Məhkəmə qərarları › İş №2(107)-862/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-862/2024

04.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-862/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı “iddia ərizəsinin geri qaytarılması barədə” qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 27 may 2024-cü il tarixli, e- 2(037)-794/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddiaçıya ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət edə bilməsi və İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət ərizəsi verərək ərizəsində İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadının ləğv edilməsi və işə aidiyyatı üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın əsası kimi hərrac protokolunun və çıxarışın ləğvi tələbinə icra və probasiya şöbəsi cavabdeh qismində deyil, yəni həmin tələbə cavab verən şəxs deyil, yalnız 3-cü tərəf qismində cəlb edilə biləcəyi göstərilmişdir. Bildirmişdir ki, ipoteka haqqında qanuna əsasən məhkəmə qərarı ilə ipoteka predmetinə tutma yönəlmişdir. “İpoteka haqqında” qanunun 41-ci maddəsində (ipoteka predmetinin satışı üsulları) 41.2-ci bəndində deyilir” Məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” qanuna uyğun keçirilir. İcra məmuru ixtisaslaşmış təşkilata sifarişi icra haqqında qanuna uyğun verir. “İpoteka haqqında qanunda” məhkəmə qərarına əsasən tutma prosesi 41-ci maddədən başlayaraq 48-ci maddədə (ipotekaya xitam verilməsi) başa çatır ki, bura hərracın təşkili, keçirilməsi və hərracda satış prosesi də daxildir.Bu halda 48.1.3 (tutmanın yönləndirilməsi nəticəsində ipoteka predmetinin satılması) bəndində sonlanır. Mülkü Məcəllənin 414.2 maddəsində deyilir “Hərrac təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi çıxış edə bilər. İxtisaslaşmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi (bu halda icra məmuru) ilə müqavilə əsasında hərəkət edir və onların adından çıxış edir”. Qeyd olunanlardan aydın görünür ki, hərrac təşkilatı öz adından deyil, icra şöbəsinin adından çıxış etdiyindən birbaşa cavabdehliyi o deyil icra şöbəsi daşıyır. Həmçinin “İcra haqqında” qanunun 53.2-ci maddəsində də bu öz əksini tapmışdır. “İpoteka haqqında qanunun” 47.2-ci maddəsində də göstərilib ki, satışdan daxil olan vəsait icra məmurunun depozit hesabına daxil olduqdan sonra icra məmuru tərəfindən bölünür. Göründüyü kimi hərrac təşkilatı heç bir halda sərbəst satış prosesini həyata keçirmir. O yalnız müəyyən hərəkətləri icra şöbəsinin adından həyata keçirir. Mülki Məcəllənin 416.1-ci maddəsində deyilir. “Bu məcəllə ilə müəyyənləşmiş qaydaları pozmaqla kecirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” 416.2-ci maddəsində isə deyilir. “Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlıgına səbəb olur.” Müqavilənin (protokolun) ləğvi isə öz növbəsində çıxarışın ləğvinə səbəb olur. Bu isə qəbələ reyestr idarəsinin əsas cavabdeh qismində çıxış etməsinə deyil, çıxarışın ləğvi və yeni çıxarışın verilməsi öhdəliyi qoyulan şəxs (tərəf) kimi çıxışına səbəb olur. Qeyd etmişdir ki, iddia ərizəsində, icra məmurlarının qanunsuz əməllərindən şikayət tələbi qoyulmamışdır. (yalnız giriş hissədə yazılıb.) Qeyd edilənləri nəzərə alaraq Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən xx.xx.2024 tarixli qərardadı ləğv edərək işə aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı hazırkı tələblə keçirilmiş hərracın yekun protokolunun (hərracı keçirmiş Bakı Hərrac Mərkəzi) və həmin protokol əsasında bankın (Xalq Bank ASC) adına verilmiş çıxarışın (çıxarışı vermiş orqan (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda icra məmurunun hərəkətlərindən şikayəti də əlavə edərək İsmayıllı rayon icra və probasiya şöbəsini cavabdeh qismində qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş çıxarışın ləğv edilməsi tələbi üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsi cavabdeh qismində çıxış etmir, o sözügedən tələbə cavab verən şəxs deyil, yalnız üçüncü şəxs qismində verilə bilər, eyni zamanda icra məmurunun hərəkətlərindən şikayətə məhkəmə icraatında 8 indeksi ilə yəni, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılır və sözügedən tələb hazırkı tələblə birlikdə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1,152.1.3-ci maddələrinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göründüyü kimi prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını tənzimləyən 35-ci maddəsində iddianın məhz cavabdehin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi göstərilməklə bu halı üçüncü şəxslərə şamil etməmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını tənzimləyən 35-ci maddəsində iddianın məhz cavabdehin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi göstərilməklə bu halı üçüncü şəxslərə şamil etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşır. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə qərarlarının icrasının hansı İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməsi “İcra haqqında” Qanunla tənzimlənən məsələ olmaqla, məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılması ilə əlaqəsi yoxdur. O cümlədən, qərarın İcra və Probasiya Şöbəsi tərəfindən icra olunması iddia ərizəsində ona qarşı bir tələb olduğu demək deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia ərizəsində İsmayıllı rayon İcra və Probasiya şöbəsinin hərəkətləri barədə göstərilsə də, ərizənin “xahiş edirəm” hissəsində ona qarşı hər-hansı bir tələb irəli sürülməmişdir. Halbuku, MPM-in 149.2, 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsi 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadı ilə İddiaçı həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(037)-794/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar