bağlı olan danışıq səsləri, ondan aldığı bir neçə geyim əşyaları və qız övladları üçün aldığı 260 manat dəyərində olan 2 cüt sırğanın pulunun qaytarılması nəzərdə tutulmuşdur. Cavabdehin verdiyi izahat tamamilə əsassızdır. Cavabdehin ona hazırda 58000 manat borcu var. Cavabdeh borcunu ödəməkdən yayınmaq üçün belə əməllərə əl atır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bu faktı təsdiq edən şahidləri var.
4. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi, iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsini müdafiə edərək iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir. Həqiqətən də cavabdehin həyat yoldaşı Əfqan Nəsirovun dəvətindən sonra iddiaçı 20 fevral 2019-cu il tarixdə cavabdehin yaşadığı evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarını təqdim etmiş, həmin qızıllara baxdıqdan sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata bəyənib pulunu hissə-hissə hər ay 300 manat ödəməklə şifahi razılaşmışlar. Elə həmin vatdan sonra cavabdehin əri Əfqan Nəsirov hər ayın sonu cavabdehə verdiyi 300 manat pulu cavadeh iddiaçıya vermiş və onların iddiaçıya borcu qalmamışdır. Bundan başqa, cavabdeh əri Əfqandan xəbərsiz iddiaçıdan qızları üçün 2 cüt, 260 manat dəyərində qızıl sırğa da almış və pulunu hissə-hissə qaytarmışdır. Bundan sonra, iddiaçı müxtəlif vaxtlarda cavabdehə qarşı yalandan təzyiqlər göstərərək guya qızılların pulunu cavabdehin ödəmədiyini bildirmiş, cavabdehdən əlavə pullar tələb etdiyi üçün cavabdeh bezərək 2019-cu ilin avqust ayında özünə qəsd etmək niyyəti ilə evin zirzəmisində tok çaydanının məftili ilə özünü asmağa çalışsa da həmin vaxt cavabdehin həyat yoldaşı Əfqan cavabdehi evin zirzəmisindən taparaq evə həkim çağırmış və tibbi yardım nəticəsində sağ qalmışdır. Bundan sonra, iddiaçı cavabdehdən üzürxalqlıq edərək polisə şikayət etməməsi üçün iddiaçıya heç bir məbləğdə borcunun olmaması barədə kağız parçasına yazaraq imza ilə birlikdə təqdim etmiş, buna görə də həmin vaxt iddiaçıdan şikayət etməmişdir. Bununla bağlı Ucar Rayon Polis Şöbəsində ətraflı araşdırma aparılmış və cavabdehin günahı olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qanunsuz və əsassız olduğuna görə iddianı qəbul etmirlər. Hazırkı iddia ərizəsi İradə Qənbərovanın tələbi ilə bilərəkdən formal olaraq cavabdehə qarşı qaldırılmışdır. Məqsəd məhkəmənin gözündə cavabdehi həqiqətən də dələduz kimi göstərməkdir. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, 15 dekabr 2019-cu ildə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda şikayətçi olmuş iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi izah olunsa da iddiaçı indiyə kimi məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür. Əlavə olaraq bildirdi ki, qeyd olunan qərarda göstərilmişdir ki, iddiaçı cavabdehin ona borcunun olmaması barədə ərizə təqdim etmişdir. Həmçinin iddia müddəti keçmişdir, şahidlər də bir-birinə ziddiyətli ifadələr vermişlər, səs yazılarının da kimə məxsus olduğu məlum deyildir.
5. Məhkəmə iclasında X4, X5 və X2 şahid qismində dindirilmişlər.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hаzırkı iş üzrə iddiа müddətinin ахımı 2019-cu ilin dekabr ayından bаşlаmış və 2022-ci ilin dekabr ayında bitmişdir. İddiаçı iddiа müddəti bitənədək iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtməmişdir. İddiа ərizəsi ilə iddiа müddəti ötəndən sоnrа, yəni 22 iyun 2023-cü il tаriхdə məhkəməyə mürаciət оlunmuşdur.
7. Göründüyü kimi, iddiаçı iddiа müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Cаvаbdеh iddiа müddətinin tətbiq еdilməsi bаrədə ərizə təqdim еtmişdir. Bu səbəbdən, iddiа müddəti tətbiq еdilməklə, iddiа rədd еdilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının xəstəliyi ilə bağlı məhkəməyə vaxtında müraciət edə bilmədiyini göstərsə də qeyd olunanlar məhkəmə iclasında müəyyən edilməmişdir.
8. Həmçinin, məhkəmə qeyd edir ki, təhqiqat bölməsində araşdırma zamanı cavabdehin iddiaçıya borcunun olmaması və heç bir iddiasının olmamasını əks etdirən iddiaçının 30 avqust 2019-cu il tarixdə yazaraq imzaladığı kağızı təhqiqata təqdim edilmişdir.
9. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. İddiaçının özünün izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.
10. Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)-671/2023 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375, 376, 377, 380, 427 və 442-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ucar Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı X1 HK-1/755 və 756 saylı matеriallar üzrə cinayət işinin başlanmasının rədd еdilməsi haqqında 15 dekabr 2019-cu il tariхli qərarı etibarnamələr
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırki tələb üzrə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, 2019-cu il tanxdə iddiaçı sağ beyin yarımkürəsində keçirilmiş işemik insukt sol tərəfi hepiparez və koqnetiv pozulmalar diaqnozu ilə Ucar rayon Mərkəzi xstəxanasına müraciət etmiş, soltərəfli hemoparez və koqnetiv pozulmalar diaqnozu ilə qeydiyyatdadır. Xəstəyə tez-tez ambulator müalicələr təyin olunmuş və ev şəraitində ambulator müalicələr almışdır. Xəstənin 2019-cu il tarixdən bəri olaraq aktiv hərəkətləri və özünüidarəetməsi məhdudlaşmışdır və daim yataq rejimində olmuşdur.
15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)- 671/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlаk vеrməli, iş görməli, хidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 427.1-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 441.2-ci mаddəsinə əsаsən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi (vахtındа icrа еdilməməsi, mаllаrdа, işlərdə və хidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа еdilməsi) bаşа düşülür. 445-ci mаddəsinin tələbinə görə, icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)- 671/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının təfsirində səhvə yol vermişdir. Belə ki, tərəflərin arasında yaranan münasibətlər nisyə alqı-satqı ilə bağlı öhdəlik münasibətləridir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələləri tənzimləyən ümumi normalara istinad etməklə kifayətlənmiş, iddia tələbinin qanuni əsasını təşkil edən maddələrə istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
23. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, hаzırkı iş üzrə iddiа müddətinin ахımı 2019-cu ilin dekabr ayından bаşlаmış və 2022-ci ilin dekabr ayında bitmişdir. İddiаçı iddiа müddəti bitənədək iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtməmişdir. İddiа ərizəsi ilə iddiа müddəti ötəndən sоnrа, yəni 22 iyun 2023-cü il tаriхdə məhkəməyə mürаciət оlunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi özü də qətnamədə qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özüözlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. İddiaçının özünün izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının təfsirində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)-671/2023 nömrəli qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi yenidən rədd edilməlidir.
25. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif adda və qiymətdə qızıl-zinət əşyalarını cavabdehə nisyə alqı-satqı ilə satdığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının 20 fevral 2019-cu il tarixdə cavabdehin yaşadığı evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarını təqdim etdiyini, həmin qızıllara baxdıqdan sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata bəyənib pulunu hissə-hissə hər ay 300 manat ödəməklə şifahi razılaşdıqlarını, bundan başqa, cavabdehin əri Əfqandan xəbərsiz iddiaçıdan qızları üçün 2 cüt, 260 manat dəyərində qızıl sırğa da aldığını və pulunu hissə-hissə qaytardığını bildirmişdir. Nə qədər ki, qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi ilə cavabdehə verilməsini sübut etmək vəzifəsi iddiaçının, həmin qızıl-zinət əşyalarının pulu ödədiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərindədir və iddiaçı da cavabdehin 20 fevral 2019cu il tarixdə aldığı 4000 manat dəyərində qızıl-zinət əşyalarının pulunun 2100 manatını qaytardığını etiraf etmişdir, cavabdeh həmin pulu ödədiyini sübut etmə yükündən azad edilir. Həmin 4000 manatlıq qızıl-zinət əşyalarının pulunun 1900 manat hissəsini və 2 cüt, 260 manat dəyərində qızıl sırğanın pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbi baxımından cavabdehin etiraf etməsi əks tərəfi həmin faktları sübut etmə vəzifəsindən azad etmişdir. Bununla da, iddia tələbi 1800 manatlıq 1 ədəd üzük və 1 cüt sırğa, 2200 manatlıq 1 ədəd boyunbağı və 260 manat dəyərində 2 cüt qızıl sırğanın dəyərinin ödənilməmiş qalan ümumilikdə 2160 manata aid hissədə sübut olunmuş hesab olunmalıdır.
26. Beləliklə, iddianın həmin hissədə haqlı olduğu sübut olunduğundan həmin hissədə cavabdehin verdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə baxıla bilər. Həmin hissədə iddiа müddətinin ахımı 2019-cu ilin dekabr ayının 15-dən, yəni cinayət işinin başlanmasının rədd еdilməsi barədə qərarın qəbul edildiyi vaxtdan bаşlаmış və 2022-ci ilin dekabr ayının 15-də bitmişdir. İddiаçı iddiа müddəti bitənədək iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtməmişdir. Ona görə də, iddia tələbinin həmin hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
27. İddiaçı tələb etdiyi digər qızıl-zinət əşyalarının cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ucar Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı X1 HK-1/755 və 756 saylı matеriallar üzrə cinayət işinin başlanmasının rədd еdilməsi haqqında 15 dekabr 2019-cu il tariхli qərarından da görünür ki, təhqiqat bölməsində araşdırma zamanı cavabdehin iddiaçıya borcunun olmaması və heç bir iddiasının olmamasını əks etdirən iddiaçının 30 avqust 2019-cu il tarixdə yazaraq imzaladığı kağız təhqiqata təqdim edilmişdir. Belə olan halda, iddia tələbi qalan hissələrdə sübut edilmədiyindən əsassızdır və ona görə də, həmin hissələrdə işə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır. Həmin hissələrdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, maddi və prosessual hüquq normalarının təfsirində səhvə yol verdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)-671/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 58000 manat pul tələbinə dair iddiası 1800 manatlıq 1 ədəd üzük və 1 cüt sırğa, 2200 manatlıq 1 ədəd boyunbağı və 260 manat dəyərində 2 cüt qızıl sırğanın dəyərinin ödənilməmiş qalan ümumilikdə 2160 manata aid hissəsində iddia müddəti tətbiq edilməklə; qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(063)-671/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 58000 manat pul tələbinə dair iddiası 1800 manatlıq 1 ədəd üzük və 1 cüt sırğa, 2200 manatlıq 1 ədəd boyunbağı və 260 manat dəyərində 2 cüt qızıl sırğanın dəyərinin ödənilməmiş qalan ümumilikdə 2160 manata aid hissəsində iddia müddəti tətbiq edilməklə; qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.