Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-87/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əşyanın naturada bölgüsü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. RX ******* seriya nömrəli, reyestr nömrəsi **********76-10301 olan Çıxarışla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsi Cavabdeh və İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakdan payının naturada ayrılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında paylı mülkiyyətlərində olan, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən onun ½ hissədən ibarət payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX №1319218 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi onun ½ hissəsi isə cavabdehin olmaqla paylı mülkiyyətdədir. Paylar müəyyən olunarkən tərəflərin razılığı əsasında torpaq sahəsi və fərdi yaşayış evinin bölgü sxemi işlənilmiş və xx.xx.2018-ci il tarixdə bölgü ilə bağlı razılıqları notariat qaydada təsdiq edilmişdir. Hazırda da hər biri özlərinə aid hissədə yaşayır. Lakin, hazırki vəziyyətdə o, mülkiyyətində olan əmlak üzərində sərəncam hüququmu həyata keçirə bilmir. Yaşayış evi paylı mülkiyyətdə olduğundan payların naturada ayrılması və ayrıca olaraq payına münasibətdə çıxarışın verilməsinə zərurət yaranmışdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********76-10301 olan, ******* qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsi Cavabdeh və İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin evdən ona düşən ½ hissə payın dəqiq müəyyən edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9292 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/2 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün 1/2 hissə paydan kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89" un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.
6. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz.
7. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunda olan bölgü sxemi ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh və İddiaçı arasında fərdi yaşayış evi və torpaq sahəsi üzrə Cavabdeh düşən sahə fərdi yaşayış ümumi sahə 34.3 kvm literlər -5,6, yaşayış sahəsi 20.6-kvm. Literlər-6. Köməkçi sahə 13.7- kvm.liter-7. Qanuni torpaq sahəsi 215-kvm.literlər-B.D. İddiaçı düşən sahə olan, ümumi sahə 48.3 kvm literlər -2-3-4, yaşayış sahəsi 28.5-kvm. Literlər3,4. Köməkçi sahə 19.8-kvm.liter-2. Qanuni torpaq sahəsi 384.6-kvm.literlər-B.D.Zəbt torpaq sahəsi 300-kvmdir. Göründüyü kimi, iddiaçı və cavabdehin ünvan 1 ünvana 1/2 pay hüququ müəyyən edilsə də, tərəflərin apardıqları faktiki bölgü əsasında payları arasında əhəmiyyətli fərqin olduğu müəyyən edilir.
8. Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında paylı mülkiyyətlərində olan, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən onun ½ hissədən ibarət payının naturada ayrılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 213, 220 və 223-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********76-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9292 nömrəli ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş şəxsi tərəfindən verilmiş **********76-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda olan bölgü sxemi
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi onların arasındakı faktiki bölgünün nəzərə alınmadan faktiki ½ hissə onun payının ayrılmasının mümkün olması barədə ekspert rəyini nəzərə almamış və beləliklə işin faktiki hallarını aydınlaşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi onun paylı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsindən onun ½ payının ayrılmasının mümkün olmamasını sübut edə bilməmişdir.
13. Ona görə də, Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinə əlavə etdiyi bölgü sxemində göstərilən qaydada fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsini tələb edir. O, hal-hazırda evi təmir etdirə bilmir, məhkəmədən evini təmir etdirməsi üçün sənəd verməsini xahiş edir. Qarşı tərəfə bərabər olmayan və ona artıq düşən payın əvəzinə heç bir məbləğdə pul ödəmək niyyətində deyil, əmlakın satılmasını da istəmir.
16. Cavabdeh hüquqi varisləri X6 və X5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli Qərardadı
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. İddiaçı Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Kollegiya əvvəla qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı payının naturada ayrılmasını tələb etsə də, sözügedən daşınmaz əmlak iki nəfərin ümumi paylı mülkiyyətində olduğundan bir tərəfin payının ayrılması daşınmaz əmlakın ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli Qərardadının 62-ci bəndinə görə mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9292 nömrəli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakın tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün olsa da, bu, onlar arasında müəyyən olunmuş ½ hissənin hüdudlarından kənara çıxmaqla mümkündür. Ekspert rəyindən görünür ki, hər birinin payı ½ hissə olduğu halda tərəflərin hər birinə fərdi yaşayış evindən 41.3 kvm və torpaq sahəsindən 0.03 ha hissə ayrılmalıdır. Bununla bərabər, hal-hazırda tərəflər arasında faktiki bölgü mövcuddur. İddia ərizəsinə əlavə edilmiş mülki işin 8-ci vərəqində yerləşən bölgü sxemindən görünür ki, Cavabdeh 34.3 kvm fərdi yaşayış evindən, 215.4 kvm torpaq sahəsindən pay ayrılmışdır, İddiaçı isə 48.3 kvm fərdi yaşayış evindən, 384.6 kvm torpaq sahəsindən pay ayrılmışdır. Göründüyü kimi, tərəflər arasında faktiki mövcud olan bölgü ½ hissə paylardan kənara çıxmaqla, iddiaçı tərəfə daha artıq hissə ayrılmışdır.
23. Kollegiya, əvvəla, cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində faktiki bölgü nəzərə alınmadan, ½ hissəyə uyğun bölgünün aparılmasını tələb etsə də, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında hal-hazırda faktiki mövcud olan qaydada bölgünün aparılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının onlar arasında payların hər birinə ½ hissə olmaqla müəyyən edildiyi, faktiki bölgünün isə həmin hissədən artıq olduğu barədə sualına cavab olaraq iddiaçı qeyd etmişdir ki, həmin payları o deyil, onun mərhum əri müəyyən etmişdir. Əri ölmüşdür və hal-hazırda o faktiki mövcud qaydada bölünməni tələb edir.
24. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda göstərilən qərarının 63-cü bəndinə görə birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil edir. Göründüyü kimi, mövcud vəziyyətdə tərəflər arasında naturada bölgü əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü ilə mümkündür və iddiaçının tələb etdiyi də həmin bölgüdür. Lakin, məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdeh tərəfə (cavabdehin hüquqi varisləri) hər hansı kompensasiya ödəməkdən imtina etmişdir. O cümlədən, iddiaçı mübahisəli daşınmaz əmlakın hərrac vasitəsilə satılması barədə tələb irəli sürməmiş, əmlakın mövcud qaydada naturada bölünməsinə israr etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda göstərilən qərarının 64-cü bəndinə əsasən bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Belə olan halda, kollegiya hazırki iş üzrə bu qənaətə gəlir ki, tərəflər arasında ümumi mülkiyyət hüquqlarına xitam verilməsi barədə məhkəmə araşdırması birinci mərhələ ilə yekunlaşmalı və iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda göstərilən səbəblərdən əsassızdır.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.