Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-86/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi, xitam verilmə) X6 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya verilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)- 8/2023 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i:: İddiaçı cavabdehə qarşı su kəmərinin torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus magistral su kəmərinin Ucar rayonunun Pirkənd kəndində yerləşən onun və digər payçıların ümumi birgə mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-8/2023 nömrəli qətnaməsi ilə (hakim H.Xəlilov) iddianın qismən təmin edilməsi, Ucar rayonu, Prikənd kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsindən su kəmərinin keçməsinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 29000 (iyirmi doqquz min) manat məbləğində kompensasiyanın alınıb İddiaçı verilməsi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X2, habelə mütəxəssis rəylərinin dəyərinə görə 76 (yetmiş altı) manat "xxxx" MMC-nin və 300 (üç yüz) manatın "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnаmədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(107)- 1036/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekspertizаnın аpаrılmаsının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatın dayandırılması qərara alınmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7415/2023 nömrəli ekspert rəyi 12 yanvar 2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(107)-86/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya verilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, məhkəmə kollegiyasının iclasına gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-8/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddialara baxılması inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin qərarda göstərilmişdir ki, elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər. Belə ki, hazırkı iş üzrə mübahisənin subyektləri bir tərəfdən fiziki şəxs, digər tərəfdən isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. İddiaçının tələbi isə Ucar rayonu Pirkənd kəndində yerləşən, onun və digər payçıların ümumibirgə mülkiyyətlərində olan 0,58 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən su kəmərinin keçməsinə görə kompensasiyanın ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.11-ci maddəsinə əsasən, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Qeyd edilməlidir ki, inzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin normaları əsasında təbii inhisar müəssisəsinin inzibati aktları da məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə olan halda təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Hazırkı iddia tələbi də inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən tələbin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələbi təmin etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-8/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, İddiaçı həmin tələblə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xityam verilməsi nəzərə alınaraq iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə ödənilmiş 10 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat olmaqla, məhkəmə tikintitexniki ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməli, mütəxəssis rəyinin verilməsi üçün 76.00 manat məbləğində smeta xərcinin yarısı, yəni 38 manatı İddiaçı, 38 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (AZ. Kapital Bank ASC Xətai filialı, Kodu 200071, VÖEN **********, Müxbir hesab: AZ 37 NABZ 013501**********1944, SWİFT kod: AİİBAZ2X, KADASTR VƏ YERQUR LAHİYA TADQ MAR, VÖEN **********, Hesab: AZ23AİİB********************) ödənilməli, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatın 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq "XXXX" MMC-nin hesabına (AZ 521BAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X) keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-8/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı həmin tələblə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Mütəxəssis rəyinin verilməsi üçün 76.00 manat məbləğində smeta xərcinin yarısı, yəni 38 manatı İddiaçı, 38 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (AZ. Kapital Bank ASC Xətai filialı, Kodu 200071, VÖEN **********, Müxbir hesab: AZ 37 NABZ 013501**********1944, SWİFT kod: AİİBAZ2X, KADASTR VƏ YERQUR LAHİYA TADQ MAR, VÖEN **********, Hesab: AZ23AİİB********************) ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatın 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq "XXXX" MMC-nin hesabına (AZ 521BAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-86/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-86/2024
30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver