Məhkəmə qərarları › İş №2(107)-866/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-866/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-866/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 və Cavabdehilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilməmiş, İddiaçı Sığorta Şirkəti ASCnin Cavabdeh 2499.40 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının tutularaq İddiaçı Sığorta Şirkəti ASC -nin hesabına keçirilməsi barədə tələbi təmin edilməmişdir. İşin halları İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh ödənilmiş 2499.40 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 2105” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri Ə.Kərim küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozaraq MERCEDES BENZ E270 CDİ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması barədə DİN-nin BDYPİ-nin AYP 838231 saylı inzibati xəta protokolu tərtib edilmişdir. PAT MİP 122850-B05 saylı sığorta müqaviləsinin 794 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC MERCEDES BENZ E270 CDİ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 2499.40 manat sığorta ödənişi həyata keçirmişdir. Buna görə də tələbin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməmiş və ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının ondan sığorta ödənişi tələb etməsi əsassızdır. Yol nəqliyyat hadisəsi xx.xx.2013-cü il tarixdə baş verdiyinə baxmayaraq iddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən ona qarşı qaldırılan tələb üzrə 3 illik iddia müddəti ötürüldüyündən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməli və iş üzrə iddiaçının tələbi tam təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. İddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də iddiaçının hazırkı tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Buna baxmayaraq Göyçay Rayon Məhkəməsi qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehin ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh məlum yol nəqliyyat hadisəsi zamanı təqsirli olmasını halını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir (AR DİN BDYPİ-nin xx.xx.2013-cü il tarixli, AYP 838231 saylı protokolu). Lakin məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmişdir və tətbiq edilməli olan norma tətbiq edilməyərək səhv norma tətbiq edilmişdir. Nəticə etibarı ilə düzgün olmayan qətnamə çıxarılmışdır. Göyçay Rayon Məhkəməsi işin hallarını lazımınca araşdırmayaraq səhv qənaətə gəlmiş və əsassız olaraq İddiaçı Sığorta Şirkəti ASC-nin iddia tələbini təmin etməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)- 1659/2018 nömrəli qətnaməsini ləğv edərək iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı “subroqasiya tələbi üzrə borcun qaytarılması” tələbinə dair iddiasını tam təmin edərək, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştitakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Sığorta Şirkəti ASCnin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası təmin edilməli, Cavabdeh 2499,40 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, apelyasiya şikayəti X4 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan DİN-nin BDYPİ-nin xx.xx.2013-cü il tarixli DİN-nin BDYPİ-nin AYP 838231 saylı protokolundan görünür ki, Cavabdeh oğlu xx.xx.2013-cü il tarixdə Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi “VAZ 2105” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Mercedes Benz E270 CDİ” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmudur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2 və 377.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsi, yol nəqliyyat hadisəsinin baş verdiyi tarixin xx.xx.2013cü il olduğunu, iddiaçının Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən Cavabdeh qarşı subroqasiya tələb hüququnun yarandığını və həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra iddiaçının iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə hazırkı tələblə bağlı iddia ərizəsi ilə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, sığorta hadisəsi xx.xx.2013-cü il tarixdə baş verdiyindən və iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehlərə qarşı məhkəmədə iddia qaldırdığından, hazırkı tələb üzrə üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh vurulan ziyanın əvəzində 2499.40 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının alınmasına dair iddiası təminedilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 2105” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri Ə.Kərim küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozaraq MERCEDES BENZ E270 CDİ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması barədə DİN-nin BDYPİ-nin AYP 838231 saylı inzibati xəta protokolu tərtib edilmişdir. PAT MİP 122850-B05 saylı sığorta müqaviləsinin 794 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC MERCEDES BENZ E270 CDİ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 2499.40 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı ödəmiş olduğu 2499.40 manat sığorta ödənişi məbləğinin ödənilməsinə dair cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin ödənişi etməkdən imtina etdiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə Kollegiyası iddiaçının apelyasiya şikayəti əsasında hazırkı mübahisə ilə bağlı birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci instansiyası məhkəməsinin iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən üç illik iddia müddəti ötürülməklə verildiyindən rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, yenə də iddiaçı tərəfindən Mülk Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrıayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Bu baxımdan hazırkı halda iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində iddia tələbinin X4 münasibətdə də, təmin edilməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində X4 qarşı heç bir iddia olmadığından, apelyasiya şikayəti ona münasibətdə təmin edilə bilməz. Çünki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü mаddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi hazırki iş üzrə də, X4 qarşı tələb mövcud olmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası təmin edilməli, Cavabdeh 2499,40 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, apelyasiya şikayəti X4 münasibətdə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(046)-1659/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası təmin edilsin. Cavabdeh 2499,40 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Apelyasiya şikayəti X4 münasibətdə təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar