Məhkəmə qərarları › İş №2(107)-879/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-879/2023

13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-879/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, e-2(037)-749/2023 saylı qərardadından ərizəçilər İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər İddiaçı3, İddiaçı2, X10 və X8 ərizə ilə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD40726038, JN-027F saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın “X9” (aktda X3 göstərilmiş), X11 (aktda X4 göstərilmiş), İddiaçı2 (aktda X5 göstərilmiş), X10 (aktda X6 göstərilmiş) və X2 (aktda X1 göstərilmiş) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixi e-2(037)-749 saylı qərardadına əsasən ərizəçilər İddiaçı3, İddiaçı2, X10 və X8 tərəfindən verilmiş hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixi e-2(037)-749 saylı qərardadıdan iş üzrə ərizəçilər İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 şikаyət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə sırf daşınmaz əmlaka aiddir. Gələcəkdə faktın tanınması zamanı həmin əmlaka yerində baxış və s. həyata keçirilə bilər. Həmin əmlaka dair sənəddə düzəliş olunması birbaşa ərizəçilərin mülkiyyət hüquqlarına təsir edir. Şəxslər faktiki olaraq öz əmlakları üzərində sərəncam vermə hüququnu həyata keçirə bilmirlər. Ona görə də İsmayıllı rayon məhkəməsinin e-2(037)-749/2022 saylı 08 iyun 2023-cü il tarixli qərardadının ləğv edilərək işin icraata götürülməsi barədə qərardad qəbul olunmasını xahiş edirlər. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixi e-2(037)-749 saylı qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli e-2(037)-749 nömrəli qərardadından ərizəçilər İddiaçı3 və qeyriləri tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, e-2(037)- 749/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, e-2(037)-749/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, e-2(037)-749/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, ərizəçilər Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçilər İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 qız tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, e-2(037)-749/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar