Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-890/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların naturada ayrılmaqla bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tаrixli, 2(025)-32/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların naturada ayrılmaqla bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hazırlanıb verilmiş xx.xx.2021ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,5145 hektar həyətyanı torpaq sahəsinin mərhum X5 və Məmmədova İmarət Absaat qızından miras qalmış ½ hissəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hazırlanıb verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlarla cavabdehlərə düşən payların bir- birindən naturada ayrılmaqla bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,57 hektar həyətyanı torpaq sahəsi onların, həmçinin ailə üzvləri X5 və Məmmədova İmarət Absaat qızının paylı mülkiyyətinə verilmiş, həmin qərar əsasında DTXK Qəbələ Rayon Şöbəsi tərəfindən adlarına yanvar 2002-ci il tarixli JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onların, həmçinin ailə üzvləri X5 və Məmmədova İmarət Absaat qızının mülkiyyətinə verilmiş, həmin qərar əsasında DTXK Qəbələ Rayon Şöbəsi tərəfindən adlarına fevral 2003-cü il tarixli JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. İddiaçı1 xx xxxxxxxx 1978-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. 21 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikası Qəbələ Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X1 ərə getmişdir. Nikahları qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Hüseynova” soyadını qəbul etmişdir. Nikahları qeyd edilənədək isə soyadı “Məmmədova” olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 saylı qətnaməsi ilə (hakim V.N.Sadıqov) onların cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızına qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-517F saylı Şəhadətnaməyə və torpağa mülkiyyət hüququna dair JN-0443 saylı dövlət aktına əsasən ümumi mülkiyyətinə verilmiş, müvafiq olaraq 1,57 ha həyətyanı və 0,45 ha pay torpaq sahəsindən onların payına düşən hissələrinin naturada ayrılaraq verilməsi barədə iddiası təmin edilmiş, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-517F saylı şəhadətnaməyə əsasən onlar və cavabdehlər X5, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olan Qəbələ rayon Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən onların birlikdə 2/4 ha payı uzununa iki hissəyə bölünməsi yolu ilə, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması, bölgü nəticəsində həyətin onların payına düşəcək hissəsində qalacaq inventar dəyəri 5.660 manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 manat təşkil edən 15 metr uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 manat məbləğində pulun onlardan tutulub cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızına verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, onların nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin nəticə hissəsindən “Bölgü nəticəsində həyətin iddiaçıların bölgü payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 manat təşkil edən 15 metr uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 manat məbləğində pulun iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızına verilməsi” cümləsi xaric edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X5 08 iyun 2020-ci il tarixdə, Məmmədova İmarət Absaat qızı 12 dekabr 2020-ci il tarixdə vəfat etmişlər. X5 və Məmmədova İmarət Absaat qızından JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə nəzərdə tutulmuş torpaq sahələrinin onlara aid hissələri miras qalmışdır. X5 və Məmmədova İmarət Absaat qızı öz sağlıqlarında JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə nəzərdə tutulmuş torpaq sahələrinin onlara aid hissələrini X5, Cavabdeh1, Məmmədova İmarət Absaat qızı isə öz paylarını Cavabdeh2 vəsiyyət etmişlər. Qəbələ Regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 təsdiq edib onlara verdiyi 24 iyun 2021-ci il tarixli 2V-400, 2V-401, 2V-402 və 2V-403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onların mərhum X5 və Məmmədova İmarət Absaat qızından miras qalan əmlaklardan hər birinin ayrı-ayrılıqda 1/6 hissə irs almalıdırlar. Onlar 24 iyun 2021-ci il tarixli 2V-400, 2V-401, 2V-402 və 2V-403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri və digər sənədləri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edərək qeyd edilən əmlaklar barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDRX-dən çıxarış, eyni tarixli A№635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, ********** reyestr nömrəli DƏDRX-dən çıxarış, eyni tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərini almışlar. JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə dair hazırda aldıqları xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDRX-dən çıxarışda torpaq sahəsinin ümumi miqdarı son müayinə ilə 1,5145 hektar göstərilmişdir. Həmin torpaq sahəsinin onlara məxsus olan ½ hissəsinin naturada yerləşməsi Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi müəyyən edilmişdir. Qəbələ Regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Tamerlan Abdulqafur oğlunun təsdiq edib onlara verdiyi 24 iyun 2021-ci il tarixli 2V-400, 2V-401, 2V- 402 və 2V-403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onlara düşən pay miqdarları müəyyən olsa da, həmin payların naturada yeri müəyyən deyildir. Hazırda xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021-ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,5145 hektar həyətyanı torpaq sahəsinin 8/24 hissəsi İddiaçı1, 8/24 hissəsi İddiaçı2, 5/24 hissəsi Cavabdeh1, 3/24 hissəsi isə Cavabdeh2 paylı mülkiyyətində xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8/24 hissəsi İddiaçı1, 8/24 hissəsi İddiaçı2, 5/24 hissəsi Cavabdeh1, 3/24 hissəsi isə Cavabdeh2 paylı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən paylı mülkiyyətində olan 1,5145 hektar həyətyanı və eyni kənddə yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı hüquq sahiblərinin hər birinin torpaq sahələrindəki paylarına, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq naturada bölünərək ayrılması ilə əlaqədar razılığa gəlmək üçün müraciət etmişlər. Onların müraciətlərinə hər hansı münasibət bildirməmişlər. Yuxarıda qeyd edilən paylı mülkiyyətində olan torpaq sahələrində öz paylarına münasibətdə hüquqlarını tam həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021-ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2021ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDRX-dən çıxarış, xx.xx.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən onların paylarının cavabdehlərə düşən paylardan naturada ayrılmaqla bölünməsi zərurəti yaranmışdır. Onlar özlərinə düşən torpaq paylarının cavabdehlərə düşən paylardan naturada ayrılmaqla bölünməsini istəyirlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-32/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qətnaməsi ilə (hakim A.Əliyev) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatının iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərcinin 45 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********37; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 635852 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********08; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 05 oktyabr 2021-ci il tarixli, **********68 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə: 1. hər birinin ayrı-ayrılıqda maqistral yola çıxışı nəzərə almaqla müxtəlif variantlarda paylarının naturada ayrılması mümkündür. (Sxem 3,4,5 və Sxem 8, 9). 2. İddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (Sxem 1 və Sxem 6) 3. İddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (Sxem 1, 2 və Sxem 3,4) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/6072 nömrəli mühəndis-texniki ekspertizasının rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə hər birinin ayrı-ayrılıqda magistral yola çıxışı nəzərə almaqla müxtəlif variantlarda paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3,4,4 və Sxem 8, 9). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1 və Sxem 6). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1, 2 və Sxem 3,4) Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)- 22/2014 saylı qətnaməsinə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər X5, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olub, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birlikdə 2/4 ha payı həyətin uzununa iki hissəyə bölünməsi yolu ilı, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması, bölgü nəticəsində həyətin iddiaçıların payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 (beş min altı yüz altmış) manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 (beş min dörd yüz otuz beş) manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 (dörd min səkkiz yüz qırx üç) manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 (üç yüz əlli altı) manat təşkil edən 15 m uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 (on altı min iki yüz doxsan dörd) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub, cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızına verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(107)-670/2014 nömrəli qətnaməsinə əsasən cavabdehlər X3 və Məmmədova İmarət Absaat qızının apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi və qətnamənin nəticə hissəsindən “Bölgü nəticəsində həyətin iddiaçıların payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 (beş min altı yüz altmış) manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 (beş min dörd yüz otuz beş) manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 (dörd min səkkiz yüz qırx üç) manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 (üç yüz əlli altı) manat təşkil edən 15 m uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 (on altı min iki yüz doxsan dörd) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub, cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızına verilsin” cümləsinin xaric ediləsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2015-ci il tarixli 2(102)-182/2015 saylı qərarına əsasən cavabdehlər X5 və Məmmədova İmarət Absaat qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********37; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 635852 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********08; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyi alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 etiraz etmişdir. Eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilləri Vəkil1isə mütəxəssis tərəfindən göstərilmiş bölgü planlarına əsasən torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiklərini, lakin iddiaçıların və cavabdehlərin torpaq sahələrinin bölünməsi zamanı eyni dərəcə mənfəətlərinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən payların hansı formada naturada ayrılması ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir və həmin torpaq sahəsinin hansı formada natura bölünməsinə tərəflər etiraz etmirlər. İddiaçı və cavabdehlər arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur ki, iddiaçılar mütəxəssis tərəfindən verilmiş bölgü planlarının cavabdehlərin mənfəətinə xidmət etdiyini, bölgü planlarına uyğun torpaq sahəsinin bölünməsinə etiraz etdiklərini bildirmişlər. Cavabdehlərin nümayəndəsi və vəkilləri isə mütəxəssis tərəfindən göstərilmiş bölgü planlarına əsasən torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiklərini, iddiaçıların və cavabdehlərin torpaq sahələrinin bölünməsi zamanı eyni dərəcə mənfəətlərinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə reallığı və mövcud vəziyyəti, eləcə də işin hallarını, torpaq sahələrinin naturada ayrılmasına dair məhkəməyə mütəxəssis tərəfindən təqdim olunmuş bölgü planı üzrə tərəflər arasında yaranan fikir ayrılığını və narazılıqları nəzərə alaraq hesab etmişdir ki, iddianın qismən təmin olunması yolu ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Belə bölgü, iddiaçıların və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Məhkəmə belə qənaətə gələrkən o halı nəzərə alır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsinin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mütəxəssis cəlb olunması barədə qərardadda və ekspertiza təyin edilməsi barədə qərardadda mütəxəssis və ekspert qarşısında qoyulan suallarda naturada bölünmə zamanı magistral yola çıxışın nəzərə alınması, eyni zamanda iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla bölgü planlarının verilməsi sualı qoyulmuş və buna uyğun bölgü planları tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdehlər magistral avtomobil yoluna aid hissədə torpaq sahəsinin qiymətinin daha baha olduğunu, həmin hissədə torpaq sahələrinin bərabər bölünməsini, belə bölgünün həm iddiaçıların, həm də onların mənafelərinə uyğun olmasını göstərmişlər. İddiaçı və cavabdehlərin torpaq sahələri toplanmaqla həyətyanı torpaq sahəsinin bölünməsinin mümkünlüyü ilə bağlı isə mütəxəssis tərəfindən 2 bölgü planı (sxem) verilmişdir. Mütəxəssis tərəfindən verilmiş 1-ci bölgü planına baxış keçirildikdə müəyyən olunur ki, həmin bölgü planında cavabdehlərə magistral yola tərəf hissədən daha çox torpaq sahəsi düşmüş, iddiaçıları isə daha az torpaq sahəsi düşmüşdür. Bölgünün bu formada keçirilməsi isə iddiaçıların hüquqlarına toxunur və iddiaçıların hüquqi mənafelərinə uyğun deyildir. Mütəxəssis tərəfindən məhkəmədə təqdim edilmiş 2-ci bölgü planından isə görünür ki, iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla həyətyanı torpaq sahəsinin ayrılması zamanı magistral yol tərəfdən, yəni torpaq sahəsinin satış qiymətinin daha baha olduğu hissədə iddiaçıların və cavabdehlərin payı bərabər şəkildə bölünmüşdür. Bu səbəbdən məhkəmə iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 1,5145 ha torpaq sahəsindən mütəxəssis rəyində göstərilmiş 2-ci bölgü planına əsasən paylarının ayrılmasını ədalətli və qanuni hesab etmişdir. Bu qaydada bölgü tərəflərin hüquqlarının ədalətli tarazlığını pozmur. Belə bölgü daşınmaz əmlak bazarında həmin torpaqların eyni dərəcədə dəyərə malik olması imkanının aradan qalxması və bir tərəfin (cavabdehlərin) digər tərəfdən (iddiaçılardan) daha üstün və əlverişli pay alması ilə nəticələnmir. Eyni zamanda iddiaçılar bölgü planlarının onların hüquqlarını pozduğunu qeyd etsələr də, 2-ci bölgü planın onların hüquqlarını və mənafelərinə hansı formada pozmasına dair məhkəməyə əsaslı sübut təqdim edə bilməmişlər. İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 məhkəmə zamanı verilmiş mütəxəssis rəyləri ilə razı olmadıqlarını bildirib, etirazlarını onunla əsaslandırmışlar ki, mütəxəssis rəyi və ekspertiza rəyi cavabdehlərin mənafəyinə uyğun olaraq verilmiş, nəticədə iddiaçıların hüquqları kobud pozulmuşdur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi əsasında sözügedən torpaq sahəsinin bölgüsü məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi bölgü planına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş bölgü planı öz qanuni qüvvəsini almışdır. Hal-hazırda isə vərəsəlik qaydasında müəyyən olunmuş payların naturada ayrılması zərurəti yaranmışdır. Əvvəlki bölgü planı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, əvvəlki bölgü planı ilə iddiaçılara verilmiş torpaq sahəsinə toxunulmadan yerdə qalan torpaq sahəsi iddiaçıların və cavabdehlərin eyni dərəcədə mənfəəti nəzərə alınmaqla bölünməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qüvvədə olan bölgü planında iddiaçılar və cavabdehlər arasında mübahisələndirilən torpaq sahəsinin Ağdaş-Qəbələ magistral yolu tərəfindən tərəflərin payına uyğun olaraq bölünmüşdür. Bu səbəbdən qalan torpaq sahəsinin bölünməsi də, əvvəlki bölgü planından Ağdaş-Qəbələ magistral yolu tərəfindən iddiaçıların payının davamı formasında verilməlidir. Bu hallar həm iddiaçıların, həm də cavabdehlərin mənafeyinə uyğundur. Lakin bu hallar məhkəməyə təqdim edilmiş bölgü planlarında öz əksini tapmamış, tamamilə məntiqsiz və ədalətsiz bölgü planı verilmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bölgü planının preyudisiallığı nəzərə alınmamışdır. Bu səbəbdən mütəxəssis rəyi və ekspert rəyi ilə razı deyillər. Eyni zamanda təkrar ekspertizanın keçirilməsini də tələb etmirlər. İddiaçı1 və iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 sözügedən etirazlarına münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər X5, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olub, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birlikdə 2/4 ha payı həyətin uzununa iki hissəyə bölünməsi yolu ilə, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qət edilmişdir. Sözügedən bölgüdən sonra iddiaçılar və cavabdehlər Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 saylı qətnaməsinə əsasən müvafiq çıxarış almamışlar və bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim etməmişlər. Daha sonra sözügedən torpaq sahəsi vərəsəlik qaydasında yenidən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüş və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışlar verilmişdir. İddiaçılar isə hal-hazırda həmin Çıxarışlara əsasən paylı mülkiyyətlərinə verilmiş torpaq sahələrindən paylarının ayrılmasını tələb edirlər. Hazırki halda isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tətbiq edilməsi yolverilməzdir. Həmçinin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bölgü planı ilə bağlı məhkəmə bildirir ki, mübahisəli torpaq sahələrinə dair iddiaçılara və cavabdehlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışlar verilmişdir. Beləliklə, həmin çıxarışlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdəA 635852 nömrəli və A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Həmin «Torpaq sahəsinin planı və ölçüsü»ndə isə iddiaçıların məhkəməyə təqdim etdikləri bölgü planı nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçıların bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçılar reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Beləliklə də məhkəmə qeyd etmişdir ki, nə qədər ki, mübahisəli torpaq sahələrinə dair iddiaçılar və cavabdehlərin adına çıxarışlar və torpaq sahələrinin plan və ölçüləri verilmişdir, həmin torpaq sahələrinin plan və ölçülərində iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bölgü planı nəzərə alınmamışdır. Onda həmin vəziyyətdə qeyd olunan sənədlərə (Çıxarışlara və torpaq sahələrinin plan və ölçülərinə) münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiçılar iddia tələbində mərhum X5 və Məmmədova İmarət Absaat qızından miras qalmış ½ hissəsinin, yəni Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etsələr də, məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Həmçinin iş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərcinin 45 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci, 213.2-ci, 213.3-cü, 220.1-ci, 220.2-ci, 220.3, 220.4, 220.5, 220.6, 221.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 80, 81, 217.4, 107, 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə yerləşən 1,5145 ha yaşayış məntəqələrinin torpaq sahəsi 8/24 pay olmaqla İddiaçı2, 8/24 pay olmaqla İddiaçı1, 5/24 pay olmaqla Cavabdeh1, 3/24 pay olmaqla Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçılar İddiaçı2 və İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək paylı 2 Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İş üzrə məhkəmə tərəfindən texniki köməklik göstərməsi üçün mütəxəssis cəlb edilmiş, mühəndistexniki ekspertiza təyin etmişdir. Mütəxəssis tərəfindən müxtəlif bölgü planları tərtib olunmuşdur. Ekspert tərəfindən rəy verilmiş və torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyü bildirilmişdir. İşi araşdıran məhkəmə 1,5145 ha torpaq sahəsini mütəxəssis tərəfindən verilmiş Sxem 2-yə uyğun şəkildə, 0,45 ha torpaq sahəsi isə Sxem 6-ya uyun şəkildə naturada ayrılmasını qət etmişdir. Qeyd olunan ayrılma ilə razılaşmayan iddiaçılara apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Belə ki, iş materiallarında olan bölgü planlarına diqqət edildikdə görünür ki, mütəxəssis sxemlərdə yalnız torpaq sahəsinin giriş hissəsinin və uzunluğunun ölçülərini iki hissəyə bölməklə göstərmişdir. Yəni giriş hissəni 64,6 metr kimi göstərməklə həmin hissəni iddiaçılara və cavabdehlərə 32,3 metr kimi, uzunluğu isə iddiaçılara bir hissəsini 221.1 metr, digər tərəfi 230,7 metr (16,1+33,9+24,9+156,4) olaraq qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əvvəl naturada bölgü aparılmışdır. Lakin iddiaçılar həmin bölgü planına uyğun olaraq həmin torpaq sahələri üçün Torpaq sahəsinin Plan ölçü sənədlərini əldə etməmişdirlər. Çünki məhkəmə qərarlarından sonra həmin torpaq sahəsinin digər payçıları olan X5 xx.xx.2020-ci il tarixində, Məmmədova İmarət Absaat qızı xx.xx.2020-ci tarixində rəhmətə getmişdir. Onlar rəhmətə gedəndən sonra iş üzrə iddiaçılar X3 və Məmmədova İmarət Absaat qızının payına vərəsəlik işi açdıraraq vərəsəlik şəhadətnaməsi əldə etmiş və müvafiq çıxarış əldə etmişdirlər. Vərəsəlikdən əvvəl iddiaçıların payı 2/4 hissə olmuşdur. Vərəsəlikdən sonra isə iddia tələbindən göründüyü kimi iddiaçıların hər birinin payı 8/24 hissə olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1,57 ha torpaq sahəsinə bölgü aparılarkən giriş (baş) hissədə iddiaçılara düşən hissənin uzunluğu 39,15 metr, ayaq hissəsində isə 40,9 metr olmuşdur. Vərəsəlik işindən sonra yeni çıxarışla iddiaçıların payı demək olar ki, bir pay artaraq 3/4 hissə olmuşdur. Buna görə də bölgü aparılarkən iddiaçıların payı giriş hissədə 39,15 metrdən çox olmalı halda mütəxəssis ilk bölgünü nəzərə almadan 32,3 metr kimi götürmüşdür. Məhz buna görə də hesab edir ki, iddia tələbi yenidən araşdırılmalı və əvvəlki bölgü sxemi nəzərə alınmaqla yenidən bölgü aparılmalıdır. İş materiallarından göründüyü kimi, hal-hazırda mübahisə predmeti olan olan 1,5145 ha (vərəsəlikdən əvvəl 1,57 ha olan) torpaq sahəsi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə naturada ayrılmışdır. Belə ki, həmin vaxt iddiaçıların payı 2/4 hissə, geri qalan 2/4 hissə isə onların valideynləri olan X3 və Məmmədova İmarət Absaat qızının mülkiyyətində olmuşdur. Məhkəmə qətnaməsi ilə torpaq sahəsi naturada ayrılmışdır. Həmin qətnamənin naturada ayrılma hissəsi apellyasiya və Ali məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə ilə 1,57 ha torpaq sahəsinə bölgü aparılarkən giriş (baş) hissədə iddiaçılara düşən hissənin uzunluğu 39,15 metr, ayaq hissəsində isə 40,9 metr olmuşdur. X5 və Məmmədova İmarət Absaat qızı rəhmətə gedəndən sonra vərəsəlik işi açılmış və bundan sonra iddiaçıların payı artaraq 3/4 hissə olmuşdur. İlk əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri Azərbaycan Respublikasının adından çıxarılmış və hamı üçün icrası məcburidir. Hal-hazırda işi araşdıran məhkəmədə həmin qətnaməni nəzərə almalı və artıq həmin qətnamə ilə müəyyən olmuş məsələləri nəzərə almaqla qətnamə çıxarmağa borclu idi. Lakin bu tələblərə riayət etmədiyi üçün prosessual pozuntuya yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-32/2022 saylı qətnaməsinə dəyişiklik edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)- 32/2022 saylı qətnaməsinə dəyişiklik edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-32/2022 saylı qətnaməsinə dəyişiklik edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-32/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qətnaməsinin dəyişdirilməsinə və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, iddiaçıya münasibətdə təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-32/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən payların hansı formada naturada ayrılması ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir və həmin torpaq sahəsinin hansı formada natura bölünməsinə tərəflər etiraz etmirlər. İddiaçı və cavabdehlər arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur ki, iddiaçılar mütəxəssis tərəfindən verilmiş bölgü planlarının cavabdehlərin mənfəətinə xidmət etdiyini, bölgü planlarına uyğun torpaq sahəsinin bölünməsinə etiraz etdiklərini bildirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansya məhkəməsi tərəfindən işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və iş materiallarında olan Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 10/6072 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə hər birinin ayrı-ayrılıqda magistral yola çıxışı nəzərə almaqla müxtəlif variantlarda paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3,4,4 və Sxem 8, 9). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1 və Sxem 6). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1, 2 və Sxem 3,4) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddianın qismən təmin olunması yolu ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Belə bölgü, iddiaçıların və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsinin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mütəxəssis cəlb olunması barədə qərardadda və ekspertiza təyin edilməsi barədə qərardadda mütəxəssis və ekspert qarşısında qoyulan suallarda naturada bölünmə zamanı magistral yola çıxışın nəzərə alınması, eyni zamanda iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla bölgü planlarının verilməsi sualı qoyulmuş və buna uyğun bölgü planları tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdehlər magistral avtomobil yoluna aid hissədə torpaq sahəsinin qiymətinin daha baha olduğunu, həmin hissədə torpaq sahələrinin bərabər bölünməsini, belə bölgünün həm iddiaçıların, həm də onların mənafelərinə uyğun olmasını göstərmişlər. İddiaçı və cavabdehlərin torpaq sahələri toplanmaqla həyətyanı torpaq sahəsinin bölünməsinin mümkünlüyü ilə bağlı isə mütəxəssis tərəfindən 2 bölgü planı (sxem) verilmişdir. Mütəxəssis tərəfindən verilmiş 1-ci bölgü planına baxış keçirildikdə müəyyən olunur ki, həmin bölgü planında cavabdehlərə magistral yola tərəf hissədən daha çox torpaq sahəsi düşmüş, iddiaçıları isə daha az torpaq sahəsi düşmüşdür. Bölgünün bu formada keçirilməsi isə iddiaçıların hüquqlarına toxunur və iddiaçıların hüquqi mənafelərinə uyğun deyildir. Mütəxəssis tərəfindən məhkəmədə təqdim edilmiş 2-ci bölgü planından isə görünür ki, iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla həyətyanı torpaq sahəsinin ayrılması zamanı magistral yol tərəfdən, yəni torpaq sahəsinin satış qiymətinin daha baha olduğu hissədə iddiaçıların və cavabdehlərin payı bərabər şəkildə bölünmüşdür. Bu səbəbdən məhkəmə iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 1,5145 ha torpaq sahəsindən mütəxəssis rəyində göstərilmiş 2-ci bölgü planına əsasən paylarının ayrılmasını ədalətli və qanuni hesab edir. Bu qaydada bölgü tərəflərin hüquqlarının ədalətli tarazlığını pozmur. Belə bölgü daşınmaz əmlak bazarında həmin torpaqların eyni dərəcədə dəyərə malik olması imkanının aradan qalxması və bir tərəfin (cavabdehlərin) digər tərəfdən (iddiaçılardan) daha üstün və əlverişli pay alması ilə nəticələnmir. Eyni zamanda iddiaçılar bölgü planlarının onların hüquqlarını pozduğunu qeyd etsələr də, 2-ci bölgü planın onların hüquqlarını və mənafelərinə hansı formada pozmasına dair məhkəmə kollegiyasına əsaslı sübut təqdim edə bilməmişlər. Apellyasiya şikayətinin digər dəlillərində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, hal-hazırda mübahisə predmeti olan olan 1,5145 ha (vərəsəlikdən əvvəl 1,57 ha olan) torpaq sahəsi Qəbələ Rayon Məhkəməsinin 17.042014-cü il tarixli qətnaməsi ilə naturada ayrılmışdır. Belə ki, həmin vaxt iddiaçıların payı 2/4 hissə, geri qalan 2/4 hissə isə onların valideynləri olan X3 və Məmmədova İmarət Absaat qızının mülkiyyətində olmuşdur. Məhkəmə qətnaməsi ilə torpaq sahəsi naturada ayrılmışdır. Həmin qətnamənin naturada ayrılma hissəsi apellyasiya və Ali məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə ilə 1,57 ha torpaq sahəsinə bölgü aparılarkən giriş (baş) hissədə iddiaçılara düşən hissənin uzunluğu 39,15 metr, ayaq hissəsində isə 40,9 metr olmuşdur. X5 və Məmmədova İmarət Absaat qızı rəhmətə gedəndən sonra vərəsəlik işi açılmış və bundan sonra iddiaçıların payı artaraq 3/4 hissə olmuşdur. İlk əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri Azərbaycan Respublikasının adından çıxarılmış və hamı üçün icrası məcburidir. Hal-hazırda işi araşdıran məhkəmədə həmin qətnaməni nəzərə almalı və artıq həmin qətnamə ilə müəyyən olmuş məsələləri nəzərə almaqla qətnamə çıxarmağa borclu idi. Kollegiya apellyasiya şikayətinin həmin dəlilləri ilə də razılaşmır və qeyd edir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər X5, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olub, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birlikdə 2/4 ha payı həyətin uzununa iki hissəyə bölünməsi yolu ilə, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qət edilmişdir. Sözügedən bölgüdən sonra iddiaçılar və cavabdehlər Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsinə əsasən müvafiq çıxarış almamışlar və bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim etməmişlər. Daha sonra sözügedən torpaq sahəsi vərəsəlik qaydasında yenidən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüş və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənxx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışlar verilmişdir. İddiaçılar isə hal-hazırda həmin Çıxarışlara əsasən paylı mülkiyyətlərinə verilmiş torpaq sahələrindən paylarının ayrılmasını tələb edirlər. Hazırkı halda isə məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 82.3-cü maddəsinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, qeyd edilən qətnamə icra edilməmiş, cavabdehlərin və iddiaçıları payı əvvəlki qətnamədə qeyd edilmiş paydan fərqli olaraq dəyişişmişdir. Yəni artıq yeni əsaslar yaranmışdır. Hazırı halda payların naturada əvvəlki qətnamədə müəyyən olunmuş hallara uyğun bölünməsi mümkün deyildir. Eyni zamanda kollegiya qeyd edir ki, Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Daha sonra kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Kollegiya qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahələrinə dair iddiaçılar və cavabdehlərin adına çıxarışlar və torpaq sahələrinin plan və ölçüləri verilmişdir, həmin torpaq sahələrinin plan və ölçülərində iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bölgü planı nəzərə alınmamışdır. Onda həmin vəziyyətdə qeyd olunan sənədlərə (Çıxarışlara və torpaq sahələrinin plan və ölçülərinə) münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator tərəfindən apellyasiya şikayətinin dəlilləri əsaslandırılmamış, formal mülahizələrə əsaslanmışdır. Ona görə də iddiaçıların apellyasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-32/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-32/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-890/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-890/2022
25.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver