Məhkəmə qərarları › İş №2(107)-86/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-86/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-86/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ lkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: İlk iddia, qarşılıqlı iddia, əsassız varlanma, avtomobil, maddi ziyan, icarə müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Şamsabad kand sakini Cavabdeh ilə o, rayon sakini kimi tanış idi. Onun 2010-cu ildə sürücülük vəsiqəsi var idi, pərakəndə və topdan satışla məşğul idi. Ona həm yük, həm də minik maşını lazım idi. Ancaq dəyərini tam ödəməklə satın almağa imkanı yox idi. Danışıq əsnasında Cavabdeh həmin avtomobilləri alıb ona verə biləcəyini, avtomobillərin dəyəri tam ödənə qədər ona aylıq icarə haqqı və avtomobillərin dəyərinin hissə-hissə ödənilməsi barədə onunla razılığa gələ biləcəyini bildirmişdir. Onlar razılaşmış və o, 15 iyul 2019-cu ildə “Ford Transit” yük avtomobili və 28 noyabr 2019-cu ildə “Mercedes Benz E350” markalı avtomobili alıb onun istifadəsinə vermişdir. Həmin vaxt Cavabdeh ona həmçinin etibarnamə də vermişdir. 2020ci ilin avqust ayında onun sürücülük vəsiqəsinin vaxtı bitdiyindən 14 avqust 2020-ci ildə hər iki avtomobil üçün etibarnamələrini yeniləmişlər. 2022-ci ilin yanvar ayına qədər Cavabdeh hər ay 1100 manat ödəmişdir. Ancaq həmin pulları ona ödəyərkən hesab etmişdir ki, sonda pulun ödənişi başa çatdıqdan sonra hər iki avtomobil ona qalacaqdır. Məhz bu şərt olmayacağı təqdirdə o, avtomobillər üçün 1100 manat pul ödəməzdi. Çünki, yalnız icarə əsasında bir çox şəxs vardı ki, avtomobil icarəyə verirdi və həmin icarə haqları yetərincə ucuz idi. Beləliklə, 2019-cu ilin iyul-noyabr ayları üçün hər ay “Ford Transit” yük avtomobili üçün 600 manat, 300 manat icarə haqqından, 300 manat isə avtomobilin dəyərindən ödəmişdir. 5 ay ərzində 1500 manat həmin avtomobilin dəyərindən ödəmişdir. “Ford Transit” yük avtomobilini o, 16400 manata satın almışdır. 28 noyabr 2019-cu ildə isə “Mercedes Benz E-350” markalı avtomobili 26000 (iyirmi altı min) manata satın alıb yenə də eyni şərtlərlə istifadəsinə vermişdir. 2019-cu ilin dekabr ayından 2022-ci ilin yanvar ayına qədər 1100 manat, 600 manat 2 avtomobilin icarə haqqı, 500 manat isə dəyərindən ödəmişdir. 25 ay müddətində mütəmadi olaraq ona 1100 manat ödəmişdir. Həmin pulun 12500 manatını avtomobilin dəyərindən ödəmişdir. Həmin avtomobilləri o, ancaq onun üçün almışdır və o, ödədiyi pulun 600 manatı icarə haqqı, 500 manatı isə avtomobillərin dəyərindən çıxılırdı. Krizis yarandığından Cavabdeh avtomobillərin birini satmağı, borcu bağlamağı təklif etmişdir. Bundan qısa müddət sonra Cavabdeh onun adına xəbərdarlıq göndərərək etibarnamələrin ləğv edildiyini bildirmiş, həmçinin avtomobillərin ondan alınması üçün Ağdaş rayon Polis şöbəsinə şikayət vermişdir. Halbuki, onların razılaşmalarına əsasən avtomobillər onun üçün alınmış və o, avtomobillərin dəyərini hər ay hissə-hissə ödəyirdi. Razılaşmalarının mühüm şərti bundan ibarət idi ki, həmin avtomobillərin dəyərini hissə-hissə ödədikdən sonra avtomobillər ona qalacaqdır. Hazırda cavabdeh avtomobillərin hər ikisi üçün adına verilmiş etibarnamələri ləğv etmiş və ondan almışdır. Onlar arasında yazılı müqavilə bağlanmamışdır. Həmin etibarnamələrdə isə avtomobillərin ona icarəyə verilməsi göstərilməmişdir. Halbuki, onların müqavilələri ondan ibarət olmuşdur ki, Cavabdeh öz şəxsi vəsaiti hesabına avtomobilləri alır, o isə avtomobillərin dəyərini hissə-hissə ödəyir, həmçinin öhdəlik bitənə qədər avtomobilin mülkiyyətçisi o, olduğundan ona icarə haqqı ödəyir. Avtomobillərin dəyəri ödəndikdən sonra cavabdeh həmin avtomobilləri onun adına keçirməli idi. O, avtomobilin birinin dəyərini ödəyib qurtardığından və krizis yarandığından digərinin dəyərini ödəyə bilmədiyini göstərib, ikinci avtomobili almağı və ya satmağı təklif etmişdir. Bu zaman güman etmişdir ki, onun bir avtomobil üzrə avtomobilin dəyərini ödədiyindən həmin avtomobili onun adına keçirdəcəkdir. Ancaq cavabdeh bildirmişdir ki, ondan aldığı pullar avtomobilin icarə haqqıdır. O, avtomobillər üçün bu qədər icarə haqqı ödəməmişdir. Cavabdeh onu həmin hissədə aldatmışdır. Həmin şərti əvvəldən desəydi, o, həmin pulları ödəməklə avtomobilləri almazdı.

3. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin iddia üzrə iddiaçının qaldırdığı iddia ilə razı deyil. Belə ki, cavabdeh iddia üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, ona maşınları lizinq yolu ilə vermişdir. Bu tamamilə yalandır və belə bir sənədləşmələri olmayıbdır. Öz aralarında razılaşmışlar ki, hər maşına görə hər ay 500 manat icarə pulu versin. O da bir neçə ay pul verib sonra ona pul verməmişdir və maşınlarını qeyri-qanuni işlətmişdir. O da verdiyi sürücülük etibarnaməsini ləğv etdirmişdir. Cavabadeh iddia üzrə iddiaçı ona məxsus qanunsuz idarə etdiyi “Ford Transit” yük maşını olan **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınını qaytarmır. Qanunsuz və əsassız olaraq ondan pul tələb edir. **-CC-*** dövlət qeydiyat nişanlı avtomaşını isə 705 manat onun radar cəriməsini ödəmişdir. 200 manat əlavə olaraq hələ polis şöbəsinə cəriməsi durur, maşının yan şüşəsini, arxa buferini qırıb, qabaq aynasını sındırıb, maşının kabina hissəsini yararsız vəziyətə salmaqla ehtiyatda olan şinini götürmüşdür. Bunların ümumi dəyəri olan 5300 manat pul cavabdehdən iddia üzrə iddiaçıdan alınıb ona verilməlidir. Onun maşınına vurulan ziyan aşağıdakı addadır: 1) qabaq sağ yan güzgünün şüşəsi 1 ədəd 130 manat, 2) qabaq sağ yan güzgünün dönmə işığı 1 ədəd 50 manat, 3) arxa stop sağ 1 ədəd 350 manat, 4) qabaq oturacaqların sağ, sol sensorları 2 ədəd 200 manat, 5) salonda sandıqçanın qapağı 1 ədəd 50 manat, 6) qəza düyməsi 1 ədəd 30 manat, 7) arxa sağ qapının kül qabısının qapağı 1 ədəd 20 manat, 8) qabaq kapotun emblemi 1 ədəd 50 manat, 9) qabaq buferin alt orta üzləməsi 1 ədəd 100 manat, 10) təkər 4 ədəd 740 manat, 11) ehtiyat təkər, disk 1 cüt 150 manat, 12) arxa baqajın çexolu 1 ədəd 130 manat, 13) arxa baqajın yan sol çexolu dəst 1 ədəd 120 manat, 14) qapı açan lazer düymələr 4 ədəd 150 manat, 15) açar lazer 1 ədəd 200 manat, 16) disk sağ qabaq 1 ədəd 200 manat, 17) maqnitofon dinamikləri qabaq sağ 1 ədəd 50 manat, 18) motora dəymiş ziyan usta pulu ilə birlikdə 2500 manat, 19) arxa sağ krelin düzəlməsi və rənglənməsi 80 manat, cəmi: 5300 (beş min üç yüz) manat avtomobilə ziyan dəymişdir. Ona görə o da qarşılıqlı iddia verməyə məcbur olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində məhkəmə iclasında ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

6. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

7. Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) ilkin iddia tələbinin təmin edilməməsi, ilkin iddia tələbi üzrə məhkəmə xərclərinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh özünə məxsus avtomobilləri verilmiş etibarnamələrin şərtlərinə görə idarə etmək üçün İddiaçı vermişdir. İddiaçı avtomobillərin hissə-hissə dəyəri ödəmiş və düşünmüşdür ki, sonra avtomobillər onun olacaq. Cavabdeh isə həmin avtomobilləri ona icarəyə verdiyini bildirir. Tərəflər arasında razılıq pozulmuş və Cavabdeh İddiaçı verdiyi etibarnamələrə xitam verdirmişdir. Hazırda İddiaçı Cavabdeh ödədiyi pulları geri tələb edir, Cavabdeh isə İddiaçı avtomobilini geri tələb edir və idarə etdiyi müddət ərzində “Mercedes Benz E-350” markalı avtomobilə dəymiş zərəri tələb edir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində mahiyyət etibarilə lizinq münasibətlərini təfsir etsə də, tələbini lizinqlə bağlı normalar üzərində əsaslandırmamışdır. Belə ki, Mülki Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Lakin hazırkı halda yazılı müqavilə mövcud deyil. Eyni zamanda, tərəflər arasında icarə münasibətini və onun şərtlərini də təsdiq edən hər hansı sənəd yoxdur. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini əsassız varlanmaya dair normalarla əsaslandırmışdır və hesab edir ki, onun ilkin iddia üzrə cavabdehə ödədiyi pul vəsaiti heç bir hüquqi əsas olmadan ödənilmişdir və ona geri qaytarılmalıdır.

10. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə iki hissədən ibarətdir. Birincisi, o, əmlakını geri tələb edir. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh həqiqətən də “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və həmin avtomobil hazırda heç bir hüquqi əsas olmadan İddiaçıdır. İkincisi, Cavabdeh onun avtomobilinə dəymiş zərəri tələb edir. İşin materialları ilə müəyyən edilir ki, həmin avtomobil hazırda da İddiaçıdır və fotoşəkillərdən görünür ki, avtomobilə maddi ziyan dəymişdir. Ziyanın məbləği rəylə müəyyən edilir və bu məbləği tərəflər məhkəmə iclasında mübahisələndirməmişlər.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmasa da, faktiki olaraq ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmişdir. Həmçinin, ilkin iddia üzrə iddiaçı özü də etiraf edir ki, hər ay İddiaçı pul vəsaiti almış, İddiaçı ona 7000 manat borcu qaldığını demişdir. Pulun ödənilməsi işin mübahisəsiz tərəfi olduğundan, məhkəmə həmin pulun ödənilməsinə hüquqi münasibət bildirməlidir. Belə ki, İddiaçı həmin pul vəsaitinin bir hissəsini avtomobillərin icarəsinə, qalan hissəsini isə avtomobillərin hissə-hissə ödənilməklə əldə edilməsinə görə ödədiyini desə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə həmin pulları avtomobillərdən istifadə görə ödənildiyini bildirir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə olmasa da, Cavabdeh avtomobillərin mülkiyyətçisi kimi onlardan faktiki olaraq istifadəyə görə pul tələb etməsi qanuna uyğundur.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, beləliklə, ilkin iddia tələbi təmin edilməməli, ilkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbləri təmin edilməli, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 157.2, 329.1, 337.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.1 və 76.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

16. Apellyаsiyа şikаyətində ilkin iddia ərizəsində qeyd edilmiş məlumatlar təkrarlanmaqla şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bununla bağlı yazılı müqavilə olmasa da, Cavabdeh avtomobillərin mülkiyyətçisi kimi onlardan faktiki olaraq istifadəyə görə pul tələb etməsi qanuna uyğundur kimi dəyərləndirmə aparsa da, maddi hüquq normasının tətbiqində səhv buraxmış, mövcud olmayan müqavilə üzrə İddiaçı hər ay Cavabdeh 1100 manat vəsaitin ödənilməsini qanuna uyğun hesab etmişdir.

17. Cavabdeh-iddiaçı Cavabdeh onun adına verilmiş 10 illik etibarnaməni 25 ay sonra ləğv etmişdir. Onlar arasındakı münasibətləri təsdiq edən yeganə yazılı sənəd həmin etibarnamədir. Məhkəmənin aralarındakı yazılı müqavilənin olmaması qənaəti ilə razılaşsa və verilmiş etibarnaməni əsas götürsə həmin etibarnamə üzrə o, Cavabdeh nümayəndəsi kimi həmin avtomobillərdən istifadə etmişdir. Bu zaman o, nümayəndəsi olduğu şəxsə hansı əsasla pul vəsaiti ödəyirdi. Yox əgər onlar arasında icarə müqaviləsi olmasa da icarə münasibətləri mövcud olduğuna əsaslansa məhkəmə həmin münasibətlər pozulduğundan Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad etməklə tərəflərin əsassız olaraq əldə etdiklərini qaytarmalı idi. Məhkəmənin də göstərdiyi kimi tərəflər arasında etibarlı əqd münasibətləri olmamışdır.

18. Cavabdeh-iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi Xəzər-Lada” ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, № 31 saylı akta istinad göstərmişdir ki, “Mercedes Benz E-350” markalı avtomobilin təmiri üçün 5300 (beş min üç yüz) manat ehtiyat hissələrinə və usta pulu hesablanmışdır. Halbuki, iş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X4 İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 mart 2022-ci il tarixli qərarından da görünür ki, “Mercedes Benz E-350” markalı avtomobili 2022-ci ilin martından da əvvəl Cavabdeh istifadəsində olmuşdur. Məhkəmənin Cavabdeh 3 ay müddətində istifadə olan avtomobilin təmiri üçün 5300 manat ödənilməsi barədə mövqeyi anlaşılan deyildir. Əvvəla həmin avtomobilə həmin ziyanın İddiaçı tərəfindən vurulması iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən əgər məhkəmə hesab etmişdirsə ki, İddiaçı Cavabdeh istifadə üçün haqq tələb etməsi haqlıdır, onda istifadə üçün vəsait ödəmiş İddiaçı əlavə təmir xərci alınması hansı əsasa söykənir.

19. Hesab edir ki, məhkəmə əqdi etibarsız hesab etdiyi təqdirdə tərəflərin aldıqlarını qaytarmalı olduğu qənaətinə gələrkən İddiaçı vəsaiti hesabına əsassız varlanmış Cavabdeh ödəmiş olduğu vəsaiti də geri qaytarmalı idi. Məhkəmə sübutları düzgün qiymətləndirməməklə onun hüquqlarını pozmuşdur. Məhkəmə ancaq formal mülahizə yürüdərək qarşılıqlı iddianı tam təmin etmişdir. Halbuki, tərəflərin verdiyi izahatları çəkişmə prinsipinə əsasən təhlil etməklə qiymətləndirmək məhkəmənin vəzifəsidir.

20. Odur ki, Ağdaş rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(051)-810/2022 saylı qətnaməsini ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsininə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsininə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə görə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

28. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(051)-810/2022 saylı qətnaməsini ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

30. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ildə “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E-350” markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə etmiş, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 iyul 2019-cu il tarixdə, “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 29 noyabr 2019-cu il tarixdə İddiaçı istifadəsinə vermişdir. Cavabdeh həmin nəqliyyat vasitələrini hər avtomobil üçün hər ay 500 manat icarə haqqının müqabilində İddiaçı icarəsinə verdiyini, İddiaçı isə Cavabdehla aralarında olan razılaşmaya uyğun hər avtomobil üçün hər ay 300 manat olmaqla cəmi 600 manat icarə haqqını, həmçinin avtomaşınların gələcəkdə onun mülkiyyətinə verilməsi məqsədi ilə avtomobillərin dəyərindən də əlavə olaraq hər ay 500 manat vəsaiti Cavabdeh ödədiyini göstərmişdir. Cavabdeh isə İddiaçı ilə avtomobillərin sonradan İddiaçı mülkiyyətinə veriləcəyi ilə bağlı aralarında heç bir razılaşmanın olmadığını, İddiaçı tərəfindən onun mülkiyyətində olan avtomobillərin dəyəri ilə bağlı ona heç bir ödənişin edilmədiyini göstərmişdir. Qeyd edilən razılaşma ilə bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilə imzalanmamışdır. Sonradan tərəflər arasındakı razılıq pozulmuş və Cavabdeh İddiaçı verdiyi etibarnamələrə xitam verdirmişdir. Hazırda İddiaçı Cavabdeh ödədiyi pulları, Cavabdeh isə İddiaçı avtomobilini və idarə etdiyi müddət ərzində “Mercedes Benz E-350” markalı avtomobilə dəymiş zərəri tələb edir.

33. Birinci instansiya məhkəməsi ilk iddanı rədd qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmasa da, faktiki olaraq ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmişdir. Belə ki, İddiaçı həmin pul vəsaitinin bir hissəsini avtomobillərin icarəsinə, qalan hissəsini isə avtomobillərin hissə-hissə ödənilməklə əldə edilməsinə görə ödədiyini desə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə həmin pulları avtomobillərdən istifayə görə ödənildiyini bildirir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə olmasa da, Cavabdeh avtomobillərin mülkiyyətçisi kimi onlardan faktiki olaraq istifadəyə görə pul tələb etməsi qanuna uyğundur.

34. Cavabdeh həqiqətən də “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və həmin avtomobil hazırda heç bir hüquqi əsas olmadan İddiaçıdır. İşin materialları ilə müəyyən edilir ki, həmin avtomobil hazırda da İddiaçıdır və fotoşəkillərdən görünür ki, avtomobilə maddi ziyan dəymişdir. Ziyanın məbləği rəylə müəyyən edilir və bu məbləği tərəflər məhkəmə iclasında mübahisələndirməmişlər.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olsa da, qarşılıqlı iddianı tam təmin etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

36. Birinci instanasiya məhkəməsi tərəflər arasında nəqliyyat vasitələrindən istifadə ilə bağlı şifahi qaydada bağlanmış əmlak kirayəsi (icarə) müqaviləsinə dair münasibətlərin olmasını diqqətə almamaqla, 5300 manat maddi ziyanın tutulması barədə iddia tələbinin irəli sürülməsinə baxmayaraq, qətnamədə ziyanla bağlı heç bir maddi hüquq normasına istinad etməməklə və İddiaçı 5300 manat maddi ziyan və 01 manat dövlət rüsumunu tutulmasını qərara almaqla səhv nəticəyə gəlmişdir.

37. Kollegiya hər iki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;

38. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Kollegiya ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;

40. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məxsus “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillər 2019-cu ildə Cavabdehla İddiaçı arasında şifahi qaydada bağlanmış əmlak kirayəsi (icarəsi) müqavilələri əsasında İddiaçı təhvil verildiyindən, İddiaçı isə həmin nəqliyyat vasitələrindən istifadə etməklə razılaşdırılmış icarə haqqını Cavabdeh ödədiyindən, tərəflər arasındakı icarə münasibətlərinin etibarsızlığına dair hər hansı hal müəyyən edilmədiyindən, icarə haqqı ilə yanaşı avtomaşınların dəyərindən də ödənişin edilməli olmasının razılaşdırılmasına, tərəflər arasında lizinq münasibətlərinin olmasına dair hər hansı bir sənəd təqdim edilmədiyindən, İddiaçı Cavabdeh 30500 manat pulu və 165 manat dövlət rüsumunu tələb etməsi əsassızdır və onun buna dair iddia tələbi təmin edilə bilməz.

41. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh verdiyi pul məbləığləri məhz onlar arasında olan icarə müqavilə münasibətlərinə əsaslandığından, Cavabdeh İddiaçı aldığı vəsait əsassız əldə edilən vəsait, əsassız varlanma kimi qiymətləndirilməməlidir.

42. Kollegiya hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan ilkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilməlidir.

43. İş materiallarından da görünüdüyü kimi iddiaçı cavabdehə icarə haqqı ödədiyini bildirmiş cavabdeh isə buna münasibətdə iddiaçınının ona icarə haqqı verdiyini öz izahatı ilə təstiq etmişdir.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki müqavilə üzrə mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə müqaviləsi üzrə yaranan münasibətləri tənzimləyən normalarına istinad edilməlidir.

45. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçının cavabdehə icarə haqqı ödəməsi tərəflərin izahatları ilə öz təstiqini tapsa da, iddiaçının cavabdehə avtomobilin dəyərindən 500 manat ödəməsi iş materialları və qarşı tərəfin izahatı ilə öz təstiqini tapmır.

46. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;

49. Xəzər-Lada ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 06 may 2022- ci il tarixli, 31 saylı aktla Cavabdeh məxsus “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinə və usta pulu olaraq 5300 manat vəsaitin hesablanmasının müəyyən edilməsinə baxmayaraq, həmin rəylə avtomaşındakı qüsurların hansı tarixə aid olması müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələbi vermiş Cavabdeh tərəfindən də avtomaşındakı qüsurların hansı tarixə aid olmasına dair hər hansı bir sübut təqdim edilməməklə yanaşı İddiaçı tərəfindən də qarşılıqlı iddia tələbi etiraf edilməmişdir.

50. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə əmtəşünaslıq ekspertizası üzrə 28 fevral 2023-cü il tarixli, 9/9290-8/3638 saylı ekspert rəyi ilə “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4800 manat müəyyən edilməsinə baxmayaraq, kollegiyanın ekspert qarşısında qoyduğu yararsız ehtiyyat hissələrinin hansı vaxtdan yararsız olmasının müəyyən edilməsinin mümkünlüyünə dair sual da cavablandırılmamışdır.

51. Belə ki, işdə olan məhkəmə əmtəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/9290-8/3638 saylı rəyindən görünür ki, ekspert metodikalarına əsasən yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomiotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yol-nəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır.

52. Lakin yol-nəqliyyat hadisəsində iştirak etməyən nəqliyyat vasitəsində hər hansı nasazlığın müəyyən edilməsi bu növ ekspertin tədqiqat obyektinə aid deyildir.

53. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Xəzər-Lada ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4800 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

54. Məhkəmə kollegiyası hesab edir ki, “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh məxsus olması, həmin nəqliyyat vasitəsinin məhz Cavabdeh tərəfindən əldə edilməsindən sonra İddiaçı təhvil verilməsi, avtomaşının İddiaçı təhvil verildiyi vaxtda nəqliyyat vasitəsində nə kimi qüsurların olub-olmamasının sənədləşdirilməməsi nəzərə alınaraq, avtomobildəki qüsurun sonradan, yəni İddiaçı istifadəsində olduğu dövrdə yaranması barədə tələb əsaslı hesab edilə bilməz.

55. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəy Xəzər-Lada ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsaslanmaqla, “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış qüsurun hansı tarixə aid olması müəyyən edilmədiyindən həmin rəyin iş üzrə mötəbər sübut kimi qəbul edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir.

56. “X2rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

57. Qeyd edilənlər nəızərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşı 5300 manat ziyan tələbinə dair iddiası əsassızdır və həmin tələb təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 2021-ci ilin avqust ayından avtomaşınlardan istifadəyə görə İddiaçı tərəfindən ona heç bir ödənişin edilməməsi, İddiaçı isə avtomaşınlardan istifadəyə görə Cavabdeh sonuncu dəfə 2021-ci ilin dekabr ayına aid ödənişin həyata keçirildiyini, bundan sonrakı dövr üçün icarə haqqının ödənilməməsinə dair göstərdiklərini, beləliklə tərəflər arasında olan icarə münasibətlərinə xitam verilməsi nəzərə alınaraq, Cavabdeh mülkiyyətində olan “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı tələb etməkdə haqlı olsa da, bu hissədə birinci instansiya məhkəməsi doğru nəticəyə gəlsə də, işə baxan birinci instansiya məhkəməsi həmin hissədə də yaranan mübahisənin maddi hüquqi əsasını düzgün müəyyənləşdirə bilməmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması hissəsində qarşılıqlı iddia tələbi əsaslı olduğundan, avtomobilin dəyəri deyil, avtomobilin alınması şəklində qiymətləndirilməyən tələb irəli sürüldüyündən, bu kimi tələblər üçün isə 100 manat dövlət rüsumunun ödənilməli olması nəzərdə tutulduğundan, İddiaçı Cavabdeh xeyrinə 100 manat dövlət rüsumu tutulması hissəsində tələb əsaslı, 100 manatdan əlavə olaraq da 1 manat dövlət rüsumunun tutulmasına dair hissədə isə əsassızdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

62. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi məhkəmənin tərəflər arasında yazılı müqavilə olmasa da, Cavabdeh avtomobillərin mülkiyyətçisi kimi onlardan faktiki olaraq istifadəyə görə pul tələb etməsinin qanuna uyğun olması kimi dəyərləndirmə aparsa da, maddi hüquq normasının tətbiqində səhv buraxması, mövcud olmayan müqavilə üzrə İddiaçı hər ay Cavabdeh 1100 manat vəsaitin ödənilməsini qanuna uyğun hesab etməsinə, verilmiş etibarnamə üzrə onun nümayəndəsi olduğu şəxsə hansı əsasla pul vəsaiti ödəməsi, onlar arasında icarə müqaviləsi olmasa da icarə münasibətləri mövcud olduğuna əsaslansa məhkəmə həmin münasibətlər pozulduğundan Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad etməklə tərəflərin əsassız olaraq əldə etdiklərini qaytarmalı olması, məhkəmənin də göstərdiyi kimi tərəflər arasında etibarlı əqd münasibətləri olmamasına, məhkəmənin sübutları düzgün qiymətləndirməsinə dair dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı müqavilə imzalanmasa da onların hər ikisi izahatlarında bir tərəfin avtomaşını digər tərəfin icarəsinə verməsini, digər tərəfin isə avtomaşınları istifadəsinə qəbul edərək bununla bağlı icarə haqqını ödəməsini təsdiq etmişlər. Beləliklə nəqliyyat vasitələrinin idarə edilməsi üçün yazılı etibarnamələrin verilməsinə baxmayaraq, icarə münasibətlərinin sənədləşdirilməməsi, tərəflər arasında avtomaşınlarla bağlı icarə münasibətlərinin mövcudluğu, İddiaçı Cavabdeh məhz aralarında olan şifahi icarə müqaviləsi əsasında icarə haqqı ödəməsi müəyyən edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu nəzərdən qaçırmaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı tərəfindən pul vəsaitinin müəyyən hissəsini avtomaşınların dəyərindən ödəməsinə dair göstərdikləri Cavabdeh tərəfindən inkar edilməklə yanaşı İddiaçı tərəfindən Cavabdehla aralarında lizinq münasibətlərinin mövcudluğuna dair hər hansı bir sənəd təqdim edilməmiş, tərəflər arasındakı icarə münasibətlərinin etibarlılığını istsna edə biləcək hər hansı bir halın olması müəyyən edilməmişdir. Bir sözlə tərəflər arasındakı avtomobil icarəsi ilə bağlı əqd münasibətlərinin etibarlı əqd münasibətləri olmamasına dair göstərilənlər əsaslı deyildir.

63. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi “Mercedes Benz E-350” markalı avtomobilin 2022-ci ilin martından da əvvəl Cavabdeh istifadəsində olması, məhkəmənin Cavabdeh 3 ay müddətində istifadə olan avtomobilin təmiri üçün 5300 manat ödənilməsi barədə mövqeyinin anlaşılan olmaması, həmin avtomobilə həmin ziyanın İddiaçı tərəfindən vurulmasının iş materialları ilə təsdiq olunmaması, istifadə üçün vəsait ödəmiş İddiaçı əlavə təmir xərci alınmasının hansı əsasa söykənməsinə, məhkəmənin formal mülahizə yürüdərək qarşılıqlı iddianı tam təmin etməsinə dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materialından Cavabdeh tərəfindən “Mercedes Benz E-350” markalı avtomobilin İddiaçı hansı vəziyyətdə təhvil verilməsi, təhvil verildiyi məqamda onun müayinə edilməsi, avtomaşına baxış keçirilməsinə dair hər hansı bir sənədləşdirilmə aparılmasının müəyyən edilmədiyi halda ondakı qüsurların hansı tarixdə yaranması da qeyri müəyyəndir. Belə olan halda avtomaşında yaranmış qüsurun onun İddiaçı istifadəsində olduğu dövrə aid olması barədə qəti fikir ifadə edilməsi mümkünsüzdür.

64. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi məhkəmənin İddiaçı vəsaiti hesabına əsassız varlanmış Cavabdeh ödəmiş olduğu vəsaitini də geri qaytarmalı olmasına dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

65. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh ödənilmiş pul vəsaiti onlar arasında mövcud olmuş icarə münasibətlərinə əsaslanmaqla Cavabdeh İddiaçı hesabına əsassız varlanması halı müəyyən edilməmişdir.

66. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

67. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

68. Məhkəmə kollegiyası qeyd edir ki, 9 saylı Ərazi Vergilər İdarəsindən əldə edilmiş məlumatlardan İddiaçı 25 sentyabr 2009-cu ildən vergi ödəyicisi kimi qeydiyyata alınması, Cavabdeh isə həmin statusu tərəflər arasındakı icarə münasibətlərinə xitam verilməklə mübahisələrinin başlanmasından sonra, yəni 14 mart 2022-ci il tarixdə əldə etməsi müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə baxılması Ağdaş rayon məhkəməsinə aid olmuşdur.

69. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməməli, ilkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia tələbi maddi ziyana görə 5300 manat pul və 1 manat dövlət rüsmunun alınmasına dair hissələrdə təmin edilməməlidir.

70. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

71. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

72. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi maddi ziyana görə 5300 manat pul və 1 manat dövlət rüsmunun alınmasına dair hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar