Məhkəmə qərarları › İş №2(107)-874/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-874/2022

16.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-874/2022 16.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ 2(107)-874/2022 xx.xx.2022-ci il Şəki şəhəri Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, cavabdehin və Maraqlı şəxs vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Məmməq qızına (bundan sonra cavabdeh) qarşı torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tаrixli qətnaməsindən cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,30 m2 (yaşayış sahəsi 20,5 m2) olan fərdi yaşayış evi və 240 m2 torpaq sahəsi 12 may 1980-ci il tarixli, 2751 reyetr nömrəli qeydiyyat vəsiqəsinə və Yevlax şəhər XDS İK-nin 14 may 1957-ci il tarixli, 2751 nömrəli torpaq qeydinə əsasən X2 adına qeydiyyata alınmışdır. X5 09 sentyabr 2000-ci il tarixdə ölmüşdür. X3 məxsus Yevlax şəhəri Azərbaycan küçəsi 9 ünvanında yerləşən yaşayış evində xx.xx.2006-cı il tarixdə yanğın baş vermiş və yaşayış evi tamamilə yanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 240 m2 torpaq sahəsi və yanmış sahəsi 20,5 m2 olan yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ilin son aylarında cavabdehin atası Məmməd Qarayev ona xüsusi mülkiyyətində olan 240 m2 torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 20,5 m2 olan bir otaqlı yaşayış evini satmaq istədiyi bildirmişdir. O, həmin evin şəhərin mərkəzində yerləşdiyini düşünüb onu almaq qərarına gəlmişdir. Alğı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna getmək istəyəndə yaşayış evinin qeydiyyat vəsiqəsinin olmadığını müəyyən etmişlər. Onlar evi 3600 ABŞ dollarına alğısatqı etməyə razılaşmışlar. Aralarındakı razılığa görə ilkin olaraq 3000 dolları Məmməd Qarayevə verəcək, evin sənədləri düzələndən və rəsmi qaydada müqavilə bağlandıqda isə qalan 600 dolları verəcəkdir. 2001-ci ildə Məmməd Qarayev ona xəbər göndərmişdir ki, evin sənədləri hazırdır. O, notariat kontoruna gedib müqavilə bağlamaq istəyəndə cavabdeh ona atasının vəfat etdiyini bildirmişdir. Cavabdeh ondan pulun qalan hissəsini də istəmişdir ki, atasını dəfn etsin və evi ona verib getsinlər. O, pulun qalan hissəsini verməkdən imtina etmişdir. Cavabdeh ona bildirmişdir ki, atasının qırxından sonra sənədləri öz adına keçirib onunla müqavilə bağlayacaq. Sonra o, bir neçə dəfə cavabdehin evinə getmiş və onu tapmamışdır. Qonşular onların yığışıb getdiklərini bildirmişlər. 2006-cı ilin iyul ayında eşitmişdir ki, onun Məmməd Qarayevdən aldığı ev yanıb. O, cavabdehdən nə pulunu ala bilmiş, nə də evin sənədlərini öz adına keçirə bilmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2-173 nömrəli iş üzrə qəbul etdiyi 09 mart 2007-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia tələbi təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında X3 məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi 240 m2 olan bir mərtəbəli ümumi sahəsi 37,30 m2, yaşayış sahəsi 20,5 m2, köməkçi sahəsi 16,80 m2 olan bir yaşayış otağından ibarət fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla həmin torpaq sahəsinə və yaşayış evinə iddiaçının mülkiyyət hüququnun tanınması qət olunmuşdur. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum ataları X3 məxsus olmuşdur. Həmin daşınmaz əmlakın iddiaçıya faktiki olaraq satılması ilə bağlı mərhum atalarının, o cümlədən onlarla iddiaçının arasında heç bir hüquq münasibəti yaranmamışdır. Əgər belə bir münasibət olmuş olsa idi, ən azından sadə yazılı formada və ya şahidlərin iştirakı ilə yazışma olardı. İddiaçı onların ata yurdunu sahibsiz görmüş və mənimsəmişdir. İddiaçı öz niyyətinə qanuni don geyindirmək üçün məhkəməyə müraciət etmişdir. Ataları vəfat etdikdən və evləri yandıqdan sonra onlar Bakı şəhərinə köçmüşlər və fikirləşmişlər ki, pul qazanıb ata yurdunu abadlaşdırsınlar. Həmin daşınmaz əmlaklarla bağlı sənədləri qaydaya salmaq istəyərkən əmlakların özgəninkiləşdirildiyini öyrənmişlər. Bunun əsasları ilə maraqlananda isə Yevlax Rayon Məhkləməsinin 09 mart 2007-ci il tarixli qətnaməsinin mövcudluğu onlara bildirilmişdir. Həmin qətnamənin qəbul edilməsindən məlumatsız olmuşlar. İddiaçı göstərmişdir ki, guya ataları ilə onun arasında hüquq münasibəti 2000-ci ildə yaranmışdır. Halbuki həmin vaxt onlar ailəvi olaraq həmin evdə yaşamışlar və onların evi satmaq niyyətləri olmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən heç bir araşdırma aparılmamış, qətnamənin əsaslandırıcı hissəsində işin faktiki halları barəsində, məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi açıqlanmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı və mübahisə predmeti barəsində müstəqil tərləb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 və onların vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı izahatında cavabdehi tanımadığını, cavabdehin atası Məmməd Qarayevi isə şəhər sakini kimi tanıdığını, lakin Məmməd Qarayevə onun evini alması üçün heç bir pul vermədiyini, ümumiyyətlə onların arasında evin və ya torpaq sahəsinin alğı-satqısı barədə heç bir razılaşma olmadığını bildirmişdir. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxş X1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Balakişi Əhmədov 2 sentyabr 2007-ci il tarixdə notariat qaydada bağlanmış müqaviləyə əsasən mübahisəli evi və torpaq sahəsini 5000 manat verməklə iddiaçıdan almışdır. O, həmin daşınmaz əmlakın hansı yolla iddiaçının mülkiyyətinə keçməsindən xəbərsiz olmuşdur. Balakişi Əhmədov vicdanlı alıcıdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır (mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olmuş və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 949-İİQD nömrəli Qanunu ilə Mülki Məcəllədən çıxarılmışdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahəsi 1957-ci il tarixdən, fərdi yaşayış evi isə 1980-ci il tarixdən cavabdehin atası Məmməd Qarayevə məxsus olmuşdur. Məmməd Qarayev xx.xx.2000-ci il tarixdə ölmüşdür. O, öldükdən sonra, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi mərhumun övladlarının, o cümlədən hazırki iş üzrə cavabdehin sahiblik və istifadəsində olmuşdur. Hazırki işə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində ifadə olunmuş maddi hüquq normasını tətbiq etməklə iddianı təmin etmişdir. Həmin maddəyə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Göründüyü kimi, hazırki mübahisə ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi birmənalıdır. Belə ki, tərəflər arasında alğı-satqı müqaviləsinin yazılı formada bağlanmaması, əvvəlcədən şifahi razılaşmanın olub-olmamasından asılı olmayaraq, həmin müqavilənin etibarlı sayılması və bağlanmış hesab edilməsi imkanını aradan qaldırır. Məhkəmə bu qənaətdədir ki, qanunvericilikdə belə bir halın dəqiq müəyyən edilməsi mülkiyyət hüququnun yaranmasında sui-istifadələrin qarşısının alınması üçün uğurlu və düzgün bir mövqedir. Çünki alğı-satqı predmeti daşınmaz əşya olduqda, müqavilənin qanunun tələb etdiyi formada bağlanmasına riayət edilməsində alıcının marağı yaranmış olur. Digər tərəfdən, Məhkəmə, iddiaçının iddia tələbində cavabdeh tərəfindən əqdin bağlanılması öhdəliyinin yerinə yetirilməməsi və bu səbəbdən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsassızdır. Çünki mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin 3.600 ABŞ dollarına alğısatqısı barədə iddiaçı ilə cavabdehin mərhum atası, daha sonra isə cavabdehin özü ilə razılıq əldə olunduğunu, bu razılaşmaya uyğun olaraq iddiaçının cavabdehin iştirakı ilə mərhum Məhəmməd Qarayevə 3.000 ABŞ dolları məbləğində pulun verildiyini bildirən iddiaçı, bu dəlillərini təsdiq edən sübutları (məsələn: yazılı formada bağlanmış beh müqaviləsi və ya ilkin alqı-satqı müqaviləsi) məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, əks tərəfin bundan yayınması da iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsaslanaraq iddianın əsaslılığına qiymət verən Məhkəmə,qeyd edir ki, hazırki mübahisə üzrə iddianı sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmişdir. Əksinə apellyasiya baxışında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, cavabdehi tanımır, cavabdehin atası Məmməd Qarayevi isə şəhər sakini kimi tanıyırdı, Məmməd Qarayevə məxsus evin alınması üçün sonuncuya heç bir məbləğdə pul verməmişdir, ümumiyyətlə onların arasında evin və ya torpaq sahəsinin alğı-satqısı barədə heç bir razılaşma olmamışdır. Göründüyü kimi, apellyasiya baxışında iddiaçının verdiyi bu izahat iddia ərizəsində göstərilənlərin həqiqiliyini şübhə altına alır. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsassızdır və sübuta yetmədiyi üçün təmin olunmamalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs birgə verdikləri apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2007-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar