Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-874/2025 16.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(039)-140/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 99000 (doxsan doqquz min) manat həcmində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə, İddiaçı tərəfindən ödənilmiş 390 (üç yüz doxsan) manat həcmində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 aid edilərək onlardan tularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" ASC arsında bağlanmış 27 iyun 2014- cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364 000,00 (üç yüz altmış dörd min) manat məbləğdə kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh2 nənəsi X8 öz mülkiyyətində olan ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.metr, tikintialtı sahəsi 96,08 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasını bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh2 əmisi X13 öz mülkiyyətində olan, ünvan 2i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan əlavə qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh2 nənəsi X8 öz mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyriyaşayış binası (YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakların dəyəri yetərli olmadığı üçün qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh2 nənəsi X8 öz mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binasını bankın xeyrinə yüklü edilməklə ipotekaya qoyulmuşdur. Həmin “Kredit mqüqaviləsi” bağlanarkən onun təminatı kimi “İpoteka müqavilə”-ləri ilə yanaşı Cavabdeh1 ilə "xxxx" ASC arsında 27 iyun 2014-cü il tarixli “Zaminlik müqaviləsi 115.CL.270614.00001/f” də bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 Cavabdeh2 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi” üzrə öhdəliklərinin yerinə yetirilməsinə zamin durmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi Cavabdeh2 ilə "xxxx" ASC arsında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364 000,00 (üç yüz altmış dörd min) manat məbləğdə kredit götürmüş və müxtəlif vaxtlada onun tərəfindən həmin “Kredit müqaviləsi” üzrə cəmi 120 000,00 (bir yüz iyirmi min) manat pul vəsaitinin banka ödənilməsi təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı Qətnaməsi ilə "xxxx" ASC-niniddia tələbi qismən təmin edilmiş,cavabdehlər Cavabdeh2 Rafıq oğlundan və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas 244 198,00 manat, faiz 106 312,37 manat, kredit üzrə illik 1 faiz komissiya 3 662,98 manat, cərimə 2 000,00 manat olmaqla, cəmi 356 173,35 manat məbləğində borc tutulması və tutmanın X5 məxsus, ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m. tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına, X11 məxsus, ünvan 7ində istifadəsində olan 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına, X2 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m. tikintialtı sahəsi 324,70 kv.m. olan qeyriyaşayış binasına və X3 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binasına yönləndilməsini və ipoteka predmetlərinin açıq hərracda satılmasını və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsini qət etmişdir. Həmin Qətnamə ilə ipoteka predmeti olan X5 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125 000,00 (bir yüz iyirmi beş min) manat, X4 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136 000,00 (bir yüz otuz altı min) manat, X4 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220 000,00 (iki yüz iyirmi min) manat və X11 məxsus olan ünvan 7i ünvanında 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80 000,00 (səksən min) məbləğində müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı Qətnaməsi qanuni qüvvəsinə mindiyinə baxmayaraq Cavabdeh2 həmin Qətnamənin icra edilməsi ilə əlaqədar heç bir təqdirəlayiq hərəkətlər etməmişdir. İpoteka predmetlərinin açıq hərracda satılması təhlükəsi yarandıqdan sonra Cavabdeh2 əmisi İddiaçı həmin əmlakların satışdan çıxarılması istiqamətində X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə danışıqlara başlamışdır. Bunu nəticəsində X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” tərtib edilmiş və həmin protokola görə Cavabdeh2 tərəfindən 30 (otuz) gün müddətində 90 000,00 (doxsan min) manat pul vəsaiti Fonda odənildiyi təqdirdə X5 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m, tikintialtı sahəsi 96,08 kv.m olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”-a əsasən cari ilin may ayından başlayaraq hər ay 10 000,00 (on min) manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. Bundan sonra nə qüvvəyə minmiş məhkmə Qətnaməsi, nə də 13 yanvar 2023- cü il tarixli, 245 saylı “Protokol” ilə üzərinə düşən öhdəliklər cavabdehlər Cavabdeh2 tərəfindən icra edilməmişdir. Yaxın qohumlarının mülkiyyətində olan əmlakların bazar dəyərindən də aşağı qiymətlərə satılması təhlükəsi ilə qarşılaşan hazırki iş üzrə İddiaçı tərəfindən Cavabdeh2 əvəzinə 23 yanvar 2023-cü il tarixində 90 000,00 (doxsan min) manat məbləğində pul vəsaitinin X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin etmişdir. X1 mülkiyyətində olan ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m, tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edildi. X14 Olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə ipoteka ilə yüklülüyü saxlanılmaqla digər əmlaklar – X9 mülkiyyətində olan, ünvan 2i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM), X4 mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyriyaşayış binası (YDM) və X4 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binası hazırki iş üzrə İddiaçı oğlu X6 mülkiyyətinə keçmişdir. Cari ilin may ayından başlayaraq 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-da şərtləndirilmiş qaydada hər birində 10 000,00 (on min) manat olmaqla, 30 may 2023-cü il tarixindən 30 dekabr 2023-cü il tarixinə kimi cəmi 70 000,00 (yetmiş min) manat həcmində pul vəsaiti Cavabdeh2 əvəzinə İddiaçı tərəfindən X20 "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Beləliklə, Yevlax Rayon Məhkəməsinin 2(039)-95/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsinin və X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2023cü il tarixli, 245 saylı “Protokol”-unun icrası ilə əlaqədar olaraq cəmi 160 000,00 (bir yüz altmış min) manat həcmində pul vəsaitinin Cavabdeh2 əvəzinə İddiaçı tərəfindən X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir. Bundan sonra İddiaçı iddi ərizəsi iləYevlax Rayon Məhkəməsinə müraciət edərək 160 000,00 (bir yüz altmış min) manat həcmində pul vəsaitinin və tərəfindən ödənilmiş dövlət rüsumlarının Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin e-2(039)- 99/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 160 000,00 (bir yüz altmış min) manat borc və ödənilmiş 640 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qəbul ediləndən sonra da İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-95/2020 saylı, 27 avqust 2020- ci il tarixli, qətnaməsinin və X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”- unun icrası ilə əlaqədar olaraq 29 yanvar 2024-cü il tarixində 10 000,00 manat, 29 fevral 2024-cü il tarixində 8 500,00, 29 mart 2024-cü il tarixində 8 500,00, 26 aprel 2024-cü il tarixində 10 000,00 manat, 30 may 2024-cü il tarixində 8 000,00 manat, 28 iyun 2024-cü il tarixində 8 000,00 manat, 29 avqust 2024-cü il tarixində 14 000,00 manat, 02 oktyabr 2024-cü il tarixində 32 000,00 manat olmaqla cəmi 99 000,00 manat həcmində pul vəsaiti onun tərəfindən LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Bundan sonra 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi” üzrə öhdəliklər İddiaçı tərəfindən tam həcmdə ödənildiyi üçün həmin müqavilənin təminatı kimi ipoteka ilə yüklü edilmiş digər əmlaklar da girovdan azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(039)-140/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 99 000,00 (doxsan doqquz min) manat borc və ödənilmiş 390 (yüz yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. O, həmçinin izahatında İddiaçı tərəfindən cavabdehlərin əvəzindən banka olan 99 000,00 manat borcun ödənilməsində iddiaçının məqsədinin sahibkarlıq obyektləri olan 4 ədəd qeyri yaşayış sahəsinin ipotekadan azad edilməsinə yönəldiyini göstərmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına göndərdiyi teleqramında səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini göstərsə də, Cavabdeh1 gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı mülki iş üzrə iddia ərizəsindən iddia tələbinin Cavabdeh2 X20 "xxxx" ASCyə olan kredit borcunun ödənilməməsi səbəbli tutmanın yönəldilməsinə məruz qalmış sahibkarlıq obyektlərinin, yəni ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m. tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası, ünvan 7ində istifadəsində olan 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası, ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m. tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri yaşayış binası və Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binasının yüklülükdən azad edilməsi üçün 2024-cü ildə ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı olması müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən iddaçı İddiaçı 10 iyun 2020-ci il tarixdən çovdarın becərilməsi, əvəzindən kredit borcunun ödənildiyi Cavabdeh2 isə 20 avqust 2010-cu il tarixdən yulafın becərilməsi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə tərəfləri sahibkarlıq statusuna malik olduqlarından, işin hallarından onların arasındakı münasibətin kommersiya fəaliyyətindən irəli gəlməklə koorporativ mübahisəyə aid olduğu müəyyən edildiyindən hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(039)-140/2025 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(039)-140/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-874/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-874/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver