Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-891/2025 26.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsi) X10 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı iddiaçı X5 (nümayəndəsi (vəkili) Vəkil) ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdındаn iddiaçı X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22600 manat borcun və 158 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsi 20 may 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən İddiaçı təqdim edilmişdir. Həmin qətnamədən iddiaçı X6 (nümayəndəsi (vəkili) Vəkil) 20 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərardadı ilə iddiaçının adından etibar edilən vəkilə müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən etibarnamənin əlavə edilməməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı X6 (nümayəndəsi və vəkili Vəkil) Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə qətnamədən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə də əlavə edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdı ilə iddiaçı X5 nümayəndəsi (vəkili) Vəkil Göyçay Rayon Məhkəməsinin 2(046)- 729/2025 saylı xx.xx.2025-ci tarixli qətnaməsindən apelyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı X5 nümayəndəsi (vəkili) Vəkil ərizəsində tələbini belə əsaslandırmışdır ki, iddiaçı X6 ilə xx.xx.2025-ci il tarixli, EO-745VK-23723/25 nömrəli order və həmin tarixli müqavilə əsasında apellyasiya şikayətinin hazırlanması və müdafiəsi üzrə hüquqlarını müdafiəsini öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixdə elektron sistem üzərindən Göyçay rayon Məhkəməsinin həmin qətnaməsindən iddiaçının nümayəndəsi qismində apellyasiya şikayəti verilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə sənədlər geri qaytarılmış, qərardadda qeyd edilmişdir ki, apellyasiya şikayəti nümayəndə tərəfindən imzalansa da, nümayəndəyə müvafiq səlahiyyətlərin verilməsinə dair etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Bununla əlaqədar bildirir ki, tərəfindən verilmiş apellyasiya şikayətinə etibarnamə əlavə edilmişdir. Lakin etibarnaməni rəsmiləşdirən Gəncə şəhər 1 saylı Notariat Kontorunda diqqətsizliyə yol verilmiş, etibarnamədə etibar edilən şəxs qrafasında soyadını qeyd edilməmişdir. Buna baxmayaraq həmin etibarnamənin “Elektron notariat” X2 etibar edilən şəxs qismində vəkilin soyadı göstərilmişdir. Buna görə də həmin etibarnamə əsasında tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə qəbul edilmişdir. Etibarnamədə olan hər hansı bir qüsurun ya çatışmazlığın müəyyən edilməsi üçün onun üzərində olan “Ştrix Kod” vasitəsi ilə dəqiqləşdirilməsi mümkündür. Elektron Notariat X2n Çıxarışdan da, görünür ki, həmin etibarnamədə etibar edilən şəxs kimi qeyd edilmişdir. Məhkəmənin Qərardadı ilə Apellyasiya şikayəti həmin qüsura görə qaytarıldığı üçün apellyasiya şikayətinin yenidən verilməsinə zərurət yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı X5 nümayəndəsi (vəkili) Vəkil ərizəsində göstərdiyi xüsusat həmin qətnamədən şikayətvermə müddətinin bərpası üçün əsas ola bilməz və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş hesab edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdından iddiaçı X6 (nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdı ilə şikayətin təmin edilməməsi, şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, Göyçay rayon Məhkəməsi tərəfindən həmin prosessual hüquq normasının tələbinə əməl edilməmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Onlar buraxılmış prosessual müddətin bərpasına dair ərizələrində buraxılmış müddətin üzürlülüyü ilə bağlı göstərmişlər ki, etibarnaməni rəsmiləşdirən Gəncə şəhər 1 saylı Notariat Kontorunda diqqətsizliyə yol verilmiş, etibarnamədə etibar edilən şəxs qrafasında vəkilin soyadı qeyd edilməmişdir. Lakin həmin etibarnamənin “Elektron notariat” X1 nüsxəsində etibar edilən şəxs qismində vəkilin soyadı göstərilmişdir. Məhz buna görə də, həmin etibarnamə əsasında vəkil tərəfindən imzalanmış apellyasiya şikayətini “Elektron Məhkəmə Sistemi” qəbul etmişdir. Bu səbəbdən də, buraxılmış prosessual nüddət üzürlü olduğundan ərizələri təmin edilməli idi. Göyçay rayon Məhkəməsi üzürlü buraxılmış müddəti bərpa etməməklə, qanunsuz və əsassız qətnamədən iddiaçının apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmışdır. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Məhkəmə tərəfindən həmin prosessual hüquq normasının tələbinə əməl edilməmişdir. Belə ki, işdən görünür ki, qətnamədən apellyasiya şikayətini iddiaçı 1 aylıq müddəti ötürməməklə xx.xx.2025-ci ildə vermişdir. Yəni müddət ötürülməmişdir. Həmin şikayət müəyyən qüsura görə məhkəmə tərəfindən qərardadla geri qaytarıldığı üçün, şikayətin qüsur aradan qaldırılmaqla təkrar verilməsi zərurəti yaranmışdır. Hesab edirlər ki, həmin prosessual hüquq normalarının tələbinə məhkəmə tərəfindən düzgün əməl edilməmişdir. Belə ki, həmin prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, qiymətləndirməli, onlardan istifadə etməli, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb, həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq qiymət verməlidir. Qərardaddan görünür ki, məhkəmə onların müddətin bərpasına dair ərizələrində göstərdikləri dəlilləri müzakirə etməmiş, yalnız bir cümlə ilə qeyd etmişdir ki, ərizədə göstərdikləri səbəb müddətin bərpası üçün əsas sayıla bilməz. Hesab edirlər ki, ərizədə göstərdikləri dəlillər buraxılmış müddətin üzürlü hesab edilməsi üçün tam əsasdır. Odur ki, Göyçay rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-729/2025 nömrəli iş üzrə qərardadını ləğv edib, buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə və apellyasiya şikayətinin qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsini 20 may 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almış, iddiaçı X6 həmin qətnamədən 20 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçı X5 verdiyi etibarnamədə notarius tərəfindən etibar edilən şəxsin kimliyi barədə qeydiyyat aparılmadığından birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin sonradan notarius tərəfindən həmin qüsur aradan qaldırılmış və notariat ofisi 19 iyun 2025-ci il tarixli etibarnamədə dəqiqləşdirmə apararaq, X6 tərəfindən verilmiş etibarnamə üzrə etibar edilən şəxsin məhz Vəkil olması barədə qeydiyyat aparmış, qeydiyyatın aparıldığı etibarnamə iddiaçının növbəti apellyasiya şikayətinə, buraxılmış müddətin bərpasına dair ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası qeyd edir ki, notariat ofisinin verdiyi etibarnamədə ilkin olaraq etibar edilən şəxs barədə məlumatın qeyd edilməməsi məhkəmənin həmin məsələni apellyasiya şikayətini verən şəxsin iştirakı ilə müzakirə etmək imkanını istisna etməmişdir. Belə ki, apellyasiya şikayətinə vəkilin orderi ilə yanaşı ən azından apellyasiya şikayətini verən şəxsin adından imzalanmış etibarnamə də əlavə edilmişdir və ilkin apellyasiya şikayəti qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət daxilində təqdim edilmişdir. Sonradan apardığı dəqiqləşdirmə ilə notariat ofisi etibarnamədə etibar edilən şəxslə bağlı məlumatların notariat ofisinin səhvi ucbatından qeyd edilmədiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, etibarnamədə məlumatların natamam şəkildə qeyd edilməsi iddiaçının deyil, həmin etibarnaməni tərtib etməklə, təsdiq edən notariatın səhvi olduğundan, birinci instansiya məhkəməsi bu halı üzürlü səbəb kimi qəbul etməməkdə yanlış mövqedən çıxış etmişdir. Belə ki, məhkəmə kollegiyası işin bu halını iddiaçı tərəfindən ötürülmüş müddətin bərpası üçün əsas ola biləcək üzürlü səbəb kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsindən iddiaçı X5 apellyasiya şikayətini verməsi üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən edildiyi halda birinci instansiya məhkəməsi həmin müddəti bərpa etməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qərаrdаdı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-729/2025 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-891/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-891/2025
26.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver